Məhkəmə qərarları › İş №2(107)-1199/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1199/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1199/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 qar şı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı (hakim M.Kərimova) qətnаməsi ilə iddia qismən təmin olunaraq Cavabdeh1 Əhmədiyyə oğlundan 10185.01 (on min bir yüz səksən beş dollar bir sent) ABŞ dolları əsas borc və 5907.30 (beş min doqquz yüz yeddi dollar otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 (on altı min doxsan iki dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə manat məzənnəsi ilə, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü çıxarışlarının surətlərinin notarial qaydada təstiqlənməsi üçün ödənilmiş 10 (on) manat tutularaq iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-yə verilməsi, pulun tutulması ipoteka ilə yüklənmiş evə yönəldilməsi, cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 mülkiyyətində olan, 25000 manat qiymətləndirilmiş Mingəçevir şəhəri M.Müşfiq küçəsi 16/1 №li evin açıq hərracda satışa çıxarılması, satışdan əldə edilən vəsaitdən 10185.01 (on min bir yüz səksən beş dollar bir sent) ABŞ dolları əsas borc və 5907.30 (beş min doqquz yüz yeddi dollar otuz sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 16092.31 (on altı min doxsan iki dollar otuz bir sent) ABŞ dolları kredit borcu qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat, yaşayış evin mülkiyyət və ipoteka yüklülüyü Çıxarışların surətlərinin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 10 (on) manat tutularaq iddiaçıya verilməsi, borcun ödənilməsindən sonra evin açıq hərracda satılmasından qalan pulun cavabdehlərə qaytarılması, iş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat Cavabdeh1 Əhmədiyyə oğlundan tutulub büdcə təsnifatının kodu: 142319 Büdcə səviyyəsinin kodu 3 Ekspertiza xərci SAP (XİİS) hesabı X2 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000003944 SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** HESAB AZ34CTRE**********00088501 rekvizitlər üzrə dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 Əhmədiyyə oğlu apellyasiya şikayəti vermişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 366.1-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Lakin cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 apellyasiya şikayətini imzalamadıqlarından Mingəçevir Şəhər Məhkəməsi 15 aprel 2021-ci il tarixli, 2(051)-28/2021 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-28/2021 saylı, 24.02.2021-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 Əhmədiyyə oğlu 19.04.2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən imzalanmış, 19 aprel 2021-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə təqdim edilmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti ilk olaraq vaxtında, yəni qətnamə cavabdehə təqdim olunduğu vaxtdan (cavabdeh qətnaməni 16 mart 2021-ci il tarixdə almışdır) apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddətdə verilmişdir. Lakin apellyasiya şikayətində qeyd edilən nöqsanlar aradan qaldırılıdıqdan sonra apellyasiya şikayəti ikinci dəfə məhkəməyə təqdim edilərkən apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş müddət ötürülmüş, lakin birinci instansiya məhkəməsi tərəfindən buna hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan xəbərnamələrdən (iş materialları 97-98 səh) görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini 16 mart 2021-ci il tarixdə qəbul etmişdir. Cavabdeh1 Əhmədiyyə oğlunun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ 16 aprel 2021-ci il tarixdə sona çatmışdır. Çünki Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən apellyasiya şikayəti 19 aprel 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin buraxılmasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əhmədiyyə oğlu və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırki vəziyyətdə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından prosessual müddətlə bağlı hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrа аldı: Mingəçevir Şəhər Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(051)-28/2021 saylı qətnaməsindən Cavabdeh1 Əhmədiyyə oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin. Mülki iş prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar