Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1202/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, ipoteka qoyanın reqres iddiası) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı məbsədilə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı Cavabdeh xeyrinə 53 800 USD (əlli üç min səkkiz yüz ABŞ dolları) və 5 200 USD (beş min iki yüz ABŞ dolları) məbləğində pulu "xxxx" ASC-ə ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı kredit müqaviləsinə əsasən 24 (iyirmi dörd) ay müddətinə nağd və qeyri nağd şəkildə istifadə olunmaqla 120 000 (bir yüz iyirimi min) ABŞ dolları məbləğində və ya bu miqdarda ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açılmış, bu kredit müqaviləsinin təminatı kimi ipoteka saxlayan “X10” ASC Bakı filialı adından X6 ilə ipoteka qoyan İddiaçı və borc alan Cavabdeh arasında Sumqayıt şəhər 3 saylı notariat kontorunda 3M/1074 nömrə ilə reyestrdə qeydə alınmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən, “X10” ASC-nin Bakı filialı ilə borc alan arasında bağlanmış 30 oktyabr 2015-ci il tarixli 01 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələrlə əlaqədar olaraq Dövlət rüsumunun ödənilməsi haqqında məlumat borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək ipoteka qoyan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evini ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsindən görünür ki, torpaq sahəsi 0,12 ha, ümumi sahəsi 511.7 kv.m təşkil edən bağ evinə "xxxx" MMC ekspertləri tərəfindən baxış keçirilmiş və banka təqdim edilən xx.xx.2015-ci il tarixli ekspert rəyinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən bağ evinin likvid dəyəri 280 000 AZN (iki yüz səksən min manat) məbləğində qiymətləndirilmişdir. Bank tərəfindənCavabdeh kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmişdir. Cavabdehkredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuşur. "xxxx" ASC tərəfindən məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsi ilə “X10” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yüz iyirimi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X10” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) “X10” ASC-yə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra İddiaçı və X4 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. Qeyd edək ki, İddiaçının əri X3 bankdan götürülməsinəzərdə tutulan məbləğdən qat-qat artıq həcmdə kredit götürüldüyünü bank əməkdaşının telefon zəngi vasitəsilə öyrəndikdən sonra bu barədə şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmiş və faktla bağlı cinayət işi açılmışdır. Sumqayıt ŞPİ-də araşdırılmış cinayət işi üzrə hər iki şəxs təqsirli hesab edilmiş və barələrində qətimkan tədbiri seçilmişdir. Lakin daha sonra cinayət işinə xitam verilmişdir. Məhkəmənin nəzərəinə çatdırırıq ki, ipoteka predmeti olan əmlakİddiaçı mülkiyyətinda olan əmlak olduğundan və həmin əmlakın bankın mülkiyyətinə keçməsi riski yarandığından iddiaçı cavabdehin banka olan borcunun bir hissəsini “X10” ASC-ə ödəmişdir. Sübut qismində məhkəməyə təqdim ediləcək FJB**********847 nömrəli və FJB**********217 nömrəli qəbzlərdən də görünür ki, İddiaçı Cavabdeh xeyrinə 53 800 USD (əlli üç min səkkiz yüz ABŞ dolları) və 5 200 USD (beş min iki yüz ABŞ dolları) məbləğində pulu "xxxx" ASC-ə ödəmişdir. Cavabdeh 59 000 ABŞ dolları (manat ekvivalenti: 100 300.00 AZN (yüz min üç yüz manat) məbləğində pulun reqres qaydasında və məhkəməyə müracət etmək üçün ödənilən 391 AZN (üç yüz doxsan bir manat) məbləğdə dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev İddiaçı mülkiyyətindədir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 hektar torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 511.7 kv.m təşkil edən ev "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən “X10” ASC-nin iddiası qismən təmin edilərək ödəniş gününə qüvvədə olan məzənnə ilə 119923,34 (yüz on doqquz min doqquz yüz iyirimi üç dollar otuz dörd sent) ABŞ dolları məbləğində əsas borc, 4502,10 (dörd min beş yüz iki dollar on sent) ABŞ dolları məbləğində faiz borcu, 40 (qırx) ABŞ dolları məbləğində cərimə, cəmi 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) Cavabdeh alınaraq “X10” ASC-yə ödənilməsi, tələb İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinin ilkin satış qiyməti 235000 (iki yüz otuz beş min) manat məbləğində olmaqla açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə olan məzənnə ilə 124465,44 (yüz iyirimi dörd min dörd yüz altmış beş dollar qırx dörd sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, 30 (otuz) manat məbləğində dövlət rusumu və bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumu (dövlət rüsumu və bank xidmət haqqı) “X10” ASCyə ödənilməsi, Sumqayıt şəhəri Saray bağlar massivi B-3136 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi və üzərində yerləşən bağ evinə tutma yönəldikdən və həmin əmlak satıldıqdan 1 (bir) ay sonra İddiaçı və X4 torpaq sahəsi və üzərində yerləşən bağ evindən çıxarılması qət edilmişdir. Bundan sonra İddiaçı Cavabdeh "xxxx" ASC-yə olan kredit borcuna 17 aprel 2023-cü il tarixdə 53800 (əlli üç min səkkiz yüz) ABŞ dolları və 25 iyul 2023-cü il tarixdə 5200 (beş min iki yüz) ABŞ dolları kredit ödənişi etmişdir. Hazırda iddiaçı Cavabdeh 59 000 ABŞ dolları (manat ekvivalenti: 100300 AZN (yüz min üç yüz manat) məbləğində pulun reqres qaydasında və məhkəməyə müracət etmək üçün ödənilən 391 AZN (üç yüz doxsan bir manat) məbləğdə dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir.
5. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 59000 (əlli doqquz min) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) pul və 391 (üç yüz doxsan bir) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
6. Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin olunmuş, Cavabdeh 59000 (əlli doqquz min) ABŞ dolları (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) pulun və 391 (üç yüz doxsan bir) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1, 509.3 və 1114.1-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 19 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə (Reyestr nömrəsi **********37-11301) ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seria RX№0710078 saylı hüquqların dövlət qeydiyyat haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi FJB**********847 saylı, xx.xx.2023-cü il tarixli qəbz FJB**********217 saylı, xx.xx.2023-cü il tarixli qəbz
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, ipoteka müqaviləsindən yaranan münasibətlər zamanı əsas borcludan başqa ipoteka qoyan üçünçü şəxs də müqavilənin tərəfi ola bilər ki, həmin üçünçü şəxs tərəfindən əsas borclunun öhdəliyinin icrası vəzifəsi qanunla müəyyən edilməmişdir, mahiyyətcə hazırki mübahisə MM-in 509.1-ci maddəsinin təsir dairəsinə düşən birgə borclu anlayışına o zaman daxil olmuş olardı ki əsas öhdəliyin icrası hər iki borculunun vəzifəsi kimi müəyyən edilmiş olsun belə olan halda öhdəliyi icra etmiş birgə borclulardan biri digər birgə borcluya qarşı reqres tələb hüququna malik olmuş olur. Mülki Məcəllənin 311.1-ci maddəsinin tələbinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Göründüyü kimi ipoteka münasibətləri zamanı əsas borclu olmayan ipoteka qoyan tərəfindən əsas öhdəliyin icrası onun vəzifəsi kimi deyl hüququ kimi müəyyən edilmiş və həmin münasibətləri tənzimləyən norma MM-in 509.1-ci maddəsinə münasibətdə imperativ yox dispozitiv xarakterlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, bir neçə öhdəliyin təmini üsulu zamanı reqres tələb imkanı nəzərdə tutulsa da (qarantiya və zaminlik) ipoteka münasibətlərində reqres tələb hüququnu qanunverici özündə nəzərdə tutmamış və həmin öhdəliyin icrası riskini əsas borclu olmayan ipoteka qoyanın üzərinə qoymuşdur, belə ki ipoteka qoyan üçücü tərəf əmlakını ipotekaya qoyan zaman artıq həmin riskləri də qəbul etmiş olur ki nəticədə o gələcəkdə reqres tələb hüququndan məhrum edilmiş olur. Belə ki o artıq müqavilə münasibətlərinə daxil olarkən qanunla onun reqres tələb hüququnun olmamasını və ya qanunda belə bir hüququn nəzərdə tutulmamasını bilirdi və ya bilməliydi.
11. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)- 466/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 194.1-ci maddəsinin tələbinə görə tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2-ci maddəsinin tələbinə görə tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur 311.1-ci maddəsinin tələbinə görə, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. 311.2-ci maddəsinin tələbinə görə, əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. 311.3-cü maddəsinin tələbinə görə, kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. 315.1-ci maddəsinin tələbinə görə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək və bu yolla ipotekanı özünə keçirmək ixtiyarı vardır. İpoteka saxlayan təmin edilərkən o, müvafiq surətdə təsdiqlənmiş sənədləri və özünün ipoteka saxlayan kimi qeydə alınmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 431.1-ci maddəsinin tələbinə görə, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.3-ci maddəsinin tələbinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 453.1-ci maddəsinin tələbinə görə, kreditor bu Məcəlləyə və ya öhdəliyin şərtlərinə görə əsas borclu olan digər şəxsin məsuliyyətinə əlavə məsuliyyət (subsidiar məsuliyyət) daşıyan şəxsə qarşı tələblərini irəli sürənədək əsas borcluya qarşı tələb irəli sürməlidir. 453.2-ci maddəsinin tələbinə görə, əgər əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər. 453.3-cü maddəsinin tələbinə görə, əgər kreditorun əsas borcluya tələbi əsas borclunun qarşılıqlı tələbinin əvəzləşdirilməsi yolu ilə ödənilə bilərsə, kreditor bu tələbin ödənilməsini subsidiar məsuliyyət daşıyan şəxsdən tələb edə bilməz. 453.4-cü maddəsinin tələbinə görə, subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. 475.1-ci maddəsinin tələbinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinin tələbinə görə, zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar.
19. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin Mülki Məcəllədə ipoteka qoyan üçüncü şəxsin reqres hüququnun olmaması barədə göstərdikləri Mülki Məcəllənin normaları ilə təkzib olunur. Belə ki, Mülki Məcəllənin 311.1 və 311.2-ci maddələrindən görünür ki, əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər və bu zaman tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Həmin Məcəllənin 315.1-ci maddəsinin tələbinə görə, ipotekanın reallaşdırılması nəticəsində vəziyyəti pisləşmiş hər hansı üçüncü şəxsin tələbi icra etmək ixtiyarı vardır. Həmin Məcəllənin 431.3-ci maddəsinin tələbinə görə əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələbin keçməsi ilə bağlı Mülki Məcəllənin 194-cü və 431.1-ci maddəlindən görünür ki, tələbin güzəşti borclunun razılığı və borclu ilə müqavilədə dəyişiklik tələb olunmadan olunur. Eyni zamanda, Mülki Məcəllə hüquqların zaminə keçməsi ilə bağlı 475-ci maddədə kreditorun borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməli olduğunu göstərir ki, həmin tələb 315.1-ci maddədə ipoteka qoyan şəxslə bağlı da müəyyən edilmişdir. (bax bənd 14).
20. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli 2(014)-466/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.