Məhkəmə qərarları › İş №2(107)-123/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-123/2024

17.01.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-123/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və sair tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X* ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə*, cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin nümayəndəsi Nümayəndə2 və onun vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və sair tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)-729/2023 nömrəli qətnaməsindən cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları *. İddiaçı *5.09.20*4-cü il tarixdə Balakən şəhər Nizami adına tam orta məktəbi ilə müddətli əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə riyaziyyat müəllimi təyin edilmişdir. Tərəflər arasında hər il müddətli əmək müqaviləsi rəsmiləşdirilmiş, sonuncu müddətli əmək müqaviləsi 02 dekabr 2022-ci il tarixdə bağlanmışdır. Həmin müqavilənin qüvvədə olma müddəti *4 iyun 2023-cü il tarix olaraq müəyyən edilmişdir. *4 iyun 2023-cü il tarixli 34 nömrəli əmrə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xxxxxxx000500 nömrəli müqaviləyə xitam verilmişdir. Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh*nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi-vəkilinin yazılı razılıq ərizəsi əsasında Cavabdeh* məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokol qərarına əsasən, əsl cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi ilə əvəz edilmişdir.

4. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, *5 sentyabr 20*4-cü il tarixli əmrə əsasən, həmin tarixdən Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə işə qəbul edilmiş, tərəflər arasında *5 sentyabr 20*6-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır. *7 aprel 2023-cü il tarixədək tərəflər arasında hər il müddətli əmək müqaviləsi rəsmiləşdirilmiş, sonuncu müddətli əmək müqaviləsi 02 dekabr 2022-ci il tarixdə bağlanmış, həmin müqavilənin qüvvədə olma müddəti *4 iyun 2023-cü il tarix olaraq müəyyən edilmişdir. Bundan sonra, *7 aprel 2023-cü il tarixdə tərəflər arasında bağlanmış xxxxxxx000500 nömrəli müqaviləyə işə götürən tərəfindən xitam verilmiş, tərəflər arasında xxxxxxx00050* nömrəli yeni müqavilə rəsmiləşdirilmiş, sonuncu müqavilənin qüvvədə olma müddəti göstərilməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminə müddətsiz olaraq qeydiyyata alınmış, bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş *4 iyun 2023-cü il tarixli 34 nömrəli əmrə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə yenidən xxxxxxx000500 nömrəli müqaviləyə xitam verilmişdir. O, mübahisənin məhkəmədən kənar həll edilməsi üçün ilk öncə mediatora müraciət etmiş, lakin tərəflər arasında barışığın əldə edilməsi, iddiaçının təkrar işə bərpa olunması mümkün olmamışdır. Bu səbəbdən mediator tərəfindən “mediasiya prosesinə xitam verilməsi haqqında” barədə protokol təqdim edilmiş, ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh Balakən rayon Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin direktoru Nümayəndə2 iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, mübahisə predmeti olan əmr qanunvericiliyin tələblərinə uyğun tərtib olunmuşdur, onun ləğvi üçün əsas yoxdur. Eyni zamanda onu da bildirir ki, iddiaçı işlədiyi müddətdə bacarıqlı müəllim kimi tanınmış, işə qəbul müsabiqəsində yüksək bal toplamış, 20*7-ci ildə DQ-də iştirak edərək 53 bal toplayaraq imtahanda uğur qazanmışdır. Göstərilənlərə əsasən qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, İddiaçı *5.09.20*4-cü il tarixdə Balakən şəhər Nizami adına tam orta məktəbi ilə müddətli əmək müqaviləsi bağlayaraq, ixtisası üzrə məktəbə riyaziyyat müəllimi təyin edilmişdir. Həmin vaxtdan sonra iddiaçı ilə cavabdeh arasında mütəmadi olaraq əmək münasibətləri davam etmiş, tərəflər arasında sonuncu bağlanmış *7.04.2023cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsində müqavilənin bitmə tarixi göstərilməmiş, bunlara baxmayaraq, iş üzrə cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmri ilə məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli hesab edilməklə müqavilənin bitməsi əsası ilə *7.04.2023-cü il tarixdə artıq qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilmidir. Tərəflər-İddiaçı və Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin direktoru Nümayəndə2 hazırki mübahisə ilə bağlı mediasiya prosesində iştirak etmiş, tərəflərin qarşılıqlı razılaşması ilə mübahisənin həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edildiyindən mediasiya prosesinə xitam verilmişdir. Mediasiya prosesinin keçirilməsi üçün 50 (əlli) AZN məbləğində mediasiyaya dair xərcini İddiaçı təktərəfli qaydada ödəmişdir.

7. İddiaçı ilə sonuncu dəfə *7.04.2023-cü il tarixdə müddətsiz əmək müqavilə bağlanmasına və onunla bağlanmış sonuncu *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq artıq *7.04.2023-cü il tarixdə qüvvədən düşmüş xxxxxxx000500 nömrəli əmək müqaviləsinə təkrar xitam verilərək işdən azad edilmişdir. Qanunun tələbinə görə (Əmək Məcəlləsinin 7- ci maddəsinin 2 və 2-*-ci bəndləri) əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığından, iddiaçı ilə cavabdeh arasında bağlanmış sonuncu əmək müqaviləsində müqavilənin qüvvədə olma tarixi göstərilmədiyindən həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Lakin qeyd olunan əmrdən görünür ki, orada əmək müqaviləsinin ləğv edilməsinin əsasları qanunvericiliyə uyğun olmamış, hüquq norması düzgün tətbiq edilməmiş, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmiş, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmasına baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş əsaslar olmadan xitam verilməklə iddiaçının əmək hüquqları kobud şəkildə pozulmuşdur. Hətta iddiaçı ilə müddətli əmək müqaviləsi balandığı ehtimal olunsa belə (hərçənd ki, bu belə deyildir), burada da əmək qanunvericiliyinin tələbləri pozulmuş; qanunun tələbinə (Əmək Məcəlləsinin 45-ci maddəsi) müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilməsinə baxmayaraq cavabdeh tərəfindən tam qanunsuz olaraq əmək müqasiləsinə xitam verilmişdir. Bu da sözügedən əmrin yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun olmadığını və heç bir faktoloji və hüquqi əsasa söykənmədiyini göstərir.

8. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmasına, *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi qüvvədə olmasına baxmayaraq, qanunsuz olaraq *4.06.2023-cü il tarixdə verilmiş məktəbin 34 №-li əmrilə qüvvədə olmayan xxxxxxx000500 nömrəli əmək müqaviləsinə xitam verilmiş, əsassız olaraq iddiaçı işdən azad edilmişdir. Bu səbəbdən həmin əmr yuxarıda göstərilən əsaslara görə qanunvericiliyin tələblərinə uyğun olmadığından ləğv olunmalı, İddiaçı Balakən şəhər Nizami adına tam orta məktəbində əvvəlki riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməli və həmin vəzifəyə bərpa edilən dövrə qədər ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.

9. Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)-729/2023 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia təmin olunmuş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin *4.06.2023-cü il tarixli 34 nömrəli əmrinin ləğv edilməsi; İddiaçı Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi; İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi; İddiaçı ödədiyi 50 manat mediasiyaya dair xərc cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən alınaraq, İddiaçı verilsin; cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbindən 50 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. *0. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: *5.09.20*4-cü il tarixli xxxxxxx000*0* nömrəli əmək müqaviləsi bildirişi *5.09.20*6-cı il tarixli xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişi *5.09.20*7-ci il tarixli xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişi *5.09.20*8-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsi bildirişi 02.*2.2022-ci il tarixli xxxxxxx000500 nömrəli əmək müqaviləsi bildirişi *7.04.2023-cü il tarixli xxxxxxx00050* nömrəli əmək müqaviləsi bildirişi İddiaçı ******* №-li əmək kitabçası Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi üzrə *4.06.2023-cü il tarixdə verilmiş məktəbin 34 №-li əmrdən çıxarış Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin xx.xx.2023-cü il tarixli 232 nömrəli arayışı Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MŞŞ/MT0*8/2023-0*662 saylı protokol **. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

*2. Cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı İddiaçı əmək haqqında artımın olması ilə bağlı işçinin aylıq əmək haqqının məbləğində dəyişiklik edilmiş və onun əmək haqqı 834.39 manat olduğundan *7.04.2023-cü il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin əmək haqqı məbləği hissəsinə dəyişiklik edilmiş və işçinin aylıq əmək haqqı məbləği 500 manatdan 834.39 manata dəyişiklik edilmişdir. İddiaçı ilə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi arasında 20*4-cü ildən 20*9-cu ilədək hər il dərs ili müddətini əhatə edən müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqavilələri bütöv ili deyil, yalnız tədris dövrünü əhatə etdiyinə görə tərəflər arasında yaranmış əmək münasibətləri fasiləsiz hesab edilə bilməz. İddiaçı ilə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi arasında heç vaxt müddətsiz müqavilə bağlanmamışdır. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı *7.04.2023-cü il tarixli əmək müqaviləsi bildirişi işçinin orta aylıq əmək haqqının məbləğinin artması ilə bağlı olmuşdur. Həmin müddətli əmək müqaviləsinin qurtardığı tarix də *4.06.2023-cü il göstərilmişdir. 04.*2.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi ilə *7.04.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində fərq yalnız işçinin orta aylıq əmək haqqının məbləği ilə bağlıdır. Məhkəmə işin bu hallarını ümumiyyətlə araşdırmamışdır *3. Eyni zamanda, İddiaçı 27.02.20*9-cu ildən *3.02.2022-ci il tarixədək qismən ödənişli sosial məzuniyyətinə çıxması, *3.02.2022-ci il tarixdən 0*.*2.2022-ci il tarixədək ödənişsiz, öz hesabına məzuniyyətdə olması, 0*.*2.2022-ci il tarixdən işə qayıtması da tərəflər arasında yaranmış əmək münasibətlərini fasiləsiz davam etməsi anlamına gələ bilməz. *4. Ona görə də, Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)- 729/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri *5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları *6. Məhkəmə kollegiyasının iclasında cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin nümayəndəsi Nümayəndə2 və onun vəkili Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. *7. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə* apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)-729/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

*8. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 7-ci maddəsinin 2 və 2-*-ci bəndlərinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 42-ci maddəsinin *-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam veriləbilər. 73-cü maddəsinin *-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması,habelə bu Məcəllənin *79-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə(vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək, o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam vreilə bilər. 83-cü maddəsinin *-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olaraq başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda, bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq, əmək müqaviləsinin ləğv edilməsi işə götürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin * və 2-ci bəndlərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı,qərarı) yalnız bu maddənin birinci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ- hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. 300-cü maddəsinin *-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.

*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.*-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.*-ci, 2*7.3-cü və 2*7.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 2*8.*-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.*-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.*.*, 385.*.3 və 385.*.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.*-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il *4 oktyabr tarixli, 04 nömrəli qərarının *7-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” *4 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. 2*. Cavabdeh Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)- 729/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İşə bərpa olunması barədə iddianın hüquqi əsası kimi Əmək Məcəlləsinin 300-cü maddəsi çıxış edir. Həmin normada işçinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi üçün vacib şərtlər kimi: *. işəgötürənin əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq xitam verməsi; 2. Əmək Məcəlləsinin 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən əmək müqaviləsinə xitam verilməsi; 3. Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verməsi müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının əmək müqaviləsinə cavabdeh tərəfindən Əmək Məcəlləsinin 68.2b bəndi ilə xitam verilmişdir. İddiaçı isə əmək müqaviləsinin müddətsiz olduğunu bildirməklə müqaviləyə həmin bəndlə xitam verilməsinin əsassız olduğunu iddia etmişdir.

23. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən İddiaçı ilə sonuncu dəfə *7.04.2023-cü il tarixdə bağlanmış xxxxxxx00050* nömrəli əmək müqaviləsinin müddətsiz bağlanmasına istinad etmişdir. Məhkəmə kollegiyası həmin *7.04.2023-cü il tarixli “müqavilə” ilə bağlı qeyd edir ki, həmin tarixli əmək müqaviləsi deyil, əmək müqaviləsinə dəyişiklik mövcuddur. İddiaçının və məhkəmənin istinad etdiyi mülki işin *3-cü vərəqində olan “əmək müqaviləsi bildirişi”ndən görünür ki, bildirişin başlıq hissəsində tarix olaraq *7.04.2023-cü il – qüvvədə sözləri yazılmış, bildirişin mətnində isə “müqavilənin nömrəsi” olaraq xxxxxxx00050* və “müqavilənin tarixi” olaraq 02.*2.20*2-ci il göstərilmişdir. Mülki işin *4-cü vərəqində yer alan “əmək müqaviləsi bildirişi”ndən isə görünür ki, həmin - “müqavilənin nömrəsi” olaraq xxxxxxx00050* və “müqavilənin tarixi” olaraq 02.*2.2022-ci il, müqavilənin qüvvədən düşmə tarixi olaraq *4.06.2023 göstərilmişdir. O cümlədən, cavabdeh məktəb tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, 04.*2.2022-ci ildə sistemə daxil edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müqavilənin bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmişdir. Həmin bildirişdə işçinin aylıq əmək haqqı 500 manat qeyd olunur. *7.04.2023-cü ildə sistemə daxil edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə müqavilənin bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmişdir. Həmin bildirişdə işçinin aylıq əmək haqqı 834.39 manat qeyd olunur. Göründüyü kimi, *7.04.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmamış, 02.*2.2022-ci il tarixli müqaviləyə dəyişiklik edilməklə işçinin əmək haqqı artırılmışdır. Beləliklə, cavabdehin apellyasiya şikayənin bu qətnamənin *2-ci bəndində göstərilmiş dəlilləri sübuta yetirilir və əsaslıdır.

24. Birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi digər hal isə Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinin fasiləsiz davam etməsidir. İş materiallarının *7-23-cü vərəqlərində olan əmək kitabçasının surətindən görünür ki, *5 sentyabr 20*4-cü il tarixli əmrə əsasən, iddiaçı həmin tarixdən Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə işə qəbul edilmiş, tərəflər arasında *5 sentyabr 20*6-cı il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, *6.06.20*6-cı il tarixdə həmin əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*6-cı il tarixdən *4.06.20*7-ci il tarixədək yenidən əmək müqaviləsi bağlanmış, *4.06.20*6-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*7-ci il tarixdən *4.06.20*8-ci il tarixədək yeni əmək müqaviləsi bağlanmış, *4.06.20*8-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ilə *5.09.20*8-ci il tarixdən *4.06.20*9-cu il tarixədək yeni müddətli əmək müqaviləsi bağlanmış, 27.02.20*9-cu ildən *3.02.2022-ci il tarixədək İddiaçı qismən ödənişli sosial məzuniyyətə çıxmışdır. Azərbaycan dilində fasiləsiz sözünün leksik mənası “arada fasilə olmadan, fasilə vermədən, ara vermədən, arasını kəsmədən, arası kəsilmədən” deməkdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqavilələrinə müddəti bitdikdə xitam verilmiş, növbəti dəfə yenidən əmək müqaviləsi bağlanmış, proses bu şəkildə davam etmişdir. Müqavilə müddətləri dərs ilinə təsadüf etməklə əvvəlki müqaviləyə xitam verilməsi ilə sonrakı müqavilənin bağlanması arasında bir neçə ay müddət ötmüşdür. Beləliklə, iddiaçının cavabdeh məktəbdə işləmə müddəti “arası kəsilmədən” davam etməmiş, beləcə “fasiləsiz” olmamışdır.

25. Birinci instansiya məhkəməsinin iddianı təmin edərkən istinad etdiyi növbəti hal *7.04.2023-cü ildə qüvvədən düşdüyü göstərilən xxxxxxx000500 nömrəli müqaviləyə *4.06.2023-cü ildə yenidən xitam verilməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, məhkəmənin istinad etdiyi mülki işin *2-ci vərəqində olan “əmək müqaviləsi bildirişi”ndə xxxxxxx000500 nömrəli 02.*2.2022-ci il tarixli müqavilənin qüvvədən düşdüyü göstərilsə də, cavabdeh məktəb tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 04.*2.2022-ci ildə sistemə daxil edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi”ndə bağlanma tarixi olaraq 02.*2.2022-ci il, müqavilənin müddətinin bitdiyi vaxt olaraq *4.06.2023-cü il göstərilmiş müqavilənin nömrəsi xxxxxxx000500 olmuşdur. *7.04.2023-cü ildə sistemə daxil edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nin isə nömrəsi xxxxxxx00050* olmuşdur. Göründüyü kimi, xxxxxxx000500 nömrəli müqavilə *7.04.2023-cü ildə qüvvədən düşməmişdir. Həmin müqaviləyə *4.06.2023-cü il tarixli 34 nömrəli əmr ilə xitam verilmişdir.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)-729/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı əmrin ləğvi, işə bərpa və sair tələbinə dair iddiası rədd edilməlidir.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Balakən Rayon Məhkəməsinin *2 sentyabr 2023-cü il tarixli 2(0*9)-729/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinə qarşı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Balakən şəhər Nizami adına * saylı tam orta məktəbin *4 iyun 2023-cü il tarixli, 34 nömrəli əmrinin ləğv edilməsi, onun Balakən şəhər Nizami adına * saylı tam orta məktəbinin riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar