Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1219/2023 15.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, icraatdan çıxarılma, 384.0.6) Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(046)-37/2023 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 3m/80 nömrəli 24 oktyabr 2000-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alğı-satqı müqaviləsi etibarsız hesabs edildiyi andan Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış 3195 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(046)-37/2023 nömrəli qətnaməsi ilə İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, 153 manat ekspertiza xərcinin İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. İddiaçı2 həmin qətnamədən apellyasiya şiakyəti verilmişdir. İş Şəki Аpellyаsiyа Məhkəməsinə daxil olmuş və mülki kollegiyanın 13 oktyabr 2023cü il tarixli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı2 verdiyi apellyasiya şikayətinin məzmunu İddiaçı2 aid deyildir. Belə ki, 13 iyul 2023-cü il tarixdə Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(046)-37/2023 nömrəli qətnaməsindən iş üzrə cəlb edilməyən şəxs İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmiş, Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli 2(046)-37/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad Şəki Аpellyаsiyа Məhkəməsinin 3 oktyabr 2023-cü il tarixli 2(107)-1140/2023 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. 24 iyul 2023-cü ildə Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli 2(046)- 37/2023 nömrəli qətnaməsindən İddiaçı2 hazırki apellyasiya şikayəti verilmişdir. Lakin, hazırki apellyasiya şikayətinin məzmunun İddiaçı1 tərəfindən verilmiş və geri qaytarılmış apellyasiya şikayətinin məzmunu ilə eydidir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı2 ilə deyil, İddiaçı1 ilə əlaqəli olmaqla, sonuncu barədə olan arqumentlər və dəlillərdir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 361.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, İddiaçı2 verdiyi apellyasiya şikayətində nə iddiaçının dəlilləri və arqumentləri, nə də tələbi mövcuddur. Həmin Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Belə оlаn hаldа məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətin uyğunluğunu yoxlamalı olduğu halda, bunu etmədiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün deyildir. Ona görə də, hazırki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin apellyasiya şikayətinə baxılmasının mümkün hesab edilməsi və işin icraata qəbul edilməsi haqqında qərardadı ləğv edilməklə, iş apelyasiya baxışından çıxarılmalı və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 384, 395-397, 400, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı QƏRARA ALDİ: İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(107)-1219/2023 nömrəli mülki iş üzrə Şəki Аpellyаsiyа Məhkəməsinin şikayətə baxılmasının mümkün hesab edilməklə işin icraata qəbul edilməsi haqqında 13 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş apellyasiya baxışından çıxarılsın və apellyasiya qeyri-mümkün hesab edilməklə Göyçay Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına “Elektron məhkəmə” informasiya sistemi qaydasında kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1219/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1219/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver