Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1196/2020 18.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçı Hüseynov Şıxməmməd Rəsul oğlunun iştirakı ilə, İddiaçı Hüseynov Şıxməmməd Rəsul oğlunun cavabdeh Hüseynova Sona Rəhim qızına qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlunun cavabdeh Hüseynov Şıxməmməd Rəsul oğluna və maraqlı şəxs Hüseynova Sona Rəhim qızına qarşı mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşdirilməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 saylı qərardadından iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlu tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hüseynov Şıxməmməd Rəsul oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh Hüseynova Sona Rəhim qızının onun mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 32 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlu iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilinin özəlləşməsi ilə bağlı verdiyi ərizənin etibarsız sayılması və mənzilin özəlləşməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhərə Məhkəməsi xx xxxxxx 2020-ci il tarxili 2(051)-168/2020 saylı həmin iddia ərizəsi və ona ələvə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Qərardaddan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsbəndiyar Hüseynov şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmiş, Mingəçevir Şəhərə Məhkəməsi özünün qəbul etdiyi xx xxxxxx 2020-ci il tarxili 2(051)- 168/2020 saylı qərardadı ləğv etmiş, bir icraatda baxılması üçün qəbul etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlu vəsatətlə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, iddia ərizəsinin aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hаkim Hüseyn Mirzəliyev) xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlunun iddia ərizəsinin aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 2(051)-168/2020 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Hüseynov Şıxməmməd Rəsul oğlu apelyasiya şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq cavabdeh Hüseynova Sona Rəhim qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlu məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 saylı qərardadı ləğv edilməlidir. Mülki iş iddia mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlunun iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarın müddüalarına uyğun olaraq yenidən baxılaraq qiymət verilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyasının araşdırması zaman müəyyən edilmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İsbəndiyar Hüseynovun vəsatəti ilə onun iddia ərizəsinin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etsə də birinci instansiya məhkəməsi mübahisələndirilməli məsələyə düzgün yanaşmamış, Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 2.1-ci maddəsini tətbiq etmək əvəzinə Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 26.1-ci maddəsini tətbiq etmişdir ki, bu da hansı işlərin Kommersiya Məhkəmələrində baxılmalı olması ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası İnzibati Prosessal Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati və Mülki hüquq münasibətlərinə irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qararına görə, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Lakin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarının müddialarına əməl etməyərək inzibati xarakterli iddia tələbini icraatda saxlamaqla iddia ərizəsi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 261.0,261.1-ci maddələrinə əsasən xitam verməli olduğu halda verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 saylı qərardadı ləğv edilməli, mülki iş Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalı, Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qararının müddəalarına riayət edilməklə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlunun inzibati xarakterli iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olub-olmaması məsələsinə münasibət bildirilməklə müvafiq qərar qəbul edilməli və onun aidiyyatı üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş iddia mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şəxməmməd oğlunun iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin tələblərinə uyğun baxılaraq qiymət verilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1196/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1196/2020
18.05.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver