Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1215/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X18, Cavabdeh Şıxamir oğlu və onun vəkili Nümayəndə2, İddiaçı vəkili Nümayəndə1 iştirakı ilə İddiaçı Cavabdeh Şıxamir oğluna və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Balakən rayon Notariat Ofisinə qarşı irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ilk, iddiaçı Cavabdeh Şıxamir oğlunun cavabdeh İddiaçı qarşı mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi tələbinə dair qarşılıqlı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh Şıxamir oğluna və Balakən rayon Notariat ofisinə qarşı irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması tələbinə dair tələbinə dair Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsindən Cavabdeh Şıxamir oğlu və vəkili Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsi ilə İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddiaları təmin edilməməsi, Cavabdeh Şıxamir oğlunun qarşılıqlı iddiasının qismən təmin edilərək Cavabdeh Şıxamir oğlu tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən Cavabdeh Şıxamir oğlunun, X24 və X9 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X13 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilmiş, miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X13 aid hissəsi) 1/3 hissəsinə Cavabdeh Şıxamir oğlunun vərəsəlik hüququ tanınmış, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 01.10.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəsi X19 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum babası X6 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən 1/2 hissənin, yəni içərisində fındıq bağı olan 0.35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakın 1/2 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasında iddianın predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək 01.10.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəsi X19 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum babası X6 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Cavabdeh Şıxamir oğlu İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddianı rədd edən, qarşılıqlı iddianı təmin edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən mərhum anası X19 miras qalmış və faktiki qəbul etdiyi 1,05 ha kənd təsərrüfatı torpaq sahəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Şıxamir oğlu məhkəmə baxışı iclasında qarşılıqlı iddia tələbinin artırılması barədə ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şıxamir oğlu tərəfindən 01.10.2006-cı il tarixdə vəfat etmiş mərhum anası X19 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum atası X6 miras qalmış, ümumi birgə mülkiyyət hüququ əsasında onlara məxsus 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan,faktiki olaraq qəbul etdiyi 0.70 ha hissəsinə miras əmlakın qəbulu faktının müəyyən edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması və şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 Cavabdeh Şıxamir oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək 01.10.2006-cı il tarixdə vəfat etmiş mərhum X19 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum X6 miras qalmış ümumi birgə mülkiyyət hüququ əsasında 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onlara məxsus olan 0.70 ha hissəsindən irsi transmissiya üzrə mirasın qəbulu üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Şıxamir oğlu və vəkili Nümayəndə2 tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o və qardaşı X25 faktiki olaraq mirası qəbul etməklərinə baxmayaraq yenidən onların mirasın faktiki etməklərini qismən təmin edərək X10 da pay müəyyən etmişdir. X20 atası X6 6 ay sonra vəfat etmiş, mirası faktiki olaraq qəbul etməmişdir. Onun ailə üzvləri İddiaçı və həyat yoldaşı X14 2012-ci ildən Rusiya Federasiyasında olduqlarından onlar da mirası qəbul edə bilməzdilər. Onlar mirası qəbul etmələrinə baxmayaraq məhkəmə mərhum X20 tərəfindən də mirasın qəbul etmə faktını müəyyən etmişdir. Onun anası Şahid7 olsa da analığı X39 olmuşdur. Ona görə də X21 qalmış miras əmlakı faktiki qəbul etməyi qanuni və əsaslıdır. Odur ki, Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq müstəqil tələb irəli sürən üçüncü şəxslər X14, X2, X30, X40,Rüstəmova (Musayeva) Aysel Zübahir qızı, X50 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 izahat verərək bildirdi ki, qətnamə maddi hüquq və prossesual hüquq normalarının pozulması ilə çıxarılmış, həmçinin məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir. Məhkəmə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X7 vermiş olduqları iddia predmetindən kənara çıxmaqla qətnamə qəbul etmişdir. Məhkəmə iddia predmetindən kənara çıxaraq Cavabdeh Şıxamir oğlu və qardaşı X25 faktiki olaraq mirası qəbul etmələrinə baxmayaraq yenidən onların mirasın faktiki qəbul etmələrini qismən təmin edərək X10 da pay müəyyən etmişdir və onun da, həmin 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə vərəsəlik hüququnu tanımışdır . Halbuki həmin torpaq sahəsində cavabdehin payı vardır və həmin payına toxunula bilməzdi. Balakən Rayon İcra Hakimiyəti Baçısının Sarıbulaq kənd İcra Nümayəndəliyinin 26.10.2020-ci il tarixli arayışından görünür ki, Sarıbulaq kənd sakinləri X25 və Cavabdeh Şıxamir oğlu qohumlarının deməsinə görə mərhum ataları X26 və mərhum anaları X27 dəfn xərclərini özləri, çəkmiş, yas mərasimlərini yola salmış, baş daşını qoymuş, vəfat etdiyi vaxtdan halhazıradək torpaq vergilərini və kommunal xərclərini ödəmiş, torpağı əkib becərmiş, həmin təsərrüfatı hal-hazırda da idarə edirlər. Bununla da mirası faktiki qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Şıxamir oğlu izahat verərək bildirdi ki, o qardaşı Bayram Musayevlə birlikdə mirası qəbul etmiş və hesab edir ki, miras tam şəkildə onlara verilməlidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 izahat verərək bildirdi ki, apellyasiya şikayət tam əsassızdır, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. İddiaçılar mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etmişlər, sonra iddia predmetini dəyişərək mirasın qəbulu müddətinin uzadılması ilə bağlı iddia ərizəsinə əlavə etmişlər. Bundan sonra cavabdehlərdə məhkəməyə mirasın qəbulu faktı ilə bağlı qarşılıqlı ərizə vermişdir. Məhkəmə ilkin iddianı rədd etmiş qarşılıqlı iddianıda qismən təmin etmişdir. Apellyasiya şikayətində 6 hal göstərilmişdir ki, bu hal apellyasiya şikayətində düzgün əsaslandırılmamışdır. Cavabdeh nənəsindən miras qalmış əmlakdan da pay tələb edir və birinci instansiya məhkəməsi həmin hissədə yanlışlığın aradan qaldırılması ilə bağlı qərardad qəbul etmişdir. Qərardaddan apellyasiya şikayəti verilsədə təmin edilməmişdir. Həmin hissədədə apellyasiya şikayəti əsassızdır. Övladlığa yalnız Musayev Şıxamir götürüldüyündən onun 1-ci növbəli vərəsəsi Cavabdeh Şıxamir oğlu hesab olunur. Birinci instansiya məhkəməsində dindirilən şahidlərdə qeyd edib ki, 0.35 ha torpaq sahəsindən iddiaçilar istifadə ediblər. Odur ki, apellyasiya şikayəti əsassizdir, təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə1 verdiyi izahata əlavəsi olmadığını, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş X50 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış 20 avqust 2020-ci il tarixli 19 nömrəli məktubda göstərilmişdir ki, “01.10.2006-cı il tarixdə vəfat etmiş mərhum nənəniz X24 və 25.01.2012-ci il tarixdə vəfat etmiş mərhum babanız Musayev Şıxamirin mirasına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən rayonu Notariat Ofisinə müraciət etmisiniz. Bildirilir ki, Siz mirasın qəbulu üçün nəzərdə tutulan müddəti ötürmüsünüz. Eyni zamanda mərhumların digər vərəsələri ilə aranızda mübahisə olduğunu bildirirsiniz. Odur ki, ötürülmüş müddətin bərpası və mirasın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməlisiniz”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 27 iyun 2012-ci il tarixdə verilmiş AZ-İ 487123 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 18 iyun 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu İcra Hakimiyyəti Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09.07.2020-ci il tarixli 250 nömrəli arayışdan görünür ki, Sarıbulaq kəndi ərazisində mərhum X9 ailəsinə məxsus JN-602 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən və içərisində fındıq bağı olan 1.05 ha torpaq sahəsi vardır. Qohumlarının deməsinə görə mərhum X1 özünə düşən və içərisində fındıq bağı olan 0.35 ha. torpaq sahəsini birdəfəlik olaraq mərhum oğlu Musayev Zübahirin ailəsinin istifadəsinə vermişdir. X20 vəfat etdiyi 2012- ci ilə qədər ailəsi ilə birgə həmin torpaq sahəsindən istifadə etmiş , bağa aqrotexniki qulluq göstərmiş, qorunmasını təmin etmişdir. 2012-ci ildən sonra isə oğlu Balakən rayonu Tülü kənd sakini İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş, bağa qulluq göstərmiş, ağacların budanmasını təmin etmiş , bununla da babası X6 və nənəsi X19 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 iyul 2020-ci il tarixli Aktdan görünür ki, həmin akt İddiaçı nümayəndəliyə şifahi müraciəti əsasında tərtib edilmişdir. Aktda göstərilmişdir ki, Sarıbulaq kəndi ərazisində mərhum X11 ailəsinə məxsus JN- 602 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən və içərisində fındıq bağı olan 1.05 ha. torpaq sahəsi vardır. Qohumlarının deməsinə görə mərhum X1 özünə düşən və içərisində fındıq bağı olan 0.35 ha. torpaq sahəsini birdəfəlik olaraq mərhum oğlu Musayev Zübahirin ailəsinin istifadəsinə vermişdir. X20 vəfat etdiyi 2012-ci ilə qədər ailəsi ilə birgə həmin torpaq sahəsindən istifadə etmiş, bağa aqrotexniki qulluq göstərmiş , qorunmasını təmin etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-602, KOD 40112018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 12 may 1999-cu il tarixli 05 saylı qərarı ilə X13, X31 və Cavabdeh Şıxamir oğluna Balakən rayonu Sarıbulaq kəndi ərazisindən 1.05 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon ZAQS bürosu tərəfindən 27 iyun 1966-cı il tarixdə verilmiş AZ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 01.07.1950-ci il tarixdə anadan olmuş, atası X26, anası X41 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Oktyabr rayon ZAQS şöbəsi tərəfindən 11 aprel 1981-ci il tarixdə verilmiş Vİİ JQ seriyalı 325302 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci ildə anadan olmuş, X3, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 01 mart 2021-ci il tarixli 735 nömrəli məktubdan görünür ki, ləğv edilmiş Torpaq və Xəritəçəkimə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında sorğuda qeyd olunan X8 və ailə üzvlərinin ( subyektilərin sayı-5 nəfər) ümumibirgə mülkiyyətində ünvan 1i ünvanında JN-829 nömrəli “Torpağa Mülkiyyət hüququna dair Dövlət aktı “ sənədində qeyd olunan 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25.02.2021-ci il tarixdə verilmiş 205 nömrəli arayışdan görünür ki, X20 vəfat etdiyi 18 iyun 2012-ci il tarixdə Balakən rayonu Tülü kəndində daimi qeydiyyatda olan, mərhumun aşağıda adları qeyd edilmiş vərəsələri olmuşdur: X5 qızı, oğlu İddiaçı, oğlu İddiaçı və qızı X22. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd bələdiyyəsi tərəfindən 26 oktyabr 2020-ci il tarixdə verilmiş 59 nömrəli arayışdan görünür ki, bələdiyyədə 2006-cı ildən başlayaraq mərhum X13 və mərhum X19 miras qalmış torpaq sahələrinin və evin vergisi Cavabdeh Şıxamir oğlu və X25 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 26 oktyabr 2020-ci il tarixdə verilmiş 10 nömrəli arayışdan görünür ki, Sarıbulaq kənd sakinləri X25 və Cavabdeh Şıxamir oğlu qohumlarının deməsinə görə mərhum ataları X26 və anaları X24 dəfn xərclərini özləri çəkmiş, yas mərasimlərini yola salmış, baş daşını qoymuş, vəfat etdiyi vaxtdan halhazıradək torpaq vergilərini və kommunal xərcləri ödəmiş, torpağı əkib becərmiş, həmin təsərrüfatı hal-hazırda da idarə edirlər. Bununla da mirası qəbul etdiyini şəksiz bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən 17 avqust 2020-ci il tarixdə verilmiş 266 nömrəli arayışdan görünür ki, X26 vəfat etdiyi 25.01.2012-ci il tarixdə Balakən rayonu Sarıbulaq kəndində qeydiyyatda olmuş və aşağıda adları qeyd olunmuş vərəsələri vardır.X23 oğlu, oğlu-Cavabdeh Şıxamir oğlu, oğlu-X20, oğlu-X30, qızı-X15, qızı-X28, qızı-X2, oğlu-X16. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Sarıbulaq kənd inzibati ərazi dairəsi tərəfindən 01 fevral 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 470575 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X26 25.01.2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon VVAQ şöbəsi tərəfindən 13 aprel 1993-cü il tarixli İ-JQ seriyalı 270064 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, 05 yanvar 1990-cı ildə doğulmuş Cavabdeh Bayram oğlu X26 tərəfindən övladlığa götürülmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd soveti tərəfindən 13 aprel 1993-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Şıxamir oğlu 05 yanvar 1990-cı ildə anadan olmuş, atası X26, anası Şahid7 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən 29.07.2020-ci il tarixdə verilmiş Çıxarışdan görünür ki,Balakən rayonu Sarıbulaq kəndində 1.1804 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 219.70 kv.m olan fərdi yaşayış evi X9 xüsusi mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Sarıbulaq kənd icra nümayəndəliyi tərəfindən 03 oktyabr 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 192818 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 01 oktyabr 2006-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 iyul 2020-ci il tarixdə verilmiş 559 nömrəli çıxarışdan görünür ki, X26 ilə X33 arasında 15 aprel 1968-ci il tarixdə 10 nömrəli nikah akt qeyd tərtib edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən 22 iyul 2020-ci il tarixdə verilmiş fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi X9 adına qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Talalar kənd soveti tərəfindən 17 iyun 1980-cı ildə verilmiş İİ-JQ seriyalı 310100 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki,X20 ilə X17 arasında 17 iyun 1980-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Musayeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Qeydiyyat Şöbəsi tərəfindən 18 may 2010-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 03 may 2010-cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən 06 avqust 1990-cı il tarixdə verilmiş Vİİ-JQ seriyalı 363156 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 18 iyul 1990-cı ildə doğulmuşdur. X3, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Tülü kənd soveti tərəfindən 21 may 1982-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı 378135 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X29 18 iyul 1980-cı ildə doğulmuşdur, X3, anası X14 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Sarıbulaq bələdiyyəsi tərəfindən 03 mart 2021-ci il tarixdə verilmiş 04 nömrəli arayışdan görünür ki, bələdiyyədə 2006-cı ildən 2013-cü ilə kimi 1.05. ha torpaq sahəsinin vergisi mərhum X26 tərəfindən ödənilmişdir. 2013-cü ildən 2020-ci ilə kimi isə Cavabdeh Şıxamir oğlu tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM-in) 1133.1 və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. MM-in 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-in 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. MM-in 1159.1,1159.1.1-1159.1.5-ci maddələrinə görə qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: -Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). -Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. - Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. -Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. MM-in 1243.2 və 1243.3-cü maddələrinə görə vərəsə mirasın açıldığı yer üzrə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından aslı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. MM-in 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. MM-in 1253.1-1253.2-ci maddələrinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18.07.2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Hazırda tədqiq edilən işdən bəlli olur ki, apellyasiya şikayəti cavabdeh tərəfindən verilmiş, həmçinin sonuncu faktiki olaraq verdiyi qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, öyrənilən iş materiallarından görünür ki, Cavabdeh miras qoyanlardan Şıxamir Musayev tərəfindən övladlığa götürülsə də, digər miras qoyan Ayşa Musayeva tərəfindən övladlığa götürülməmişdir. Oxşar münasibətləri nizama salan MM-in 1159.1.2-ci maddəsinin tələbinə görə Cavabdeh yalnız onu övladlığa götürən Şıxamir Musayevin vərəsəsi hesab edilsədə, mərhum Ayşa Musayevanın vərəsəsi sayılmır və uyğun olaraq Ayşa Musayevadan qalan mirasdan pay almaq hüququna malik deyil. Cavabdeh mərhum Şıxamir Musayevdən qalan mirası faktiki qəbul etdiyindən birinci instansiya məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, bu fakt müəyyən olunmalı, Şıxamir Musayevin vərəsələrindən Bayram Musayev, Zübahir Musayev və Cavabdeh miras əmlakı faktiki qəbul etdiklərindən Şıxamir Musayevdən miras qalan əmlakın o,cümlədən 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X13 aid hissəsinin 1/3 hissəsinə onun vərəsəlik hüququ tanınmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. MPM-in 380.1-ci maddəsinin tələbinə görə tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Ancaq hazırkı işdə sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğu əsaslandırılmayıb. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh Şıxamir oğlu və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(019)-143/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1215/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1215/2021
24.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver