Məhkəmə qərarları › İş №2(107)-1197/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1197/2020

11.06.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1197/2020 11.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hаkim Elman İsayev) xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nəqarşı “işə bərpa” tələbinə dair iddiası təmin edilməməsiqət edilmişdir. İşin hаllаrı : İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinə və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciəte dərək, Qəbələ şəhəi N.Apayev adına 4 saylı tam orta məktəbin direktorunun onun işdən azad edilməyi barədə verilmiş xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrin ləğv edilməsi və həmin məktəbdə işlədiyi ibtidai sinif müəllimi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1988-ci ildə Qəbələ şəhərində anadan olmuşdur. xx.xx.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsil almışdır. xx xxxx 2015-ci il tarixdə, 06 nömrəli əmrlə Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşdur. xx xxxx 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyi üçün işdən azad edilmişdir. Amma faktiki olaraq o, 2017- 2018-ci il tədris ilində də fənni üzrə müəllimlik etmiş, əmək haqqı almışdır. 2018-2019-cu il tədris ilində isə səhhəti ilə əlaqədar, yəni övladı xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmasına görə pedoqoji fəaliyyətini davam etdirə bilməmişdir. Hal-hazırda pedoqoji fəaliyyətini davam etdirmək istəsə də ona müvafiq əmr olduğu üçün mümkünsüz olduğu bildirilmişdir. Həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin onunla bağladığı müddətli əmək müqaviləsinə onun xəbəri və müdaxiləsi olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşəgötürən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aralarında bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Həmçinin, xx xxxx 2017-ci il tarixli, 36 nömrəli əmrin surəti ona xx xxxxxx 2019-cu il tarixdə müraciətindən sonra verilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru X3 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiası tamamilə əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 2015-ci ildə işə qəbul edilmiş, bir illik əmək müqaviləsi bağlanmışdır. 2016cı il tarixdə diaqnostik qiymətləndirmədən keçmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Son haqq-hesab 2017-ci ildə edilmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi X7 iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə 2015-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, bu elektron bazada qeydiyyatdan keçirilmişdir. İşdən çıxarılmasına dair əmr veriləndən 1 ay müddətinə şikayət edə bilərdi. Lakin, iddiaçı 2 il sonra məhkəməyə şikayət etmişdir. Məhkəmədən iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2015-ci il tarixdə doldurulmuş ******* saylı əmək kitabçasından görünür ki, İddiaçı Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru X1 xx.xx.2015-ci il tarixli 06 saylı əmri ilə Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə təyin edilmişdir. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2015-ci il tarixli 06 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə tərəflər (məktəb direktoru və iddiaçı) arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə əvəzçi müəllimə vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilə xx xxxx 2015-ci tarixdən xx xxxx 2016-cı il tarixədək bağlanmışdır. İşdə olan Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbin direktoru Q.Musayevanın xx xxxx 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx xxxx 2015-ci il tarixli 06 saylı Əmri ilə İddiaçı Qəbələ şəhər 4 saylı tam orta məktəbə ixtisası üzrə əvəzçi müəllim təyin edilmiş, həmin tarixdə məktəb direktoru və iddiaçı arasında bir il müddətinə əmək müqaviləsi bağlanmış, sonuncu dəfə əmək müqaviləsinin müddətinin hansı tarixdən hansı tarixədək artırılması barədə məlumat təqdim olunmamışdır. Məktəb direktorunun xx xxxx 2017-ci il tarixli 36 saylı Əmri ilə Əmək Məcəlləsinin 68 B bəndinə əsasən İddiaçı ilə bağlanmış müqaviləyə xitam verilərək axrıncı hesabı verilmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi əsaslar əmrin qanunsuz hesab edilməsi və onun ləğv edilməsi əsas ola bilməz. Bundan başqa iddiaçı xx.xx.2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq, iddia müddətini ötürərək, yalnız xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Аpelyаsiyа şikаyətinin dəlilləri : İddiaçının nümayəndəsi və vəkili Nümayəndə аpelyаsiyа şikаyəti verərək bildirmişdir ki, xx xxxxxx 1988-ci ildə Qəbələ şəhərində anadan olmuş. xx.xx.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə ali təhsil almışam. xx xxxx 2015-ci il tarixdə, 06 nömrəli əmrlə Qəbələ şəhər N. Apayev adma 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva ilə əmək müqaviləsi bağlayaraq həmin məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul olmuşam. xx xxxx 2017-ci il tarixdə 36 nömrəli əmrlə müddətli işlədiyim üçün işdən azad edilmişəm. Amma faktiki olaraq mən 2017-2018-ci il tədris ilindədə fənnim üzrə müəllimlik etmiş, əmək haqqı almışam. 2018- 2019-cu il tədris ilində isə səhhətim ilə əlaqədar, yəni ovladım xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmasına görə pedoqoji fəalyyətimi davam etdirə bilməmişəm. Hal-hazırda pedoqoji fəaliyyətimi davam etdirmək istəsəm də mənə müvafiq əmr olduğu üçün mümkünsüz olduğu bildirilmişdir. Mən isə hesab edirəm ki, həmin əmr əsassız və qanunsuz olduğu üçün ləğv olunmalıdır. Belə ki, işəgötürənin mənimlə bağladığı müddətli əmək müqaviləsinə mənim xəbərim və müdaxiləm olmadan öz təşəbbüsü ilə birtərəfli qaydada xitam verməsinin qanunsuz olduğunu təsdiq edən kifayət qədər əsaslar vardır. İşə götürən Qəbələ şəhər N. Apayev adma 4 saylı tam orta məktəbinin direktoru Qəşəngi Musayeva mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərtib etdiyi əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş, aramızda bağlanmış müddətli əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsinin əsaslarını şərh etməmişdir. Əmrdə konkret olaraq heç bir rəsmi sənədin, aktın adı qeyd olunmamış, belə sənədin tarixi, məzmunu göstərilməmiş, həmin sözlərlə mövcud müqaviləyə xitam verilməsi faktı arasındakı səbəbli əlaqənin mövcudluğu əsaslandırılmamışdır. Əmək müqaviləsinə birtərəfli qaydada işəgötürən tərəfindən xitam verilməsi barədə əmrin verilməsinə əsas kimi müvəqqəti bağlanmış müqavilə göstərilmişdir. Həmin müqavilənin nömrəsi, tarixi barədə heç bir məlumat verilməmişdir. Onunla Qəbələ şəhəri Nicat Apayev adma 4 saylı tam orta məktəbin direktoru arasında xx xxxx 2016-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsi xx xxxx 2017-ci ildə yekunlaşmasına baxmayaraq xx xxxx 2017-ci ildə müvafiq əmrlə xitam verilmiş və mənim bu barədə yəni müddətli əmək müqaviləsinə müddət tamam olmadan birtərəfli xitam verilməsinə dair razılığım alınmamışdır. Həmçinin, qeyd etmək istəyirəm ki, xx xxxx 2017ci il tarixli, 36 nömrəli əmrin surəti mənə xx xxxxxx 2019-cu il tarixdə müraciətimdən sonra verilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-263/2020 saylı qətnaməsi iddia tələbim təmin olunmadığına görə qətnamə ilə razı deyil. Belə ki, məhkəmə iclasında azyaşlı övladlarının olması səbəbindən iştirak edə bilməmiş və nümayəndəsi ilə təmsil etmiş, iddia tələbini müdafiə etmiş. İddia ərizəsində cavabdeh qismində qeyd olunan Qəbələ şəhəri Nicat Apayev adma 4 saylı tam orta məktəbinin və Cavabdeh1 səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin olunmasına etirazları olmadıqlarını qeyd etsələr də qətnamədə onların ifadələri təhrif olunaraq düzgün göstərilməmiş, guya”iddia əsassız olduğundan və iddia müddəti ötürüldüyündən rədd olunmasını” xahiş etmişlər. Digər tərəfdən məhkəmənin “iddiaçının iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etdiyi” mülahizəsi ilə razı deyilik, faktiki olaraq nümayəndəm tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə xx.xx.2020-ci il tarixdə təqdim olunmuş müvafiq sənədlərin qəbul edilməsinə səlahiyyət verilmiş şəxs tərəfindən şəxsən imzalanmaqla qəbul olunmuşdur. İddia tələbi ilə bağlı işə məhkəmədə baxılan zaman və iddia ərizəsinin özündə də qeyd etmişəm ki, işdən çıxarılmağım barədə (əmək müqaviləsinə xitam barədə) əmr mənə vaxtında verilməmişdir. Buna görə də hesab edirəm ki, məktəb və təhsil şöbəsi əmri mənə vaxtında verməməklə qanunla qorunan hüquqlarımı məhdudlaşdırmışdır. Məhkəmənin diqqətinə həmin məsələni çatdırsam da və bu işin mübahisəsiz halı olduğu və bu halın məhkəməyə də bəlli olduğu təqdirdə məhkəmə işin qeyd olunan hallarına heç bir hüquqi qiymət verməmiş, işin göstərilən hallarını nəzərə almamış və cavabdehin mənafeyi mövqeyindən çıxış edərək, həmin mövqeyi müdafiə edərək əleyhimə qətnamə çıxarılmasına nail olmuşdur. Hesab edirəm ki, sırf göstərilən bu hal üzrə məhkəmə düzgün araşdırma aparmadığı və maddi, prosessual hüquq normalarını düzgün təsfir etmədiyi üçün qətnamə ləğv olunmalıdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli. 2(025)-263/2020 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş edirəm. İşdə iştirаk edən şəxslərin izаhаtlаrı : Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı, cavabdehlər Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin nümayəndəsi və Cavabdeh1 nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər : Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı mаddəsində deyilir ki, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə, şikаyət qərаrın ləğv edilməsinə yönəldikdə və yа аpellyаsiyа şikаyətində və оnа etirаzlаrdа ifаdə оlunmuş dəlillərə əsаsən mübаhisənin predmeti bölünməz оlduqdа isə tаm yоxlаyır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аsılı оlmаyаrаq, məhkəmənin mаddi və prоsessuаl hüquq nоrmаlаrınа riаyət etməsini yоxlаyır. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi mübаhisəni İddiaçı münаsibətdə düzgün həll etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı tərəflərin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası İddiaçı cavabdeh Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəbinin direktoru tərəfindən onun əmək müqaviləsinə xitam verilməsinə dair xx xxxx 2017-ci il tarixli 36 saylı əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə alması dəlili ilə razılaşmır. Belə ki, o apelyasiya şikayətində göstərir ki, 2018- 2019-cu il tədris ilində səhhəti ilə əlaqədar, yəni ovladı xx.xx.2019-cu il təvəllüdlü X8 anadan olmasına görə pedoqoji fəalyyətimi davam etdirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Göründüyü kimi İddiaçı artıq əmək fealiyyətini davam etdirməsini 2 ildən artıq müddətdə əmək haqı almadığı təqdirdə onun əmək hüquqlarının pozulub-pozulmamasını bilməli idi. Məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsinin bağlanması və xitam verilməsi barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasında və məktəbin əmirlər barədə lövhəsində müvafiq surətdə öz əksini tapır. İddiaçı həmin məlumatı almaq imkanlarından məhrum olmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçı tərəfindən Qəbələ şəhər N.Apayev adına 4 saylı tam orta məktəb tərəfindən imzalanmış xx xxxx 2017-ci il tarixli əmrin surətini xx xxxxxx 2019-cu il tarixdə alması ilə bağlı məhkəməyə subut təqdim etməmişdir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyаsı birinci instаnsiyа məhkəməsinin qətnаməsinin iddiaçıya münаsibətdə ləğv edilməsi üçün əsаs müəyyən etmədi və bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.1-ci mаddəsinə əsаsən, birinci instansiya məhkəməsinin qətnаməsi оnа münаsibətdə dəyişdirilmədən, аpelyаsiyа şikаyəti isə təmin edilmədən sаxlаnmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(025)-263/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar