Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1216/2020 03.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı ASC-nin, Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia qismən təmin edilərək, Cavabdeh 10095 manat əsas borc və 1 manat cərimə növündə dəbbə pulu olmaqla, cəmi 10096 manat pul vəsaiti və 21,49 manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı X3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. işin halları: İddiaçı X4 Balakən Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 8022.65 (səkkiz min iyirmi iki manat 65 qəpik) manat əsas borcun, 1537.61 (min beş yüz otuz yeddi manat 61 qəpik) manat cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 9590.26 (doqquz min beş yüz doxsan manat 26 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15095 manat əsas borcun, 5420 manat cərimə borcunun və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 20515 (iyirmi min beş yüz on beş) manat pul vəsaitinin Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə əlavə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, 10095 manat əsas borcun, 4000 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən Nümayəndə1 verilmiş xx.xx.2019-cu il tarixli, ASC/3-281 №-li etibarnamədə nümayəndə üçün belə səlahiyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edlən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə və qanun normasının tələbinə görə birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı yönəlmiş iddia tələbini qeyd olunan 10095 manat əsas borc və 4000 manat cərimə borcu tələbi kimi qəbul etməklə həmin tələb həcmində işə baxmışdır. Birinci instansiya məhkəməsi iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı X3 məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması «Qaydaları»na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, 259-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 75-LD/17 nömrəli müqavilələrə əsasən cavabdeh satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 43549.12 (qırx üç min beş yüz qırx doqquz manat 12 qəpik) manat olmaqla 3 baş Holştin-Friz və 15 baş Simmental damazlıq heyvanları lizinqə götürmüşdür. Cavabdeh damazlıq heyvanların dəyərindən 22920.60 (iyirmi iki min doqquz yüz iyirmi manat 60 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, 12108.00 (on iki min yüz səkkiz) manat ödənilməli olduğu halda, 4085.35 (dörd min səksən beş manat 35 qəpik) manat ödəniş etmişdir. Sonradan cavabdeh 5000 manat da əlavə ödəniş etmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdedeh tərəfində ödənişlər yerinə yetirilməmişdir. Hazırda Cavabdeh təmsil etdiyi İddiaçı ASC-yə 10095 manat əsas borc və 4000 manat cərimə borcu vardır. İddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında Cavabdeh iddianı 10095 manat əsas borc hissəsində tam qəbul və etiraf edərək, 4000 manat hissəsində isə qəbul etməyərək, verdiyi izahatında göstərmişdir ki, o, İddiaçı ASC ilə bağlanmış xx.xx.2016-ci il tarixli, 259-LD/16 nömrəli və xx.xx.2017-ci il tarixli, 75-LD/17 nömrəli müqavilələrə əsasən satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə ümumi dəyəri 43549.12 (qırx üç min beş yüz qırx doqquz manat 12 qəpik) manat olmaqla 3 baş Holştin-Friz və 15 baş Simmental damazlıq heyvanları lizinqə götürmüşdür. O, damazlıq heyvanların dəyərindən 22920.60 (iyirmi iki min doqquz yüz iyirmi manat 60 qəpik) manat məbləğində ilkin ödəniş etmişdir. Hazırda daha 5000 manatı İddiaçı ASC-yə ödəmişdir. İddiaçı ASC-nin ona qarşı 10095 manat əsas borc, 4000 cərimə borcu tələbinə dair iddianı 10095 manat əsas borc hissəsində tam qəbul edir, 4000 manat hissəsində isə qəbul etmir. İddianın 10095 manat əsas borc hissəsində tam təmin olunmasına razıdır, həmçinin 4000 manat cərimənin azaldılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Nümayəndə2 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, Balakən Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozmuşdur.Birinci instansiya məhkəməsi Cavabdeh “xxxxxxxxxx” ASC-yə ödəmiş olduğu məbləğləri nəzərə almamışdır. Eyni zamanda tələf olan malların sığortası var. bundan başqa cavabdehin İddiaçı ASC-yə borcu qalmamışdır.Məhkəmə iddia tələbini təmin edərkən işin bir sıra mühüm faktlarını nəzərə almamışdır. Qətnamədə də Cavabdeh İddiaçı ASC-yə ödədiyi məbləğlər öz əksini tapmışdır. Bundan başqa cavabdehin sığortadan 10000 manata yaxın məbləğdə alacağı vardır. Bunu İddiaçı ASC-də təsdiq edir. Onun İddiaçı ASC-yə borcu qalmamışdır və yuxarıda qeyd etdiyi kimi əksinə onun sığortadan 10000 manata yaxın məbləğdə alacağı var. Düzdür, o, həmin heyvanları artırmaq, böyük bir ferma yaratmaq niyyəti vardı. Daha doğrusu biznesini genişləndirmək qərarındaydı. Amma tam əksi oldu və biznes qurmaq istədiyi təqdirdə ziyana uğramışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətində qeyd edilən dəlillərin əsassız olduğundan onun təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. Cavabdehin nümayəndəsi Nümayəndə2 teleqram ilə məhkəmə kollegiyasına müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilmədiyindən onun başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən göndərilən teleqramın hazırkı işin lüzumsuz yerə yubadılması məqsədi daşıdığı qənaətinə gəlmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Belə ki, iş materiallarə ilə tam aydın olur ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddianın əsas borc hissəsi ilə razılaşmış və cərimə hissəsində köməklik edilməsini xahiş etmişdir ki, məhkəmə də həmin hissədə cəriməni minimum həddədək( 4000 manatdan 1 manatadək) azaltmışdır. Lakin buna baxmayaraq cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Hazırda da, işin təxirə salınması barədə teleqramla məhkəmə kollegiyasına müraciət etmişdir. Məhkəmə kollegiyası İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2016-ci il tarixli, 259-LD/16 saylı lizinq müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh oğlunun arasında bağlanılmaqla, 9441.2 manat dəyərində 3 baş Holştin-Friz və 1 baş Simmental damazlıq heyvanlarının Cavabdeh verilməsi müəyyən edilmiş, lizinq alan həmin heynavların dəyərindən 4720.6 manatı qabaqcadan ödəməyi, qalan vəsaiti isə tərtib olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxx 2017-ci il tarixli, 75-LD/17 saylı lizinq müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmaqla 34107.92 manat dəyərində 14 baş Simmental damazlıq heyvanlarının Cavabdeh verilməsi müəyyən edilmiş, lizinq alan həmin heyvanların dəyərindən 18200.00 manatı qabaqcadan ödəməyi, qalan vəsaiti isə tərtib olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş İddiaçı X2 xx.xx.2019-cü il tarixli, ASC/2-4 №-li xəbərdarlığından görünür ki, həmin xəbərdarlıqla Cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsinin zəruri olduğu və ona tələb olunan məbləğin, hesablanmış cərimənin və məhkəmə xərclərinin məcburi qaydada ondan alınaraq, İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin məhkəməyə təqdim etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan gecikdirilmiş əsas borcu 15095,25 manat, cərimə borcu 5420,07 manat göstərilmişdir. İş materiallarıbdan görünür ki, İddiaçı ASC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən damazlıq heyvanların lizinq ödənişi məqsədilə İddiaçı ASC-yə 5000 manat nəqdi qaydada ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh birinci instansiya məhkəməsinə yazdığı yazılı ərizəsindən görünür ki, o, İddiaçı ASC-nin ona qarşı 10095 manat əsas borc və 4000 manat cərimə borcu tələbinə dair iddiasını qismən-10095 manat əsas borc hissəsində qəbul və etiraf edir, 4000 manat cərimə hissəsində isə qəbul etmir. İddianın qismən-əsas borc hissəsində qəbul olunmasına razıdır, cərimə borcu hissəsində isə azaldılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək təmin etmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ASC-nin Cavabdeh ilə xx xxxxxxx 2016-ci il tarixli, 259-LD/16 saylı lizinq müqaviləsi bağlayaraq, 9441.2 manat dəyərində 3 baş Holştin-Friz və 1 baş Simmental damazlıq heyvanlarının Cavabdeh verilməsi, lizinq alan həmin heyvanların dəyərindən 4720.6 manatı qabaqcadan ödəməyi, qalan vəsaiti isə tərtib olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürməsi, xx xxx 2017-ci il tarixli, 75-LD/17 saylı lizinq müqaviləsi ilə isə 34107.92 manat dəyərində 14 baş Simmental damazlıq heyvanlarının Cavabdeh verilməsi, lizinq alanın həmin heyvanların dəyərindən 18200.00 manatı qabaqcadan ödəməyi, qalan vəsaiti isə tərtib olunmuş ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürməsi, Cavabdeh tərəfindən həmin heyvanların dəyərinin müəyyən hissəsini ödəməsi, qalan məbləği razılaşdırılmış qrafikə uyğun ödəməyi öhdəsinə götürməsi, lakin öhdəliyini tam yerinə yetirməyərək, iddiaçıya 10095.00 manat əsas borcunun qalması, iddiaçı təşkilatın da həmin borcu və bu əsas borcun vaxtında ödənilməməsi ilə əlaqədar olaraq cavabdehdən 4000.00 manat cərimə tləb etməsi, göstərilən damazlıq heyvanların hazırda cavabdehdə qalması və cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar 3 nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İş materiallarından görünür ki, tərəflər arasında lizinq münasibətləri və bu münasibətləri tənzimləyən müqavilələr vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.24-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. İddiaçı tələbinin əsası kimi cavabdehin öhdəliyi lazımi qaydada icra etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş materiallarından görünür ki, cavabdeh həqiqətən də lizinq müqavilələri üzrə öhdəliyini lazım qaydada icra etməmiş, lizinq müqavilələrinə və həmin müqavilələrə əlavə olan qrafikə əsasən göstərilən məbləğdə pul ödəməli olduğu halda, bu öhdəliyinə əməl etməmiş, onun 10095 manat əsas borcu yaranmışdır və ondan 4000 manat cərimə borcu tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Tərəflər arasında bağlanılmış lizinq müqavilələrinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan gecikdirilmiş hər bir günə görə gecikdirilmiş məbləğin müqavilədə göstərilən faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan hüquq normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi 10095 manat əsas borc tələbi əsaslıdır və təmin olunmalıdır. İddiaçı, həmçinin 4000.00 manat məbləğində cərimə olmaqla dəbbə pulunun tutulmasını tələb edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, ödənilməsi tələb edilən 4000 manat cərimə növündə dəbbə pulu 10095 manat əsas borc məbləği müqabilində tənasübsüz surətdə yüksək məbləğdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanun normasının mənasından görünür ki, dəbbə pulu borclunun icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Həmçinin tərəflər dəbbə pulunun miqdarının müəyyənləşdirilməsi zamanı diskresion səlahiyyətlərə malikdirlər, yəni sərbəstdirlər. Lakin mülki hüquq məsuliyyətinin həcmi nəzərə alınmaqla, qanunvericilik bununla bağlı da konkret normalar müəyyən etmişdir. Belə ki, mülki qanunvericilik mülki hüquq məsuliyyətinin iki növünü təsbit edir: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi (sinqulyar) məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməkdə ifadə olunan hüquq pozuntusuna yol verdikdə, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər. Belə olan halda məsuliyyətin həcmi dəbbə pulunun zərərin əvəzinin ödənilməsi kimi universal məsuliyyət formasına uyğunlaşdırılması imkanından asılı olaraq müəyyən ediləcəkdir. Məhz bu uyğunlaşdırma formasından asılı olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 466-cı maddəsi dəbbə pulunun dörd növünü fərqləndirir:1) Əvəzləşdirmə qaydasında ödənilən dəbbə pulu. Bu hal, zərərin dəbbə pulunun çatmamış hissəsinin əvəzinin ödənilməsini nəzərdə tutur. 2) Alternativ ödənilən dəbbə pulu. Yəni borclu kreditorun arzusuna əsasən ya dəbbə pulunu, ya da zərərin əvəzini ödəməlidir. 3) Müstəsna dəbbə pulu. Yəni borclu yalnız dəbbə pulunu verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.3-cü maddəsi dəbbə pulunun məhz bu növünün tətbiqi zamanı dəbbə pulunun miqdarının mümkün zərərdən çox ola bilməməsini müəyyən etmişdir. 4) Cərimə (kumulyativ) dəbbə pulu. Bu zaman borclu öhdəliyin pozulmasına əsasən kreditora həm dəbbə pulunu, həm də zərərin əvəzini ödəyir. Hazırki işdə dəbbə pulunun bu növündən söhbət gedir. İş materiallarından görünür ki, əsas borc tələbi müqabilində, iddiaçının əmlak mənafeləri və bütün əsaslı mənafeləri nöqteyinəzərindən tələb edilən 4000 manat məbləğində cərimə növündə dəbbə pulu tənasübsüz surətdə yüksək məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi məhkəmələrə işin konkret halları nəzərə alınmaqla, tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Həmin maddənin tələbinə əsasən tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmalıdır. Maddənin məzmununda da göründüyü kimi, dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. «Zvierzinski Polşaya qarşı»xx xxxx 2001-ci il tarixli qərarında X6 Avropa Məhkəməsi İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. Avropa Məhkəməsi eyni hüquqi mövqeyini «Sporronq və Lonnrot İsveçə qarşı» və «Marks Belçikaya qarşı» işlərdə də ifadə etmişdir. Məhkəmə aktlarının həm də ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X5rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələb edilən 4000 manat cərimə növündə dəbbə pulu azaldılaraq, 1 (bir) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia 10096 manat (10095 manat əsas borc+1 manat cərimə növündə dəbbə pulu) məbləğində təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq cavabdehdən ödənilmiş 21,49 manat dövlət rüsumu tutularaq, iddiaçıya ödənilməsi qərarına gəlmişdir. Məhkəmə kollegiyası iş üzrə Cavabdeh yazılı şəkildə ərizə verməklə, iddianı qismən- 10095 manat əsas borc hissəsində etiraf etməsinə hüquqi qiymət verərək, hesab edir ki, yazılı şəkildə edildiyindən, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından və qanuna zidd olmadığından, iddianın bu qismən etirafı qəbul olunmalı və iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 52.5-ci maddəsinə əsasən o cümlədən iddanın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin Cavabdehna qarşı iddia tələbi qismən əsaslı olmuşvə birinci instansiya məhkəməsi də iddianı qismən təmin etməklə düzgün qərar qəbul etmişdir. Apellyasiya şikayətindən göründüyü kimi, cavabdeh də iddiaçıya borclu olduğunu inkar etmir, özü yazılı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddia tələbinin 10095 manat əsas borc hissəsində qəbul etmişdir. Həmçinin apellyasiya şikayətində “qətnamədə də Cavabdeh İddiaçı ASC-yə ödədiyi məbləğlər öz əksini tapmamışdır” kimi dəlil qeyd edilsə də, bununla bağlı hərhansı sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası bəhs edilən dəlili cavabdehin icraatı lüzumsuz olaraq yubandırmaq cəhdi kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(019)-126/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli 2(019)-126/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.
Məhkəmə qərarları › İş №2(107)-1216/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1216/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver