Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1222/2025 12.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı və cavabdehlər Ağdaş rayon Notariat Ofisi, Cavabdeh2, X6, Cavabdeh5, mərhum X4 birinci növbəli vərəsəsi Cavabdeh6, Cavabdeh7 qarşı “miras əmlak üzərində vərəsəlik hüquqununun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: şikayət qeyri-mümkün, müddətin ötürülməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X11 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsmayılova Nərmin Ərəstun qızının katibliyi ilə, İddiaçı və cavabdehlər Ağdaş rayon Notariat Ofisi, Cavabdeh2, X6, Cavabdeh5, mərhum X4 birinci növbəli vərəsəsi Cavabdeh6, Cavabdeh7 qarşı “miras əmlak üzərində vərəsəlik hüquqununun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-207/2021 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Ağdaş rayon Notariat Ofisi, Cavabdeh2, X6, Cavabdeh5, mərhum X4 birinci növbəli vərəsəsi Cavabdeh6, Cavabdeh7 qarşı “miras əmlak üzərində vərəsəlik hüquqununun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş atası X7 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş, anası X3 məxsus olan (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qanun üzrə birinci növbə vərəsə olmuş qardaşı X4 ölümündən sonra onun övladları X5 və X1 əlavə cavabdeh şəxs kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş atası X7 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş, anası X3 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-207/2021-024 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X7 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş X3 məxsus olan ünvan 2 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən onlara çatası paylarına İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, X5 və X2 vərəsəlik hüquqları tanınması, miras qalmış həmin əmlakda İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 hər birinin, cavabdehlər X5 və X2 isə birlikdə payı 1/7 hissədə müəyyən edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiаçıyа аid еdilməsi qət edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(014)-207/2021-024 saylı qətnaməsindən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilmiş və məhkəmənin 07 noyabr 2025-ci il tarixli 2(014)-207/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayət verilmişdir. Ağdaş Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(014)-207/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından müəyyən edilmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-207/2021 saylı qərardadı 14 noyabr 2025-ci il tarixdə hakimin gücləndirilmiş elektron imzası ilə imzalanaraq elektron kabinetə yerləşdirilmişdir. Həmin vaxt Cavabdeh2 elektron kabineti mövcud olmuş, cavabdeh qərardadı elektron kabinet vasitəsilə almışdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qərardad 14 noyabr 2025-ci ildə cavabdehin elektron kabinetinə yerləşdirilməklə sonuncuya rəsmi qaydada verilmiş hesab edildiyindən onun iş üzrə qərardaddan şikayət vermə müddəti həmin tarixdən başlamış və 14 noyabr 2025-ci il tarixdən 24 noyabr 2025-ci il tarixdə (iş günüdür) başa çatmışdır. Hazırki şikayət isə 25 noyabr 2025-ci ildə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, cavabdehin nümayəndə və vəkili hazırki şikayətini 25 noyabr 2025ci ildə verməklə məhkəmə qərardadından qanunla müəyyən edilmiş on günlük müddət ötürülmüş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə görə Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3–cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 366.2-ci mаddəsində deyilir ki, əgər аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr yоxdursа, о, qəbul оlunmаmış hesаb edilə bilər. Yuxarıda göstərilənləri də nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-207/2021 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə şikayət qeyri-mümkün hesаb edilməlidir. Həmin Məcəllənin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-207/2021 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət üzrə аpellyаsiyа qeyri-mümkün hesаb edilsin. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-1222/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1222/2025
12.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver