Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2022 02.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun məcburi qaydada alınması tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia təmin edilmiş, Cavabdeh 09 may 2017-ci il tarixli nömrəyə dair müqavilə, eyni zamanda İ-Phone 7 markalı telefona dair Abunə müqaviləsinə Əlavə üzrə 2,871.36 manat ödənilməmiş borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manatın, cəmi 2,891 (iki min səkkiz yüz doxsan bir) manat 36 (otuz altı) qəpiyin İddiaçı MMC-nin xeyrinə tutulması, ödənilməli olan 10 (on) manat dövlət rüsumunun Cavabdeh dövlət büdcəsi xeyrinə tutulması, ekspertiza tədqiqatının dəyəri 140 (bir yüz qırx) manatın Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı MMC Cavabdeh qarşı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək borcludan müəssisənin xeyrinə 2,871.36 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun, ümumi 2,891.36 manat vəsaitinin məcburi tutulması barədə əmrin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında əmr ləğv edilərək iddia icraatına keçilmişdir. İddiaçı MMC ərizəni belə əsaslandırmışdır ki, “Azercell” ilə borclu arasında abunə müqaviləsi bağlanmış, müqavilə şərtlərinə görə ona ********* nömrə və “İ Phone 7” markalı mobil telefonu 24 ay müddətinə hər ay X1 nəzərdə tutulmuş qaydada ödəniş etmək şərti ilə verilmişdir. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. X2 3-cü bəndinə uyğun olaraq, Abunəçi əldə etdiyi cihazın müqabilində hər ay ƏDV daxil 169 manat aylıq haqq ödəyəcəkdir. Hər hansı səbəbdən müvafiq nömrə ilə bağlı münasibətlərə xitam verildikdə və ya Abunə müqaviləsində nəzərdə tutulmuş qaydada xidmət göstərilməsində məhdudiyyət qoyulduqda bu Əlavədə göstərilən cədvəldə müəyyən edilmiş cərimə məbləğini tam ödəyəcəkdir. Lakin üç faktura üzrə borclar ödənilmədiyindən fakturaya aylıq borcdan başqa cihazın dəyəri də, yəni ƏDV daxil olmaqla abunəçinin cəmi borcu 2,871.36 manat təşkil etmişdir. İddiaçı MMC nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh İ-Phone 7 markalı telefona dair 09 may 2017-ci il tarixli müqavilədə olan imzanın ona aid olmadığını bildirsə də, eyni tarixdə, yəni 09 may 2017-ci il tarixdə İ-Phone 7 markalı telefonla birlikdə mobil nömrə almış və həmin nömrə hazırda da cavabdehin istifadəsindədir. İ-Phone 7 markalı telefona dair müqavilə cavabdehin özünün müraciəti əsasında şəxsən onun özü tərəfindən imzalanmışdır. Bu zaman cavabdeh öz şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, 09 may 2017- ci il tarixdə İddiaçı MMC-nin hər hansı bir dükanına müraciət etməmiş, İ-Phone 7 markalı telefon almamışdır. İddiaçı tərəfin təqdim etdiyi həmin tarixli müqavilələrdə olan imzalar ona məxsus deyil. Ehtimal edir ki, bunu həmin zaman onun rəhbərlik etdiyi şöbənin əməkdaşı Orxan İsmayılov edib. Belə ki, Orxan ona müraciət edərək “Azercell” tərəfindən keçirilən kampaniyada onun ballarının toplandığını bildirmiş və bunu əldə etmək üçün ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Orxana etibar etdiyindən şəxsiyyət vəsiqəsini ona vermişdir. 050 *** ** ** nömrəsi onun özünə məxsusdur və hazırda da istifadəsindədir. Həmin nömrəni almağı həmin zaman tanışından xahişdir və həmin tanışı alıb nömrəni gətirib ona vermişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri- qanuni və əsassız hesab edir. Belə ki, məhkəmə işə birtərəfli və səhti yanaşmış, işin halları hərtərəfli araşdırılmamış və tərəflərin qarşılıqlı münasibətlərinə düzgün hüquqi qiymət verilməmişdir. O, "xxxx"MMC- dən heç bir marka telefon almamışdır və bununla bağlı heç bir sənədə - müqaviləyə imza etməmişdir. İddiaçı tərəfin təqdim etdiyi müqavilədə imzanın ona məxsus olub - olmamasının müəyyən edilməsi üçün məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsinə dair qərardad qəbul edilsə də, ekspert rəyi birmənalı deyildir. Təkrar və komisyon məhkəmə xəttşünaslıq ekspertizasının keçirilməsi məqsədəmüvafiq olsa da, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə buna ehtiyac görməmişdir. Eyni zamanda zəruri əlavə sübutların təqdim edilməsini iddiaçı tərəfə təklif etməmiş, o cümlədən məhkəməyə təqdim etdiyi əsaslandırılmış etirazları nəzərə alınmamışdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)- 1097/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilələrin surətindən görünür ki, sonuncu, ********* nömrə və hər ay 169 manat ödəmək şərti ilə İMEİ nömrəsi **********33706, “İ-Phone 7 (128 gb)” markalı telefon almışdır. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh 30 may 2018-ci il tarixə 2,871.36 manat məbləğində borcu vardır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 4/769 nömrəli 15 iyul 2021-ci il tarixli ekspert rəyində qeyd edilir ki, ekspertizaya təqdim olunmuş İddiaçı MMC və Cavabdeh adlarında olan 09.05.2017-ci il tarixli Abunə müqaviləsinin “Abunəçi” qrafasındakı imzanın – tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə Cavabdeh tərəfindən icra olunub – olunmaması haqqında rəy vermək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 567, 600.1, 600.4, 601.1 və 601.2-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 09 may 2017-ci il tarixdə 050 *** ** ** mobil nömrəyə dair müqavilə, eyni zamanda İ-Phone 7 markalı telefona dair Abunə müqaviləsinə Əlavə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə Cavabdeh hər ay 169 manat ödəməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı MMC-yə ümumiyyətlə şəxsən, mobil nömrəyə və mobil telefona görə müraciət etmədiyini və qeyd edilən müqavilələri imzalamadığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla əlaqədar təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizası ilə də onun bu dəlilini, yəni müqavilənin onun tərəfindən imzalanmadığını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, cavabdeh qeyd edilən müqavilələrin rəhbərlik etdiyi şöbənin əməkdaşı tərəfindən bağlandığını bildirmiş, bununla bağlı məhkəmə iclası təxirə salınsa da onun iştirakını iclasda təmin etməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh mülki qanunvericiliyin istinad edilən normalarını, habelə aralarında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozmuş və bu səbəbdən iddiaçının yaranmış borcu tələb etmək hüququ yaranmışdır. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, cavabdeh almış olduğu əmlakın dəyərini tam olaraq ödəməmiş və həmin əmlaka görə onun ödəmilməmiş 2,871.36 manat borcu qalmışdır. Borcun düzgün hesablanmadığına dair hər hansı sübut müəyyən olunmamışdır. Beləliklə, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xərci, ödənilmiş dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh iddiaçının xeyrinə, ödənilməli olan daha 10 manat isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəsatəti də nəzərə alınmaqla təyin edilmiş təkrar məhkəmə-xəttşünaslıq ekspertizası barədə qərara əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş 7 dekabr 2021-ci il tarixli 4/1590 nömrəli ekspert rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim olunmuş, mülki işin 48-ci vərəqində olan "xxxx" MMC ilə Cavabdeh adlarından olan 09.05.2017-ci il tarixli abunə müqaviləsinin və 52-ci vərəqəsində olan 18.01.2017-ci il tarixli abunə müqaviləsinə əlavənin “Abunəçi” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdehin mübahisələndirdiyi müqavilələrdə olan imzaların ona məxsus olması yuxarıda göstərilən ekspert rəyi ilə təsdiq edildiyindən apellyasiya şikayətində göstərilənlər əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(039)-1097/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 124 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-123/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-123/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver