Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-122/2021 10.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsindən Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsi ilə (hakim Hüseyin Mirzəliyev) İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsində yerləşən 40 saylı evin 32 saylı mənzilindən çıxarılması qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilindən Cavabdeh çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, yaşadığı və qeydiyyatda olduğu Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilinin özəlləşməsi ilə bağlı verdiyi ərizənin etibarsız sayılması və mənzilin özəlləşməsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 saylı qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncüşəxs X1 iddia ərizəsi baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 saylı evin 32 saylı mənzili xx xxxx 2010-cu ildən onun şəriksiz mülkiyyətindədir. Cavabdeh onun oğlu İsbəndiyar Hüseynovun arvadıdır. Onlar 2016-cı ildə ailə qurmuşlar. 2017-ci ildə Cavabdeh yaşayış yeri üzrə qeydiyyata düşməsinə razılıq vermişdir. Həmin vaxt o, hamilə idi və hamiləlıiyi ilə əlaqədar qeydiyyat tələb olunurdu. Onların birgə evliliyindən xx.xx.2017-ci ildə Məhəmməd, xx.xx.2019-cu ildə Aişə adlı uşaqları olmuşdur. Mənzildə oğlu İsbəndiyar və onun ailəsi yaşayır. O, və arvadı hazırda kirayədə qalmağa məcbur olmuşlar. Sonanın təhdidlərindən arvadı Mirvariyəəl qaldırması səbəbindən onunla birgə yaşaya bilmirlər. Artıq xeyli müddətdir ki, mülkiyyətində 3 otaqlı mənzil olmasına baxmayaraq başqa yerlərdə yaşamağa məcbur olmuşlar. Bu yaşda kirayədə yaşamağa utanır. Sona isə onlara qanuni evlərinə gəlməyə qadağa qoymuşdur. Mənzil onun şəriksiz mülkiyyətində olduğunan 2009-cu ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə əsasən onun ailəüzvü hesab edilmədiyindən onun razılığı olmadan mənzildən istifadə edə bilməz. Cavabdeh bilərəkdən bu maneəni aradan qaldırmayaraq, öz hərəkətləri ilə mənzilində yaşamağa və mülkiyyətindən maneəsiz istifadə etməyə imkan verməmişdir. Buna görə də mülkiyyətində olan, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzilindən Cavabdeh çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı etibarnaməüzrə nümayəndəsi, vəkil X10 da məhkəmə iclasında İddiaçı izahatına oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qətnaməçıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh və 3-cü şəxs X3 apellyasiya şikаyətlər vermişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə işə baxarkən və qətnamə çıxararkən bütün faktları ətraflı araşdırmamış, MPM-yə müvafiq olaraq iştirakını təmin etməmiş və bunun da nəticəsində qanuna zidd qətnamə çıxarmışdır və bu da öz növbəsində Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrinin maddi və prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Bu işin qeyriobyektiv baxılmasına və MPM-yə zidd qətnamənin çıxarılmasına səbəb olmuşdur. İşin faktiki halları ondan ibarət olmuşdur ki, o, 2016-cı ildə ailə quraraq mübahisəli mənzilə, yəni QRES qəsəbəsi Naxçıvan küçəsi 40, mənzil 32-yə gəlin köçmüşdür. Həmin mənzildə 2017-ci ildə Məhəmməd və 2019-cu ildə Aişə adlı övladları olmuşdur. İddiaçı ilə heç vaxt aralarında münaqişə olmamışdır. İddiaçının razılığı əsasında yaşadığı mənzilə qeydiyyata düşmüşdür. O, həmin mənzildə qeydiyyatdadır, həyat yoldaşıyla və övladlarıyla birlikdə yaşayır. Məhkəmə işə baxarkən verilmiş iddianı təmin etsə də, ətraflı və obyektiv araşdırma olmadığı üçün qanuna zidd qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, güya onunla iddiaçı və onun həyat yoldaşı arasında münaqişə olub. Lakin həmin münaqişənin nə vaxt olması ilə bağlı heç bir fakt məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Qətnamədən də görünür ki, həqiqətən də iddiaçının əsas məqsədi onu azyaşlı övladlarında birlikdə mənzildən qovub çıxartmaqdır. Dəfələrlə iddiaçı qaynatası İddiaçı və qaynanası Hüseynova Mirvari xanıma bildirmişdir ki, gəlib mənzildə yaşaya bilərlər, o, da onların qayğısına qalmağa hazırdır. Həmişə də onların qayğısına qalmışdır. Onlara qarşı heç vaxt kobud rəftar etməmişdir. Bu gün də onların hörmətini saxlayır. Barəsində çıxarılmış qətnamə qanuna ziddir və MPM-nin müvafiq maddələrini pozmaqla qəbul edilmişdir. Qətnamədə məhkəmə iclasının vaxtı və yeri barəsində ona məlumat verilməsi öz əksini tapmır. Belə ki, məhkəmə prosesinin nə vaxt keçirilməsi ilə bağlı onun heç bir məlumatı olmayıb. Cünki ona məhkəmənin vaxtı barədə məlumat verilməyib. Bu da MPM-nin 185-ci maddəsinin pozulması deməkdir. Qeyd etdikləri onu göstərir ki, çıxarılmış qətnamə MPM-nin prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində çıxarılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. 3-cü şəxs X3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin sədrliyi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cii şəxs kimi onun tərəfindən İddiaçı və maraqlı şəxs Cavabdeh qızma qarşı verdiyi “Mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi onun həyat yoldaşı iş üzrə Cavabdeh rəsmən xx.xx.2020-cı il tarixdə poçt vasitəsi ilə verilmişdir. O, isə bu günə kimi heç bir qətnamə, yaxud qərardad təqdim edilməmişdir. Qətnamə ilə tanış olan zaman ona məlum olmuşdur ki, məhkəmə qətnamə qəbul edərkən və onun iddiasını baxılmamış saxlayarkən sübutlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin məhkəmə MPM-yə müvafiq olaraq iştirakını təmin etməmiş və bunun da nəticəsində qanuna zidd qətnamə çıxarmışdır və bu da öz növbəsində Azərbaycan Respublikasının MPM-nin 385-390-cı maddələrinin maddi və prosessual hüquq normalarının pozulmasına gətirib çıxarmışdır. Bu işin qeyri-obyektiv baxılmasına və MPM-yə zidd qətnamənin çıxarılmasına səbəb olmuşdur. Ondan ibarət olmuşdur ki, o, xx xxxxxxxx 1986-cı ildə yuxarıda qeyd olunan ünvanda anadan olmuşdur. Həmin mənzildə böyüyüb boya-başa çatmışdır. Hal-hazırda bu mənzildə qeydiyyatdadır və yaşayır. Yaşadığı mənzil digər ailə üzvləri ilə birlikdə onun ərizəsi əsasında xx.xx.2010-cu il tarixdən ********** qeydiyyat nömrəsi ilə atası İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. 2016-cı ildə maraqlı şəxs həyat yoldaşı Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx xxxxxx 2017-ci ildə Məhəmməd, xx xxxx 2019-cu ildə Ayşə adlı övladları olmuşdur. 2017-ci ildə həyat yoldaşı Cavabdeh atası cavabdeh İddiaçı razılığı əsasında həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Ailə həyatı qurduqdan bu günə kimi həyat yoldaşı iki övladlarıya birlikdə qeyd olunan ünvanda yaşayır. İlk zamanlar mehriban ailə kimi yaşasalar da sonra heç bir səbəb olmadan cavabdehlə aralarında mübahisələr yaranmağa başlamışdır. Bu mübahisələr zamanı mülkiyyətçi bildirmişdir ki, ilk növbədə həyat yoldaşı Cavabdeh azyaşlı övladıyla birlikdə, sonra da onu mənzildən çıxaracaqdır. Bu faktla bağlı iddia versə də, məhkəmə heç bir araşdırma aparmadan iddianın baxılmamış saxlaması haqqında qərardad çıxartmışdır. Məhkəmə işə baxarkən verilmiş iddianı təmin etsə də, ətraflı və obyektiv araşdırma olmadığı üçün qanuna zidd qətnamə çıxarılmışdır. Onun işttirakı olmadan barəsində çıxarılmış qətnamə qanuna ziddir və MPM-nin müvafiq maddələrini pozmaqla qəbul edilmişdir. Qətnamədə məhkəmə iclasının vaxtı və yeri barəsində ona məlumat verilməsi öz əksini tapmır. Belə ki, məhkəmə prosesinin nə vaxt keçirilməsi ilə bağlı onun heç bir məlumatı olmayıb. Çünki ona məhkəmənin vaxtı barədə məlumat verilməyib. Bu da MPM-nin 185-ci maddəsinin pozulması deməkdir. Qeyd etdikləri onu göstərir ki, çıxarılmış qətnamə MPM-nin prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi nəticəsində çıxarılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsini ləğv edərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 izahat verərək İddiaçı onun əri, 3-cü şəxs X1 onun oğlu, Cavabdeh isə oğlu İsbəndiyarın arvadı olduğunu, iddiaçının cavabdehin çıxarılmasını tələb etdiyi mənzilin onlara məxsus olmasına baxmayaraq oğlu ilə gəlininin iddiaçı ilə birlikdə onu həmin mənzilə buraxmadıqlarını, məcbur olub kirayədə yaşadıqlarını, öz mənzillərinə köçmək istədiklərini, onlar öldükdən sonra cavabdehin gəlib həmin mənzilə sahiblik etməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh və və 3-cü şəxs X3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” xx xxxxxxx 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №. li arayışdan görünür ki, Hüseynov X6 şəhəri Naxçıvan küçəsi ev 40, mənzil 32 ünvanda qeydiyyatdadır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin Naxçıvan küçəsindəki 40 saylı evin 32 saylı mənzili xx xxxx 2010-cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2 və 158.2-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarına istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sərəncam hüququ - əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, həmçinin müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub olan əmlak üzərində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Baxılan işüzrə, mənzilin mülkiyyətçisinin mənzilə sahiblik, sərəncam və istifadə hüquqlarını məhdudlaşdıran müqavilə və qanunla müəyyənləşdirilmiş elə bir hal yoxdur ki, mülkiyyətçi cavabdehin mənzildən istifadə hüququna razılıq verməyə borclu olsun. Həmin Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, üz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia predmeti olan mənzilin özünə məxsus olduğuna əsaslanaraq cavabdehdən geri alınmasını tələb edir. Həmin mübahisəözgənin sahibliyində olan əmlakın alınmasıüzrə yaranan mübahisədir. Göstərilən qanunun mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Ardıcıllığı baxımından ilkin sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Sadalanan prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən mənzilin iddiaçıya məxsus olduğunu və bu mənzilin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. İddiaçı məhkəməyə Hüqüqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli mənzilin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Birinci instansiya məhkəməsi, iddiaçı və onun vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sənədləri obyektiv, hərtərəfli və tam araşdırıb, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinəəsasən həmin sübutlara tətbiq edilməli normalara müvafiq qiymət verərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsində və cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətlərində Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)- 168/2020 nömrəli qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 “mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşməsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması göstərilsə də, həmin ərizənin baxılmamış saxlanılması barədə qərardad mülki işin materiallarında aşkar edilməmişdir. Həmin qərardad proses iştirakçıları tərəfindən mübahisələndirilmədiyindən, həmçinin göstərilən iddia üzrə qərar qəbul edilməməsinə baxmayaraq həmin hal da mübahisələndirilmədiyindən o hissədə məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmamışdır. Mülki işin 54-cü vərəqində olan Mingəçevir Şəhər Məhkəməsinin hazırki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlunun cavabdeh Hüseynov Şıxməmməd Rəsul oğluna və maraqlı şəxs Hüseynova Sona Rəhim qızına qarşı «mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşdirilməsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğluna müstəqil qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 həmin qərardaddan şikayət verərək iddia ərizəsinin qaytarılması haqqında qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, şikayət təmin edilmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı və maraqlı şəxs Cavabdeh qarşı «Mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşdirilməsinin ləğv edilməsi» tələbinə dair iş üzrə iddia ərizəsinin geri qaytarılması haqqında Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(051)-168/2020 saylı qərardadı ləğv edilmiş, iş üzrə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixdə, saat 16:00-a Mingəçevir şəhər məhkəməsinin binasında təyin edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlu vəsatətlə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, mülki işin aidiyyəti üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 nömrəli qərardadına əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlunun mülki işin aidiyyəti üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Hüseynov İsbəndiyar Şıxməmməd oğlu həmin qərardaddan narazı qalaraq şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 2(051)-168/2020 nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(107)-1196/2020 nömrəli qərardadı ilə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-168/2020 saylı qərardadı ləğv edilmiş, mülki iş iddia mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin tələblərinə uyğun baxılaraq qiymət verilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsi hazırki iş üzrə xx xxxx 2020-ci il tarixdə 2(051)- 168/2020 nömrəli qətnaməni qəbul etmişdir. Qətnamədən Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılarkən 3-cü şəxs X3 məhkəmə kollegiyasına icraatın dayandırılmasına dair ərizə göndərərək göstərmişdir ki, onun tərəfindən mülki iş üzrə İddiaçı mülkiyyətində olan Mingəçevir şəhəri Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzili ilə əlaqədar İddiaçı adına verilmiş çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsinə dair Şəki İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Həmin iddia ilə bağlı Şəki İnzibati Məhkəməsi tərəfindən qərardad çıxarılmışdır. Həmin qərardad qanuna zidd olduğu üçün tərəfindən qərardaddan apellyasiya şikayəti verilmişdir. Ona görə də, verdiyi apellyasiya şikayətinin baxılması və bu işlə bağlı yekun qərar qəbul edilənə kimi hazırki işin icraatının dayandırılmasını xahiş edir. Şəki Apellyasiya Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 2(107)-1901/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «Mənzildən çıxarılma» tələbinə dair iddiası, və 3-cü şəxs X1 İddiaçı və Cavabdeh qarşı «mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşməsinin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsindən Cavabdeh və və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə icraat iddiaçı X1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi və İddiaçı qarşı (üçüncü şəxs: Cavabdeh) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh İddiaçı adına xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi” tələbinə dair iddiası ilə bağlı iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Məhkəmə kollegiyasının x xxxxxx 2021-ci il tarixli sorğusuna Şəki İnzibati Məhkəməsinin hakimi İlqar Cabbarov tərəfindən verilmiş x xxxxxx 2021-ci il tarixli, 2-1(116)-1522/2020 nömrəli cavabda göstərilmişdir ki, iddiaçı X1 cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi və İddiaçı qarşı (üçüncü şəxs: Cavabdeh) “cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən Mingəçevir şəhəri, Naxçıvan küçəsi 40 saylı binanın 32 saylı mənzilinə digər cavabdeh İddiaçı adına xx.xx.2010-cu il tarixdə verilmiş ********** saylı çıxarışın və mənzilin özəlləşdirilməsi ilə bağlı verdiyi ərizənin ləğv edilməsi” tələbinə dair iş üzrə xx.xx.2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Sözügedən qərardaddan iddiaçı X3 tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət işlə birlikdə baxılması üçün xx.xx.2020-ci il tarixdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(107)-525/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-1522/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardad X3 tərəfindən xx.xx.2020-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmiş və qərardaddan kassasiya şikayəti verilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1 (116)-1522/2020 nömrəli qərardadı qanuni qüvvəyə minmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. xx xxxxxx 2021-ci ildə 3-cü şəxs X1 Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş ərizəsin göstərilmişdir ki, o, Mingəçevir Şəhər Məhkəməsində “mənzilin özəlləşdirilməsi ilə bağlı verilmiş ərizənin və mənzilin özəlləşməsinin etibarsız sayılması, mülkiyyəti təsdiq edən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır, ona görə də, hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edir. Cavabdeh və 3-cü şəxs X3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və həmin ərizədə göstərilənləri əsaslandırmamışdır. Məhkəmə kollegiyası tərəfindən ərizə qəsdən, məhkəmə porseslərini uzatmaq məqsədi ilə verildiyinə görə təmin edilməmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan apellyatorlar da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apellyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apellyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh və 3-cü şəxs X3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(051)-168/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-122/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-122/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver