Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1229/2020 24.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı, cavabdehlər X4 və İsmayılova (Məmmədova) Luinza Əli qızının iştirakları ilə, İddiaçı cavabdehlər X6 və İsmayılova (Məmmədova) Luinza Əli qızına qarşı mənzilə köçürmə tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsindən cavabdehlər X11 və İsmayılova (Məmmədova) Luinza Əli qızı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsi ilə (hakim Günay Cavdova) iddiа təmin edilmiş, İddiaçı Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilinə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər İsmayılov Mərkəz Əli oğluna və İsmayılova (Məmmədova) Luinza Əli qızına qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə Aran Kommunal X3 tərəfindən mərhum həyat yoldaşı X17 oğluna və ailə üzvülərinə, yəni ona və iki azyaşlı uşaqlarına verilmiş 1 mərtəbəli 2 otaqlı, 32,0 kv.m yaşayış sahəsi olan mənzilə onun köçürülməyinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, xx xxxxxx 2015-ci il tarixdə Aran Kommunal X3 tərəfindən mərhum həyat yoldaşı X5 və ailə üzvülərinə, yəni ona və iki azyaşlı uşaqlarına 1 mərtəbəli 2 otaqlı, 32.0 kv.m yaşayış sahəsi olan mənzil verilmişdir. Həyat yoldaşı vəfat etmişdir. Qaynatası və qaynanası onu evdən çıxarmış, uşaqlarını isə əlindən almışdır. Yevlax Rayon Məhkəməsinin, daha sonra isə Şəki Apellyasiya Məhkəməsinin müvafiq qətnamələrinə əsasən azyaşlı uşaqlarının qaynatasından və qaynanəsından alınaraq ona verilməsi qət edilmişdir. Mənzilə dair sosial kirayə müqaviləsində mərhum həyat yoldaşının, onun və uşaqlarının adı yazılsa da, hazırda Yevlax rayon Aran Mənzil Təmir İstismar sahəsinin rəisi X16 mənzilin sənədləşdirilməsində saxtakarlıq etmiş və mənzilə dair müqavilədə onlardan başqa qaynatası Cavabdeh1 da adı qeyd olunmuşdur. Hazırda cavabdehlər ona, qeyd olunan mənzildən istifadə etməyə icazə vermirlər. O, birgə nikah müddətində mərhum həyat yoldaşı X9 ilə əldə etdiyi 1 mərtəbəli 2 otaqlı, 32.0 kv.m yaşayış sahəsi olan mənzilə köçmək istəyir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı və onun nümayəndəsivəkil Sevda Bəkirova iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh L.Məmmədova məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Cavabdeh1 məhkəməyə müraciət edərək xəstə olduğu üçün məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdehlər X11 və İsmayılova(Məmmədova) Luinza Əli qızı apelyasiya şikayəti vermişlər. Apelyasiya şikayətinin dəlilləri Cavabdehlər X11 və İsmayılova(Məmmədova) Luinza Əli qızı apelyasiya şikayətini əsaslandıraraq göstərmişlər ki, qətnaməni qanunsuz və əsassız hesab edirlər. Qətnamə qanunun tələblərini pozmaqla çıxarıldığından əsaslı hesab edilə bilməz. Yevlax Rayon Məhkəməsi işə mahiyyəti üzrə baxsa da, həqiqətə nail olmaq üçün bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, mübahisə mahiyyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla hüququn tətbiqində məhkəmə səhv edərək düzgün olmayan qərar qəbul etmiş, nəticədə Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci, 385.1.3-cü və 385.1.4-cü maddələrinin tələbləri və ədalətli məhkəmə baxışı hüquqları əhəmiyyətli dərəcədə pozulmuşdur. Qeyd olunan mənzil ona məxsusdur. Mənzilin heç bir sənədləri mövcud deyil. İddiaçı onların oğlunun keçmiş həyat yoldaşı olmuşdur. Oğlu onun üstündə özünə qəsd edib. İddiaçı ilə münasibətləri son dərəcədə pis vəziyyətdədir. Həmin evdə onlar yaşayır. Onun bu evdə yaşamasına oğluyla evlənən vaxtı müvəqqəti olaraq razı olmuşlar. Yevlax Rayon Məhkəməsinin qətnaməsi ilə ona aid cer-cehiz əşyalarının mübahisəsi olmuşdur. Şəxs iddiada qaldırdığı tələbini qismən təmin etdirib. Yaxın günlərdə öz əşyalarını da evindən çıxarmalıdır. Ona məxsus olan, sahibliyində olan hazırda yaşadığı mənzilə iddiaçının yaşamasına və daxil olmasına razı deyildir. Məhkəmə onun itirakını təmin etmədən qərar qəbul edərkən onun mövqeyini də dinləməli və nəzərə almalı idi. İddiaçı evində 1 il 9 aydır ki, yaşamır. Uşaqlarını atıb çıxıb gedib. Hər iki uşağı ona nifrət edir. Belə bir vəziyyətdə hansı niyyətlə və üzlə bu evə gəlmək istədiyini dərk edə bilmir. Məhkəmə hüquqi əsasları olmayan bir evə şəxsin köçürülməsini təmin edib.O, bu halla razılaşmır. Hesab edir ki, sahibliyində olan bu mənzilə şəxsin köçürülməsi qanuni deyil. O, qətnaməni rədd edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni məhkəmə qətnaməsi çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdehlər X11 və İsmayılova (Məmmədova) Luinza Əli qızı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər X11 və İsmayılova (Məmmədova) Luinza Əli qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 182 №li nikah haqqında şəhadətnamədən görünür ki, İsmayılov Samir Mərkəz oğlu ilə X12 arasında xx.xx.2008-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2008-ci ilin aprel ayının 07-ci günündə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İşdə olan AZ-İİ seriyalı 101700 №li və AZ-İİ seriyalı 280659 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahdan xx xxxxx 2008-ci il təvəllüdlü Samirə və xx xxxxx 2009-cu il təvəllüdlü Sahil adlı uşaqları var. İşdə olan Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 182 №li ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayılov Samir Mərkəz oğlu xx xxxx 2018-ci il tarixdə vafat etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, mənzil təmir istismar sahəsi ilə vətandaşlar arasında mənzillərin kirayə müqaviləsindən görünür ki, kirayə verən-Yevlax rayonu Aran qəsəbəsinin Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə kirayəçi-X7 arasında Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilə dair kirayə müqaviləsi bağlanmışdır və X7, həyat yoldaşı İddiaçı, xx.xx.2008-ci il təvəllüdlü X8 və xx xxxxx 2009-cu il təvəllüdlü X1 ailə üzvü kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1, 59.2, 68.1, 68.2 və 68.4-cü maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsi, Q.Məmməd küçəsi 3 nömrəli binanın yaşayış sahəsi 32,0 kv metr olan 2 otaqlı, 3 nömrəli mənzilixx.xx.2017-ci il tarixli sosial kirayə müqaviləsi əsasında, yəni tərəflərin nikahda olduqları dövrdə X2 və onun ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Həmin müqavilədə iddiaçı kirayəçinin ailə üzvi kimi qeyd olunmuşlar. İddiaçı, hazırda kirayəçi S.İsmayılovun ailə üzvü hesab olunmasa da Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normaları və Azərbаycаn Respublikаsının Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını nəzərə alaraq hesab edir ki, iddiaçı özü bütünlüklə hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olduğundan bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətlərində qoyulmuş əsaslarla qətnamənin ləğv edilməsinə və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdehlər X11 və İsmayılova (Məmmədova) Luinza Əli qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)- 237/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-237/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdehlər X11 və İsmayılova (Məmmədova) Luinza Əli qızı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1229/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1229/2020
24.06.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver