Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1209/2025 12.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddialar üzrə mülki iş (Açar sözlər: miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair ilk, miras əmlakın bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbi, qüvvə) X10 (sədrlik edən və məruzəçi), X44 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı miras əmlakın bölüşdürülməsi tələbinə dair iddialar üzrə Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X26 miras qalmış əmlaklara - evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının 2 (ikinci) növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək X26 miras qalmış əmlaklara - evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mirasda paylarının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1994-cü ildə anadan olmuşdur. X1, anası X66 olmuşdur. 16 noyabr 1997-ci ildə anası vəfat etdikdən sonra ona babası X67 baxmışdır. 02 may 2010-cu ildə babası vəfat etdiyindən atasının X12na o, baxmağa başlamışdır. 13 avqust 2024-cü ildə atasının X12 vəfat etmişdir. Atasının X2 yas mərasimini o, yola salmış, baş daşını özü qoymuş, təsərrüfatını idarə edir. Atasının X12ndan miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ərizəçi 2 növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi üçün Notariat kontoruna müraciət etmişdir. Notariat kontoru qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ərizəçinin atasının X12 ilə qohum olma və X26 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və qohumluq faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-295/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, ərizəçi İddiaçı mərhum X1nun anası X51 ilə mərhum X36 bacı olmaları faktı müəyyən olunması qət edilmişdir.Eyni zamanda Balakən Rayon Məhkəməsinin e-2(019)-295/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı qohumluq və mirasın qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iş üzrə icraata “X26 miras qalmış əmlakları, evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından üçüncü növbə vərəsə kimi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ərizəçi İddiaçı izah olunmalıdır ki, o, notariat orqanlarına müraciət etməlidir. Bundan sonra iddiaçı atasının X12ndan miras qalmış əmlaklara, evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair birinci və ikinci növbə vərəsələri olmadığından ikinci növbə vərəsə kimi qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsi ilə bağlı üçüncü şəxsə müraciət etmişdir. Vərəsələr arasında mübahisə olduğundan notariat kontoru 21 may 2025-ci il tarixli məktubu ilə cavab verərək vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir.
3. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixdə vəfat etmiş X12ndan miras qalmış əmlakların qanun üzrə vərəsəlik qaydasında bölüşdürülməklə miras əmlakdan ona tam hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mərhum X26 miras qalmış əmlaklara- evə, həyətyanı torpaq sahəsinə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair onun ikinci növbə vərəsə kimi vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx xxxxxxx 1966-cı ildə Balakən rayonunun Püştətala kəndində anadan olmuşdur. X11, anası Qurbanova (Dibirova) Cavahir Əli qızı olmuşdur. Anası və atasının nikahları xx.xx.1964-cü ildə Püştətala kənd sovetlıyındə 10 nömrə ilə qeydə alınmışdır. X11 ölmüşdür. X23 xx.xx.1942-ci ildə Püştətala kəndində anadan olmuş, xx.xx.2010-cu ildə ölmüşdür.. Kovxayeva (Dibirova) Pədimat Əli qızı isə anasının bacısı olmuşdur. Kovxayeva (Dibirova) Pədimat Əli qızı 1934-cü ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır. X96 qeyri-rəsmi nikahla evlənmiş, sonradan ona qeyri rəsmi ər soyadı verilmişdir. Eyni zamanda onun rəsmi nikahı qeydə alınmamış, onun övladı olmamışdır. X68 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Eyni zamanda anası Qurbanova (Dibirova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi olsa da, xalası Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi olmadığına görə onların bacı olmasını təsdiq etmək mümkün olmamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci ii tarixli 29 nömrəli qərarı ilə X35 mülkiyyətinə 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan əlavə Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X35 mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə A N 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. X2 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, anası X37 və X2 doğumu qeydə alınmadığına görə onların bacılar olmasını müəyyən etmək mümkün olmamışdır.Bundan sonra o, X12ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişsir.Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar İsmayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2024-cü il tarixli 2709 saylı arayışında göstərmişdir ki, 13.08,2024-cü il tarixdə vəfat etmiş X35 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə Cavabdeh müraciət etmişdir. Təqdim olunmuş sənədlərə əsasən bildiririk ki, mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının doğum haqqında şəhadətnaməsi və mirasdan pay tələb edən Cavabdeh anası və miras qoyan mərhum X35 bacısı olan Dibirova (Qurbanova) Cavahir Əli qızının doğum haqqında şəhadətnaməsi aşkar olunmadığından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Odur ki, mirasdan vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhum Kovxayeva (Dibirova) Pədimat Əli qızının Dibirova (Qurbanova) Cavahir Əli qızının bacısı olması faktını müəyyən edən məhkəmə qətnaməsi olmalıdır.Buna görə mərhum anası Dibirova (Qurbanova) Cavahir Əli qızı ilə mərhum X35 bacılar olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.Balakən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(019)-268/2025 nömrəli qətnaməsi ilə ərizəçi Cavabdeh mərhum anası X69 ilə mərhum X35 bacılar olması faktı müəyyən edilmişdir.Qeyd etmək istəyir ki, İddiaçı Zülfuqar qızı 2010-cu ilədək X2 yanında yaşamış, 2010- cu ildən sonra “2024-cü ilədək müxtəlif ünvanlarda yaşamış, 2024-cü ilin mart ayında isə Balakən rayonu Qazma kəndinə ərə getmişdir. X12 xx.xx.2024-cü ildə vəfat etmiş, onun dəfnini yola salmışdır,əmlaklara hazırki vaxtadək nəzarət edir. X35 ölümündən əvvəl nəzarətsiz vəziyyətdə xəstə olmasına dair video görüntülər var növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. Xədicət mərhumun ölümündən sonra evə gizlin daxil olaraq orada mərhuma məxsus əşyaları apararaq satmışdır. Bu barədə aidiyyəti orqanlara şikayət vermışdir. Mərhuma məxsus olan miras əmlaklar-0.21 ha həyətyanı torpaq sahəsi kənd təsərrüfat, təyinatı, torpaq sahəsi, fərdi yaşyış evi ona məxsus olan fərd, yaşayış evinin yaxınlığında yerləşir və hər gün miras əmlaklara nəzarət edir.Eyni zamanda bildirir ki, xalası X38 6 bacısı olmuşdur,X13, X112, X51, X90, X80, X53 (ana bir), X54 (ana bır), X35 bütün bacıları onun ölümünədək vəfat etmişdir.Hazırki iş üzrə İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kımı tanınmasını xahiş edir. Qeyd etmək istəyir ki, İddiaçı Zulfuqar qızının atasını anası, X70, xx.xx.1998-ci ildə ölmüşdür. İddiaçının atası, olan X18 isə xx.xx.2006-cı ildə vəfat etmiş, X51 və onun övladı olmuş X18 miras qoyan X26 əvvəl öldüyündən İddiaçı X35 vərəsəsi kimi çıxış edə bilməz.13 iyun 2025-ci il tarixdə o, X12ndan miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir.Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xususı notariusu Gülbahar İsmayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2025-ci il tarixli 1249 saylı arayışında göstərmişdir kı, miras şərikləri arasında ixtilaf olduğuna görə mirasdan payların müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırıram ki, iddiaçı mirasqoyanın vərəsəsi olmadığına və mirası o qəbul etdiyinə görə mərhum X2 ikinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır.
4. Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) ilk iddianın qismən təmin edilməsi, 13 avqust 2024-cü ildə ölmüş X26 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı payının müəyyən olunması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 13 avqust 2024cü ildə ölmüş X26 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə Cavabdeh payının müəyyən olunması, qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 13 avqust 2024-cü ildə ölmüş X26 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə,X42nın vərəsələri- X91 və X55, 1/7 hissəsinə vərəsə,X24nın vərəsələri- X57, X46, X58 və X19, 1/7 hissəsinə vərəsə, X4nın vərəsələriX40 və X15, 1/7 hissəsinə vərəsə,mərhum Qırıxova (Dibirova )Əsiyyət Əli qızının vərəsəsi- X7 və 1/7 hissəsinə vərəsə,X5nın vərəsəsi X30 payının müəyyən edilməsi, ilk iddia üzrə ödənmiş 100 manat dövlət rüsumunun İddiaçı, qarşılıqlı iddia ərizəsinə görə ödənmiş 100 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.2, 1166, 1179.1, 1193, 1194, 1196, 1243, 1246, 1252, 1256, 1274, 1321.1 və 1321.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 22 noyabr 2024-cü il tarixdə verilmiş AZ-T seriyalı 286708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü ildə anadan olmuş, atası X18, anası X66 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 19 fevral 1965-ci il tarixdə verilmiş AZ seryalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1965-ci ildə anadan olmuşdur, atası X17, anası X51 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 24 mart 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 166536 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 16 mart 2006-cı ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Kortala kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024- cü il tarixdə verilmiş 499 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1994-cü il tarixində doğulmuş və mərhum anası X71 xx.xx.1997-ci il tarixində vəfat etdikdən sonra ,ona babası X67 vəfat etdiyi xx.xx.2010-cu il tarixinədək baxmış, sonra tələbə olduğu müddətdə kirayədə qalmış, məktəbi bitirdikdən sonra 2012-ci ildən Balakən rayon Mərkəzi Xəstəxanasında işlədiyi dövrdən atasının X12 ilə birlikdə yaşamış, 2023-cü ilin may ayından sentyabr ayınadək Balakən şəhərində kirayədə yaşamış, həmin müddətdə vaxtaşırı kəndə getmişdir. 2024-cü ilin mart ayında isə Balakən rayonunun Qazma kəndinə ərə köçmüşdür. Atasının xalası mərhum X68 isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(019)-295/20025 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizənin təmin edilməsi, ərizəçi İddiaçı Zuülfüqar qızının mərhum atası X8 anası X51 ilə mərhum X36 bacı olmaları faktının müəyyən olunması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 21 aprel 2025-ci il tarixdə verilmiş 28 nömrəli arayışda göstərilmişdir ki, mərhum X35 araşdırma nəticəsində aşağıda göstərilən bacılarının olduğu müəyyən edilmişdir: 1.X14 2.X42 3.X3 4.X24 (ata bir bacı) 5.mərhum X80 (ata bir bacı) 6.X4 (ana bir bacı) 7.X5 (ana bir bacı) İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional ASAN Xidmət mərkəzində Notariat Ofisi tərəfindən 13 iyun 2025-ci il tarixdə verilmiş 1249 nömrəli arayışda göstərilmişdir ki, “məlumat üçün bildiririk ki, icraatınızda olan xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 vərəsəlik işi ilə əlaqədar Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə Cavabdeh müraciət etmişdir. Eyni zamanda digər miras şərikləri ilə arasında ixtilaf olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Odur ki, mirasdan paylarının müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 21 avqust 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394393 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X68 13 avqust 2024-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi tərəfindən 16 iyul 2010-cu il tarixdə verilmiş AZ-İ seriyalı 423847 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X69 xx.xx.2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 29.11.204-cü il tarixdə verilmiş 05/09/S/109637-24 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. X68 xx.xx.1934 (öldüyü tarix xx.xx.2024) Azərbaycan Respublikası Balakən rayonu Püştətala kəndində anadan olmuşdur. Qeyd.P.Kovxayeva öldüyü xx.xx.2024-cü il tarixədək subay olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-611 KOD 40106018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X45 Balakən rayonu Kortala kəndi ərazisindən 0.35 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(019)-268-2025 nömrəli qətnaməsinin surətindən görünür ki. həmin qətnamə ilə ərizənin təmin edilməsi, ərizəçi Cavabdeh mərhum anası X72 ilə mərhum X35 bacılar olması faktının müəyyən edilməsi qət edilmişdir.
7. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İddiaçı 2010-cu ilədək xalam Kovxayeva Pədima tƏli qızının yanında yaşamış, 2010-cu ildən sonra 2024-cü ilədək müxtəlif ünvanlarda yaşamış, 2024-cü ilin mart ayında isə Balakən rayonu Qazma kəndinə ərə getmişdir. X12 xx.xx.2024-cü ildə vəfat etmiş, onun dəfnini yola salmış, ondan miras qalan əmlaklara hazırki vaxtadək nəzarət edir. X68 ölümündən əvvəl nəzarətsiz vəziyyətdə xəstə olmasına dair video görüntüləri var və növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. İddiaçı mərhumun ölümündən sonra evə gizlin daxil olaraq orada mərhuma məxsus olan əşyaları apararaq satmışdır. Bu barədə aidiyyəti orqanlara şikayətlər vermişdir. Mərhuma məxsus olan miras əmlaklar-0.21 ha həyətyanı torpaq sahəsi, 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, fərdi yaşyış evi mənə məxsus olan fərdi yaşayış evimin yaxınlığında yerləşir və hər gün miras əmlaklara nəzarət edir. Eyni zamanda bildirir ki, X2 6 bacısı olmuşdur: X13, X112, X51, X90, X80, X61 (ana bir), X54 (ana bir). X35 bütün bacıları onun ölümünədək vəfat etmişdir. Hazırki iş üzrə İddiaçı isə atasının xalasından miras qalmış əmlaklara ikinci növbəli qanun üzrə vərəsə kimi tanınmasını xahiş edir. Qeyd etmək istəyir ki, İddiaçı atasının anası X51 xx.xx.1998-ci ildə ölmüşdür. İddiaçının atası olan X18 isə xx.xx.2006-cı ildə vəfat etmişdir. Kovxayeva CavharatƏli qızı və onun övladı olmuş X18 miras qoyan X26 əvvəl öldüyündən İddiaçı X35 vərəsəsi kimi çıxış edə bilməz. 13 iyun 2025-ci il tarixdə X26 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional“Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Balakən regional“Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Gülbahar İsmayılova məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2025-ci il tarixli 1249 saylı arayışında göstərmişdir ki, miras şərikləri arasında ixtilaf olduğuna görə mirasdan payların müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı mirasqoyanın vərəsəsi olmadığına və mirası o qəbul etdiyinə görə mərhum X2 ikinci növbəli vərəsəsi olmaqla onun mirasından tam hissədə pay almalıdır. Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci, 1243.2-ci və 1243.3-cümaddələrinin tələblərini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işi tam araşdırmadan mərhuma məxsus mirası onun vərəsələri arasında düzgün bölüşdürməmiş, ilkin iddia üzrə iddiaçıya mirasdan pay verməklə düzgün olmayan qətnamə qəbul etmişdir. Yuxarıda qeyd etdiyi halları nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması, eyni zamanda düzgün tətbiq edilməməsi ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən məhkəmə qətnaməsi ləğv edilərək ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir.
9. Ona görə də, Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e-2(019)- 871/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməyən hissədə təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli surməyən üçüncü şəxslər Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi, X91, X92, X31, X9, X39, X20, X32, X40, X41, X21, X57, X46, X58, X47 , X33, X62 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, e- 2(019)-871/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməyən hissədə təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddənin İ, İİ, İV və Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Qərarlar: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 16 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri). Çəkişmə prinsipi hər bir tərəfin üzərinə istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini istisna edir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi). Bununla belə, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. Cavabdeh nümayəndəsi və vəkili Daanov X82 Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, ilkin iddianın əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməyən hissədə təmin edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddianı qismən təmin edərkən məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
27. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
28. Apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
29. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, miras qoyanın ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailətəminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı). Sözügedən norma və mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən norma həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik münasibətlərini əhatə edir. İşin müəyyən olunmuş hallarından göründüyü ki, miras qoyan X68 13 avqust 2024-cü ildə ölmüşdür, ondan ünvan 2i ünvanında JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və A N 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçı iddia ərizəsində miras əmlak olaraq qeyd edilən toropaq sahələri ilə yanaşı miras əmlak olaraq evdən də payının müəyyən olunmasını tələb etsə də miras qoyan X35 mülkiyyətində ev olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Pədimat Kovxayevanın mülkiyyətində ev olması məhkəmə iclası zamanı da müəyyən olunmadı. Odur ki, məhkəmə hesab etmişdir ki, Pədimat Kovxayevadan ev miras qalmamışdır. Miras qoyan X35 birinci növbəli vərəsələrinin olmaması, bacıları - X72, X112, X59, X90 (ata bir bacısı), X80 (ata bir bacısı), X60 (ana bir bacısı) və X29 (ana bir bacısı) ikinci növbə vərəsə olmaları, onlarının hamısının ölmələri işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyindən və bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyindən, miras qoyan X35 vərəsələrinin mirası qəbul etməkdən imtina etmələrinə dair heç bir sübut təqdim edilmədiyindən miras qoyan X35 vərəsələri mirası qəbul etmişlər. Mülki Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı bütün vərəsələrin payı bərabər olmaqla, miras qoyan X35 yeddi vərəsəsi olduğundan məhkəmə hesab edir ki, mərhum X35 miras əmlakında hər bir vərəsənin 1/7 hissə payı vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, ilk və qarşılıqlı iddia qismən təmin edilməli, miras qoyan X26 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı, 1/7 hissəsinə, Cavabdeh payı müəyyən olunmalı, ilk və qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Miras qoyan X26 miras qalmış, ünvan 2i ünvanında yerləşən JN 611 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və AN 170089 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0.21 ha həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə vərəsə,X42nın vərəsələri- X91 və X55, 1/7 hissəsinə vərəsə,X24nın vərəsələri- X57, X22 X34, X19, 1/7 hissəsinə vərəsə, X4nın vərəsələri- X40 və X15, 1/7 hissəsinə vərəsə,mərhum Qırıxova (Dibirova) Əsiyyət Əli qızının vərəsəsi- X7 və 1/7 hissəsinə vərəsə, X5nın vərəsəsi X30 payı müəyyən edilməlidir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Balakən regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təqdim edilmiş cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X26 miras qalmış əmlaka dair xx.xx.2024-cü il tarixdə Cavabdeh və xx.xx.2025-ci il tarixdə İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə dair ərizə ilə Balakən regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Balakən regional “Asan Xidmət” X50 tərəfindən təqdim edilmiş cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X45 dair yoxlama apararkən barəsində doğum və nikah haqqında akt qeydi, övladı barədə məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X35 doğumu haqqında akt qeydi Balakən regional “Asan Xidmət” X25 aşkar edilmədiyindən X35 valideynlərinə, bacı-qardaşlarına dair məlumatın verilməsi mümkün deyildir.
28. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
29. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218ci maddələrinin tələblərinə riayət edilmişdir.
30. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk və qarşılıqlı iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 2(019)-871/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, iddiaçı, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.