Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1221/2021 20.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, İddiaçı, Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil, 3-cü şəxslər X11 və X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilmiş yaşayış evinin sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “evin dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun alınması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(033)-14/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqatala rayonu Muxax kəndi ərazisində ona və ailəsinə məxsus 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş yaşayış evi sökülməklə həmin sahədən ailəsi ilə birlikdə çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı evinin dəyəri olan 60 000 (altmış min) manat məbləğində olan pulun alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(033)-14/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı verdiyi ilk iddia tələbi “cavabdehin ailə üzvlərinin Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması” hissəsində baxılmamış saxlanılmışdır. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(033)-14/2021 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı, X2, X4 və X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsində qanunsuz tikilmiş-sahəsi 117,0 kv.metr olan yaşayış evi sökülməklə həmin sahədən çıxarılması, Zaqatala Rayon Məhkəməsinin 2(033)-14/2021 nömrəli 12 mart 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı verdiyi ilk iddia tələbinin “cavabdehin ailə üzvlərinin Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha həyətyanı torpaq sahəsindən çıxarılması” hissəsinin baxılmamış saxlanılmasının nəzərə alınması, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı evin dəyəri olan 60000 (altmış min) manat məbləğində pulun alınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat və Cavabdeh dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu xərcinin onların özlərinə aid edilməsi, ilkin iddia ərizəsi üzrə Cavabdeh 67,20 (altmış yeddi manat iyirmi qəpik) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (bir yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X1 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli ,2(033)-14/2021 saylı qətnaməsinin ləğv edilərək ilkin iddianın torpaq sahəsindən çıxarılması hissəsi ilə qarşılıqlı iddianın təmin edilərək eyni vaxtda icrası barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala rayon AİK-nın 21 may 1998-ci il tarixli qərarı ilə onun və ailəsinin mülkiyyətinə Muxax kənd ərazisindən 0.1037 ha həyətyani torpaq sahəsi verilmişdir. Onlar həyətyanı torpaq sahəsini əldə etsələr də, Ermənistan Respublikasından 1988-ci ildə qaçqın düşüb gələn adamlar olduqlarından yaşamağa yerləri olmayıb. Onlar Muxax kənd ərazisində qeydiyyatda olsalar da rayon rəhbərliyinin köməyi ilə Göyəm kənd ərazisində olan mal fermasına müvəqqəti yerləşdirilmişlər. Onların torpaq sahəsindən uzaqda olmalarından istifadə edərək qonşuları, hazırki Cavabdeh həmin yerdə onlardan xəbərsiz və qanunsuz olaraq özü üçün yaşayış evi tikmişdir. O, hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Özü və ailəsi ondan həmin evi söküb, həyətyanı torpaq sahəsindən çıxmasını tələb etsə də, o oradan çıxmaq istəmir. Onlar hazırda özlərinə məxsus həyətyanı torpaq sahəsində özləri üçün yaşayış evi tikmək istəyirlər, ancaq cavabdeh şəxs buna imkan vermir. O, hədə qorxu gəlir və onları təhqir edir. Cavabdeh onlara məxsus torpaq sahəsindən çıxmaq istəmir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, onun atası 2005-ci ilin aprel ayında aralarında olan razılaşma əsasında İddiaçı məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,12 ha sahəsi olan həyətyanı torpaq sahəsini alıb bu günədək həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin dövrdə aralarında olan razılaşmaya əsasən 0,12 ha torpağı İddiaçı ******* (bir milyon doqquz yüz iyirmi min) manata almışdır. İddiaçı həmin torpaq sahəsinin sənədlərini onlara verərək Zaqatala rayon Muxax bələdiyyəsində öz aralarında Akt yazaraq iddiaçının razılığı ilə rəsmiləşdirmişlər. Lakin torpağın sənədləri tam olmadığından alqı-satqı müqaviləsini notarial qaydada bağlaya bilməmişlər. Həmin vaxtdan indiyə qədər həmin torpaq sahəsindən o və onun ailə üzvləri istifadə edib. Həmin torpaq sahəsini alanda ora daşlıq sahə idi. Onlar illərlə əziyyət çəkərək, başqa yerdən torpaq daşıyaraq oranı yararlı hala salmışlar, ağaclar əkmişlər, abadlaşdırmışlar. 2010-cu ildə o atasının köməkliyi ilə 4 otaqlı fərdi yaşayış evi inşa edərək indiyə qədər ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində tikilmiş evdə yaşayırlar. Lakin neçə illərdi həmin torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən onların istifadə etmələrinə baxmayaraq İddiaçı alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasından istifadə edərək həmin torpaq sahəsinə öz adına Çıxarış alaraq onu həmin torpaq sahəsindən çıxarmaq istəyir. İddiaçı 1988-ci ildə Ermənistandan məcburi köçkün olaraq Muxax kəndinə gəlib. Həmin vaxt ona və onun 5 nəfər azyaşlı uşaqlarına yazıqları gəldiyi üçün atası öz evində təmənnasız sığınacaq vermişdir. Lakin sonradan peşman olmuşlar, bilsəydilər ki, illər sonra ailə üzvlərinə belə hörmətsizlik edəcək onlara öz evlərində təmənnasız sığınacaq verməzdilər. İddiaçı və onun ailə üzvləri 5 il onlara məxsus evdə yaşayıblar. Sonra “Muxax” kolxozu kolxozçularının 07.04.1990-cı il tarixli müvəkkillər yığıncağının 2 Nli protokolunun qərarı ilə Muxax kəndində ona və ailə üzvlərinə həyətyanı torpaq sahəsi ayrıldı. Lakin ona həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq onlar orada yaşamayıblar, onlarla birlikdə yaşayıblar. 5 il onların evində öz evləri kimi yaşadıqdan sonra Göyəm kəndinə köçərək orada yaşayıblar. Həmin torpaq sahəsini aldıqdan sonra iddiaçı torpağın sənədlərini onlara təqdim etmişdir. Bu da alqı-satqı müqaviləsinin aralarında bağlandığını təsdiq edir. Lakin 19.03.2019-cu il tarixdə iddiaçı onlardan xəbərsiz həmin torpaq sahəsinə RX seriyalı ******* nömrəli Çıxarış alaraq Muxax kəndində yerləşən 0,1037 ha torpaq sahəsində tikilmiş yaşayış evi sökülməklə həmin sahədən onun və ailəsinin çıxarılmasına dair iddia qaldırmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə belə nəticəyə gələrkən qətnamənin ləğvi üçün əsas olan və AR MPM-nin 385- ci maddəsində nəzərdə tutulan nöqsanlara yol vermişdir. Tətbiq olunmalı maddi normanı tətbiq etməmiş, prosessual hüquq normalarını da pozmaqla düzgün olmayan qətnamə çıxarmışdır. Ona görə də qətnamə ləğv olunmalıdır. Belə ki, işin halları göstərir ki, ilkin İddiaçı 1988-ci ildə Ermənistandan məcburi köçkün kimi uşaqları ilə Zaqatala rayonunun Muxax kəndində məskunlaşmışdır. 07.04.1990-cı ildə “Muxax” kolxozunun müvəkkillər yığıncağının 2 saylı qərarı ilə ona Muxax kəndi ərazisində yaşayış evi tikmək üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. 1990-cı ilin iyul ayının 10-da həmin torpaq sahəsi ölçülərək İddiaçı təhvil verilmişdir. İddiaçı 2019-cu ilə kimi həmin torpağa sahiblik etməmiş, istifadə etməmiş, heç bir tikinti işi, o cümlədən yaşayış evi tikməmişdir. 1993-cü ildə İddiaçı ümumiyyətlə uşaqları ilə birlikdə Muxax kəndindən Zaqatala rayonunun başqa kəndinə, Göyəm kəndinə köçmüş, bu gün də orada yaşayır. 29 il ərzində, yəni 2019-cu ilə kimi İddiaçı torpağı mübahisələndirməmişdir. Cavabdeh tərəf olan Cavabdeh bunu onunla izah edir ki, 2005-ci ildə onun atası Abdulla Abdullayev həmin torpağın pulunu İddiaçı ödəyərək aldığından İddiaçı torpağı mübahisələndirməmişdir. Baxmayaraq ki, alqı-satqı faktı məhkəmə tərəfindən təsdiq olunmamışdır, lakin bu həqiqətdir. İş materiallarından görünür ki, Cavabdeh mübahisəli torpağın pulunun İddiaçı ödənməsinə arxayın olduğundan, 2010-cu ildən maneəsiz olaraq həmin torpaq sahəsini hasara almış, torpaqda özü üçün yaşayış evi tikərək 2012-ci ildə tamamlayaraq ailəsi ilə birlikdə evə köçmüş və bu gün də həmin evdə ailəsi ilə yaşayır. 1998-ci ildə aqrar islahat aparılmış, həmin torpaq sahəsinə dair İddiaçı 25.12.2009-cu ildə AR DT və XK tərəfindən verilmiş “Torpaq Sahəsinin planı və ölçüsü”nün əslini də Abdullayevlərə təqdim etmişdir. Ondan sonra Cavabdeh tikinti işinə başlamışdır. İddiaçı 2019-cu ildə polis şöbəsinə ərizə vermişdir ki, guya ona verilmiş “Torpaq sahəsinin ölçüsü və planf’nı itirdiyi üçün ona rəsmi arayış verilsin. Bu barədə polisdən arayış aldıqdan sonra təkrar plan ölçü alaraq onun əsasında 19.03.2019-cu il tarixdə torpağa dair mülkiyyət hüququ barədə ********** qeydiyyat nömrəli çıxarış almışdır. Hesab edir ki, məhkəmə İddiaçınm iddiasını hüquqdan sui-istifadə kimi qiymətləndirməklə rədd etməli idi, ya da cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh əmlak hüququnu müdafiə edərək yaşayış evinin və digər əmlakın dəyərinin ödənilməsini təmin etməli idi. Bundan əlavə məhkəmə mühüm bir məsələni də araşdırmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarışdan görünür ki, torpaq sahəsi təkcə İddiaçı deyil, ondan başqa digər mülkiyyətçilər də vardır. Torpaq sahəsi birgə mülkiyyətdədir və paylar faktiki olaraq müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən müəyəyn edilməmişdir ki, yaşayış evi faktiki olaraq mülkiyyətçilərdən hansının payına düşən torpaq sahəsində inşa edilmişdir. Digər payçılar isə iddia qaldırmışlar, nə də İddiaçı onların adından çıxış etməyə etibarnamə verməmişlər. Məhkəmə digər mülkiyyətçiləri işə cəlb etməmiş, onların cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh hər hansı pul məbləği ödəyib-ödəməmələri barədə fikirlərini öyrənməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o qarşılıqlı razılıq üçün cavabdeh tərəfə 8 sot torpaq təklif etsə də, cavabdeh bununla razılaşmır və əlavə olaraq 20.000 manat pul tələb edir. Onun da bu pulu verməyə maddi imkanı yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edərək, sonda apellyasiya şikayətinin təmin olunmasını və ilk iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o bu gün də cavabdehlə qarşılıqlı razılığa gəlmək istəyir, lakin cavabdeh onunla razılaşmaq istəmir. Belə ki, 8 sot torpaq və qalan 4 sotun əvəzinə 6000 manat pul verilməsini tələb edir. Lakin cavabdeh imtina edir. Odur ki, Zaqatala Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər apellyasiya şikayətinə etiraz etdiklərini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər 3-cü şəxs E.Məmmədova məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(033)-14/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Muxax kolxozunun 10 iyul 1990-cı il tarixli aktından görünür ki, İddiaçı 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Muxax kolxozu kolxozçularının 07.04.1990-cı il tarixli müvəkkillər yığıncağının 2 nömrəli protokolundan çıxarışdan görünür ki, Ermənistan SSR-dən köçüb gəlmiş İddiaçı azyaşlı uşaqlarının olmasını, halhazırda onun ailəsinin çətin vəziyyətdə yaşamasını nəzərə alaraq ev tikintisi üçün 0,10 hektar torpaq sahəsi verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış, dövlət torpaq Kadastrı kitabında 25.12.2009-cu il tarixdə 1701 nömrə ilə uçota alınmış A seriyalı 246721 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətində Zaqatala rayonu Muxax kəndində yerləşən 1037,15 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışdan görünür ki, 152 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 19.03.2019-cu il tarixdə aparılmış ********** nömrəli qeydiyyata əsasən Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X4 və X5 məxsusdur. A seriyalı 363365 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarı ilə Zaqatala rayonu Muxax kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1037 ha torpaq sahəsi İddiaçı üçün ayrılmışdır. Həmin şəhadətnaməyə mülkiyyətə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi əlavə edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli 2(033)-753/2019 nömrəli qətnaməsindən görünür ki, Abdullayev Abdulla İbrahim oğlu məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən cavabdehə məxsus 0,12 ha torpaq sahəsinin 2005-ci ilin aprel ayında yazılmış akta əsasən onunla cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Abdullayev Abdulla İbrahim oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2784/2019 nömrəli 18.09.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Abdullayev Abdulla İbrahim oğlunun apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 09 iyul 2019-cu il tarixli, 2(033)-753/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.02.2020-ci il tarixli 2(102)-607/2020 nömrəli qərarından görünür ki, iddiaçı Abdullayev Abdulla İbrahim oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli 2(107)-2784/2019 nömrəli qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi cəlb edilməklə, tərəflərin iştirakı ilə mübahisə predmeti olan Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahəsinə yerində müayinə keçirilmişdir. Həmin torpaq sahəsində ölçmə işləri aparılmışdır. Keçirilmiş yerində müayinə ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Layihə-X12 Məsuliyyətli Cəmiyyəti Şəki Layihə-Tədqiqat İdarəsinin mütəxəssisinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində bildirilmişdir ki, Azərbaycan Respublikas ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X6 və X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı -torpaq sahəsinin yerdə (naturada) ölçüləri 0,1157 hektardır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən umumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X7 və X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117 kv.m olmaqla yaşayış evi və sahəsi 55 kv.m olmaqla köməkçi tikili mövcuddur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyat: haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X7 və X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117 kv.m olmaqla yaşayış evi və sahəsi 55 kv m olmaqla köməkçi tikili mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 02 sentyabr 2020-ci il tarixli **********99 saylı mütəxəssis rəyinə əsasən, Azərbaycan Respubiıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən, ümumi birgə mülkiyyət hüququ əsasında X8, X2, X4 və X5 məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqəlıərinin torpaqları təyinatlı torpaq sahəsinin yerdə (naturada) ölçüləri 0,1157 ha təşkii etdiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, Azərbaycan Respubiıkası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət ReyestrXidməti Hüquqların Dövlət Qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* çıxarışa əsasən, ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X2, X4 və X5 məxsus Zaqatala rayonu, Muxax kəndində yerləşən 0,1037 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində sahəsi 117,0 kv.metr olan yaşayış evi və sahəsi 55,0 kv.metr olan köməkçi tikili mövcud olduğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/27/149 ümumi smeta dəyəri 67,20 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Zaqatala rayonu Muxax kəndində yerləşən, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 21 may 1998-ci il tarixli 69 nömrəli qərarına əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 1037,15 kv.m həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında 19.03.2019-cu il tarixdə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyata əsasən İddiaçı, X9, X11 və X3 adına qeydiyyata alınmış və RX seriyalı ******* çıxarışla rəsmləşdirilmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh-iddiaçı apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmiş, əksinə iş üzrə verilmiş ekspert rəyləri onların dəlilini təkzib etmişdir. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Çünki Cavabdeh həmin torpaq sahəsinə dair heç bir hüququ iş materialları ilə müəyyən olunmur. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli, 2(033)-14/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1221/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1221/2021
20.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver