Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-122/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 Neyfəl oğlu və vəkili X11 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh1 Neyfəl oğlunun İddiaçı Səmid oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin (62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsindən çıxarılması, cavabdehin iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsinə mane olan hallara son qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Cavabdeh1 Neyfəl oğlundan tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən təqdim edilmiş hesaba ödənilməsi, aparılmış məhkəmə mühəndis-texniki ekspertizasının dəyəri 150 (bir yüz əlli) manatın Cavabdeh1 Neyfəl oğlundan tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba) köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı Səmid oğlu (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Neyfəl oğluna qarşı (bundan sonra cavabdeh və ya Cavabdeh2 və Cavabdeh1) iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətdə olan torpağın cavabdehlərin qanunsuz sahibliyindən geri alınması və həmin torpaqdan istifadəyə mane olan hallara son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon X8 xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə onların ailəsinin - onun, X14, X12 və X7 mülkiyyətinə 3 planşetdə 1,76 ha torpaq sahəsi verilmişdir. Onlara Torpağa mülkiyyət hüququna dair JN-0062 saylı dövlət aktı da təqdim olunmuşdur. O, ailə başçısıdır və bu səbəbdən, Torpağa mülkiyyət hüququna dair dövlət aktı onun adına tərtib olunmuşdur. JN-0062 saylı dövlət aktında göstərilən torpaq sahəsi göstərdiyi kimi 3 planşetdə yerləşmişdir və ümumi sahəsi 1,76 ha-dır. 62A planşetində yerləşən 11740 m2 torpaq sahəsinin bir hissəsini, təxminən 10000 m2 hissəsini cavabdehlər zəbt etmişlər, hazırda həmin torpaq sahəsindən istifadə edirlər. X13 həmin torpaq sahəsini onların mülkiyyətinə verdiyi gündən bu günə qədər cavabdehlər istifadə edirlər və hətta orada fındıq ağacları əkmişlər. O, cavabdehlərə dəfələrlə bildirmişdir ki, cavabdehlərin tutduğu torpaq sahəsi onlara məxsusdur və orada cavabdehlərin etdikləri bütün hərəkətlər qanunsuzdur. Cavabdehlər buna əhəmiyyət verməmiş və oraya qanunsuz sahiblik etməkdə davam edirlər. Bütün bunları deməkdə məqsədi mübahisə predmeti olan torpaq sahəsinin onların mülkiyyətində olduğunu bildirməkdir. Bu barədə dəfələrlə cavabdehlərdən xahiş etsə də, cavabdehlər onun xahişini nəzərə almamış və öz hərəkətlərini davam etdirirlər. Bu səbəbdən, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Cavabdehlərin onların mülkiyyətində olan torpaq sahəsini tutması barədə kənd icra nümayəndəliyinin rəhbərliyinə, bələdiyyəyə, rayon torpaq şöbəsinə belə məlumat vermişdir və onların da irad tutmalarına baxmayaraq, cavabdehlər bundan nəticə çıxarmamışlar. JN-0062 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təsdiq olunur ki, həmin torpaq sahəsi onların mülkiyyətindədir. O, cavabdehlərdən ona dəyən ziyanın (indiyə qədər qanunsuz istifadə etdikləri müddət ərzində əldə etdikləri gəlirlə bağlı) ödənilməsinə dair məhkəmədə ayrıca iddia qaldırmaq fikri olduğuna görə, bu iddiada ziyan tələb etmir. Qeyd etdiyi kimi, onun torpaq üzərində mülkiyyət hüququ cavabdehlər tərəfindən kobud surətdə pozulmuşdur və pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa edilməlidir. O, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X2 məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, hazırda istifadələrində olan torpaq sahəsi onların mülkiyyətidir. O, öz torpaq sahələrini ölçmüşdür. Təxmini hesablamalarına görə 2-3 sot torpaq sahəsini zəbt etmişlər. Bu səbəbdən, ekspertizanın keçirilməsinə, ekspert tərəfindən dəqiq ölçmə işlərinin aparılmasına razı olmuş, torpaq sahəsinin dəqiq sərhədlərinin müəyyən olunmasına etiraz etməmişdir. Ekspert rəyi ilə razıdır. Məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, qardaşı Cavabdeh2 izahatı ilə razıdır. İzahata əlavəsi yoxdur. Özü də qardaşı kimi ekspert rəyi ilə razıdır. Məhkəmədən ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsi çıxarılmışdır. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsindən Cavabdeh1 Neyfəl oğlu və onun vəkili X11 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb yeni qətnamə çıxarılmasını xаhiş etmişlər. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1460/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1460/2019 nömrəli qətnaməsindən Cavabdeh1 Neyfəl oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)5896/2019 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1460/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Qəbələ Rayon Məhkəməsi həmin iş üzrə qeyd edir ki, Qəbələ Rayon X8 xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə iddiaçının ailəsinə –onun, X14, X12 və X7 mülkiyyətinə 3 planşetdə 1,176 ha torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN-0062 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib olunmuş, 62 A planşetində 11740 m2 torpaq sahəsini bir hissəsi təxminən 1000 m2 hissəsini cavabdehlər zəbt etmişlər. Yəni iddiaçı bu fikirdədir ki, onun torpaq sahəsi onun tərəfindən zəbt edilmişdir. Hər şeydən öncə qeyd edir ki, mübahisəli torpaq sahəsi sovet quruluşu dövründə onun istifadəsində olmuş o, həmin torpaq sahəsini abadlaşdırmış və həmin torpaq sahəsi də özünə məxsus olduğu üçün həmin dövrdə orada mədəni bitki olan fındıq bağları salmış, həmin torpaq sahəsindən təxminən 30 ildən çoxdur ki, istifadə etmiş və ona bu barədə hər hansı icra hakimiyyəti orqanı tərəfindən torpağın başqalarına məxsus olması barədə şifahi və ya yazılı formada xəbərdarlıq edilməmişdir. Bu günə qədər belə demək mümkündürsə həmin torpaq sahəsinin mülkiyyətçisi o olmuşdur. Əgər o, uzun müddət həmin torpaq sahəsindən qanunsuz istifadə edirdisə, bəs onda Qnyaz Yusubov həmin torpaq sahəsini nə üçün əvvəllər mübahisələndirməyib? Qəbələ Rayon Məhkəməsi onlar tərəfindən qeyd oluanan izahatlara hüququ qiymət verməmişdir. Belə ki, İddiaçı torpaq sahəsindən yuxarıda boş torpaq sahələri vardır ki, həmin torpaq sahəsi vasitəsi ilə iddiaçının torpaq sahəsinin yerini dəqiq müəyyən etmək olardı. Lakin məhkəmə cavabdehlərin mövqeylərinə və izahatlarına diqqətlə yanaşmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qəbələ Rayon Məhkəməsi xx xxxxx 2017- ci il tarixdə ekispertiza təyin edilməsi barədə qərardad qəbul etmişdir. xx xxxxxxx 2017-ci il tarixli mütəxəsis rəyində torpağın cavabdehlər tərəfindən zəbt olunmadığı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxx 2017-ci il tarixli ekspert rəyi ilə iddiaçının torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmadığı göstərilir. Məhkəmə xx xxxxxx 2017-ci il tarixdə yenidən əlavə ekspertiza təyin edilməsi barədə qərardad çıxarır, həmin qərardadda eyni suallar qoyulur və həmin sualların cavabında mütəxəsis rəyi və ekspertin xx xxxxxxx 2018-ci il tarixli rəyində göstərilir ki, guya iddiaçının torpaq sahəsi onun tərəfindən zəbt olunub. Bunlar bir-birindən fərqli rəylər olmaqla, sonuncu rəy çox müəmmalıdır. Ona görə də hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb yeni qətnamə çıxarılmasını xаhiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin dəlillərinin əsassız olduğu üçün təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin vəkili X11 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apelyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onun iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)5896/2019 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(107)-1460/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017ci il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.76 ha kənd təsərrufatı təyinatlı torpaq sahəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən tutularaq istifadə olunmadığı, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 1,76 kənd təsərrufatı təyinatlı torpaq sahəsinin başqa ərazidə yerləşdiyi müəyyən edilir. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli ekspertiza rəyləri bir-biri ilə ziddiyyət təşkil etməklə xx.xx.2018-ci il tarixli ekspertiza rəyini əsasən götürməklə iddianı qismən təmin edən məhkəmələr, işdə olan xx.xx.2017-ci il tarixli ekspertiza rəyinə obyektiv qiymət verməmiş, həmin rəyəəsasən İddiaçı məxsus olan torpaq sahəsinin başqa ərazidə yerləşməsi barədə nəticəni qiymətləndirməmiş və həmin rəyi qəbul etməməli, səbəblərini əsaslandırmamış, ümumiyyətlə həmin rəyə huquqi qiymət verilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə obyektiv həqiqəti müəyyən etmək, işdə olan zidiyyətləri aradan qaldırmaq, ədalətli qərar qəbul edilməsi üçün iş üzrə təkrar tikintitexniki ekspertizası keçirilməli, onun nəticədən asılı olaraq, ekspertiza rəyləri arasındakı zidiyyət aradan qaldırılmalı, həqiqət cavabdehlərin iddiaçıya məxsus olan torpaq sahəsini zəbt edib-etməməsi aydınlaşdırılmalı, nəticədən asılı olaraq qanuni qərar qəbul etməlidir.” MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Qəbələ RİHB-nin Kiçik Pirəli kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli 43 və 44 saylı arayışlarından görünür ki, Cavabdeh2 və Cavabdeh1 Kiçik Pirəli kəndində qeydiyyatdadırlar və həmin kənddə yaşayırlar. Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZE seriyalı 08315157 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Qəbələ rayonu Kiçik Pirəli kəndində qeydiyyatdadır. Torpağa mülkiyyət hüququna dair JN0062 saylı (kod 40602028) dövlət aktından görünür ki, X8 xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə İddiaçı ailə üzvləri H.Ağayeva, T.Səmidli, B.Səmidli ilə birlikdə 1,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət aktında torpaq sahələrinin ölçüsü, planı, qonşu torpaqlar barədə və sair zəruri məlumatlar qeyd edilməklə, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları təsbit edilmişdir. İşdə olan Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 9 saylı Ərazi İdarəsi tərəfindən müvafiq sorğuya əsasən məhkəməyə göndərilmiş xx.xx.2017-ci il tarixli **********09 saylı məktuba əlavə olunmuş Cavabdeh2 məxsus JN164F və JN164A saylı; Cavabdeh1 məxsus JN161F və JN161G saylı şəhadətnamələrdən və JN0315 saylı dövlət aktından görünür ki, hər bir şəxsə ailə üzvləri qeyd olunmaqla, X8 müvafiq qərarı ilə Kiçik Pirəli kəndi ərazisindən mülkiyyətlərinə verilmiş torpaq sahələrinin ölçüsü, planı, qonşu torpaqlar barədə və sair zəruri məlumatlar qeyd edilməklə, onların həmin torpaq sahələri üzərində hüquqları təsbit edilmişdir. Qeyd olunan məlumatlara əsasən X8 xx.xx.1998-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh2 ailə üzvləri N.Mehralıyeva, S.Mustafayev və S.Mustafayeva ilə birlikdə 0,61 və 0,76 ha torpaq sahələri, Cavabdeh1 ailə üzvləri V.Mustafayeva, N.Mustafayeva və Q.Mustafayev ilə birlikdə 0,51 və 0,09 ha torpaq sahələri verilmişdir. Bundan başqa, Qəbələ rayon DNK-da bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə-0/1228 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən 0,31 ha torpaq sahəsi də Cavabdeh1 Neyfəl oğlunun və ailə üzvlərinin (V.Mustafayeva və N.Mustafayeva) mülkiyyətinə keçmişdir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, MMC-nin mütəxəssisləri tərəflərin iştirakı ilə xx.xx.2018-ci il tarixdə sözügedən əraziyə baxış keçirmiş, GPS aləti vasitəsilə ölçü işləri aparmışlar. Kameral qaydada mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki: 1) JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olunur. 2) JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 0,5290 ha torpaq sahəsinin ölçüləri tərtib olunmuş sxemdə öz əksini tapmışdır. Həmin torpaq sahəsində hər hansı tikili inşa edilməmişdir. Sxem və tərəflərin iştirakı ilə tərtib edilmiş akt mütəxəssis rəyinə əlavə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki rəyindən görünür ki, ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********30 saylı xx.xx.2018-ci il tarixli məktubu ilə təqdim olunmuş X20 İdarəsinin rəisi İ.Süleymanov tərəfindən imzalanmış mütəxəssis rəyinə əsasən, JN-0062 saylı dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsi verilmişdir. Həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən faktiki istifadə olunur. Cavabdeh tərəfindən istifadə olunan 0,5290 ha torpaq sahəsinin ölçüləri tərtib olunmuş sxemdə öz əksini tapmışdır. Həmin torpaq sahəsində hər hansı tikilinin inşa olunmadığı müəyyən edilmişdir. Rəyə plan-sxem əlavə olunur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin (62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt olunmuşdur və iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulur. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin (62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsindən çıxarılmalı və cavabdehin iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsindən istifadəsinə mane olan hallara son qoyulmalıdır.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşır. Ali Məhkəmənin qərarında müəyyən edilən göstərişləri nəzərə alan məhkəmə kollegiyası iş üzrə obyektiv nəticəyə gəlmək üçün xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2909/2019 nömərli qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertizanın mülki iş üzrə əvvəllər rəy vermiş ekspertlər Ələsgər Mirzəyev və Şükür Hüseynovun iştirakı olmadan keçirilməsi, ekspertizanın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssislərinin iştirakı ilə keçirilməsi və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə müvafiq mütəxəssis rəyinin tərtib edilərək Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi vəzifəsinin qoyulması və rəy alınanadək iş üzrə icrааtın dаyаndırılması qərara alınmışdır. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: 1.Qəbələ Rayon X8 xx xxxx 1998-ci il tarixli 11 saylı qərarına əsasən JN-062 saylı KOD 40602028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiаçı İddiaçı Səmid oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Neyfəl oğlu tərəfindən zəbt edilmişdirmi? Zəbt edilmişdirsə hansı hissədə və ölçüdə? (Zəbt edilmiş hissənin ölçüləri hektarla və ya kv.metrlə dəqiq qeyd edilməklə tərtib edilmiş sxem əlavə edilsin).
2. Qəbələ Rayon X8 xx xxxx 1998-ci il tarixli 11 saylı qərarına əsasən JN-062 saylı KOD 40602028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə iddiаçı İddiaçı Səmid oğlu və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş, müvafiq olaraq 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 62A planşetində yerləşən torpaq sahəsi hansı sərhədlərdə yerləşir? (torpaq sahəsinin koordinatlarının dəqiq göstərildiyi sxem əlavə edilsin). Məhkəmə kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)-2909/2019 nömrəli qərardadının icrası ilə bağlı torpaq sahələrinə dair sənədlərin surəti qərardadın surəti ilə birlikdə icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********18 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-in Şəki Layihə-Tədqiqat İdarəsinin xx xxxx 2020-ci il tarixli ŞM-072 nömrəli arayışı məhkəmə kollegiyasına daxil olmuşdur. Arayışda qeyd olunmuşdur ki, Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən torpaq sahəsinə xx xxxxxx 2020-ci il tarixdə Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi, iddaçı və cavabdehlərin iştirakı ilə baxış keçirilmiş, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi GPS aləti vasitəsi ilə ölçülmüşdür. Lakin cavabdehiər faktiki istifadəsində olan torpaq sahələrinin ölçülməsinə icazə vermədiyindən məhkəmə işinin araşdırılması və mütəxəssis rəyinin təqdim edilməsi mümkün olmamışdır. Arayış məhkəməyə daxil olduqdan sonra Cavabdeh2 və Cavabdeh1 ilə telefon əlaqəsi yaradılaraq istifadələrində olan torpaq sahələrinin mütəxəssis tərəfindən ölçülməsinə maneçilik törətmələrinin yol verilməz olduğu, onların etdikləri əməlin əslində ekspert rəyinin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının qərarının icrasına maneçilik törətmək olduğu, bunun gələcəkdə onların ziyanına şərh edilə biləcəyi izah edilmiş, mütəxəssisin sözügedən torpaq sahəsində ölçü işləri aparmasına mane olmamaları tövsiyə edilmiş, aparılan tövsiyə xarakterli söhbət və izahat işlərindən sonra cavabdehlər səhv etdiklərini bildirərək ölçü işlərinə bir daha maneçilik törətməyəcəklərinə söz vermişlər. Məhkəmə kollegiyasının xx xxxxx 2020-ci il tarixli 2(107)-122/2020 nömrəli məktubu ilə Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli 2(107)- 2909/2019 nömrəli qərardadı təkrarən icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş və qərardadda qoyulan suallara konkret cavab verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********57 nömrəli məktubu məhkəmə kollegiyasına daxil olmuş və məktubda qeyd edilmişdir ki, Qəbələ rayonu Kiçik Pirəli kəndində yerləşən torpaq sahəsinə xx xxxx 2020-ci il tarixdə mütəxəssisin, tərəflərin və Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə baxış təşkil edilmiş, lakin cavabdeh tərəf torpaq sahəsinin ölçülməsinə icazə vermədiyindən işin araşdırılması və müvafiq münasibətin bildirilməsi mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəki Layihə- Tədqiqat İdarəsinin mühəndisi məhkəmə kollegiyasının qərardadı ilə təyin edilmiş məhkəmə ekspertizası aparmaq məqsədi ilə Qəbələ rayonu Kiçik Pirəli kəndi ərazisində mübahisəli torpaq sahəsinə iddiaçı və cavabdeh tərəfin nümayəndələrinin, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə baxış keçirmək istəmiş, bu zaman Cavabdeh1 mütəxəssislərin ölçü işləri aparmasına maneçilik törətmişdir. Cavabdehə polis əməkdaşları tərəfindən də xəbərdarlıq edilməsinə baxmayaraq o, ərazidə ölçü işlərinin aparılmasına imkan verməmişdir. Cavabdeh mane olduğu üçün mübahisə predmeti olan torpaq sahəsində ölçü işləri aparmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 99.1-ci maddəsinə əsasən, ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə iştirak edən şəxslərin hüquqlarına riayət olunmaqla keçirilir. Məhkəmə və işdə iştirak edən şəxslər ekspertizanın keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. 99.2-ci maddəsinə əsasən, ekspertiza məhkəmə ekspertizası idarəsinin ekspertləri və ya özəl məhkəmə ekspertləri tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə həvalə edilə bilər. 99.3-ci maddəsinə görə , ekspertiza tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə və ya tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına gətirmək mümkün deyilsə, habelə çətinlik törədirsə, məhkəmənin iclasında və ya məhkəmə iclasından kənar keçirilə bilər. İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneçilik törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər. Göründüyü kimi cavabdeh tərəf iş üzrə obyektiv nəticəyə gəlmək üçün kollegiya tərəfindən təyin edilən ekspertizanın aparılmasına maneçilik törətmiş, iki dəfə mütəxəssislərin tədqiqat obyektində (Qəbələ rayonu Kiçik Pirəli kəndndə yerləşən torpaq sahəsi) iştirakları təmin edilmiş, cavabdehin həmin vaxt ekspertizanın keçirilməsinə maneçilik törətməməsi üçün məhkəmə kollegiyasının təşəbbüsü ilə Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziəyə cəlb edilmiş, Cavabdeh1lə hakim köməkçisinin vasitəsi ilə telefon əlaqəsi yaradılaraq mütəxəssis tərəfindən ölçü işlərinin aparılmasına maneçilik törətmələrinin yol verilməz olduğu, onların etdikləri əməlin əslində ekspert rəyinin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının qərarının icrasına maneçilik törətmək olduğu, bunun gələcəkdə onların ziyanına şərh edilə biləcəyi izah edilmiş, mütəxəssisin sözügedən torpaq sahəsində ölçü işləri aparmasına mane olmamaları tövsiyə edilmiş, bütün bunlara baxmayaraq Cavabdeh1 ailə üzvləri ilə birlikdə mütəxəssislərin tədqiqat obyektinə baxış keçirərək ölçü işlərinin aparılmasına bir daha mane olaraq buna imkan verməmişdir. Cavabdeh1 məhkəmə kollegiyası tərəfindən təyin edilən ekspertizanın keçirilməsinə dəfələrlə, israrlı olaraq mane olduğundan, Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinin tələbinə uyğun olaraq, məhkəmə kollegiyası bu halı cavabdehin ziyanına şərh edir və ekspertiza təyin edilən faktı təsdiq edilmiş hesab edir. Məhkəmə kollegiyasına görə, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki rəyi ilə müəyyən edilmiş, JN-0062 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 1,76 ha torpaq sahəsinin verilməsi, həmin dövlət aktının 62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin 0,5290 ha hissəsinin Cavabdeh1 tərəfindən faktiki zəbt edilərək istifadə olunması işin gerçək halına uyğundur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyi ilə xx.xx.2017-ci il tarixli 12931 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyinin arasında olan ziddiyyətli məqamlara gəldikdə isə qeyd edilməlidir ki, işin hallarından və tərəflərin bildirdiklərindən göründüyü kimi, respublikada aparılan aqrar islahatı zamanı Qəbələ rayonunda torpaq islahatı iki dəfə aparılmış, ilk torpaq islahatı qüsurlu keçirildiyindən nəticələri ləğv olunaraq torpağa mülkiyyət hüququna dair verilən bütün sənədlər, o cümlədən Torpağa mülkiyyət hüququna dair dövlət aktları əhalidən yığılmış, yenidən islahat aparıldıqdan sonra subyektlərin adlarına yeni sənədlər tərtib edilərək paylanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli 12931 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyində səhvən Qəbələ rayonunda keçirilmiş ilk (artıq ləğv edilmiş) islahatın nəticələrindən istifadə olunmuşdur. Bunu tərəflər, habelə birinci instansiya məhkəməsində mütəxəssis kimi izahat vermiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanlı Reyestr Xidmətinin Qəbələ Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi X1 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli iclasında bildirmişlər. İş materiallarının 105-107-ci səhifələrində olan birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, qeyd edilən hal iddiaçının və cavabdehlərin izahatlarında əks edilmiş, o cümlədən mütəxəssis X4 izahatında göstərmişdir ki, “Arxiv məlumatlarına əsasən torpaq islahatının Qəbələ rayonunda təkrar keçirildiyi təsdiq olunur. Mütəxəssis rəyi verildikdən sonra iddiaçının müraciəti əsasında ekspertiza tədqiqatı zamanı ilkin baza məlumatları əsaqsında rəy verildiyi məlum olub.” Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyində isə Qəbələ rayonunda qüsurlu keçirilmiş ilk torpaq islahatının nəticələri aradan qaldırıldıqdan sonra əhaliyə paylanan Torpağa mülkiyyət hüququna dair dövlət aktlarından istifadə edildiyindən kollegiyaya görə həmin xx xxxxxxx 2018-ci il tarixli 22214 saylı məhkəmə mühəndis-texniki ekspertizası rəyi mötəbər olmaqla, həmin rəy ilə müəyyən edilən işin halları həqiqətə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X16 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə görə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. X16 Məhkəməsinin formalaşmış mövqeyinə görə, X16 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? JN-00xx xxx 40602028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən sözügedən torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsindən Cavabdeh1 hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. JN-00xx xxx 40602028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən sözügedən torpaq sahəsinin iddiaçıların mülkiyyətində olması (mövcudluğu) və həmin torpaq sahəsinin (62A planşetində yerləşən) 1,17 ha hissəsindən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.2-ci maddələrindən, X16 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə X16 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətlərində olan torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddiaları qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, işin gerçək halları ilə təsdiq edilir ki, JN-00xx xxx 40602028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,76 ha torpaq sahəsinin (62A planşetində mülkiyyətə verilən 1,17 ha torpaq sahəsinin) 0,5290 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt olunmuş, bununla da İddiaçı qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Deməli, iddiaçı mülkiyyətində olan torpağın Cavabdeh1 qanunsuz sahibliyindən geri alınması və həmin torpaqdan istifadəyə mane olan hallara son qoyulmasını tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mülki mübahisə üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X16 Məhkəməsi “X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X16 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X16 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli 2(102)5896/2019 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər, habelə mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpelyаsiyа şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh1 Neyfəl oğlu və vəkili X11 tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli 2(025)-09/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.