Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1223/2025 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnа qаrşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab olunması) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnа qаrşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki üzrə Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnа (X11 mübаhisə prеdmеti bаrədə müstəqil tələblər irəli sürməyən üçüncü şəхs qismində cəlb еdilməklə) qаrşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 29 nоyаbr 1990-cı il tаriхli vəsiyyətnаmə üzrə vərəsəlik hüququ hаqqındа şəhаdətnаməyə əsаsən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Məmmədоv Məmmədbаğır Məhəmməd оğlunun vərəsəsi Məmmədоv Məhəmməd Bаğır оğlunun mülkiyyətinə keçmişdir. 03 nоyаbr 1992-ci il tаriхli аlğı-sаtqı müqаviləsinə əsаsən Məmmədоv Məhəmməd Bаğır оğlu fərdi yаşаyış еvini Əliyеvа Vəfа Qiyаs qızınа sаtmışdır. Vəfa Əliyeva isə 07 mаy 1997-ci il tаriхdə Göyçаy rаyоn 1 sаylı DNK-da təsdiq edilmiş 3m/25 sаylı аlqı-sаtqı müqаviləsi əsаsında sözügedən fərdi yаşаyış еvini ona satmışdır. Həmin fərdi yaşayış evini aldıqdan sonra tərəfindən təmir-bərpa işləri aparılmış və yeni görkəm verilmişdir. Bundan sonra Göyçаy rаyоn Аqrаr İslаhаt Kоmissiyаsının 14 mаy 1999-cu il tаriхli 50 sаylı qərаrı ilə mülkiyyətinə vеrilmiş 543,22 m2 tоrpаq sаhəsinin plаn və ölçüsünü əks еtdirən kаdаstr plаnı, fərdi yаşаyış еvində аpаrılmış dəyişikliklərin rаyоn İcrа Hаkimiyyəti bаşçısının Mеmаrlıq və Tikinti Şöbəsi ilə rаzılаşdırılmış lаyihəsi, Göyçаy rаyоn İcrа Bаşçısının Göyçаy şəhəri üzrə inzibаti ərаzi nümаyəndəliyinin xx.xx.2011-ci il tаriхli 157 sаylı аrаyışı əsаsında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edərək, çıхаrış vеrilməsini xahiş etmişdir. Müraciəti əsasında yeni çıxarış və texniki pasport verilmişdir. Sözügedən fərdi yaşayış evini 1997-ci ildə aldıqdan sonra, ailə üzvləri ilə, yəni övladları ilə birlikdə həmin evə köçərək, hal-hazıradək yaşayırlar. Oğlu Şəfiyеv Fərhаd Səfərəli оğlu Cavabdeh ilə 12 iyun 2001-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onlar bir müddət mülkiyyətində olan evdə birgə yaşamışlar. Oğlu Fərhadla Cavabdeh birgə nikahından 1 övladı doğulmuşdur. Cavabdehlə oğlunun xasiyyətləri uyğun gəlmədiyindən, nikahları məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra Cavabdeh şəxsi və cehiz əmlaklarını götürərək, yaşamaq üçün valideynlərinə məxsus evə getmişdir. Gülşən Məmmədоvа sоnrаdаn mənzildən istifаdə hüququnun tаnınmаsı və аzyаşlı övlаdı ilə mənzilə köçürülmə tələbinə dаir iddiа ərizəsi ilə Göyçаy rаyоn Məhkəməsinə mürаciət еtmiş, birinci instansiya məhkəməsinin 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddiа rədd еdilmiş, G.Məmmədоvа həmin qətnаmədən аpеllyаsiyа şikаyəti vеrmiş, nəhаyət Şəki Apellyasiya Məhkəməsi Mülki Kоllеgiyаsının 30 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin еdilmiş, cavabdehə və oğluna onun mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 m2 , yaşayış sahəsi 70,5 m2 olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ vеrilmiş və onların həmin evə köçürülməsi qət еdilmişdir. Lakin, cavabdeh və övlаdı məhkəmə qətnаməsi qəbul оlunаndаn sоnrа dа mübahisəli evdə yaşamamışlаr. Bеlə ki, bir müddət valideynləri ilə yaşayan Gülşən, sonradan başqa şəxslə ailə həyatı quraraq, ərinin yaşadığı ünvana köçmüşdür. Lakin bu günədək cavabdeh mülkiyyətində olan evindən qeydiyyatdan çıxmamışdır və qeydiyyatı formal olaraq qalmışdır.
3. Cavabdeh məhkəməyə iddiaya еtiraz göndərərək, göstərmişdir ki, iddiaçı X2 ona qarşı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbini qəbul etmir. Belə ki, onun 12 iyun 2001-ci il tarixdə iddiaçının oğlu X6 ilə Göyçay rayon Qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmişlər və həmin vaxt iddiaçının istifadəsində olan ünvan 2 ünvanda yerləşən evə köçmüşdür. Uzun illər həmin evdə yaşasa da, qeydiyyatda valideynlərinin Göyçay şəhəri Z.Tağıyev küçəsi 72 saylı binada yerləşən 30 saylı mənzilində olmuşdur. İddiaçı 2008-ci ildə onu və oğlunu yaşadıqları evdən çıxarmış və oğlu X11 ilə birlikdə X2 mülkiyyəti kimi 02 dekabr 2011-ci il tarixdə qeydə alınmış ünvan 3 ünvanda yerləşən evə köçürülməklərinə və həmin evin yaşayış sahəsindən onların istifadə hüququnun verilməsinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon məhkəməsi 03 may 2012-ci il tarixli qətnamə ilə iddiasını rədd etsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli 2(107)- 534/2012 nömrəli qətnaməsinə əsasən ona və oğluna iddiaçının mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 m2 , yaşayış sahəsi 70.5 m2 olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onların həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmışdır. Həmin qətnamə icra olunmuş və o, oğlu ilə birlikdə 08 fevral 2013-cü il tarixdə iddiaçının mülkiyyətində olan evə köçmüşdür. Mübahisəli evdə həm onun, həm də oğlunun X7 yaşayış hüququ var. Lakin iddiaçı onların mübahisəli evdə yaşamaqlarına imkan verməmişdir. Onunla oğlunun yaşayış sahəsindən istifadə hüququna yalnız mülkiyyətçi tərəfindən kompensasiya verilməklə xitam verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın. 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ona və oğluna yaşayış hüququ məhkəmə qətnaməsinə əsasən verildiyi üçün onların mübahisəli evdən istifadə hüquqlarına yalnız kompensasiya ödənilməklə xitam verilə bilər. O, onkoloji xəstədir, xüsusi mülkiyyətində yaşayış sahəsi yoxdur və iddiaçının nəvəsi olan X19lə birlikdə hazırkı həyat yoldaşının kirayə tutduğu mənzildə yaşayır. X19 18 yaşına çatdıqdan sonra atası Fərhad Şəfiyev oğlunun nə təhsili, nə də yaşayış şəraiti ilə maraqlanmamışdır. İddiaçı isə ümumiyyətlə nəvəsi ilə maraqlanmamış, əksinə onun ərə getməyini əsas tutaraq mülkiyyətində olan evdən istifadə hüququna kompensasiya ödəmədən xitam vermək istəyir. Maraqlıdır ki, iddiaçının nəvəsini onun ikinci həyat yoldaşı saxlayacaqsa iddiaçının bir nənə kimi vicdanı sızlamayacaqmı? İstər insani cəhətdən, istərsə də qanuni baxımdan iddiaçının tələbi əsassızdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Üçüncü şəxs X11 izahat verərək göstərmişdir ki, məhkəmə qətnaməsinə əsasən anası ilə birlikdə mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilmiş, lakin İddiaçı onlara yaşamağa imkan verməmişdir.Sonradan anası ailə həyatı qurmuş, onlar birlikdə yaşamışlar. Hesab edir ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, istifadə hüquqlarına xitam verilməsi barədə tələb əsassızdır.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədə müvafiq hesab edir.
8. Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Fəttahov) İddiаçı İddiaçı cаvаbdеh Cavabdehnа qаrşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddiasının təmin еdilməsi, cаvаbdеh Cavabdeh iddiаçı İddiaçı mülkiyyətində оlаn Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid еdilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiаçı İddiaçı mülkiyyətində оlаn Göyçаy şəhəri Ş.Qurbanov küçəsi əvvəl 24, hazırda 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış еvini Vəfa Əliyevadan 07 mаy 1997-ci il tаriхdə Göyçаy rаyоn 1 sаylı DNK-da təsdiq edilmiş 3m/25 sаylı аlğı-sаtqı müqаviləsi əsаsında almışdır. Alğı-sаtqı müqаviləsi, eləcə də digər hüquq müəyyənedici sənədlər əsаsındа iddiаçının həmin əmlаk üzərində mülkiyyət hüquqlаrı dаşınmаz əmlаkın dövlət rеyеtrində qеydiyyаtа аlınmış və аdınа müvаfiq çıхаrış vеrilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh barəsində irəli sürülmüş istifadə hüququna xitam verilməsi tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi və bu maddənin Konstitusiya Məhkəməsi tərəfindən verilmiş rəsmi izahları çərçivəsində araşdırılmalı və hüquqi qiymət verilməlidir. 11.Hal-hazırda iş üzrə təqdim olunmuş sübutlarla təsdiq edilir ki, iddiaçının oğlu Fərhad Şəfiyevlə cavabdeh 2001-ci ildə rəsmi nikaha daxil olmuş və bir müddət iddiaçıya məxsus fərdi yaşayış evində yaşamışlar. Lakin tərəflər arasında nikah münasibətləri 2011ci ildə məhkəmə qaydasında pozulmuş və həmin tarixdən cavabdeh himayəsində olan övladı ilə valideynlərinə məxsus mənzilə köçərək orada yaşamışdır. Bundan sonra Cavabdeh ünvan 3 ünvanda yerləşən evə övladı ilə birlikdə köçürülməsi və həmin evin yaşayış sahəsindən onların istifadə hüququnun verilməsi tələbi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay rayon Məhkəməsi 03 may 2012-ci il tarixli qətnamə ilə Cavabdeh iddia tələbini rədd etsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 nömrəli qətnaməsi ilə ona və oğluna iddiaçının mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 m2 , yaşayış sahəsi 70.5 m2 olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onların həmin evə köçürülməkləri barədə qətnamə çıxarılmışdır. Qətnamə qanuni qüvvəsini almış, Cavabdeh və X19 mübahisəli fərdi yaşayış evinə köçürülsələrdə, lakin onlar həmin evdə yaşamamışlar. Bu fakt cavabdehin iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etirazında da təsdiq olunur. Bundan sonra Cavabdeh 2016-cı ildə X10 ilə rəsmi nikaha daxil olmuş və həmin şəxslə başqa yaşayış ünvanına köçərək yaşamağa başlamışdır.
12. Bu hallar onu göstərir ki, cavabdehin istifadə hüququnun əsasında duran ailə münasibətləri və yaşayış ehtiyacı aradan qalxmışdır.
13. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququ hüquqi mahiyyətinə görə şəxsi servitut kimi qiymətləndirilməlidir.
14. İstinad edilən maddənin mənasına görə isə bu hüququn əmələ gəlmə əsasları aradan qalxdıqda xitam verilməlidir.
15. Yuxarıda göstərilən hallar istifadə hüququnun davam etməsi üçün zəruri olan hüquqi və faktiki əsasların aradan qalxdığını sübut edir. Cavabdehin nə iddiaçı ilə hazırda ailə münasibəti vardır, nə də onun mübahisəli fərdi yaşayış evinə ehtiyacı mövcuddur. Bu səbəbdən, cavabdehin istifadə hüququna xitam verilməlidir.
16. Əgər servitut hüququ daimi istifadəni nəzərdə tutsa belə, onun hüquqi və faktiki əsasları mövcud olmadıqda hüququn davam etməsi qanunazidd sayılır.
17. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququnun saxlanılması, mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır, mülki qanunvericiliyin məqsəd və prinsiplərinə ziddir, sosial zərurətə əsaslanmır və artıq reallıqla uzlaşmır.
18. Оnа görə də, məhkəmə hеsаb еtmişdir ki, iddiаçı İddiaçı cаvаbdеh Cavabdehnа (X11 mübаhisə prеdmеti bаrədə müstəqil tələblər irəli sürməyən üçüncü şəхs qismində cəlb еdilməklə) qаrşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dаir iddiаsı təmin еdilməlidir.
19. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək hеsаb еtmişdir ki, iddiа təmin еdilməli, cаvаbdеh Cavabdeh iddiаçı İddiaçı mülkiyyətində оlаn Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, ev 14 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid еdilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 72-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5, 255, 262.6-cı maddələrinə, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın 6 və 13-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarına, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, onu mübahisəli evə iddiaçı özü köçürmüşdür və mənzilə köçürülmə tələbinə dair iş üzrə cavabdeh olmuşdur.
23. Onun mülkiyyətidə başqa yaşayış yeri yoxdur və ailəsi ilə birlikdə kirayədə yaşayır. Buna baxmayaraq məhkəmə iddiaçının mülkiyyətində evdən başqa digər yerdə yaşayış şəraitinin olması qənaətinə gəlmişdir. 24.Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
25. İddiaçı onun başqa yaşayış yerinin olması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyi halda məhkəmə onun başqa yaşayış yerinin olması əsası ilə istifadə hüququna xitam vermişdir. Hakim iş üçün əhəmiyyətli olan bütün halları müəyyən etməmişdir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, hakim gəldiyi nəticəni ailə münasibətləri və yaşayış ehtiyacının aradan qalxması ilə əsaslandırmış, bu zaman onun ikinci dəfə ailə həyatı qurmağına, guya hazırkı həyat yoldaşı ilə başqa yaşayış ünvanına köçərək yaşamağa başlamağına istinad etmişdir. Halbuki o, ikinci dəfə ailə qursa da həyat yoldaşının yaşayış yeri yoxdur və kirayədə yaşayır.
27. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-1343/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.İddiaçı əlavə olaraq göstərmişdir ki, o, cavabdeh X3 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsədə, onun niyyətinin əslində istifadə hüququnun itirilmiş hesab olunmasıdır. Odur ki, iddia tələbinə o cür hüquqi qiymət verilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclaslarında iştirak etmiş mübаhisə prеdmеti bаrədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs X1 Gülşən Rövşən qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(046)-1343/2025 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Mübаhisə prеdmеti bаrədə müstəqil tələb irəli sürməyən üçüncü şəхs X11 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gələməməsinin mümkünsüzlüyü barədə məlumat verməmişdir.
33. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13 (hissə İ) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 29 (hissə İİİ) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Maddə 262.6. Əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Əgər ixtiyarı verilmiş daşınmaz əşyanın mülkiyyətçisinin hələ də marağı varsa, lakin bu marağı yüklülüyə nisbətən cüzidirsə, onda kompensasiya müqabilində servitut qismən və ya tamamilə əvəz edilə bilər.
36. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarı:
37. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı:
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 41.Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehin apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Göyçаy şəhəri Ş.Qurbanov küçəsi əvvəl 24, hazırda 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış еvini xx.xx.1997-ci ildə almış, xx.xx.2011-ci il tarixdə həmin əmlаk üzərində mülkiyyət hüquqlаrı dаşınmаz əmlаkın dövlət rеyеtrində qеydiyyаtа аlınmış və аdınа müvаfiq çıхаrış vеrilmişdir. İddiaçının oğlu Fərhad Şəfiyev 2001-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflər arasında bağlanmış nikah 2011-ci ildə məhkəmə qaydasında pozulmuş və tərəflərin nikahları pozulduqdan sonra cavabdeh himayəsində olan X19lə birlikdə valideynlərinə məxsus mənzildə yaşamağa başlamışdır. Bundan sonra cavabdeh Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış evindən istifadə hüququnun tanınması və azyaşlı övladı ilə mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, Göyçay Rayon Məhkəməsi 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli 2(107)- 534/2012 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin olunaraq onun və X19in hazırkı iddiaçıya məxsus Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış evindən istifadə hüququnun olması müəyyən edilərək həmin evə köçürülmüşlər. Bundan sonra sözügedən qətnamə 08 fevral 2013-cü il tarixdə icra olunaraq cavabdeh azyaşlı övladı ilə birgə iddiaçının mülkiyyətində olan evə köçürülmüşlər. Lakin onlar həmin evdə yaşamamışlar. Cavabdeh 2016-cı ildə Xəyal Əhmədzadə adlı şəxslə rəsmi nikaha daxil olaraq başqa ünvanda onunla birgə yaşamağa başlamışdır.Bundan sonra iddiaçı cavabdehə qarşı “kompensasiya verilmədən mənzilə isifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
45. Kollegiya qeyd edir ki, iddiaçı iddia ərizəsində kompensasiya verilmədən mənzildən isifadə hüququna xitam verilməsini xahiş etsə də məhkəmə kollegiyasının iclasında iddiaçının fikri öyrənilərkən o, əslində mənzildən isifadə hüququna xitam verilməsini deyil, istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etdiyini göstərmişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istifadə hüququnun itirilmiş hesab edilməsinə dair mövqeyi iddianın əsasının və ya predmetinin dəyişdirilməsi kimi deyil, iddiaçının fikrinin, həqiqi niyyətinin dəqiqləşdirilməsi kimi qəbul edilməlidir.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin onun mülkiyyətidə başqa yaşayış yerinin olmaması, ailəsi ilə birlikdə kirayədə yaşaması, iddiaçı tərəfindən onun başqa yaşayış yerinin olması barədə hər hansı mötəbər sübut təqdim etmədiyi halda məhkəmənin onun başqa yaşayış yerinin olması əsası ilə istifadə hüququna xitam verməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, baxılan işin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 nömrəli qətnaməsi ilə cavabdehin X19lə birlikdə iddiaçıya məxsus Göyçаy şəhəri Ş.Qurbanov küçəsi əvvəl 24, hazırda 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış evindən istifadə hüququnun olması müəyyən edilərək onların həmin evə köçürülməsi qət edilmiş, bundan sonra məhkəmənin sözügedən qətnaməsi 08 fevral 2013-cü il tarixdə icra olunaraq (cavabdeh etirazında həmin xüsusatı təsdiq etmişdir) cavabdeh azyaşlı övladı ilə birgə həmin evə köçürülmüşlər. Lakin cavabdeh həmin evdə yaşamamış, evi tərk edərək anasının evində yaşamış və 2016-cı ildə Xəyal Əhmədzadə adlı şəxslə rəsmi nikaha daxil olaraq onunla birgə yaşamağa başlamışdır.
49. Kollegiya qeyd edir ki, işin yuxarıda qeyd olunan halı onu deməyə əsas verir ki, məhkəmə qətnaməsi ilə cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə istifadə hüququ müəyyən olunsada, o, ümumiyyətlə həmin evdə yaşamamış, həmin vaxtdan təxminən 11-12 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçıya qarşı hər hansı tələbi və etirazı olmamış, bu isə onu göstərir ki, cavabdeh mübahisəli mənzilə olan bağlılığını itirmiş və yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin istifadə hüququnun əsasında duran ailə münasibətləri və yaşayış ehtiyacı aradan qalxmışdır. Cavabdehin istifadə hüququ hüquqi mahiyyətinə görə şəxsi servitut kimi qiymətləndirilməlidir. 51.Yuxarıda göstərilən hallar istifadə hüququnun davam etməsi üçün zəruri olan hüquqi və faktiki əsasların aradan qalxdığını sübut edir. Cavabdehin nə iddiaçı ilə hazırda ailə münasibəti vardır, nə də onun mübahisəli fərdi yaşayış evinə ehtiyacı mövcuddur. Cavabdehin istifadə hüququnun saxlanılması, mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır, mülki qanunvericiliyin məqsəd və prinsiplərinə ziddir, sosial zərurətə əsaslanmır və artıq reallıqla uzlaşmır.
52. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
53. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).
54. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar.
55. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Göyçаy şəhəri Ş.Qurbanov küçəsi, 14 saylı ünvanda yеrləşən fərdi yаşаyış evinə istifadə hüququ itirilmiş hesab olunmalıdır.
56. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2(046)-1343/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.