Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1205/2024 04.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, istifadə hüququ, ailə üzvü statusu) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)- 598/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. JN-079A kod 90310018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ağdaş rayonu, Qoşaqovaq kəndində 0,54 ha həyətyanı torpaq sahəsi mərhum X3, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışla Ağdaş rayonu, Qoşaqovaq kəndində 0,5413 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 114 kvm sahəsi olan fərdi yaşayış evi 2/3 hissə İddiaçı2 və 1/3 hissə İddiaçı1 olmaqla mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olaraq birgə yaşamış, hal-hazırda isə faktiki olaraq ayrılmışlar.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində JN079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsi mərhum ailə başçısı X3, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmışdır. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olmuş, birgə yaşamışlar. Birgə nikahlarından Ayşə və Məhəmməd adlı uşaqları doğulmuşdur. Cavabdeh ilə İddiaçı1 üç ilə yaxındır ki, faktiki olaraq ayrılmışlar. X8 bir ildən artıqdır ki, ailə qurmuş və Zərdab rayonuna köçmüşdür. Cavabdeh isə onlara məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evindən çıxmadığı üçün, Ağdaş Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(041)-73/2023 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonu, Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, icra olunması üçün Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsindən sonra onlar Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsinə və onun üzərində inşa edilmiş 114 kv.m ibarət fərdi yaşayış evinə mülkiyyət sənədi olan Çıxarış almışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin ********** saylı Qeydiyyat nömrəsinə əsasən o, İddiaçı2 adına 2/3 hissə, özünün, yəni İddiaçı1 adına 1/3 hissədə adlarına Çıxarış almışlar. Baxmayaraq ki, Cavabdeh məhkəmə qətnaməsinə əsasən onlara məxsus torpaq sahəsindən çıxarılması və qanunsuz istifadə hüququna xitam verilməsi barədə məhkəmə qətnaməsi vardır və icra edilmir. Ağdaş rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının qanunsuz əməlləri səbəbindən qətnamə icra edilmir, beləki, Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru deyir ki, məhkəmə qətnamədə evdən çıxarılma göstərməyib, ona görə də evdən çıxarmaq hüquqları yoxdur. İzah edirlər ki, fərdi yaşayış evi Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsinin üzərində yerləşdiyindən torpaqdan cavabdehi çıxarmalıdırlar. Onları bir ildən artıqdır ki, süründürürlər, məhkəmə qətnaməsinin səhv yazıldığını bildirirlər. Cavabdeh onların mülkiyyətlərində olan evdə rahat yaşamağa imkan vermir. Evin əsas hissəsini istifadə edərək, onlara hədə qorxu gəlir. Qeyd olunanlara əsasən Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı2 adına 2/3 hissə, İddiaçı1 adına 1/3 hissədə qeydə alınmış, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın cavabdehdən alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş rayonu, Qoşaqovaq kəndində JN-079A kod 90310018 nömrəli 0,54 ha həyətyanı torpaq sahəsi mərhum X3, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olaraq birgə yaşamışlar, lakin bir müddət sonra ayrılmaqlarına baxmayaraq Cavabdeh Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçılar dəfələrlə cavabdehdən yaşayış evindən çıxmasını tələb etsələr də, cavabdeh çıxmamışdır. Bundan sonra iddiaçılar məhkəməyə müraciət etmişlər və Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən çıxarılmış və qanunsuz istifadə hüquqlarına xitam verilmişdir. Qeyd olunan qətnamə icrasız qaldığından iddiaçılar yenidən məhkəməyə müraciət edərək Cavabdeh sözügedən torpaq sahəsində inşa edilmiş yaşayış evindən çıxarılmasını xahiş edirlər. Həmçinin, işin materiallarına əlavə edilmiş ödəniş qəbzləri ilə İddiaçı2 tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu, eyni zamanda vəkilə hüquqi xidmətlə bağlı 300 manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapır.
5. İşin materiallarında olan sənədlərdən müəyyən edilir ki, cavabdeh hansı tarixdən qeyd olunan ünvanda yaşamasına dair sübutlar təqdim etməsə də, 2005-ci ildən iddiaçıların mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Həmçinin, onlar arasında heç vaxt heç bir qohumluq münasibəti olmamışdır.
6. Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)-598/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia təmin edilmiş, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən İddiaçı2 adına 2/3 hissə, İddiaçı1 adına 1/3 hissədə qeydə alınmış, Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən 0,5413 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 114 kv.m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, dövlət rüsumunun əvəzi kimi ödənilən 100 (bir yüz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın Cavabdeh alınıb iddiaçılara ödənilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157 və 228-ci maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********95-10301 reyestr nömrəli Çıxarış Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 05 iyun 2024-cü il tarixli məktub ödəniş qəbzləri
9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı qanunsuz olaraq onun hüquqlarını pozur. İmkan vermir ki, o mülkiyyətindən istifadə etsin. Halbuki, uzun illərdir ki, o, həmin torpaq sahəsindən və evdən istifadə etmişdir. O, 2000-ci ildə İddiaçı1 ilə faktiki nikah münasibətlərinə girməklə evlənən və mərhum Yusif Yediyarova məxsus mübahisəli yaşayış evinə gəlin köçən zaman mübahisəli yaşayış evinin mülkiyyətçisi olmadığına, ən əsası dəfələrlə deməyinə baxmayaraq İddiaçı1 nikahını rəsmiləşdirməkdən boyun qaçırdığına, faktiki nikahından iki nəfər uşağı olmasının onların faktiki bir ailə üzvləri olmağına görə, ailə üzvü kimi təsərrüfatı iddiaçılarla birlikdə idarə və istifadə etdiyinə görə o, artıq həmin yaşayış sahəsindən istifadə hüququ qazanmışdır. İddiaçılar iddia ərizəsində onu mübahisəli təsərrüfatdan, yəni evdən və torpaq sahəsindən istifadə hüquqlarına bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini tələb etmədiyi halda işə baxan məhkəmə işə baxarkən onun həmin hüququnun olduğunu, mübahisəli yaşayış sahəsindən istifadə hüququ yarandığından istifadə hüququna yalnız bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi şərti ilə xitamn verilə biləcəyini nəzərə almamış, iddia tələbini təmin etməklə onun qanunla qorunan hüquqlarını və maddi normanın tələblərini pozmuşdur. Məhkəmə ümumiyyətlə işin hallarını və sübutlar düzgün araşdırılmamışdır. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cti il tarixli 66 saylı arayışı-Həmin arayışdan məlum olur ki, arxivdə saxlanılan Ağdaş RİHB-nın Qoşaqovaq kənd icra nümayəndəliyinin 2006-2007- 2008- 2009-2010-cıı illərin 01 nömrəli təsərrüfatbaşına kitabının 75 nömrəli təsərrüfatı X1 adının üstündən xətt çəkilib. X2 adına olmaqla təsərrüfatında iddiaçılarla Cavabdeh və iki nəfər övlarlarının olması göstərilmişdir. Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 67 saylı aravışı-Həmin arayışdan məlum olur ki, arxivdə saxlanılan Ağdaş RİHB-nın Qoşaqovaq kənd icra nümayəndəliyinin 2011-2012-2013-2014-2015-ci illərin 02 nömrəli təsərrüfatbaşına kitabının 96 nömrəli təsərrüfatı X2 adına olmaqla təsərrüfatında iddiaçılarla Cavabdeh və iki nəfər övlarlarının olması göstərilmişdir. Ağdaş RİHB-nın Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-32-12/2-68-2023 saylı xx.xx.2023-cü il tarixli arayışı- Həmin arayışdan məlum olur ki, Cavabdeh hal-hazırda Ağdaş rayonu Qoşaqovaq kəndində 2016-2017- 2018-2019-2020-ci illəri əhatə edən təsərrüfatbaşına kitablara əsasən qeydiyatdadır və təsərrüfatbaşçısı X4 olan 2 nömrəli təsərrüfatbaşına kitabın 101 saylı təsərrüfatında yaşayır.
11. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)- 598/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndəsi Vəkil və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2–ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
15. Qərar: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixi Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228–ci maddəsinin və Mənzil Məcəlləsinin 123– cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001–ci il tarixli qərarında qanunun zamana görə qüvvəsinə əsaslanaraq, qeyd etmişdir ki, 2000–ci il sentyabrın 1–dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM–in 228.1 və 228.2–ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123–cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
18. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)-598/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. İşin mübahisələndirilməyən halları bundan ibarətdir ki, JN-079A kod 90310018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə Ağdaş rayonu, Qoşaqovaq kəndində 0,54 ha həyətyanı torpaq sahəsi mərhum X3, İddiaçı2 və İddiaçı1 adına qeydə alınmış və həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Daşınmaz əmlakın Dövlət reyestrindən **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il qeydiyyat tarixli Çıxarışla Ağdaş rayonu, Qoşaqovaq kəndində 0,5413 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən 114 kvm sahəsi olan fərdi yaşayış evi 2/3 hissə İddiaçı2 və 1/3 hissə İddiaçı1 olmaqla mülkiyyətindədir. Cavabdeh ilə İddiaçı1 rəsmi ailə münasibətlərinə daxil olmadan, faktiki ailə münasiblərində olaraq birgə yaşamış, hal-hazırda isə faktiki olaraq ayrılmışlar.
20. Cavabdeh mübahisəli evə nə vaxt köçməsi işin mübahisəli halıdır. Belə ki, cavabdeh iddiaya etirazında apellyasiya şikayətində evə 2000-ci ildə gəlin köçməsini iddia etsə də, bu hal işin halları ilə sübut edilmir. İddiaçı tərəf isə cavabdehin mübahisəli evə 2005-ci ildə gəlin köçdüyü bildirir ki, Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 5 iyun 2024-cü il tarixli məktubla da həmin halın daha ağlabatan olduğu görünür. Belə ki, Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş 5 iyun 2024-cü il tarixli məktubdan görünür ki, xx xxxxx 1977-ci ildə Ağdaş rayonu, Qoşaqovaq kəndində anadan olmuş Cavabdeh Ağdaş rayon Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun kartotekası ilə 05 noyabr 2005-ci il tarixdən Ağdaş rayonu, Qoşaqovaq kəndində qeydiyyatdadır.
21. Beləliklə, birinci instansiya məhkəməsi hazırki işə 1 sentyabr 2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin normalarını tətbiq etməkdə haqlı olmuşdur.
22. Kollegiya onu da qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı 2005ci ildə mübahisəli fərdi yaşaşyış evi iddiaçıların mülkiyyətində olmasa da, fərdi yaşaşyış evinin yerləşdiyi torpaq sahəsi iddiaçıların mülkiyyətində olmuşdur. Mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş tikilinin hüquqi vəziyyəti və onun üzərindəki əmlak hüququ ilə bağlı Mülki Məcəllədə aşağıdakı tənzimləmələr mövcuddur. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Göründüyü kimi qanunverici, torpaq sahəsini əsas daşınmaz əşya hesab edərək, onunla möhkəm bağlılığı olan, üzərində inşa edilmiş binanı, qurğunu və digər əşyanı torpaq sahəsinin tərkib hissəsi sayır. Başqa sözlə, belə bağlılıqla mövcud olan daşınmaz əşya vahid mülkiyyət obyekti kimi qəbul olunur. Bu yanaşmaya uyğun olaraq, MM-in 240.2-ci maddəsi mülkiyyətçinin özünə mənsub sahədə ucaldılmış binaya mülkiyyət hüququ əldə etdiyini göstərir. O da nəzərdən qaçırılmamalıdır ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti hesab edilir. Mülki Məcəllənin 180.3-cü maddəsinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Göründüyü kimi, özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyətdə olması nəzərə alınmaqla sözügedən tikiliyə də mülkiyyət hüququnun tanınması imkanı qanunda əks olunmuşdur. Bu hal ona dəlalət edir ki, özbaşına tikilinin digər sahiblərindən fərqli olaraq, torpaq sahəsinin mülkiyyətçisinin həmin tikiliyə mülkiyyət hüququ əldə etmək imkanı daha əlçatandır. Bu baxımdan torpaq mülkiyyətçisi tikiliyə münasibətdə müvafiq inzibati tələbləri yerinə yetirmək şərtilə gözlənilən mülkiyyət hüququnun sahibi kimi qəbul edilə bilər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Göründüyü kimi, mülki qanunvericilik istifadə hüququnun əmələ gəlməsinin iki formasını müəyyən edir: mülkiyyətçinin ailə üzvlərinin istifadə hüququ və digər şəxslərin istifadə hüququ. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərmişdir ki, ilə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Hazırki iş üzrə cavabdehin rəsmi olaraq ailə üzvü olduğu sübut olunmur. Cavabdeh özü də etiraf edir ki, iddiaçı ilə rəsmi ailə münasibətlərinə daxil olmamışdır. Cavabdehin mübahisəli evə digər şəxslər kateqoriyasına aid şəxs olaraq istifadə hüququnun yaranması üçün isə yazılı bağlanan notariat qaydasında təsdiqlənən mülkiyyətçinin razılığı olmalı idi. Hazırki işin materiallarında isə belə bir razılaşmanın mövcudluğu müəyyən edilmir.
24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəlləsinin 1.4-cü maddəsinə görə Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 1.5-ci maddəsinə görə dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. Bu müddəa müvafiq icra hakimiyyəti orqanının yaradılmasınadək bağlanmış dini nikahlara və onların təsdiqinə dair sənədlərə, doğum, nikahın bağlanması, nikahın pozulması və ölüm haqqında sənədlərə aid deyildir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Göründüyü kimi, şəxslərin Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə ailə statusunun tanınması üçün rəsmi nikah bağlanması şərti mövcuddur. İddiaçı1 ilə cavabdehin faktiki ailə münasibətlərində olması onların Azərbaycan Respublikası Ailə Məcəlləsi ilə ailə üzvü hesab edilmələrinə əsas vermir.
25. Kollegiya cavabdehin iki uşağının olması ilə bağlı apellyasiya şikayətində göstərdiklərinə münasibət bildərərək qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsində işdə materiallarında olan sənədlər arasında Ağdaş RİHB-nın Qoşaqovaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 207 saylı arayışı qeyd edilmişdir ki, həmin arayışda İddiaçı2 təsərrüfatında qeydiyyatda olan şəxslər arasında, həmçinin, X8 və X5 da göstərilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışda həmin şəxslər X7 və X5 olmaqla Cavabdeh uşaqları olaraq göstərilmişdir. Bununla belə, nə Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli işi üzrə, nə də hazırki iş üzrə həmin şəxslərin mübahisəli ünvandan çıxarılması ilə bağlı iddia tələbi mövcud olmamış, elə bir tələbə baxılmamışdır.
26. Göstərilənlərlə yanaşı, Ağdaş Rayon Məhkəməsinin 2(014)-73/2023 nömrəli, 07 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi ilə Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində yerləşən 0,54 hektar torpaq sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Qanunvericinin torpaq sahəsini əsas daşınmaz əşya hesab edərək, onunla möhkəm bağlılığı olan, üzərində inşa edilmiş binanı, qurğunu və digər əşyanı torpaq sahəsinin tərkib hissəsi saymasını da nəzərə alsaq, hazırki cavabdehin iddiaçıların mülkiyyətində olan mübahisəli evin yerləşdiyi torpaq sahəsinə hüquqularına xitam verilməsi onun həmin torpaq sahəsinin üzərində yerləşən onunla vahid mülkiyyət obyekti hesab olunan fərdi yaşaşyış evinə də histifadə hüququnun mövcud olmamasını deməyə əsas verir.
27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)-598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2(014)-598/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.