Məhkəmə qərarları › İş №2(107)-1226/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1226/2025

06.05.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-1226/2025 06.05.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Kaltayev İlkin Aydın oğlunun iştirakları ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh ## #### 2022-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. ##.##.2023- ##.##.2023-cü il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 15904,78 (on beş min doqquz yüz dörd manat yetmiş səkkiz qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Eyni zamanda ##.##.2023-cü il, ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlərində tərtib olunmuş və Cavabdeh tərəfindən təsdiqlənmiş “xxxx” aktlara əsasən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 8309,10 (səkkiz min üç yüz doqquz manat on qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdurCavabdeh İddiaçı MMC-yə vurduğu 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. İddianı aşağıda qeyd olunmuş sübutlarla əsaslandırılır: 1) ##.##.2023-cü il tarixli “xxxx” Akt 2) ##.##.2023-cü il tarixli “xxxx” Akt 3) ##.##.2023-cü il tarixli “xxxx” Akt 4) ##.##.2023cü il tarixli, *** saylı “təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsinə dair” Akt. Onlar, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişdir. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ##.##.2024-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 60 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq, iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Zaqatala Rayon Məhkəməsinin (hakim Vüqar Məmmədov) ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 24213.88 (iyirmi dörd min iki yüz on üç manat səksən səkkiz qəpik) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, cavabdeh Cavabdeh 162,64 (bir yüz altmış iki manat altmış dörd qəpik) manat miqdarında dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, cavabdeh Cavabdeh mediasiya xərci olaraq ödənmiş 60 (altmış) manatın tutularaq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, cavabdeh Cavabdeh 140 (bir yüz qırx) manat ekspertiza xərcinin alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN 1700326621, X15, Kod: 210005 VÖEN 1401555071 m/h AZ 41 NABZ01360100000000003944 S.W.İ.F.T. Bik:CTREAZ 22) keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh, ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı İddiaçı MMC-nin Satış Departamentində “satış üzrə nümayəndə” vəzifəsinə işə qəbul olunmuş, tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. Cavabdehin tam maddi məsuliyyət daşıdığı ərazi üzrə aparılmış yoxlamalar zamanı ##.##.2023-##.##.2023-cü il tarixdə 15904.78 manat, ##.##.2023-cü il tarixdə 6819.42 manat, ##.##.2023-cü il tarixdə 1141.68 manat, ##.##.2023-cü il tarixdə 348 manat dəyərində çatışmazlıq, bununla da iddiaçının əmlakından məhrum olması ilə bağlı həmin dəyərdə maddi zərərə uğraması aşkar edilmişdir. ##.##.2023-cü il tarixdə isə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən xitam verilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Cavabdeh isə aktlardakı və izahatlardakı imzaların ona məxsus olmaması əsası ilə iddiaya etiraz etmişdir.

8. Məhkəmənin aktlardakı və izahatlardakı imzaların cavabdeh tərəfindən icra edilibedilməməsinin araşdırılması üçün məhkəmə xətşünastlıq ekspertizası təyin etməsinə və dəfələrlə məlumat verməsinə baxmayaraq cavabdeh zəruri tədqiqat predmetləri olan sərbəst xətt və imza nümunələrini ekspertə təqdim etməmiş, nəticədə müvafiq ekspertizanı keçirmək mümkün olmamışdır.

9. Məhkəmə qeyd edilənlərə əsasən aktlardakı və izahatlardakı imzaların ona məxsus olmaması barədə cavabdehin dəlillərini rədd edilmiş hesab edir. 10.Həmçinin ## ###### 2024-cü il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 mart, 06 aprel və ## ##### 2023-cü il tarixli aktlarda “Cavabdeh” sözlərinin qarşısındakı imzalar, ## ##### 2023-cü il tarixdən ## ##### 2023cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə akt cədvəldə “Təhvil verən satış nümayəndəsi ad soyad imza” qrafasındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində "Cavabdeh“ sözlərinin qarşısındakı imza, ## ##### 2023-cü il tarixli izahatın sonunda “İmza qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adından olan 2 ədəd ## ##### 2023cü il tarixli izahatların sonunda “İmza” qrafasındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur.

11. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qarşısında tam maddi məsuliyyət daşıyan cavabdehin müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə edilmiş pul vəsaitini müəssisənin kassasına ödəməyərək iddiaçıya maddi zərər vurması təsdiq olunduğundan, iddia təmin olunmalı, maddi zərərin əvəzi üzrə tələb olunan 24213.88 manat pul vəsaiti cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir.

12. İddia təmin edildiyindən və iddiaçı isə hаzırkı iddia ərizəsinin verilməsi üzrə dövlət rüsumu ödəməkdən azad edildiyindən 162,64 (bir yüz altmış iki manat altmış dörd qəpik) mаnаt dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

13. Həmçinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mediasiya xərci olaraq ödənmiş 60 (altmış) manat cavabdehdən onun xeyrinə tutulmalı, eyni zamanda 140 (bir yüz qırx) manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 194, 199-cu maddəsinin “a” bəndi, 200-cü maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi, 296-cı maddəsinin 5-ci hissəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ƏM-in 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair ##.##.2021-ci il tariхli Qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarına, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1 və 9.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 97.5, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsində məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız iddiaçıların mövqeyinə münasibətdə icra etmişdir. Məhkəməyə iddia tələbinə etirazını bildirsə də bu hissəyə ümumiyyətlə münasibət bildirilməmişdir və məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur.

17. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. O, etirazını bildirsə də məhkəmə bunu diqqətə almamışdır. Halbuki əgər ədalətli araşdırma olsa idi qarşı tərəfə ümumiyyətlə borcunun olmadığı və müqavilənin saxta imzalar atılaraq ortaya çıxdığı öz əksini tapacaqdı. O, məhkəməyə ünvanladığı vəsatətlərində də imzaların ona məxsus olmadığını bildirmişdir. Eyni zamanda xəttşünaslıq ekspertizası tərəfindən verilmiş rəydən də görünür ki, imzalar onun tərəfindən çəkilməyib.

18. Birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 425.1-ci maddələri, MPM-nin 88-ci və 135.1-ci maddəsinin tələbləri pozulmuşdur.

19. Mübahisə mövzusu olan müqavilə iddiaçı ilə onun arasında bağlanmamışdır və həmin müqavilədən məlumatsızdır. Bunu birinci instansiya məhkəməsinə ünvanladığı ərizəsində də göstərmişdir. İmzaların ona məxsus olub olmaması ilə bağlı məhkəmə ekspertiza təyin etmişdir və həmin ekspert tərəfindən verilmiş rəydən də görünür ki, imzalar eyni şəxsə məxsusdur. Yəni konkret olaraq imzaların ona məxsus olduğu rəydə görsənmir. Buradan görünür ki, onun əvəzinə imza atılaraq sənədlər məhkəməyə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinə təqdim etdiyi vəsatətində də qeyd etdiyi kimi ona qarşı qaldırılmış iddianı ümumiyyətlə qəbul etmir. Çünki İddiaçı MMC-nin məhkəməyə təqdim etdikləri aktlarda və digər sənədlərdə olan imzalar ona məxsus deyil və həmin sənədlərdə olan imzalar həqiqəti əks etdirmir. Ekspertin ## ###### 2024-cü il tarixli rəyindən görünür ki, konkret olaraq imzalar ona məxsus deyil. Tədqiqatın nəticə hissəsində isə həmin imzaların eyni şəxsə məxsus olduğu bildirilir. Bu da onu deməyə əsas verir ki, imzalar ona məxsus deyil. O, imzalar hansı şəxs tərəfindən imzalanıbsa həmin şəxsə məxsusdur. Rəyin nəticə hissəsində göstərilir ki, aktda, cədvəllərdə və həmin sənədin sonunda edilən imzalar eyni şəxsə məxsusdur. Halbuki o, ümumiyyətlə heç bir sənədi imzalamamışdır. Həmin imzalar isə onun imzaları deyil. Beləliklə məhkəmə isə iddiaçının mülahizəsini əsas tutaraq qətnamə qəbul etmişdir.

20. İddiaçının tələbi tam əsassızdır və mənə qarşı irəli sürdüyü iddia tələbi qanunsuzdur. Əgər onun həqiqətən də İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə borcu olsa idi iddiaçı ona əlavə mal verməzdi və onun barəsində müvafiq tədbir görülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edərdi. Belə ki, onun qarşı tərəfə heç bir borcu yoxdur və olmayıb.

21. Zaqatala Rayon Məhkəməsinin qətnaməsində göstərilib ki, o məhkəməyə dəvət olunsa da gəlməmiş və imza etməkdən yayınmışdır. Əksinə həqiqətin ortaya çıxarılması ilə bağlı vəsatət vermişdir. Əgər imza nümunələri lazım olsa idi o, məmuniyyətlə imza nümunələrini məhkəməyə təqdim edərdi. Qətnamənin bu hissəsi ilə də razı deyil.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, yəni maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

23. Odur ki, apellyasiya şikayətinin təmin edilərək Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Kaltayev İlkin Aydın oğlu apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. 192-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 199-cu maddəsinə əsasən işçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200-cü maddəsinə əsasən tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

31. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)- **/**** nömrəli qətnaməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

35. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında ##.##.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdeh Cavabdeh iddiaçı təşkilatda şatış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin ## #### 2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdehin fəaliyyəti yoxlanılarkən, ##.##.2023-##.##.2023-cü il tarixdə 15904.78 manat, ##.##.2023-cü il tarixdə 6819.42 manat, ##.##.2023-cü il tarixdə 1141.68 manat, ##.##.2023-cü il tarixdə 348 manat məbləğində çatışmazlıq aşkar edilmiş və iddiaçı təşkilata cavabdeh tərəfindən qeyd olunan məbləğlərdə ziyan vurulması müəyyən olunmuşdur. ##.##.2023-cü il tarixdə işəgötürən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında bağlanmış ##.##.2022ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı İddiaçı MMC cavabdeh tərəfindən işlədiyi dövr ərzində şirkətə vurduğu cəmi 24310.27 manat maddi ziyanın ödənilməsini tələb etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir.

37. Kollegiya apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulması, onun etirazının diqqətə alınmaması, halbuki əgər ədalətli araşdırma olsa idi qarşı tərəfə ümumiyyətlə borcunun olmadığı və müqavilənin saxta imzalar atılaraq ortaya çıxmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 39.İşdə olan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında ##.##.2022-ci ildə bağlanmış "Tam maddi məsuliyyət haqqında müqavilə"nin məzmunundan görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmaması ilə əlaqədar öhdəlik götürmüşdür. 40.İşdə olan İddiaçı firmasının Satış Audit şöbəsinin auditi X9 və bölgə müdiri X2 tərəfindən imzalanmış və ##.##.2023- ##.##.2023-cü il tarixləri əhatə edən yoxlama nəticəsində tərtib edilmiş və Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus məhsulların satışından əldə edilən 15904.78 manat məbləğində pul vəsaiti Şirkətin xəzinəsinə ödənilməmişdir. 41.İşdə olan İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən xxxx ##.##.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 6819.42 manat məbləğində maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, filial müdiri X8 və audit X5 tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

42. İşdə olan Cavabdeh ##.##.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o Araz şəbəkə Qaxda yaranmış 6819.42 manat fərqi tez bir zamanda ödəyəcəkdir.

43. İşdə olan İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən xxxx ##.##.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 1141.68 manat maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, bölgə müdiri X2 və təftiş mütəxəssisi X6 tərəfindən imzalanmaqla təsdiq edilmişdir. 44.İşdə olan Cavabdeh ##.##.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o, Araz şəbəkə marketdə yaranmış 1141.68 manat fərqi şəxsi hesabına atılmasına etiraz etmir.

45. İşdə olan İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən xxxx ##.##.2023-cü il tarixli aktından görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 348 manat maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, bölgə müdiri X2 və təftiş mütəxəssisi X6 tərəfindən imzalanmaqla təsdiq edilmişdir.

46. İşdə olan Cavabdeh ##.##.2023-cü il tarixli imzası ilə təsdiq edilmiş izahatından görünür ki, o, Araz şəbəkəsində yaranmış 348 manat dəyərində fərqi şəxsi hesabına atılmasına etiraz etmir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı MMC-nin məhkəməyə təqdim etdikləri aktlarda və digər sənədlərdə olan imzaların ona məxsus olmaması və həmin sənədlərdə olan imzaların həqiqəti əks etdirməməsi, onun ümumiyyətlə heç bir sənədi imzalamaması, Zaqatala Rayon Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, o məhkəməyə dəvət olunsa da gəlməmiş və imza etməkdən yayınmışdır. Əksinə həqiqətin ortaya çıxarılması ilə bağlı vəsatət verməsi, əgər imza nümunələri lazım olsa idi o, məmuniyyətlə imza nümunələrini məhkəməyə təqdim edərdi kimi dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh Cavabdeh aktlarda və izahatlarda olan imzaların ona aid olmadığını və onun tərəfindən icra olunmadığını mübahisələndirmiş, məhkəmənin qərardadı əsasında xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2024-cü il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 mart, 06 aprel və ## ##### 2023-cü il tarixli aktlarda “Cavabdeh” sözlərinin qarşısındakı imzalar, ## ##### 2023cü il tarixdən ## ##### 2023-cü il tarixədək Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması barədə akt cədvəldə “Təhvil verən satış nümayəndəsi ad soyad imza” qrafasındakı imzalar, həmin cədvəlin sonuncu səhifəsində "Cavabdeh“ sözlərinin qarşısındakı imza, ## ##### 2023-cü il tarixli izahatın sonunda “İmza qrafasındakı imza - EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, Cavabdeh adından olan 2 ədəd ## ##### 2023-cü il tarixli izahatların sonunda “İmza” qrafasındakı imzalar- EYNİ ŞƏXS tərəfindən icra olunmuşdur. Bundan sonra cavabdeh həmin rəylə razılaşmadığından əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir.

48. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## #### 2025-ci il tarixli “ekspert vəsatəti”ndən görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının aparılması üçün Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5-7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi xahiş olunmuşdur.

49. İşdə olan Zaqatala Rayon Məhkəməsi tərəfindən Cavabdeh ünvanlanmış ## #### 2025-ci il tarixli məktubdan görünür ki, ## #### 2025-ci il tarixli “ekspert vəsatəti”nin təmin edilməsi xahiş olunmuşdur. Məktub “burda yaşamır” qeydi ilə geri qaytarılmışdır. 50.İşdə olan Telefonoqramlardan görünür ki, Zaqatala Rayon Məhkəməsinin böyük məsləhətçisi Əliyeva Ayşə İsrafil qızına məxsus 554357539 mobil telefon nömrəsi ilə dəfələrlə 707919494 və 773179241 mobil telefon nömrələri vasitəsi ilə cavabdeh Cavabdeh ilə əlaqə saxlanılaraq 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5-7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim etməsinin zəruriliyi, ondan imtina etmənin nəticələri barədə məhkəmə tərəfindən məlumatlandırılmışdır.

51. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş ## ### 2025-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatdan görünür ki, Cavabdeh 2-3 sənəddə olan sərbəst xətt və imza nümunələrini (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, fərdi uçot kartoçkası və s) və 5-7 vərəqdə eksperimental xətt və imza nümunələrinin təqdim edilməsi barədə ## #### 2025-ci il tarixdə vəsatət verilmiş, ## ##### 2025-ci il tarixdə məlumat xarakterli məktub daxil olsa da, lakin vəsatət təmin olunmamışdır. Bunla da ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aprılmasından imtina edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlillərinin tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və mülki işin materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir.

53. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ## ###### 2026-cı il tarixdə vəsatət ünvanlayaraq X4 xətt və imza nümunələrinin ekspertə təqdim olunmasının təmin olunması xahiş olunmuşdur. Məhkəmə kollegiyasının ## ###### 2026-cı il tarixli məktubu ilə ekspert vəsatəti cavabdeh Cavabdeh və nümayəndəsi Kaltayev İlkin Aydın oğluna göndərilməklə, cavabdehin Şəki Apellyasiya Məhkəməsinə yaxınlaşaraq imza və xətt nümunələrini təqdim etməsi, eləcədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri izah olunmuşdur. Lakin cavabdeh tərəfindən ekspert vəsatətində göstərilmiş sənədlərin, eləcədə imza və xətt nümunələrinin məhkəməyə təqdim olunması təmin olunmamış, bu səbəbdən ekspertizanın aprılmasından imtina olunmuşdur.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

55. Həmin Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

56. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

58. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

59. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

61. Belə ki, cavabdeh tərəf öz etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

62. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar