Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1221/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və borclu Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Vergilər Nazirliyi yanında Bakı Şəhəri Kiçik X3 borclu Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2677/2018 nömrəli qətnaməsindən borclu Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2677/2018 nömrəli qətnaməsi ilə (hakim İbrahim Fəttahov) Kiçik X3 borclu AZƏRQAF TEXNO QRUP MMCnin rəhbəri Maraqlı şəxsnın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilmiş, borclu - Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində qeydiyyatda olan və yaşayan AZƏRQAF TEXNO QRUP MMC-nin rəhbəri Maraqlı şəxsnın dövlət büdcəsinə 3618 manat məbləğində vergi borcu olduğundan ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması, bu barədə borclu Maraqlı şəxs, ərizəçi X4 Departanmentinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilməsi, Maraqlı şəxs 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları X4 Departanmenti ərizə ilə məhkəməyə müraciət edərək, borclu Maraqlı şəxsnın dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik X3 nümayəndəsi E.Bədəlov məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakl olmadan baxılmasını xahiş etmişdir. X4 Departanmenti tələbi belə əsaslandırmışdır ki, hüquqi şəxs AZƏRQAF TEXNO QRUP MMC-nin rəhbəri olan Maraqlı şəxsnın vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 3618 manat məbləğində vergi borcu yaranmışdır. Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən borcluya 5 gün ərzində dövlət büdcəsinə olan borcunu ödəməsi ilə əlaqədar bildiriş göndərilmiş, lakin borclu vergi borcunu ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcimdə və vaxtında ödəmək hər kəsin borcudur. Vergi Məcəlləsinin 16.1.1-ci maaddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən Vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesblanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu Maraqlı şəxs birinci instansiya məhkəməsinin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi vasitəsi ilə məlumat verilmiş, lakin o məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə borclunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan borclu Maraqlı şəxs аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Borclu Maraqlı şəxs apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin məhkəmə qətnaməsi işin bütün halları araşdırılmadan və obyektiv həqiqət üzə çıxarılmadan qəbul edildiyindən onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd etdiyi məhkəmə qətnaməsi ədalətsiz olduğundan, həmçinin o, heç bir hüquq pozuntasına yol vermədiyinə görə konustitusiyada təsbit olunan hüquqlarını - ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdıran qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.5-ci maddəsində qeyd edilir ki, nəzərdə tutulan hüquq məsuliyyəti vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbəri barəsində tətbiq^ edilməlidir. Qanunun bu düzünə göstərişi məhkəməyə müraciət edən vergi orqanı tərəfindən nəzərə alınmadan əsassız olaraq hüquqi şəxsin təsisçisi kimi onun üzərinə qoyulmuşdur. Vergilər Nazirliyinin X4 Departamentinin “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəhbəri kimi yaranmış vergi borcunun yerinə yetirilməməsi ilə bağlı məsuliyyəti əsasız olaraq onun üzərinə qoyması mövcud qanunvericiliyin tələbələrinin pozulmasıdır. Əslində həmin borc öhdəliyi ilə əlaqədar onun heç bir məsuliyyəti yoxdur. Çünki qeyd edilən MMC-nin müvafiq qaydalarla müvəkkil bank kimi “NİKOİL” Bankla apardığı maliyyə əməliyyatında və sonrakı fəaliyyətində onun heç bir iştirakı və payı olmamışdır. Həmçinin “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin icraçı direktoru olan Ramil bu işlərdə tam hüquqi məsuliyyət daşıyır, bu barədə Vergilər Nazirliyinin Vergi X1 araşdırmaları zamanı sübuta yetirilmiş və təqsirkar şəxslər məhkəmənin hökmü ilə müvafiq qaydada cəzalandırmışdır. Göründüyü kimi, həmin işdə onun da iştirakı olsaydı yəqin ki, barəsində müvafiq hüquq məsuliyyəti müəyyən edilərdi. Bütün bunlarla əlaqəli sübutlar “NİKOİL” Bank və Vergilər Nazirliyi Vergi X2 vardır, işə əlavə edilməsi üçün məhkəmə sorğusu tələb edildiyindən şikayətinə əlavə edə bilməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)- 2677/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və Vergilər Nazirliyinin X4 Departamentinin əsasız olaraq öhdəsinə qoyduğu 3618 (üç min altı yüz on səkkiz) manat məbləğində vergi borcunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında borclu Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X4 Departamentinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, borclunun izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, borclu Maraqlı şəxs apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2677/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə оlаn şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs Göyçay rayonu 1-ci Ərəbcəbirli kəndində yaşayır. İşdə оlаn şəxsi hesab vəsiqəsindən görünür ki, AZƏRQAF TEXNO QRUP MMCnin adına ********** sayla VÖEN açılmış, vergi ödəyicisi kimi qeydiyyata alınmış və aylar üzrə vergi hesablamaları aparılmış, AZƏRQAF TEXNO QRUP MMC-nin rəhbəri Maraqlı şəxsdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qət edərkən Azərbaycan Respublikası MPM-in 119.1, 355-5.2, 355-7.1, 355- 7.2, 355-7.3 və 355-7.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxsin rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355-7.1.-ci maddəsinə əsasən Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.2–ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, hüquqi şəxs AZƏRQAF TEXNO QRUP MMC-nin rəhbəri olan Maraqlı şəxsnın vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə xx.xx.2018-ci il tarixə 3618 manat məbləğində vergi borcu yaranmışdır. Belə olan halda 30 manat dövlət rüsumu borclu AZƏRQAF TEXNO QRUP MMC-yə aid edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ərizə əsaslı olduğundan təmin edilməli, AZƏRQAF TEXNO QRUP MMC-nin rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası borclunun apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan borclu da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizənin təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn borclu Maraqlı şəxs tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmədən, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)- 2677/2018 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-2677/2018 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Borclu Maraqlı şəxs tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1221/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1221/2020
10.06.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver