Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1213/2024 29.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X13rşı (açar sözlər: Əmək mübahisələri - İşə bərpa) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X9 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X13rşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tаrixli, e-2(033)-747/2024 saylı qətnаməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Dəstək Xidmətlər Şöbəsinin şöbə müdiri Azər Vahabov və Təhlükəsizlik Bölməsinin bölmə müdiri Anar Məmmədov tərəfindən Zaqatala RMX-ın direktoru Tamara Nurəliyevaya təqdim edilmiş 09 yanvar 2023-cü il tarixli təqdimatdan görünür ki, Dəstək Xidmətlər Şöbəsinin Təhlükəsizlik Bölməsinin növbə rəisi İddiaçı 05 yanvar 2023-cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək içkili halda heç bir əsas göstərmədən işə sərxoş halda gəlmişdir. Dəstək Xidməti Şöbəsinin müdiri Azər Vahabovla birlikdə mühafizəçi İddiaçı sərxoşluğunu təyin etmək üçün həkim dəvət olunmuş, lakin İddiaçı həkim yoxlanışından imtina etmişdir. Həkim tərəfindən təqdim olunan doldurulumuş müvafiq sənəd təqdimata əlavə olunmuşdur.
2. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 06 yanvar 2023-cü il tarixli, 13 saylı aktdan görünür ki, müayinə edilən İddiaçı həmin tarixdə alkoqol qəbulu aşkar edilmişdir və o, orta dərəcəli sərxoşdur.
3. İş materiallarında olan CD-də olan vidеoyazıda İddiaçı Zaqatala RMX-nın binasının fonunda sərxoş vəziyyətdə görüntüləri əks olunmuşdur.
4. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli 173 saylı protokolun surətindən görünür ki, Zaqatala RMX PHŞ-nin Təhlükəsizlik Bölməsinin rəisi İddiaçı 05 yanvar 2023cü il tarixdən 06 yanvar 2023-cü il tarixədək iş saatlarında xidməti sahəsində sərxoş vəziyyətdə olduğuna görə ona inzibati cəza tədbirinin görülməsinə Zaqatala RMX-ın Həmkarlar Şurası etiraz etmir.
5. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X14 11 yanvar 2023-cü il tarixli K-0015(44) saylı əmrindən görünür ki, “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində növbə rəisi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 11 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əsasən həmin Məcəlləni 72-ci maddəsinin “b” bəndində sadalanan halda-alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam veirlmişdir.
6. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(033)-298/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X13rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
7. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(033)-443/2023 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X13rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş tərəflər məhkəmə iclasına gəlmədiklərindən baxılmamış saxlanılmışdır.
8. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(033)-443/2023 saylı qərardadından görünür ki, İddiaçı Zaqatala rayon məhkəməsinin 02 may 2023-cü il tarixli, 2(033)-443/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir.
9. İş materiallarında olan Şəki Aplellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2(107)-614/2024 saylı qərardadınan görünür ki, Zaqatala Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, 2(033)-443/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. İş materiallarında olan İddiaçı ünvanlanmış 12 yanvar 2023-cü il tarixli PHŞ-6- 78/3-5/2023 saylı bildirişdən görünür ki, alkoqollu halda işdə olduğu üçün 11 yanvar 2023cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi İddiaçı bildirilmişdir.
11. İş materiallarında olan Zaqatala RMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin müdiri Azər Vahabov, Zaqatala RMX PHŞ-nin Təhlükəsizlik bölməsinin müdiri Anar Məmmədov, Dəstək xidmətləri şöbəsinin mühafizəçisi Sərxan Qalaçiyev, TTTYŞ-nin terapevt həkimi Həmid İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli PHŞ-678/3-7-1/1 saylı aktdan görünür ki, Zaqatala RMX PHŞ-nin Dəstək xidmətləri şöbəsi, Təhlükəsizlik bölməsinin növbə rəisi X5 xx.xx.2023-cü il tarixdə, iş saatlarında sərxoş vəziyyətdə işə gəlmiş, onun bu hərəkətinin təkrar törədilməsi barədə ona sual verilsə də, heç bir izah və əsas göstərə bilməmişdir. Əməkdaşın içkili olduğunu müəyyən etmək məqsədilə TTTY şöbəsinin həkimi Həmid İbrahimov hadisə yerinə çağırılmışdır. Həkim tərəfindən sərxoşluğun təyin olunması üçün alkotester vasitəsilə müayinədən keçməli olduğu bildirilsə də, İddiaçı bundan imtina etmişdir. Nəticədə, TTTYŞ-nin həkimi İddiaçı barəsində sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə AKT tərtib etmişdir.
12. İş materiallarında olan Zaqatala RMX PHŞ-nin Dəstək xidmətləri şöbəsi Təhlükəsizlik bölməsinin müdiri Anar Məmmədov və Zaqatala RMX PHŞ-nin Dəstək xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin mühafizəçisi Vəfa Rəcəbli tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş PHŞ/6.78-3.7-2022-13 saylı aktdan görünür ki, Zaqatala RMX PHŞ-nin Dəstək xidmətləri şöbəsi, "əhlükəsizlik bölməsinin növbə rəisi X3 xx.xx.2022 -ci il tarixdə iş saatlarında sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. İddiaçı həmin vaxtı Zaqatala şəhəri, N.Nərimanov küçəsində sərxoş vəziyyətində olması faktı həm də videoyazı ilə qeydə alınmışdır.
13. İş materiallarında olan Zaqatala RMX PHŞ-in direktorunun inzabati məsələlər üzrə müavini Emil Rüstəmov, Zaqatala RMX PHŞ-nın Həmkarlar Şurasının sədr Etibar Məhərrəmov, Zaqatala RMX PHŞ-nın Təhlükəsizlik bölmə müdiri Anar Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Zaqatala RMX PHŞ-nin xx.xx.2023-cü il tarixdə keçirilən SİHİ-nın iclasına İddiaçı dəvət etmək məqsədilə sədr Etibar Məhərrəmov özünəməxsus (***-***-**-**) nömrəli telofonundan ona zəng etmişdir. Fərhad Nümayəndə1 Məhərrəmovun zənglərinə cavab verməmişdir.
14. İş materiallarında olan Direktorun inzibati məsələlər üzrə müavini Emil Rüstəmov, Ümumi şöbə müdiri Cəvahir İsrafilzadə, İnsan resursları şöbə müdiri: Gülnara Ömərova, Təhlükəsizlik bölmə müdiri Anar Məmmədov, Hüquqşünas Nümayəndə2 tərəfindən tərtib edilmiş 09 .01. 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü ildə yazılmış eyni məzmunlu təqdimatın qeydiyyatdan keçməsinə baxmayaraq qoşmada göstərilən təqdimat etibarsız sayılaraq hüquqi qüvvəsini itirmişdir. Hər iki təqdimat eyni nüsxədə qeydiyyatdadır.
15. İş materiallarında olan Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş 2(033)- 443/2023 saylı işin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli K0015(44) saylı əmrinin surətini məhkəməyə təqdim еtmişdir.
16. İş materiallarında olan İddiaçı tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru Tamara Nurəliyevaya ünvanlanmış 26 aprel 2024-cü il tarixli ərizənin surətindən görünür ki, ona işdən azad olunması barədə əmr rəsmi qaydada göndərilməmişdir. Bu günə qədər əmrin mahiyyətindən xəbərsizdir. Ona görə də əmrin rəsmi şəkildə ona göndərilməsinə köməklik etməsini xahiş etmişdir.
17. İş materiallarında olan Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 direktoru Tamara Nurəliyeva tərəfindən İddiaçı ünvanlanmış 02 may 2024-cü il tarixli məktubdan görünür ki, onun işdən azad olunma ilə bağlı əmr barəsində Zaqatala rayon Mərkəzi X7 şəxsinə ünvanlanmış ərizəyə aidiyyatı üzrə baxılmışdır. Əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi barəsində verilmiş əmrin surətini götürmək üçün tibb müəssisəsinin insan resursları şöbəsinə şəxsən yaxılanması zəruri olduğu bildirlmişdir.
18. İş materiallarında olan 27 may 2024-cü il tarixli MŞŞ/MT018/2024-00895 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi 27 may 2024-cü il tarixdə saat 11:00-12:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. 50 (əlli) manat məbləğində mediasiya xərcini və 10 (on) manat kargüzarlıq və dəftərxana xərclərini İddiaçı birtərəfli qaydada ödəmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
19. İddiaçı cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X13rşı “işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, AR TƏBİB PHŞ Zaqatala RMX PHŞ-n xx.xx.2023-cü il tarixli K0015(44) №-li əmrin ləğv edilməsi, İddiaçı məcburi iş buraxmağına görə əmək haqqının ödənilməsi və Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik Bölməsinin növbə rəisi vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 35 il ümumi iş stajı vardır. Zaqatala rayonu Diaqnostika Mərkəzinin təməli qoyulduğu vaxtdan bu günə qədər fasiləsiz olaraq orada işləmişdir. Bu müddət ərzində bir dəfə də olsa işimlə bağlı rəhbərlik tərəfindən hər hansı tənbeh və cəza almamışdır. Hazırki işi Zaqatala RMX PHŞ-n Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsində növbə rəisi vəzifəsindən ibarətdir. xx.xx.2023-cü ildə saat 15 radələrində iş yerində olarkən Təhlükəsizlik bölmə müdiri X8 ona yaxınlaşaraq “sən spirtli içki içmisən səni müayinə etməliyik” deyə Həmid adlı həkimlə ona müraciət etmişdir. O buna nə ehtiyac olduğunu soruşaraq etiraz etmiş, Anar Məmmədov da sonra bilərsən deyə cavab vermiş və ondan aralanaraq binaya daxil olmuşlar. Bu zaman Dəstək Xidmətlər şöbəsinin müdiri X11 da ona yaxınlaşaraq nə baş verdiyini soruşduqda, bilmədiyini demişdir. Bundan 5 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə ona bildirmişlər ki, o direktorun əmri ilə işdən azad edilmişdir. Bununla bağlı o RMX-nın direktorunun yanına gedərək işdən çıxarılma səbəbini öyrənmək istəmişdir. Ona demişlər ki, burada nə isə anlaşılmazlıq olub, bir müddət gözləsin, çalışacaqdır ki, onu işə bərpa etsinlər. O, da bunlara inanaraq gözləməyə qərar vermişdir. O zamandan bu günədək onu müxtəlif bəhanələrlə, vədlərlə bu günə sabaha həll olunacaq deyərək aldatmışlar. Nəhayət məsələnin bu şəkildə həll olunmayacağını anlayaraq xx.xx.2024-cü il tarixdə Zaqatala RMX-nin direktoru Tamara Nurəliyevaya ərizə ilə müraciət edərək işdən azad olunmasına dair əmrin surətini rəsmi olaraq verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Tamara Nurəliyeva tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli 18-1-78/2-Y- 143-xx-xx/2024 saylı məktubla ona bildirilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətini və əmək kitabçasını götürmək üçün tibb müəssisəsinin İnsan Resursları şöbəsinə şəxsən yaxınlaşması zəruridir. O, da xx.xx.2024-cü il tarixdə qeyd olunan şöbəyə gedərək əmrin surətini və əmək kitabçasını aldığına dair jurnala imza etmişdir. Əmr və digər sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, haqqında tərtib olunmuş Sərxoşluğun müayinə Aktı və direktora təqdim olunmuş təqdimat qanunsuz olmaqla yanaşı saxta imzalarla tərtib edilmişdir. Belə ki, bundan sonra Dəstək Xidmətləri şöbəsinin müdiri Azər Vahabovun yanına getmiş, ona təqdimata imza etdiyini söyləmiş və təqdimatı ona göstərmişdir. A.Vahabov bunu gördükdə çox təəcüblənmiş və imzanın qəti olaraq ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda bu məsələdən tam xəbərsiz olduğunu bildirmişdir. Ona qarşı heç bir müayinə aparılmayıb, akt onun yanında tərtib olunmamışdır. Bu akt Anar Məmmədovun təşəbbüsü ilə qərəzli şəkildə yazılmışdır. A.Məmmədov bu işə ondan sonra gəlmişdir. Hansısa səbəbdən onunla çox soyuq münasibəti var idi. Hətta bir neçə dəfə o, məzuniyyətdə olarkən yeməkxanada nahar zamanı video kamera ilə onu görüntüləməyə də cəhd etmişdir. Hesab edir ki, A.Məmmədov onu işdən azad etməyi bir məqsəd olaraq qarşısına qoymuşdur. Təəsüf ki, İşəgötürən olaraq Zaqatala RMX-nin direktoru nəinki əsaslandırılmış təqdimat verib, əksinə başqasının yerinə A.Məmmədov tərəfindən saxta imzalı təqdimatı Həmkarlar Təşkilatına göndərmişdir. Digər tərəfdən bu “İldırımsürətli” işdən çıxarılma əməliyyatı zamanı (xx.xx.2023-cü ildə təqdimat verilir, xx.xx.2023-cü ildə Həmkarlar İttifaqının qərarı alınır, xx.xx.2023-cü ildə də əmr verilir). X6 haqqında qanunun tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, əmək mübahisələrinə baxarkən Hİ haqqında qanunun 18-ci maddəsində göstərilir: Həmkarlar İttifaqı öz üzvüləri ilə İşəgötürən arasında fərdi əmək mübahisələrini səlahiyyəti daxilində həll edir, kollektiv əmək müqaviləsinin baxılmasında iştirak edirlər”. Əmək mübahisələrin predmeti və həlli qaydası AR Qanunvericiliyi ilə müəyyənləşdirilir. Bu zaman İşəgötürən işçinin Əmək müqaviləsinə xitam verilməsinə əsasını təsdiq və sübut edən sənədləri təqdimata əlavə etməlidir. Təqdim edilmiş materiallar müəssisənin Hİ şurasının sədri tərəfindən əsaslı öyrənilməli və baxılması üçün şura iclasına çıxarılmalıdır. İclasda İşəgötürənin nümayəndəsi və Əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmuş işçi, lazım gəldikdə şahidlər və mütəxəssislər də dəvət olunmalıdır. Müzakirə zamanı HİT Əmək qanunvericiliyinin normalırının pozulmasına yol verməməli, işçinin əmək hüququnu və qanuni mənafeyini müdafiə etməlidir. HİT İşəgötürən tərəfindən təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını İşəgötürənə təqdim etməlidir. Uzun müddət HİT-in üzvü olduğu halda onu nəinki iclasa çağırmışlar, heç bu iclasın keçirilməsindən belə xəbəri olmamışdır. Göründüyü kimi bu da əvvəlcədən Anar Məmmədov tərəfindən hazırlanmış ssenarinin davamı olmuşdur. Həmkarlar şurasının qərarında əmək müqaviləsinin xitamı nəzərdə tutulmamışdır. Qərarda inzibati cəza tədbirinin görülməsinə etiraz edilməmişdir. Qərarda göstərilən inzibati cəza tədbirinin görülməsinə etiraz etməmək əmək müqaviləsinin xitamı üçün əsas ola bilməz. Bu əmrin verilməsinə o qədər güclü istək varmış ki, bu xususatlara da diqqət yetirilməmişdir.
21. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı 1965-ci il təvəllüdlü Zaqatala Rayon sakini İddiaçı xx.xx.2023-cü il tarixli № K0015(44) əmrin ləğv edilməsinə, məcburi iş buraxdığına görə əmək haqqının ödənilməsinə və Dəstək Xidmətləri şöbəsinin Təhlükəsizlik bölməsinin növbə rəisi vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul etməyinizi xahiş etmişdir. AR ƏM-nin 296cı maddəsinin 2-ci bəndinə uyğun olaraq fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar edildiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. xx.xx.2023-cü il tarixli № K0015(44) əmrin verildiyi gündən 1 il 6 təqvim ayı müddət keçmişdir. Həmçinin ötən il ərzində də X5 xx.xx.2023-cü il tarixli № K0015(44) əmrin ləğv edilməsi barəsində Zaqatala Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının təqdim etmiş olduğu iddia ərizəsi Zaqatala Rayon Məhkəməsində mübahisələndirilmiş xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardad qəbul edilmişdir. Bundan sonra da X5 məsələ ilə bağlı bir necə dəfə məhkəməyə şikayətlər ünvanlamış, Zaqatala Rayon Məhkəməsinin müvafiq qərardadları ilə şikayətlər qanunvericiliyin tələblərinə cavab vermədiyindən geri qaytarılmışdır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsini və bununla bağlı qərar qəbul edilməsini xahiş etmişlər.
22. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi iddaçının işdən qanunsuz azad edilməsinə əvvəlcədən hazırlıq görülmüşdür. Bu məqsədlə də Anar Məmmədov xüsusi canfəşanlıq etmişdir. Belə ki, iddiaçının hüquqi savadsızlığından sui istifadə etməklə X17 adlı həkimi özü ilə iş yerinə gətirərək heç bir müayinə aparmadan saxta müayinə aktı tərtib etmişdir. Daha sonra isə yenə də Anar Məmmədov direktorun adına saxta təqdimat yazaraq şöbə müdiri Azər Vahabovun yerinə imza etməklə təqdimatı direktor Tamara Nurəliyevaya təqdim etmişdir. Anar Məmmədovun hərəkətində AR CM-nin 310, 311-ci maddələrinə uyğun olan cinayət tərkibi vardır. Müəssisənin direktoru Tamara Nurəliyeva bu işi araşdırmadan şöbə müdiri Azər Vahabovla müzakirə aparmadan təqdimatı bir başa Həmkarlar İttifaqına göndərmişdir. Bu “Təcili işdən azadetmə” əməliyyatında direktorun da müəyyən marağı olduğu aşkar görünür. Əks halda o, iddiaçını və şöbə müdiri Azər Vahabovu yanına dəvət edərək araşdırma apara bilərdi. İddiaçı onun qəbuluna gedərək işdən çıxma səbəbini soruşduqda o, da hüquqi savadsılığından istifadə edərək, onu arxayın etmiş, anlaşılmazlıq olduğunu, məsələni tezliklə həll edəcəyini bildirmişdir. Eyni zamanda Həmkarlar İttifaqı da saxta təqdimatı müzakirəyə çıxarmadan, iddiaçını və digər aidiyyatı şəxsləri dəvət etmədən tələsik qərar qəbul edərək, ona inzibati cəza verilməsinə Həmkarlar Şurasınını etiraz etmədiyinə dair qəbul etmişdir. Halbuki inzibati cəza verilməsinə dair qərar Əmək Müqaviləsinə xitam verilməsi üçün heç cür əsas ola bilməz. Çünki qərarda əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulmayıb. Bu faktda direktorun əmrinin qanunsuz olmasını bir daha sübut edir. İş materiallarında olan Tamara Nurəliyevaya yazdığı xx.xx.2024-cü il tarixli ərizə, direktor Tamara Nurəliyeva tərəfindən imzalanmış xx.xx.2024-ci il tarixli 18-1-78/2-Y-143-xx-xx/2024 saylı cavab məktubu və xx.xx.2024-cii il tarixdə İnsan resursları şöbəsinin jurnalına imza edərək aldığı əmək kitabçası və əmrin surəti bir daha sübut edir ki, rəhbərlik iddiaçının hüquqi savadsızlığını bildikləri üçün bu işi qəsdən uzatmışlar. Ancaq işdə olan sənədlər müddətin keçmədiyinə tam dəlalət edir. AR MM-nin 377.1.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. İddiaçı hüququnun pozulduğunu bildiyi müddət, ona əmrin və əmək kitabçasının rəsmi şəkildə verildiyi tarixdən hesablanmalıdır. İddiaçı işdən qanunsuz azad edilməsi ilə bağlı iş yerindən kənarda çəkilmiş video görüntülərinə və saxta imzalarla rəhbərliyə təqdim edilmiş təqdimata, eyni X2 razılığı olmadan işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi faktına məhkəmə tərəfindən heç bir araşdırma aparılmaması və hüquqi qiymətin verilməməsi onda təəsüf hissi doğurur. Xəstəxana rəhbərliyi iddiaçının savadsızlığından və rəhbərliyə olan etimadından sui istifadə edərək onu aldatmış, iddia müddətinin ötürülməsinə cəhd etmişdir. Videogörüntülər heç də iş yerində olmayıb, hansısa şənlik məclisindən sonra çəkilmişdir. Bunu çəkən şəxsin niyyəti iddiaçını şantaj etmək məqsədini daşıdığını göstərir. İş materiallarında olan sənədlər iddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilməsini tam şəkildə sübut edir. Belə olan halda mübahisənin tam şəkildə iddiaçının xeyrinə nəticələnəcəyi tam göründüyü halda iddiaçı məhkəməyə gəlmir və iddia müddətinin ötürülməsinə şərait yaranır. Bu sualın cavabı iddiaçının hüquqi savadsızlığından istifadə edən direktorun işə bərpa edəcəyi vədi ilə onu inandırması və məhkəməyə getməsinə mane olmasıdır. Qeyd edilənləri nəzərə alaraq iddia müddətinin ötürülməsi ilə əlaqədar cavabdehin ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh “Zaqatala Rayon Mərkəzi Xəstəxanası” X12 nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı əmək müqaviləsinə 11 yanvar 2023-cü il tarixli № K0015(44) saylı əmri ilə xitam verilmişdir. Bununla bağlı bildiriş onun evinə getmiş və sonuncu həmin bildirşi rəsmi almışdır. İddiaçı hüquqlarını qorumağa çalışmış və o, hazırkı tələblə əvvəl də məhkəməyə müraciət etmişdir. Lakin o, dəflərlə təyin olunmuş məhkəmə iclaslarına gəlmədiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmışdır. Prosedur qaydalara tərəflərindən lazımi qaydada riayət edilmişdir. İddiaçı əmri aldıqdan sonra 1 ay müddətində məhkəməyə müraciət etməli idi. O, iddia müddətini ötürmüşdür. İddia tələbi əsassız olduğundan rədd eidlməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) 22 iyul 2024-cü il tаrixli, e-2(033)-747/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
25. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəldiyindən və iş yerində sərxoş vəziyyətdə olduğundan cavabdeh onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuş, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 72, 294-cü maddəsinin 1-ci, 294-cü maddəsinin 2-ci, 296-cı maddəsinin 2-ci və 296-cı maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 375.1, 375.2, 379.1.6, 379.4-1 və 381.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
27. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
28. Apellyаsiyа şikаyətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, ... Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2(033)-747/2024 saylı qətnaməsi maddi və prosesual hüquqi normalarının pozulması ilə qəbul edilmişdir. İşin ədalətli həllinə aid bütün faktlar araşdırılmamış və tərəflərin qarşılıqlı münasibətinə hüquqi qiymət verilməmişdir. Məhkəmənin hazırlıq iclasından sonra direktor onu yanına çağıraraq demişdir ki, “burada bir anlaşılmazlıq olub, mən səni işə bərpa edəcəyəm”. Ancaq sən daha məhkəməyə getmə, biz də getməyəcəyik”. O da bir rəhbər olaraq ona inanmış və məhkəməyə getməmişdir. Nəticədə məhkəmə xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadı ilə iddianı baxılmamış saxlanmasına dair qərardad qəbul etmişdir. Ötən müddətlərdə bir neçə dəfə direktorun yanına gedərək işin nə yerdə olduğu ilə maraqlandıqda səbirli olmağını bildirmişdir. Onun hüquqi biliyinin olmamasından, məsələnin həlli üçün istədiyi vaxt məhkəməyə müraciət edə biləcəyini düşünürdü. İddia müddəti haqda heç bir məlumatı yox idi. Nəhayət, onu başa salmışlar ki, cavabdeh onun aldatmışdır. Bundan sonra direktora ərizə yazaraq əmrin və əmək kitabçamın rəsmi qaydada verilməsini tələb etmişdir. Məhkəmə prosesində əvvəlki məhkəməyə təqdim edilmiş iş materiallarında olan bütün sənədlərin dəyişdirildiyini, sonradan əlavə saxta sənədlərin hazırlandığının şahidi olmuşdur. Hətta Dəstək Xidmətləri şöbəsinin müdiri Azər Vahabovun imza etdiyi təqdimat belə dəyişdirilib, ona direktor tərəfindən təzyiq göstərilərək yeni təqdimata imza etdirmişlər. Qeyd olunanlara əsasən Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tаrixli, e- 2(033)-747/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə1 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
31. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
35. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
36. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya
37. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
38. Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri (...).
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, ... əsasən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır.
39. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar (...).
2. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs.
3. İşəgötürən - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. (...).
40. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; (...). f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
41. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
42. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: (...). ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
43. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
(...).
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
44. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar (...). b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; (...).
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
45. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
46. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri (...)
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
47. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri (...)
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
48. Maddə 375. İddia müddətinin tətbiqi - 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
49. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
56. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
57. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
58. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
59. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tаrixli, e-2(033)-747/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
61. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
62. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
63. İddiaçı tələbində onunla bağlanmış əmək müqaviləsinə хitam vеrilməsinin əmək qanunvericiliyinin tələblərinin pozulması ilə aparıldığını iddia еtmişdir.
64. Cavabdеh iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlməsi əsası ilə iddiaya еtiraz еtmişdir.
65. İddiaçı işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlmədiyini, iş yerində sərxoş vəziyyətdə olmadığını bildirmişdir.
66. Eyni zamanda iddiaçı xx.xx.2023-cü il tarixli K-0015(44) saylı əmrinin ona, xx.xx.2024-cü il tarixdən sonra təqdim еdildiyini bəyan edir.
67. Birinci instansiya məhkəməsi tərəfindən 2(033)-443/2023 saylı iş araşdırılmışdır. Həmin iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 xx.xx.2023-cü il tarixli K-0015(44) saylı əmrinin surətini ilkin olaraq xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə əlavə şəklində məhkəməyə təqdim etmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-298/2023 saylı qərardadı ilə mediasiya təşkilatına müraciət etməməsi səbəbindən İddiaçı cavabdeh Zaqatala Rayon Mərkəzi X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı mediasiya təşkilatına müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixdə yenidən əmr və ona əlavə edilmiş sənədlər qoşma şəkilində əlavə edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadı ilə tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı Yusifov X4 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadından qərardadı aldığı gündən 10 gün müddətində şikayəti verməli olduğu halda, buna riayət etməmiş və qərardadı təhvil aldığı vaxtdan yalnız 7 ay 9 gündən artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)- 443/2023 saylı baxılmamış saxlama haqqında qərardadından şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadı ilə İddiaçı Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-443/2023 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(107)-614/2024 saylı qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2024-cü il tarixli, e-2(033)-443/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
68. Müəyyən edilmişdir ki, cavabdеh iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlməsi əsası ilə iddiaya еtiraz еtmişdir. İddiaçı işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlmədiyini, iş yerində sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Yanaşı yoхlanılmış vidеoyazıda iddiaçının Zaqatala RMX-nın binasının fonunda sərxoş vəziyyətdə görüntüləri əks olunmuşdur.
69. Birinci instansiya məhkəməsi iddiaçının sərxoş vəziyyətdə görüntülərinin əks olunduğu binanın onun iş yеri olan Zaqatala RMX-yə aid olduğunu nəzərə alaraq, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlməsi barədə cavabdеhin nümayəndəsinin bildirdiklərini işin hallarına uyğun saymışdır.
70. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə gəlmiş, Həmkarlar İttifaqı onun barəsində intizam tənbеhi tətbiq еdilməsinə razılıq vеrilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul еtmiş və işəgötürən xx.xx.2023-cü il tarixli K-0015(44) saylı əmri ilə iddiaçının barəsində qanunla nəzərdə tutulan həmkarlar İttifaqının razılıq vеrdiyi intizam tənbehlərindən biri olan, əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək tənbеhini tətbiq еtmişdir.
71. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
72. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumunun L.İ.Binnətovаnın şikаyəti üzrə Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyаsının 05 iyun 2007-ci il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir 08 mаy 2008-ci il tаrixli qərаrındа qeyd edilir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
73. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəldiyindən və iş yerində sərxoş vəziyyətdə olduğundan cavabdeh onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuş, əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmışdır.
74. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı hesab edir.
75. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
76. Qeyd edilməlidir ki, işçiyə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İşəgötürənin bu hallarda malik olduğu diskresion səlahiyyəti əmək qanunvericiliyinin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı işəgötürənin öz əmrini əsaslandırmasında istinad etdiyi halların əmək qanunvericiliyinin 10, 70, 71, 72 və 186-cı maddələrinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır.
77. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmaqla alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun aparıldığından iddia tələbi əsassızdır. Məhz bu baxımdan iddia tələbi rədd olunmalıdır.
78. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
79. “Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı” iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
80. “Qаvаzov Bolqаrıstаnа qаrşı” iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
83. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tаrixli, e-2(033)-747/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 22 iyul 2024-cü il tаrixli, e-2(033)-747/2024 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov