Məhkəmə qərarları › İş №2(107)-1196/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1196/2022

19.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1196/2022 19.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçı Xalq Bank ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)-1241/2022 saylı qətnaməsindən iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evi iddiaçı ASC “Xalq” Bankının mülkiyyətindədir. Həmin evdə cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X16, X9, X6, X17 və X18 qeydiyyatdadırlar.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı ASC “Xalq” Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X16, X9, X6, X17, X18 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasında iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh5 xx.xx.2014-cü il tarixli **********32014 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə xx.xx.2014-cü il tarixli, **********32014/1 ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsi ilə Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olmuş Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 5 nömrəli, 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 və Cavabdeh7 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(107)- 911/2019 nömrəli qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)- 2196/2018 nömrəli qətanməsi isə dəyişdiriləmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X30” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı hərrac təşkilatçısı, iddiaçı ASC “Xalq” Bankı və və Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da 51/01-1 nömrəli protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 14 aydan çox müddət keçməsinə baxmayaraq, bank bu günədək fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri X8, X4, X1, X10, X11 heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsinə və cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk etməsi barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə, həmçinin bank tərəfindən Cavabdeh7 fərdi yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk etməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evini boşaltmırlar, bununla da iddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. İddiaçı ASC «Xalq» Bankına məxsus olan fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X8, X4, X1, X10, X11 qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı ilə, yaşaması faktı isə bankın “Şəki” filialının əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir. Cavabdeh7, X7, Cavabdeh4 və X1 yaşaması faktı həmçinin Şəki şəhər “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli J-122 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Cavabdeh7 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 22 dekabr 2014-cü il tarixdə onunla ASC «Xalq» Bank arasında **********32014 saylı kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən qardaşı Cavabdeh5 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün onunla ASC «Xalq» Bankı arasında bağlanmış 22 dekabr 2014-cü il tarixli **********32014/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC «Xalq» Bankına Şəki şəhəri, X26 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 30 dekabr 2014-cü il tarixli, seriya RX ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Lakin sonradan onlar kredit borcunu tam şəkildə ödəyə bilməmişlər. Bu səbəbdən də iddiaçı ASC “Xalq” Bankı məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsinə əsasən 22 dekabr 2014-cü il tarixli **********32014 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh5 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, 22 dekabr 2014-cü il tarixli **********32014/1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh7 məxsus Şəki şəhəri, X26 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manatla açıq hərracda satılması qərara alınmışdır. Həmin qətnamədən onlar apellyasiya şikayəti versələr də, Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirmişdir ki, o, ASC «Xalq» Bankının iddiasına etiraz edir. Belə ki, o, banka olan borcunu qəbul edir. O, banka olan borcunu hər ay hissə-hissə olmaqla ödəmək istəmişdir. Lakin bank onunla razılaşmamış, onun mülkiyyətində olan evi hərracla satmışdır. Bundan başqa onun hərraca dair protokoldan məlumatı olmamışdır. Göstərmişdir ki, hal-hazırda həmin evdə yaşlı anası Adikə o, həyat yoldaşı Türkanə, 2008-ci il təvəllüdlü qızı Laləzar yaşayırlar. Anası Adikə evi ipoteka qoyarkən həmin evdə yaşamış, lakin ipoteka qoyularkən anasının razılığı alınmamışdır. Bundan başqa göstərmişdir ki, iddia tələbində göstərilən uşaqlar X16, X9, X17, X18 onun qardaşı Rəsulla Elçinin uşaqlarıdır. Həmin uşaqlar həmin evdə yaşamırlar. İddiaya etiraz edir. Evdən çıxamaq istəmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Cavabdehlər Cavabdeh5, Cavabdeh6 məhkəmə iclasında cavabdeh qardaşları Cavabdeh7 verdiyi izahatla eyni məzmunlu olan oxşar izahat verərək onun göstərdiklərini təsdiq etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ASC “Xalq” Bankı, borc alan Cavabdeh5 xx.xx.2014-cü il tarixli **********32014 nömrəli kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə bankın xeyrinə xx.xx.2014-cü il tarixli, **********32014/1 ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsi ilə Cavabdeh7 mülkiyyət hüququ əsasında məxsus olmuş Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 5 nömrəli, 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinə tutmanın yönəldilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 və Cavabdeh7 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli 2(107)- 911/2019 nömrəli qətnaməsilə apellyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarxli 2(075)-2196/2018 nömrəli qətanməsi isə dəyişdiriləmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “Daşınar və Daşınmaz Əmlakların Satışı X30” MMC tərəfindən keçirilmiş hərraclarda həmin fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı hərrac təşkilatçısı, iddiaçı ASC “Xalq” Bankı və və Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmış hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında da 51/01-1 nömrəli protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə hərrac təşkilatçısı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bankın fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən uzun müddət keçməsinə baxmayaraq, bank bu günədək fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və onlarla birlikdə yaşayan ailə üzvləri X8, X4, X1, X10, X11 heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsi olmuşdur. Fərdi yaşayış evinə mülkiyyət hüququnun iddiaçıya keçməsinə və cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk etməsi barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmələrinə, həmçinin bank tərəfindən Cavabdeh7 fərdi yaşayış evini 30 (otuz) gün müddətindən gec olmayaraq tərk etməsi barədə xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər fərdi yaşayış evini boşaltmamış və bununla da iddiaçının mülkiyyət hüqununu pozmaqla həmin əmlaka sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə mane olurlar. İddiaçı ASC «Xalq» Bankına məxsus olan fərdi yaşayış evində Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X7, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, X8, X4, X1, X10, X11 qeydiyyatda olması faktı DİN BPQMİ-in MAPS şöbəsinin arayışı ilə, yaşaması faktı isə bankın “Şəki” filialının əməkdaşlarının keçirdiyi monitorinq nəticəsində müəyyən edilmişdir. Cavabdeh7, X7, Cavabdeh4 və X1 yaşaması faktı həmçinin Şəki şəhər “Damarçın” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli J-122 nömrəli arayışı ilə də təsdiq olunmuşdur. Hal-hazırda həmin fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi iddiaçı ASC Xalq Bankının mülkiyyətindədir. İş üzrə cavabdehlər mübahisə predmeti olan, fərdi yaşayış evində qeydiyyatdadırlar. Cavabdehlərin mülkiyyətində olan evi könüllü olaraq tərk etmədiklərini göstərən iddiaçı ASC Xalq Bankı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 iddia tələbini qəbul etməmişlər.

7. Göründüyü kimi iddiaçı ASC X32 şəhəri, X26 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Lakin, cavabdehlərdən Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X16, X9, X6, X17, X18 iddiaçı X31 məxsus fərdi yaşayış evini və evin yerləşdiyi 0,06 ha torpaq sahəsini könüllü olaraq tərk etməməklə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən istifadə etməsi ilə bağlı müəyyən çətinliklər yaradırlar. Nəticədə isə iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulur.

8. İş materiallarından da görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi xx.xx.2020-ci il tarixli hərracın yekunları üzrə protokol əsasında aparılmış əmlakın alqı-satqısı barədə müqavilə əsasında iddiaçı ASC Xalq Bankının adına qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Eyni zamanda Cavabdeh7 mübahisə predmeti olan evi və onun yerləşdiyi torpaq sahəsini ipotekaya qoymuş, cavabdehlər Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 isə notarial qaydada təsdiq edilmiş ərizələri ilə mübahisə predmeti olan evin ipotekaya qoyulmasına razılıq vermişlər və ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldiləcəyi halda həmin əmlakı qeyd-şərtsiz, könüllü olaraq boşaltmağı öhdələrinə götürmüşlər.

9. Qeyd edilən hallar nəzərə alınaraq məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X16, X9, X6, X17, X11 həmin evlə və evin yerləşdiyi torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqları qalmadığından iddiaçı ASC Xalq Bankı cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X16, X9, X6, X17, X11 mübahisə predmeti olan əmlakdan çıxarılmalarını, mübahisə predmeti olan əmlakın həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı X31 təhvil verilməsini tələb etməkdə haqlıdır.

10. İddiaçı ASC Xalq Bankı iddia tələbində cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X16, X9, X6, X17, X18 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X16, X9, X6, X17, X18 daxil olmaqla ailə üzvlərinin və “digər şəxslərin” kimlərdən ibarət olması barədə iddia ərizəsində dəqiq fikir ifadə etməmişdir.

11. Həmçinin iddiaçı ASC Xalq Bankı iddia tələbində cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, X15, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, həmçinin onlarla birlikdə yaşayan X16, X9, X6, X17, X18 daxil olmaqla ailə üzvlərinin və digər şəxslərin də mübahisə predmeti olan fərdi yaşayış evindən və onun yerləşdiyi torpaq sahəsindən çıxarılmalarını tələb etməsinə baxmayaraq, X7 məhz Cavabdeh7 ipotekaya qoyduğu və digər cavabdehlərin yaşadıqları Şəki şəhəri, X26 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinə yaşamalarına, həmin şəxsin əmlakı ipotekaya qoyulduğu məqamda buna razılıq vermələrinə dair heç bir sənədi məhkəməyə təqdim etməmişdir.

12. Bu səbədən də məhkəmə iddia tələbinin cavabdeh X7 və “digər şəxslərin” 1 ay müddətində X31 mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsinə dair hissəsini əsaslı hesab etmir.

13. Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)-1241/2022 saylı qətnaməsi ilə (hakim Cahid İmanov) iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və həmin evdə onlarla birlikdə yaşayan yetkinlik yaşına çatmayanlar X16, X9, X6, X17, X11 ASC “Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu xərcinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 müştərək qaydada alınaraq iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 178-ci maddələrinə və İpoteka haqqında Azərbaycan Respublikası Qanunun 59-cu maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 22 dekabr 2014-cü il tarixli ərizələrindən görünür ki, onlar Cavabdeh7 məxsus olan Şəki Şəhəri, X26 prospekti, dalan-15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evinin ASC "Xalq" Bankının “Şəki” filialından götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına və satılmasına etiraz etməmişlər. Müqavilənin şərtləri ilə tanış olduqlarını bildirmiş və banka olan əsas borc, faiz və digər borclar ödənilmədiyi tədqirdə tutmanın məhkəməyə müraciət etmədən həmin fərdi yaşayış evinə yönəldilməsinə razı olmuşlar və bu halda bankın tələbinə əsasən məhkəmə qətnaməsi tələb elmədən qeyri-şərtsiz fərdi yaşayış evini könüllü boşaltmağı öz öhdələrinə götürmüşlər.

16. İşdə olan Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)- 2196/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 22 dekabr 2014-cü il tarixli **********32014 nömrəli Kredit müqaviləsi üzrə borc alan Cavabdeh5 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, 22 dekabr 2014-cü il tarixli **********32014/1 nömrəli İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh7 məxsus Şəki şəhəri, X26 prospektində mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 40 000 (qırx min) manatla açıq hərracda satılması, Cavabdeh7 məxsus Şəki şəhəri, X26 prospektində xüsusi mülkiyyətdə olan 0.06 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 5 nömrəli, 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı fərdi yaşayış evinin satışından əldə edilən pul vəsaitinin hesabına 22 dekabr 2014cü il tarixli **********32014 saylı kredit müqaviləsi üzrə Cavabdeh5 ASC «Xalq» Bankına olan 8590,37 (səkkiz min beş yüz doxsan manat 37 qəpik) manat məbləğində əsas borcun, 2786,95 (iki min yeddi səksən altı manat 95 qəpik) manat məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləğinin, xx.xx.2018-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 100 (yüz) manat məbləğində penya olmaqla, cəmi 11477.32 (on bir min dörd yüz yetmiş yeddi manat 32 qəpik) manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 (on beş) manat məbləğində çəkilmiş xərclərin ödənilməsi, iş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh5 müstəqil qiymətləndirici Əmlak Ekspert Mərkəzinin xeyrinə 150 manat xidmət haqqı VÖEN:**********, Hesab No AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************,KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması qət edilmişdir.

17. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 2(107)- 911/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli, 2(075)-2196/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən sаxlаnılması, cavabdehlər Cavabdeh5 və Cavabdeh7 tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir

18. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş vergi ödəyiciləri məlumatlarından görünür ki, ASC “Xalq” Bankı (VOEN **********) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar PR, ev 221 vergi idarəsində qeydiyyatdan keçmişdir.

19. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 11 dekabr 2020-ci il tarixli hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh7 məxsus olan Şəki şəhəri, X26 prospekti 5 saylı fərdi yaşayış evi 0,06 ha torpaq sahəsi ilə birlikdə hərracla 25,500 manat məbələğə ASC “Xalq” Bankına satılmışdır.

20. İşdə olan Cavabdeh7 verilmiş arayışdan görünür ki, Cavabdeh7 ünvan 4 ünvanında yaşayır. Onun ailə tərkibi arvadı Cavabdeh4, qızı X6, qardaşı Cavabdeh5, qardaşı arvadı Cavabdeh1, qardaşı oğlu Cavabdeh2, qardaşı oğlu X16, qardaşı Cavabdeh6, qardaşı arvadı Cavabdeh3 və qardaşı oğlu X2 ibarətdir

21. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 2(075)-2196/2018 saylı qətnaməsi ilə ASC “Xalq” Bankı ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********32014 nömrəli nömrəli kredit müqaviləsi üzrə bankın tələblərinin təmin edilməsi üçün xx.xx.2014-cü il tarixli **********32014/1 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan və mülkiyyət hüququ üzrə Cavabdeh7 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 15-də mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 115.3 kv.m ümumi, 75.1 kv.m yaşayış, 40.2 kv.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi və həmin yaşayış evinin dəyərindən bankın iddia tələbinin ödənilməsi qərara alınmışdır. Bank tərəfindən qeyd edilən yaşayış evi qanunvericiliyə uyğun olaraq xx.xx.2021-ci il tarixdə əldə edilmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin əmlak üzərində bankın mülkiyyət hüququnu təsdiq edən, qeydiyyat № **********. reyestr № **********64-10301 olan çıxarış alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cii maddəsinə istinad edərək yaşayış evini 30 (otuz) giin müddətindən gec olmayaraq tərk etməkləri cavabdehlərə bildirilmişdir. Əks halda bankın mülkiyyət hüququnun müdafiəsi üçün həmin Qanunun 59.4-ci maddəsinə müvafiq olaraq məhkəməyə müraciət etmək hüququnun olması cavabdehlərə izah edilmişdir. Bu zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bankın məhkəməyə müraciəti ilə bağlı çəkdiyi bütün xərclərin əvəzinin ödənilməsi cavabdehlərin üzərinə qoyulacağı bildirilmişdir.

22. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 07 aprel 2022-ci il tarixli arayışlardan görünür ki, Cavabdeh7, Cavabdeh6, Cavabdeh2, X6, X9 və X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında, Cavabdeh4 Şəki rayonu, Baş Küngüt kəndində, Cavabdeh3 isə Şəki rayonu, Orta Zəyzid kəndində qeydiyyatdadırlar.

23. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhəri, “Damarçın” məhhələ nümayəndəliyi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 122 saylı arayışdan görünür ki, Şəki şəhəri, X26 prospekti, dalan 15, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda X15, Cavabdeh7, Cavabdeh4 və X6 yaşayırlar.

24. İşdə olan DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfində verilmiş 12 may 2022-ci il tarixli arayışdan görünür ki, X15, X17 və X5 şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15/5 ünvanında yerləşən evdə qeydiyyatdadırlar.

25. Qətnаmədən nаrаzı qаlаn iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

26. İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, fərdi yaşayış evi kreditin qaytarılmasını təmin etmək üçün ipoteka qoyulduğundan «İpoteka haqqında» Qanunun 59.3.1- ci maddəsinin fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin əmlak ipoteka qoyularkən notariat qaydasında razılıq verib-verməmələrindən asılı olmayaraq evdən çıxarılmasına imkan verdiyini, həmin normanın tətbiqini istisna edən daha yüksək qüvvəyə malik olan hüquq normasının olmadığını nəzərə alaraq hesab edir ki, "İpoteka haqqında" Qanunun 59.3.1-ci maddəsinin tələbləri baxımından A.İ.Məmmədova Fərdi yaşayışevini tərk etməlidir, həmçinin A.İ.M əmmədovanın iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan Fərdi yaşayış evindən çıxarılmasına dair Bankın iddia tələbləri haqlıdır və birinci instansiya məhkəməsi tərəflərin münasibətlərinə «İpoteka haqqında» Qanununun 59.3.1-ci maddəsini deyil, 59.3.2-ci maddəsini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində kobud səhvə yol vermişdir.

27. Mülkiyyət hüququ Konstitusiya və qanunla qorunduğundan mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair müddəalar da qanunda, yaxud daha üstün qüvvəyə malik normativ hüquq aktda öz əksini tapmalıdır. İstər Mülki Məcəllədə, istər «İpoteka haqqında» Qanunda, Mənzil Məcəlləsində və digər əlaqəli qanunlarda mülkiyyətçi tərəfindən yaşayış sahəsi üzərində sərəncam vermək hüququnun həyata keçirilməsinin həmin yaşayış sahəsindən sonuncu ilə bərabər istifadə hüququna malik olan ailə üzvlərinin müvafiq razılığının tələb olunması ilə məhdudlaşdırılmasına dair normalar mövcud deyildir. Hesab edir ki, yaşayış sahəsi özgəninkiləşdirilərkən və ya ipoteka qoyularkən orada qeydiyyatda olan şəxslərin müvafiq razılıq ərizələrinin tələb olunması mülkiyyətçinin tam mülkiyyət hüququ ilə ona məxsus olan əmlaka istədiyi kimi sərəncam vermək hüququnu bir çox hallarda və əhəmiyyətli dərəcədə məhdudlaşdırmış olardı.

28. İpoteka müqaviləsi bağlandığı zaman A.İ.Məmmədova Fərdi yaşayış evində qeydiyyatda olmamışdır. B una görə də A.İ.Məmmədovadan ipoteka predmetinə tutma yönəldiyi halda həmin ünvanı qeyd-şərtsiz tərk etməsinə dair notarial qaydada təsdiq edilmiş ərizə alınmamışdır. Hətta hesab etsək ki, A.İ.Məmmədova İpoteka müqaviləsi bağlandığı zaman Fərdi yaşayış evində qeydiyyatda olmuşdur, o halda Fərdi yaşayış evində qeydiyyatda olan şəxslər barəsində arayışda X7 adının göstərilməməsinə və bunun nəticəsində ondan F ərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razılıq və ipoteka predmetinə tutma yönəldikdə evi dərhal tərk etmələri barədə öhdəlik götürmələrinə dair notarial qaydada ərizələrin alınmamasına görə məsuliyyəti B ank deyil, yuxarıda göstərilənlərə əsasən Cavabdeh7 və Şəki şəhər "Damarçın" məhəllə üzrə nümayəndəsi daşıyır.

29. Ona görə də, Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)- 1241/2022 saylı qətnaməsinin qismən ləğv edilməsini və bankın iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsinə görə 50 (əlli) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər Cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

31. Məhkəmə kollegiyasının iclasında iddiaçı Xalq Bank ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

32. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququ və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən, digər hallarla yanaşı, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsindən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir. 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir.

34. İpoteka haqqında Azərbaycan Respublikası Qanun: 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

36. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

37. Cavabdeh Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)-1241/2022 saylı qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən cavabdeh X15 və digər şəxslərə aid hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissələrdə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

39. Məhkəmə kolelgiyasının arşadırmaları zamanı müəyyən edildi ki, mülki işin 71-ci vərəqində yer alan Cavabdeh7 X31 verdiyi 22 dekabr 2014-cü il tarixli ərizəsində göstərilmişdir:

40. “Hazırkı ərizəmlə bağlı mənə xəbərdarlıq olundu ki, yuxarıda göstərilən mənziİdə/yaşayış evimdə daimi və ya müvəqqəti əsaslarla qeydiyyatda olan şəxslər barəsində səlahiyyətli məsul şəxslərə verdiyim həqiqətə uyğun olmayan məlumatlar əsasında hazırlanmış arayışdan Bankla ipoteka müqaviləsinin bağlanması üçün istifadə etdiyim təqdirdə, AR Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən cinayət məsuliyyətim cəlb edilə bilərəm.”

41. Göstərilən ərizədə bəhs edilən mülki işin 72-ci vərəqində yer alan arayışda Şəki şəhəri, X26 15/5 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış hüququ olmaqla qeydiyyatda olan şəxslər cədvəlində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və X4 adları qeyd edilmiş, yaşayış hüququ olmamaqla müvəqqəti qeydiyyatda olanlar cədvəli boş göstərilmişdir.

42. Göründüyü kimi, iddiaçı bank ipoteka qoyan Cavabdeh7 təşkilata verdiyi arayış əsasında həmin arayışda adları qeyd edilən şəxslərdən əmlakın ipotekaya qoyulmasına razılıq verilməsi barədə ərizə almışdır. Həmin arayışda isə X7 adı göstərilməmişdir. Birinci instansiya məhkəməsi bu hala əsaslanmaqla iddia tələbini X12 münasibətdə rədd etmişdir.

43. Halbuki, bu qətnamənin 48-49-cu bəndlərində göstərilmiş ərizədən göründüyü kimi, qeydiyyatda olan şəxslər haqqında həqiqətə uyğun məlumat vermək ipoteka qoyan Cavabdeh7 öhdəliyi olmuşdur. Məhkəmə kolelgiyası hesab edir ki, sonuncunun bu öhdəliyi yerinə yetirməməsi və onun tərəfindən banka təqdim olunmuş arayışın həqiqətə uyğun olmaması bankın təqsiri deyildir və iddia tələbinin həmin hissədə təmin edilməməsi iddiaçı bankın qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxarır.

44. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə cavabdeh X15 və digər şəxslərə aid hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)- 1241/2022 saylı qətnaməsi cavabdeh X15 və digər şəxslərlə bağlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli, iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair iddiası cavabdeh X12 aid hissədə təmin edilməli, iddia tələbinin “digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi” hissəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(107)-1196/2022 nömrəli qərardadı nəzərə alınmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X13 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 4 avqust 2022-ci il tarixli 2(075)-1241/2022 saylı qətnaməsi cavabdeh X15 və digər şəxslərə aid iddianın təmin edilməmiş hissəsində ləğv edilsin. İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X15, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunması və mənzildən çıxarılma tələbinə dair iddiası cavabdeh X12 aid hissədə təmin edilsin. Cavabdeh X15 ASC “Xalq” Bankına mülkiyyət hüququ ilə məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılsın. Fərdi yaşayış evi cavabdeh X7 qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilsin. İddia tələbinin “digər şəxslərin bir ay müddətində banka mülkiyyət hüququ əsasında məxsus olan Şəki şəhəri, X26 prospektində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 115.3 k.m. ümumi, 75.1 k.m yaşayış, 40.2 k.m yardımçı sahədən ibarət 4 otaqlı, 5 nömrəli fərdi yaşayış evindən çıxarılmaları və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi” hissəsinin baxılmamış saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli 2(107)-1196/2022 nömrəli qərardadı nəzərə alınsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar