Məhkəmə qərarları › İş №2(107)-1206/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1206/2022

26.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1206/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qəsdə son qoyma və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(033)-509/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2020-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı 1/6 hissə olmaqla İddiaçı1, payı 2/6 hissə olmaqla İddiaçı2, payı 1/6 hissə olmaqla İddiaçı3, payı 1/6 hissə olmaqla İddiaçı5 və payı 1/6 hissə olmaqla İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 190 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər faktiki olaraq həmin torpaq sahəsindən istifadə edirlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar bu qətnamənin 1-ci bəndində olan çıxarışda göstərilən onlara məxsus torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddiaçılar iddia tələbini bununla əsaslandırmışlar ki, Zaqatala rayonu Danaçı kəndində ailə üzvlərinə məxsus 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Torpaq sahəsinə dair hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 18 saylı ərazi idarəsində 10 iyul 2020-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahələri cavabdehlər tərəfindən zəbt olunduğu üçün ondan istifadə edə bilmirlər. Cavabdehlərə dəfələrlə torpaq sahəsindən çıxarılmalarına dair müraciət etmələrinə baxmayaraq onlar torpaq sahəsindən çıxmamışlar. Cavabdehlər tərəfindən torpaq sahələri zəbt olunmuş, mülkiyyət hüquqlarından məhrum olmuşlar.

4. Cavabdeh1 məhkəməyə etiraz göndərərək göstərmişdir ki, 2007-ci ildə İddiaçı1 mərhum atası X3 müraciət edərək bildirmişdir ki, özünün və ailəsinin mülkiyyətində olan 1.34 ha torpaq sahəsini satır. Atası bir müddət ərzində heç bir əhəmiyyət verməmiş, lakin İddiaçı1 ona bu barədə dəfələrlə müraciət etdikdən sonra onun torpağını almaq üçün razılığa gələrək heç bir ağac və s. olmayan boş torpaq sahəsini onun özünün və ailə üzvlərinin, o cümlədən iddiaçının özünün imzası ilə almışdır. Həmin torpaq sahəsində heç bir əkin işləri görülməmiş və atası həmin torpaq sahəsini aldıqdan sonra onun ətrafına ekskavatorla kanal qazmış və həmin torpaq sahənin qorunmasını təmin etmişdir. Torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanarkən onun sənədləri guya ki, hələlik verilmədiyini bildirərək onlara torpaq sənədləri verilməmişdir. Lakin bu günədək həmin sənədləri onlara təhvil verilməmiş, əksinə İddiaçı1 onların xəbəri olmadan torpaq sənədləri ilə həmin torpaq sahəsinə dair qeydiyyat vəsiqəsini əldə etməklə məhkəməyə müraciət etmişdir. O, iddiaçıların bu iddiası ilə razı deyildir. O, iddiaçının adına verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi ilə əlaqədar X15 məhkəməsində iddia qaldıracaqdır. Atası 2017-ci ildə vəfat etmişdir. Bundan sonra iddiaçı bütün bunları bilə-bilə və özü şəxsən alqısatqı vaxtı sənədlərə imza etməsinə baxmayaraq həmin torpaq sahəsinin guya ki, onun tərəfindən zəbt edilməsini bəhanə gətirərək ona qarşı məhkəmədə iddia qaldırmışdır. Həmin torpaq sahəsi ilə əlaqədar tərəflər arasında qanunla nəzərdə tutulan ilkin müqavilə bağlanmışdır. Lakin həmin torpaq sahəsinə dair bütün sənədlər iddiaçı tərəfindən ondan gizlədilmiş və ona verilməmişdir. O. iddiaçı və ailəsi arasında bağlanmış müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə əlaqədar Zaqatala rayon məhkəməsində rəsmi qaydada iddia ilə müraciət edəcəkdir. Hal-hazırda iddiaçı ona bildirir ki, ona torpağa görə 7500 manat pul versin və o, həmin torpağı ona qaytaracaqdır. O, isə cavabında həmin məbləğdə pulu ona verilsə o, həmin torpağı ona verəcəkdir. Göstərinləri nəzərə alaraq iddiaçının qanunsuz iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O. izahatında əlavə olaraq göstərmişdir ki, cavabdehin məhkəməyə təqdim etdiyi mübahisələndirilən torpaq sahəsinin onun atasına satılması barədə sənəddəki imza ona məxsus deyildir. Həmin torpaq sahəsini onlar cavabdehlərə beş illik icarəyə vermişlər, lakin cavabdehlər həmin müddətin bitməsinə baxmayaraq torpaq sahəsini zəbt edərək istifadə edirlər.

6. İddiaçı2, onun və digər iddiaçıların nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa oxşar izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər.

7. Cavabdeh1 məhkəmə iclasına iddia tələbini qəbul etməyərək göstərmişdir ki, 2007-ci ildə iddiaçı onların yaşadığı evə gələrək ona və ailəsinə məxsus torpaq sahəsinin satdığını bildirmişdir. Onlar iddiaçı ilə aralarında razılığa gələrək həmin torpaq sahəsini almışlar. Lakin həmin torpaq sahəsinin Çıxarışı olmadığından onlar sadə bir yazı tərtib edərək həmin sənədi imzalamışlar. Onun atası 2017-ci ildə vəfat etdikdən sonra iddiaçı həmin torpaq sahəsini geri tələb etməyə başlamışdır. O. həmin torpaq sahəsindən artıq 15 ildir ki, istifadə edir. Həmin torpaq sahəsində kanal çəkdirmiş, meyvə ağacları əkdirmiş, torpaq sahəsinə silitra səpdirmiş və torpağı yararlı hala salmışdır. Həmin torpaq sahəsindən çıxmağa razı deyildirlər. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh3 məhkəmə iclasında oxşar məzmunda izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindidirlmiş X10 göstərmişdir ki, tərəflərin hər ikisini qonşu kimi tanıyır. 2007-ci ildə Yumuxov Ramazan onu şahid kimi dəvət edərək mübahisəli torpaq sahəsini aldığı üçün sənədə onun da imza etməsini istəmişdir. O, tərtib olunmuş yazının altından imza etmişdir. Lakin onun yanında tərəflər bir-birlərinə pul verməmişlər. Həmin sənəd kiril əlifbası ilə tərtib edilmiş və o, sənədin məzmununu başa düşmədən imzalamışdır. Həmin vaxt onun 16 yaşı olmuşdur.

10. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində xx.xx.2020-ci il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış çıxarışa əsasən paylı mülkiyyət hüququ üzrə payı 1/6 hissə olmaqla İddiaçı1, payı 2/6 hissə olmaqla İddiaçı2, payı 1/6 hissə olmaqla İddiaçı3, payı 1/6 hissə olmaqla İddiaçı5 və payı 1/6 hissə olmaqla İddiaçı4 adına daşınmaz əmlakın dövlət reyestrində 190 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin torpaq sahəsi üzərində heç bir hüququ yaranmamış və qeydiyyata alınmamışdır.

11. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 məxsus Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar.

12. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir.

13. Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(033)-509/2022 saylı qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia təmin olunmuş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 paylı mülkiyyətində olan Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 çıxarılmaları, iddiaçılar tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 152 və 157-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 67, 68, 84 və 111-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

15. İş materiallarına əlavə edilmiş bu qətnamənin 1-ci bəndində göstərilən çıxarış.

16. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Danaçı kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli 324 saylı arayışdan görünür ki, Cavabdeh1 ailə tərkibi arvadı Cavabdeh3, oğlu Cavabdeh2, oğlu X8 və oğlu X4 ibarətdir.

17. İş materiallarına əlavə edilmiş 24 mart 2007-ci il tarixli əlyazmanın kserosurətindən görünür ki, 24 mart 2007-ci il tarixdə İddiaçı1 Məmməd oğlu öz ailəsinə məxsus Papaxoba çölündə olan öz ailəsinə düşən 0,41 ha pay torpaq sahəsini uzaq yerdə olduğu üçün hamının razılığı ilə X2. Torpaq sahəsinin satılmasında iştirak edən şahidlər X7, Cavabdeh3y, İddiaçı1, İddiaçı4 və X14 imzaları ilə sənədi təsdiq etmişlər.

18. İş materiallarına əlavə edilmiş AZ-İ 914912 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 11 noyabr 2017-ci ildə vəfat etmişdir.

19. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2007-ci ildə İddiaçı1 mərhum atası X3 müraciət edərək özünün və ailəsinin mülkiyyətində olan 1.34 ha torpaq sahəsini satmışdır. X5 11 noyabr 2017-ci ildə vəfat etdikdən sonra iddiaçılar çıxarış əldə etməklə, satdıqları torpaq sahəsini geri tələb edirlər. Torpaq sahəsi icarəyə verilmiş olsaydı, əkin işləri üçün istifadə etmiş olardılar. Torpaq sahəsi alındığı üçün onlar tərəfindən çoxillik əkmələr fındıq kolları əkilmişdir. Torpaq sahəsini bağ kimi formalaşdırmışlar. İllərlə bağlarına qulluq etmişlər. Gübrə səpmə işləri və s. zəhmət tələb edən işlər görmüşlər. Hazırda iddiaçılar torpaq sahəsini təkrar satmaq istəyirlər. İddiaçılar torpaq sahəsini 7500 manata satışa çıxarmaqla əsassız varlanmaq istəyirlər.

21. Məhkəmə işə baxarkən onun müvafiq ekspertizanın keçirilməsinə dair şifahi vəsatətini təmin etməmişdir. Məhkəmə mübahisəli torpaq sahəsinə baxış keçirməməklə qərəzli olmuşdur. Məhkəmə mübahisəli torpaq sahəsində 15 il müddətində cavabdehlər tərəfindən görülən işlərin dəyərini müəyyən etməmişdir.

22. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli e-2(033)- 509/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

25. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 və Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 55-ci maddəsində torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları müəyyən edilmişdir. Həmin normaya görə hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları- müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, həmçinin vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 67-ci maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsində torpaq sahələri üzərində hüquqların yaranma vaxtı müəyyən edilmişdir. Həmin normaya görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsində müəyyən edilmişdir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

32. Cavabdeh Yumuxov X6 Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli e-2(033)- 509/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

34. Məhkəmə kolelgiyası apellyatorun apellyasiya şikayətində bu qətnamənin 20-ci bəndində göstərilən arqumnetlərinə münasibət bildirərək qeyd edir ki, apellyator mübahisəli torpaq sahəsinin İddiaçı1 mərhum atası tərəfindən X1 iddia etməsinə baxmayaraq, bu halı təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəmə kolelgiyaısna təqdim etməmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin torpaq sahəsi üzərində heç bir hüququ yaranmamış və qeydiyyata alınmamışdır. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Danaçı kəndində yerləşən 1,3432 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidirlər və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüquqları vardır. Həmin torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmiş və cavabdehlərin torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər.

35. Məhkəmə kolelgiyası apellyatorun apellyasiya şikayətində bu qətnamənin 21-ci bəndində göstərilən arqumnetlərinə münasibət bildirərək qeyd edir ki, bu qətnamənin 34cü bəndində əsaslandırılmış hallardan göründüyü kimi cavabdehlərin həmin torpaq sahəsinə heç bir hüququ olmadığından sonuncular tərəfindən mübahisəli torpaq sahəsində görülən işlərin dəyərinin müəyyən edilməsinin (cavabdehlərin belə bir tələbi mövcud olmadığından) hazırki işin nəticəsi üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də, birinci instansiya məhkəməsi hazırki iş üzrə ekspertiza təyin etməməkdə vəya tədqiqat obyektina yerli baxış keçirməməkdə haqlı olmuşdur.

36. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(033)-509/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli e-2(033)-509/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar