Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1199/2025 03.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbi, qismən ləğv, qismən təmin) X12 (sədrlik edən və məruzəçi), X28 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)-1727/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X55 ilə 07 oktyabr 1952-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikah münasibətlərindən üç övladları, yəni xx xxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh2, xx xxx 1972-ci il təvəllüdlü Cavabdeh3 və xx xxxx 1974-cü il təvəllüdlü Cavabdeh4 doğulmuşdur. X34 07 sentyabr 1933-cü ildə doğulmuş, valideynləri X26 və X3 olmuşdur. Ərinin atası X26 01 iyun 1964- cü ildə, anası X3 isə 08 mart 1977-ci ildə ölmüşdür. X34 29 iyun 2007-ci il tarixdə miokardın işemiyası səbəbindən ölmüşdür. Mərhum əri öldüyü günə kimi iddiaçı, oğlu Cavabdeh3 və onun ailəsi ilə birgə Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Ərinin dəfn xərcini özü çəkmişdir. Əri öldükdən sonra ondan miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evində iddiaçı, həmçinin oğlu Cavabdeh3 və ailəsi yaşamışdır. Qızı Cavabdeh2 atası ölərkən artıq evli idi,digər oğlu Cavabdeh4 isə atası ölərkən Bakı şəhərində kirayədə öz ailəsi ilə birgə yaşayırdı. Mərhum əri Qədir Qədirovdan miras əmlak kimi bu daşınmaz əmlaklar qalmışdır, yəni miras kütləsinə daxil olan əmlaklar bunlardır: 1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,3250 ha hissəsi; 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsi; 3) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X36 və Cavabdeh4 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsi; 4) Mərhum X34nun adına verilmiş texniki pasporta əsasən Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evi (Qeyd: fərdi yaşayış evi dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona “gözlənilən” mülkiyyət hüququ olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3. bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1- dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4. bənddə isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportların mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir) Mərhum əri ölən günə onun birinci növbə vərəsələri kimi, iddiaçı və cavabdehlər qalmışdır. Qeyd etdiyi kimi, mərhum ərinin valideynləri ondan öncə ölmüşlər. Mərhum ərindən qeyd etdiyi miras qalmış əmlaklar iddiaçının və oğlu Cavabdeh3 tərəfindən miras kimi faktik olaraq qəbul edilmişdir. Belə ki, məhrum ərindən miras qalmış fərdi yaşayış evində onun ölümünə qədər və onun ölümündən sonra da iddiaçı və oğlu Cavabdeh3 ailəsi ilə birgə yaşamışdır və hal-hazırda da yaşayırlar. Miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə iddiaçının və oğlu Cavabdeh3 tərəfindən istifadə edilərək əkilib-becərilmişdir. Hətta iddiaçının gəliri hesabına fərdi yaşayış evi Qədir Qədirovun ölümündən sonra əsaslı təmir edilmişdir. Miras qalmış əmlaka dair əmlak və torpaq vergisi də iddiaçı və Cavabdeh3 tərəfindən ödənilmişdir. Digər övladları Dilşad və Azər miras əmlaka sahiblik etməmişlər, həmin əmlakı idarə etməmişlər, mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər, yəni miras qalmış əmlakı nə faktiki, nə də ki, rəsmi qəbul etməmişlər. Hətta miras əmlakın qəbulundan imtina etmişlər və bu barədə notariat qaydasında təsdiq edilmiş ərizələri mövcuddur. Belə olan halda Dilşad və Azər miras əmlakdan pay almaq hüququnu itirmişlər. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə açılır. Fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Bir daha nəzərə çatdırım ki, mərhum Qədir Qədirovdan qeyd edilən miras qalmış əmlak iddiaçı və Cavabdeh3 tərəfindən faktik olaraq qəbul edələrək, istifadə edilmiş və idarə edilmişdir. Keçən müddət ərzində oğlu Cavabdeh3la hər hansı bir problemi olmamışdır. Lakin son bir ildir ki, Cavabdeh3la çox təəssüf edərək bildirmişdir ki, onun günahı ucbatından ailədaxili problemlər yaşamağa başlamışdır. O, oğlu Cavabdeh3la aralarında ailədaxili problemlər yaşamadan öncə hesab etmişdir ki, mərhum ərindən miras qalmış əmlak tərəflərindən faktiki olaraq qəbul edildiyi üçün notariat orqanına müraciət etməyə gərək yoxdur. Çünki bir ziyalı müəllimə kimi bilirdi ki, mirasın qəbulunun iki yolu vardır bir qeyri-rəsmi, yəni faktik qəbul, ikincisi isə rəsmi, yəni notariat vasitəsi ilə qəbul. Onlar faktik olaraq qəbul etdiyimiz üçün və son bir ilə qədər aralarında hər-hansı bir ixtilaf olmadığı üçün, digər iki övladı, yəni Dilşad və Azər miras paydan imtina etdikləri üçün MM-in 1248.1-ci maddəsinə əsasən müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər müddəasını rəhbər tutumuşdur. Eyni zamanda notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərizndə müraciət etməsə də, miras qoyanın ölümündən əvvəl, həmçinin onun ölümündən sonra miras əmlakda yaşamaqla faktiki olaraq həmin əmlaka sahiblik etdiyindən, yəni mirası faktiki olaraq qəbul etdiyindən notariat orqanına miras əmlakın qəbul edilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməməyi üzrlü hesab edilməlidir. Oğlu olan Cavabdeh3la aralarında ailədaxili mübahisələr yarandığı üçün mirasın qəbulu ilə bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmiş, lakin Ağdaş rayon Notariat ofisi tərəfindən miras əmlakın bölgüsü ilə bağlı Cavabdeh3la aralarında mübahisə olduğu üçün imtina edilərək miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X36 və Cavabdeh4 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsindən mərhum X36 1/3 hissədə payının müəyyən edilməsi; 29 iyun 2007-ci il tarixdə ölmüş X30 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək ½ (ikidə bir) hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq ½ (ikidə bir) hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək ½ (ikidə bir) hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının, X36 və Cavabdeh4 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək ½ (ikidə bir) hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 Ağdaş rayon Notariat ofisində rəsmiləşdirilmiş ərizə ilə müraciət edərək mərhum X34nun ölümündən sonra ondan miras qalmış fərdi yaşayış evindən, evi yerləşdiyi 0,24 hektar həyətyanı, müvafiq olaraq 1,44 hektar və 1,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası paylarından həmin iddiaçılara çatası paylarından imtina etmişlər. Qanunvericiliyin tələbinə görə qanun üzrə vərəsə miras qalmış əmlakdan imtina etdiyi halda, ona çatası pay digər vərəsələr arasında bərabər bölünür. Həmin cavabdehlər mərhum Qədir Qədirovdan onlara çatası paylarından imtina etdiklərinə görə qeyd ediləm miras əmlaklarda onun payları artmışdır. Ona görə də hazırki iş üzrə iddia tələbinin həcminin artırılmasına zərurət yaranmışdır. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 onlara çatası paylarından imtina etdikləri nəzərə alınmaqla 29 iyim 2007-ci ildə ölmüş X30 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə payı mərhumun arvadı olduğundan ½ hissə olduğu nəzərə alınmaqla 6/8 hissədə (1/2:4=1/8, 1/8x2=2/8, 1/2+2/8=6/8), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində payı 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə (0,3250:2=0,1625, 0,1625:4=0,04625, 0,04625x2=0,08125, 0,1625+0,08125=024375), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində payım ½ hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar (0,36:2=0,18, 0,18:4=0,045, 0,45x4=0,9, 0,18+0,09=0,27). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının X36 və Cavabdeh4 ümum birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payının ½ (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq iddia tələbinin artırılmasına dair ərizənin xahiş etdi hissəsində texniki səhvə yol verilərək "0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsində mərhum X36 payının 1/3 hissədə müəyyən edilməsi, ona aid 1/3 hissəsinin miras əmlak kimi tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarının müəyyən edilməsi" əvəzinə "0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarımın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi" kimi yazılmışdır. Ona görə də cavabdehlər Cavabdeh2 və Cavabdeh4 onlara çatası paylarından imtina elədikləri nəzərə alınmaqla 29 iyun 2007-ci il tarixdə ölmüş X30 miras qalmış Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə payı mərhumun arvadı olduğundan 1/2 hissə olduğu nəzərə alınmaqla 6/8 hissədə (1/2:4=1/8, 1/8x2=2/8, 1/2+2/8=6/8), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində payım 1/2 hissəsə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə (0,3250:2=0,1625, 0,1625:4=0,04625, 0,04625x2=0,08125, 0,1625+0,08125=0.24375), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində payın ½ hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar (0,36:2=0,18, 0,18:4=0,045, 0,45x4=0,9, 0,18+0,09=0,27), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən iddiaçının X36 və Cavabdeh4 ümumi birgə mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsində mərhum X36 payının 1/3 hissədə müəyyən edilməsi, ona aid 1/3 hissəsinin miras əmlak kimi tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində payını 1/2 (1/3:2=1/6) hissəsi nəzərə alınmaqla 7/24 hissədə (1/6:4=1/24, 1/24x2=2/24, 1/6+2/24=7/24) hissədə paylarnın müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)-1727/2023 nömrəli qətnaməsi ilə (sərdlik edən hakim: Cavid Sultanov) iddia tələbinin qismən təmin edilməsi, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə İddiaçı payının 6/8 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X36 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində İddiaçı payının 1/2 hissəsi nəzərə alınmaqla 7/24 hissədə hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1151.1, 1159.1.1, 1159.1.3, 1193, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşin materiallarında olan 07 oktyabr 1969-cu il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş AЗ-İ № 135639 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X55 ilə X18 074 oktyabr 1969-cu il tarixdə 53 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qədirov, arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan 20 yanvar 1950-ci il tarixdə Ağdaş rayon Zaks bürosu tərəfindən verilmiş ИЕ № 307086 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X55 07 sentyabr 1933-cü il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X26, anası isə X1r. İşin materiallarında olan 22 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında arayışın surətindən görünür ki, X18 xx xxxxxx 1952-ci il tarixdə doğulmuş, atası X14, X31r. İşin materiallarında olan 9 fevral 1971-ci il tarixdə Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 30 fevral 1971-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, atası X56, anası isə İddiaçıdır. İşin materiallarında olan 19 may 1972-ci il tarixdə Ağdaş rayonu Qolqəti kənd soveti tərəfindən verilmiş İ-ЖГ № 365428 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxx 1972-ci il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, atası X56, anası isə İddiaçıdır. İşin materiallarında olan 17 iyun 1974-cü il tarixdə Ağdaş rayonu Qolqəti kənd soveti tərəfindən verilmiş İİ-ЖГ № 442118 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxx 1974-cü il tarixdə Ağdaş rayonu, Qolqəti kəndində doğulmuş, atası X56, anası isə İddiaçıdır. İşin materiallarında olan 22 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 825/1 saylı arayışın surətindən görünür ki, X26 01 iyun 1964-cü il tarixdə Ürək qüsuru səbəbindən ölmüşdür. İşin materiallarında olan 22 sentyabr 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 825 saylı arayışın surətindən görünür ki, X3 08 mart 1977-ci il tarixdə Miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan 16 fevral 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kənd İ/N tərəfindən verilmiş AZ-İİ № 297068 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X56xx.xx.2007-ci il tarixdə Miokardın işemiyası səbəbindən ölmüşdür. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-369/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X56 ölən gündən sonra həmin fərdi yaşayış evində arvadı 1952-ci il təvəllüdlü İddiaçı, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh3, gəlini 1973-cü il təvəllüdlü X32, nəvələri 2001-ci il təvəllüdlü X51 və 2002-ci il təvəllüdlü X45 yaşamışdır. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-368/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X56 ölən günə kimi Ağdaş rayonu, Qolqəti kəndində yerləşən özünə məxsus fərdi yaşayış evində arvadı 1952-ci il təvəllüdlü İddiaçı, qızı 1971-ci il təvəllüdlü Cavabdeh2, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh3 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh4 vərəsələri ilə birgə yaşamışdır. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-367/2023 saylı arayışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kənd sakini 1952-ci il təvəllüdlü İddiaçı ailə tərkibi - əri 2007-ci il tarixdə ölmüş X56, qızı 1971-ci il təvəllüdlü Cavabdeh2, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh3 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh4 ibarətdir. İşin materiallarında olan 15 avqust 2023-cü il tarixdə Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qolqəti kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-32- 12/2-366/2023 saylı arayışdan görünür ki, 2007-ci il tarixdə ölmüş mərhum X36 1-ci dərəcələri vərəsələri - arvadı 1952-ci il təvəllüdlü İddiaçı, qızı 1971-ci il təvəllüdlü Cavabdeh2, oğlu 1972-ci il təvəllüdlü Cavabdeh3 və oğlu 1974-cü il təvəllüdlü Cavabdeh4dur. İşin materiallarında olan15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş 35 saylı arayışın surətindən görünür ki, mərhum yoldaşı X56 öldükdən sonra, yəni xx.xx.2007-ci il tarixdən sonra mərhum Qədir Qədirovun və qeyrilərinin ümumi mülkiyyətində Ağdaş rayonu, Qolqəti kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən və həyətyanı torpaq sahəsindən İddiaçı və Cavabdeh3 istifadə edərək, idarə etmişlər. Həmçinin torpaq sahələrinə dair torpaq və əmlak vergisi İddiaçı və Cavabdeh3 tərəfindən ödənilmişdir. İşin materiallarında olan15 avqust 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti Bələdiyyəsi tərəfindən verilmiş 30 saylı arayışın surətindən görünür ki, İddiaçı mərhum əri 2007-ci il tarixdə ölmüş və həmin ildən hal-hazırki ilə kimi mərhumun adına olan 0,68 ha pay torpağından mərhumun arvadı İddiaçı istifadə edir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,44 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X8 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi X56, X19, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,30 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X8 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi X19, Cavabdeh2, X56 və X8 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,24 hektar yaşayış məntəqələrinin torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 188 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X56 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,4399 hektar kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 59 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X56, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışdan görünür ki, Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,302 hektar kənd təsərrüfatı təyinatlı torpaqları İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. Eyni zamanda torpaq sahəsi İddiaçı, X56, Cavabdeh2 və Cavabdeh4 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan Cavabdeh2tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron ərizənin surətindən görünür ki, atası X36 xx.xx.2007-ci il tarixdə öldüyünü, onun ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə veməklə. Nə də faktiki olarq qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müraciət etmək məqsədi olmadığını bildirmişdir. İşin materiallarında olan Cavabdeh4 tərəfindən Ağdaş rayon Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli elektron ərizənin surətindən görünür ki, atası X36 xx.xx.2007-ci il tarixdə öldüyünü, onun ölümündən sonra miras qalmış əmlakı nə notariusa ərizə veməklə. Nə də faktiki olarq qəbul etmədiyini, vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində olmadığını, mirasın qəbul edilmə müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müraciət etmək məqsədi olmadığını bildirmişdir. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 12 avqust 2023-cü il tarixli, № 574 saylı məktubundan görünür ki, mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/15228 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli, ********** saylı ərizəsinə və xx.xx.2023-cü il tarixli, ********** saylı müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan torpaq sahəsi üçün xx.xx.2023-cü il tarixdə qiymətləndirilmə işi aparılmış, Ağdaş rayonu, Qolqəti kəndi ərazisində yerləşən 0,24 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 4500 manat təşkil edir. İşin materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, B № 039670 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-121A saylı, xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən İddiaçı xüsusi mülkiyyətinə Ağdaş rayonu, Qolkqəti kəndindən 0,24 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar verilmişdir. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİSdən verilmiş Çıxarışda görünür ki, X27 xx.xx.1969-cu ildə doğulmuş, atası X37, anası X4r. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİSdən verilmiş Çıxarışda görünür ki, X38 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə “X24” AQİSdən verilmiş Çıxarışda görünür ki, X39 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan X9 ölən günə kimi özünə məxsus olan bütün əmlakını, o cümlədən istənilən Daşınar və Daşınmaz əmlaklarını ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X15 şəhəri, M.İsayev küçəsi 49/5 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X6 rayonu, Qazıqumlaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X11 şəhəri, Nəsimi küçəsi ev 19 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X11 şəhəri, Nəsimi küçəsi ev 14 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X7 rayonu, Qarabucaq kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan xx.xx.2022-ci il tarixdə Daxili İşlər Nazirliyi BPQMİ MAPS şöbəsi tərəfindən verilmiş Çıxarışda görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X13 şəhəri, Nəsimi küçəsi ev 15 ünvanında qeydiyyatdadır. İşin materiallarında X21 təqdim etdiyi və atası X22, ona da anası X2 miras qaldığını bildirdiyi xalçanın fotoşəkili vardır.
6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh3 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, mirasın bölüşdürülməsi iddiasının tərəfləri baxımından cavabdeh qarşılıqlı iddia irəli sürməsə də, hər iki tərəf iddiaçı və cavabdeh vəziyyətindədirlər. Belə ki, iddiaçı bu tələbi digər bütün vərəsələrə qarşı irəli sürdüyü halda, mirasın məhkəmə qərarı ilə bölünməsindən hər iki tərəf yararlandığı üçün sanki cavabdehlər də iddiaçı vəziyyətində olurlar. Başqa sözlə, mübahisəyə baxılması nəticəsində məhkəmənin verdiyi bölüşdürmə qərarı həm iddiaçının, həm də cavabdehin xeyrinə bir nəticə əmələ gətirir, bununla da yalnız iddiaçı deyil, cavabdeh də özünə düşən miras əmlak üzərində fərdi (şəxsi) hüquq sahibi olur. Bu səbəbdən bölüşdürmə iddiasına Roma hüququndan gələn bir ifadə ilə “actio dublex”, yəni ikitərəfli iddia adı verilmişdir. Hesab edir ki, mülki prosessual qanunvericilikdə təsbit olunan prosessual statuslara bağlı qalmaq şərtilə (tələb irəli sürmüş şəxsin iddiaçı, tələbin yönəldiyi şəxsin cavabdeh, yaxud mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən və ya sürməyən üçüncü şəxslər) mirasın bölüşdürülməsi haqqında iddianı vərəsələrdən hansmın qaldırmasından asılı olmayaraq, məhkəmə vərəsəlik mübahisəsini miras kütləsinin tamamına və bütün vərəsələrə münasibətdə bütövlükdə və birdəfəlik həll etməlidir. Bu baxımdan vərəsələrdən biri tərəfindən qaldırılmış iddianın həlli, elə tələb irəli sürməmiş vərəsələrin də mübahisəli hüquqlarının qəti həllini təmin edir. Mirasın bölüşdürülməsinə dair məhkəmə qərarı, yuxarıda qeyd olunduğu kimi, yeni bir hüquqi vəziyyət yaradır. Miras şərikliyində olan vərəsələr onlara verilən əşya və hüquqlar üzərində ümumi birgə mülkiyyətçi vəziyyətindən fərdi (şəxsi) mülkiyyətçi vəziyyətinə keçirlər və bu nəticə məhkəmə aktının qanuni qüvvəyə minməsi ilə dərhal meydana gəlir. Yəni məhkəmə qərarı çıxarıldıqdan və qüvvəsini aldıqdan sonra bölgü ilə vərəsəyə verilmiş əşyalar və hüquqlar üzərində onun fərdi (şəxsi) mülkiyyətinin yaranması üçün əlavə hüquqi əməliyyatlara (vərəsəlik şəhadət naməsinin alınmasına, müqavilə bağlanmasına və s.) gərək qalmır. Qərar vərəsənin əşya üzərindəki mülkiyyət hüququnu təsis, tələb hüquqlarının isə bilavasitə ona keçməsini təmin edir. Məhkəmənin qərarı əsasında daşınmaz əşyalar üzərində vərəsənin hüququna dair dövlət reyestrində aparılan qeydiyyat (MM, m. 178.1, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun, m.8.0.4) isə qurucu deyil, açıqlayıcı mahiyyətdə olur. Yeri gəlmişkən, o da qeyd olunmalıdır ki, mirasın bölüşdürülməsi iddiasının predmetini bir qayda olaraq miras kütləsinin hamısı təşkil etsə də, bundan istisna mümkündür. Belə ki, vərəsələr öz aralarında razılaşmaqla miras kütləsi üzrə qismən bölüşdürmə edə biləcəkləri kimi, kütlənin bir hissəsinə (mübahisəli olan qisminə) münasibətdə də iddia qaldıra bilərlər. Bölüşdürmə barədə iddianın qaldırılması hər hansı (iddia və ya kəsici) müddətə tabe deyil, vərəsələr özlərinin mülkiyyət hüquqları ilə bağlı olan bu tələbi müqavilədən və ya qanundan irəli gələn dayandırma halları istisna olmaqla, müddətdən asılı olmayaraq istənilən vaxt irəli sürə bilərlər. Ağdaş Rayon Məhkəməsinin hakimi C.Sultanov qətnamənin əsaslandırıcı hissəsində ona pay müəyyən edilməli olmasını göstərsə də, nəticə hissəsində payı göstərməməklə qanunvericiliyin tələbini pozmuş, bölüşdürməni mahiyyəti üzrə həll etməmişdir.
8. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)- 1727/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı, cavabdehlər Cavabdeh4 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, Ağdaş rayon Notariat ofisi məhkəməyə nümayəndəsini göndərməmişdir. Lakin, Ağdaş rayon Notariat ofisi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2025-ci il tarixli, e-2(014)-1727/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edərək onun payının müəyyən edilməsini xahiş etdi.
14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsinə etirazının olmadığını bildirdi.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Apellyasiya şikayəti verən Cavabdeh3 Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2025-ci il tarixli, e-2(014)-1727/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmiş, həmçinin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
24. Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.
25. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,44 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X56, X19, Cavabdeh2 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi ünvanında yerləşən 1,30 hektar kənd təsərrüfatlı təyinatlı torpaqlar X19, Cavabdeh2, X56 və X8 ümumi birgə mülkiyyətinə verilmiş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş elektron Çıxarışa əsasən Ağdaş rayonu, Qolqəti kəndi (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən 0,24 hektar yaşayış məntəqələrinin torpaqları İddiaçı, X56 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. İddiaçı həmin torpaq sahələrinin 4 mülkiyyətçisindən biridir. Vərəsələrdən Cavabdeh2 və Cavabdeh4 oğlu notarial ərizə yazaraq öz hüquqlarından imtina etmişdirlər. Cavabdeh2 hazırda uzun müddətdir ki, Azərbaycanda yaşamır. X2 miras qalmış torpaq sahəsi və yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə İddiaçı və Cavabdeh3 tərəfindən faktiki qəbul edilmişdir. Cavabdeh3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə və ya notariusa şifahi və ya yazılı formada iddia tələbi ilə bağlı fikrini bildirməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Ağdaş rayonu, Qolqəti kəndində yerləşən fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə İddiaçı payının 6/8 hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X36 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində İddiaçı payının 1/2 hissəsi nəzərə alınmaqla 7/24 hissədə hissədə payları müəyyən edilməlidir.
26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
27. Belə ki, iş materialında olan dövlət aktından və torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 02 dekabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 2.74 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.24 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi X36 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.
28. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
29. Göründüyü kimi həmin torpaq sahəsi X44 hədiyyə şəklində verildiyindən qanunvericiliyin tələbinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edilə bilməz və X36 ayrıca mülkiyyətindədir.
30. Birinci instansiya məhkəməsi isə qeyd olunan halı nəzərə almadan miras əmlakın ½ hissəsini birgə nikah dövründə əldə edilmiş əmlak kimi İddiaçı mülkiyyəti hesab etməklə qalan ½ hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsini müəyyən edərək payını müəyyən etmişdir.
31. X10 miras qalmış Ağdaş rayonu Qolqəti kəndində yerləşən fərdi yaşayış evindən payların müəyyən edilməsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin fərdi yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan, birinci instansiyası məhkəməsi haqlı olaraq fərdi yaşayış evinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin evdə İddiaçı payının 6/8 hissədə müəyyən etmiş, lakin Cavabdeh3 payını açıq saxlamışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, X10 miras qalmış yaşayış evi onun vəfatından dərhal sonra qalan əşyalara və evin özünə sahiblik etməklə Cavabdeh3 tərəfindən də faktiki qəbul edilmişdir. Ona görə də Cavabdeh3 fərdi yaşayış evə dair payı müəyyən edilməlidir.
33. Bundan başqa iş materiallarından görünür ki, miras qoyanın digər uşaqları cavabdehlər Cavabdeh2 və Cavabdeh4 onlara çatası miras paylarından imtina etmişlər.
34. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM 1151, 1159.1.1, 1255).
35. Bununla belə, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır (MM 1291).
36. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
37. Odur ki, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)-1727/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)-1727/2023 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin təmin edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,1625 hektar olduğu nəzərə alınmaqla 0,24375 hektar hissədə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsində miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək həmin torpaq sahəsində İddiaçı payının 1/2 hissədə, yəni 0,18 hektar olduğu nəzərə alınmaqla 0,27 hektar, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X36 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 1/3 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsinin müəyyən edilərək 1/3 hissəsində İddiaçı payının 1/2 hissəsi nəzərə alınmaqla 7/24 hissədə payları müəyyən edilməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Ağdaş rayon Notariat ofisinə qarşı miras əmlakın faktiki qəbul olunmasının müəyyən edilərək miras əmlakda payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X44 məxsus 0,3250 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən olunaraq həmin 0,3250 ha torpaq sahəsində İddiaçı payı 1/2 hissədə, Cavabdeh3 payı 1/2 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ümumpaylı mülkiyyətdə olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 1,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,36 ha hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək həmin 0,36 ha torpaq sahəsində İddiaçı payı 1/2 hissədə, Cavabdeh3 payı 1/2 hissədə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı, X36 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonu, Qolqəti kəndində yerləşən 0,24 ha yaşayış məntəqələrinin torpaq sahəsinin mərhum X44 aid 2/6 hissəsinin miras əmlak kimi faktiki qəbul edilməsi müəyyən edilərək, 0,24 ha torpağın 1/6 hissəsində İddiaçı, 1/6 hissəsində isə Cavabdeh3 payı; X5 miras qalmış Ağdaş rayonu Qolqəti kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh3 2/8 hissədə payı müəyyən edilsin. Ağdaş Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, e-2(014)-1727/2023 nömrəli qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.