Məhkəmə qərarları › İş №2(107)-1230/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1230/2022

17.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1230/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbulu, miras əmlak payının müəyyən edilməsi, sübutetmə yükü, maddi hüquq normasının düzgün təfsir edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 2(046)-235/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən və mərhum atası X9 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının valideyinləri mərhum atası X11 anası (Nuriyeva) X10 ilə 13 aprel 1953-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından xx.xx.1962-ci il tarixdə Asif, xx.xx.1959-cu il tarixdə Rəfiqə, xx.xx.1964- cü il tarixdə Elxan, xx.xx.1956-cı il tarixdə Nərminə və xx.xx.1966-cı il tarixdə Rəqiyə anadan olmuşdur. Mərhum atası X11 xx.xx.1983-cii il tarixdə “Xroniki Bronxid” xəstəliyindən vəfat etmişdir. Göyçay şəhəri Xəqani küçəsi 3 saylı ev mərhum atası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilmişdir. X1 miras qalmış və ünvan 1 ünvanda yerləşən miras əmlakı sonuncu vəfat etdiyi tarixdən hazırki dövrə kimi faktiki olaraq qəbul edib, həmin əmlakı idarə edir. O həmin əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etsə də, onun bacısı Cavabdeh1 ilə sözügedən miras əmlakla bağlı ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Cavabdeh1, eləcə də, digər qanun üzrə vərəsələr mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. İddiaçının atası X7 dəfn və yas xərclərini, eləcə də, sonuncudan miras qalmış fərdi yaşayış evinə dair kommunal xərcləri ödəməyinə, başqa sözlə desək əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakdan pay tələb edir. Cavabdeh X4 miras qalmış əmlakı qanunla müəyyən olunmuş qaydada qəbul etməmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 2(046)-235/2022 saylı, 11 mart 2022-ci il tаrixli qətnaməsi ilə (hakim İ.Fəttahov) iddianın təmin edilməsi, İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən qəbul edilməsinın müəyyən edilməsi barədə tələbinin təmin edilməsi, bu qətnamənin mərhum X7 mülkiyyəti kimi qeydə alınmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsas olması, qətnamənin icrasının DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini mülkiyyətçinin vəfatından sonra sahiblik etməklə, həmin əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası MM-nin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat Kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə tələbi qanuni olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1159.1.1, 1159.5, 1243.2, 1243.3, 1255-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, Mülki məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Maddənin mənasına görə miras əmlakın bölüşdürülməsi miras şəriklərinin (vərəsələrin) razılıqları ilə aparılır. Şübhəsiz ki, bölgüdən ayrı-ayrı miras şəriklərinin narazılığı istisna olunmur. Buna görə də qeyd olunan maddədə nəzərdə tutulmuşdur ki, mirasın bölüşdürülməsində miras şərikləri arasında ixtilaflar olduqda, mübahisə məhkəmə qaydasında həll olunur. Qeyd edir ki, X8, X4 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yiyələnmiş və mirаs əmlаkı fаktiki surətdə idаrə etməyə başlamışdır. 1 il sonra ərə getsə də həmin evlə əlaqəsini kəsməmişdir. Hesаb edir ki, qeyd edilən xüsusаtlаr məhkəmə tərəfindən mərhum X7 ölümündən sonra miras qalmış əmlakların X8 tərəfindən faktiki qəbul edilməsi kimi qiymətləndirilməli idi. Qeyd edir ki, İddiaçı mərhum X7 ölümündən sonra miras qalmış əmlakı nə faktiki, nədəki rəsmi qəbul etməmişdir. O mərhum X7 ölümündən sonra miras qalmış əmlakı qəbul etməyi barədə Notariat Kontoruna ərizə ilə müraciət etməmişdir. İddiaçı mərhum X7 ölümündən sonra miras qalmış əmlakı nə faktiki, nədəki rəsmi qəbul etməyi barədə iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-maddəsinə görə : Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin məcəllənin 1243.2-ci maddəsinə görə : Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu muəyyənləşdirir: hüquqi və faktiki. Mirasın qəbul edilməsinin hüquqi üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin faktiki üsulu isə odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki üsulun özü iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu v ə miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində faktiki «ağalıq»edir. Miras əmlak faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi mirasın altı ay ərzində qəbul edilməsini nəzərdə tutur. Deməli, mirası qəbul etmək üçün qanunla altı aylıq müddət muəyyənləşdirilir. Bu o deməkdir ki, vərəsə altı aylıq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməsə, onda o həmin hüququ itirir. Belə ki, mirasın qəbul edilməsi müddətinin ötürülməsi (buraxılması) vərəsə üçün vərəsəlik hüququnun itirilməsinə səbəb olur. Göründüyü kimi məhkəmə Mülki Məcəllənin 1162-ci, 1291-ci, 1133.2-ci, 1243.1- ci, 1 2 4 3 .2 - c i , 1243.3-cü və 1255-ci maddələrinin tətbiqində səhvə yol vermiş, bununla da məhkəmə (Mülki Məcəllənin1162-ci, 1291-ci, 1133.2-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-cü və 1255-ci maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsalandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmişdir. Mülki işə baxılarkən birinci instansiya məhkəməsi iddia tələbi üzrə yekun nəticəyə gələrkən X2 izahatını səhv təfsir edərək onların məzmununu iddia tələbinin əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına yönələn xüsusatları isə onun iddia tələbinin təmininə yönələn xüsusatlar kimi qiymətləndirmişdir. Hesab edir ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göyçay rayon Məhkəməsinin 2(046)-235/2022-nömrəli,11 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlarəks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir. Qeyd edilənləri nəzərə alaraq o, Göyçay rayon Məhkəməsinin 2(046)-235/2022-nömrəli,11 mart 2022- ci il tarixli qətnaməsinin ləğv edilməsi, İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə iddiasının təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Göyçay rayon Məhkəməsinin 2(046)-235/2022-saylı, 11 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay rayon Məhkəməsinin 2(046)-235/2022-saylı, 11 mart 2022-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X10 qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Cavabdeh2, Göyçay Notariat Ofisinin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Göyçay rayon Məhkəməsinin 2(046)- 235/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)- 235/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən, yəni İddiaçı mərhum X1 ½ payına münasibətdə miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi onun payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi qismən əsaslıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, X11 ilə X10 xx.xx.1953-cü il tarixdə nikah bağlamışlar. Birgə nikahdan tərəflərin X5 xx.xx.1956-cı il tarixdə, X8, xx.xx.1966-cı il tarixdə Cavabdeh1, xx.xx.1959-cu il tarixdə, İddiaçı xx.xx.1962-ci il tarixdə, Cavabdeh2 xx.xx.1964-cü il tarixdə anadan olmuşlar. X11 xx.xx.1983-cü il tarixdə vəfat etmişdir. X4 ünvan 3 ünvanda yerləşən miras qalmış əmlakı vərəsələrdən yalnız İddiaçı qəbul etmiş, digər vərəsələr isə qəbul etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, eyni zamanda iddia tələbindən kənara çıxmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə X10 xx.xx.1953-cü il tarixdə nikah bağlamışlar. Məhkəmə qeyd edir ki, birinci instasiya məhkəməsində işə baxılan zaman tərəflərin məhkəmə iclası zamanı izahatları ilə müəyyən edilmişdir ki, hazırda mübahisə predmeti olan ünvan 3 ünvanda yerləşən əmlak mərhum X11 ilə X3 birgə nikah dövründə tikilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd edilən maddələrin tələbindən məlum olduğu kimi mərhum X7 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən hazırda mübahisə predmeti olan əmlakın ½ hissəsi üzrə tərəflərin anası X6 məxsusdur. Göründüyü kimi birinci instasiya məhkəməsi ünvan 3 ünvanda yerləşən əmlakın ½ hissəsinin X6 məxsus olduğunu nəzərə almadan, mübahisə predmeti olan əmlakın tam olaraq İddiaçı tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə səhvə yol vermiş, nəticədə maddi hüquq normasının tələbinin pozulması ilə qətnamə qəbul etmişdir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmidir ki, İddiaçı mərhum X7 ölümündən sonra miras qalmış əmlakı nə faktiki, nədəki rəsmi qəbul etməyi barədə iş materiallarında heç bir sübut yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci növbə vərəsə İddiaçı mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməsə də, o, həmin miras əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktiki başlamaqla, mirası payı qəbul etmişdir. İşin bu halı tərəflərin izahatları ilə müəyyən edilmişdir. Şikayət bu hissədə əsassızdır. Mülki Məcəllənin vərəsəlik hüququndan bəhs edən normalarına əsasən fiziki şəxs öldükdən sonra onun əmlakı bir mənalı olaraq vərəsənin əmlakına daxil olmur. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə istinad edərək hesab edir ki, iddiaçı vərəsə olaraq atası öldükdən sonra miras pay əmlaka sahiblik etməklə və həmin əmlakı idarə etməyə faktiki başlamaqla, mirası bütünlüklə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Hazırda mərhumun digər uşaqları Cavabdeh2, Cavabdeh1 mirası vərəsə olaraq miras əmlaka sahiblik etməmişlər, həmin əmlakı idarə etməmişlər, mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməmişlər. Eyni zamanda X8 26 mart 2016-cı il tarixdə, X5 isə 20 avqust 2010-cu il tarixdə ölmüş, mirası qəbul etməmiş və idarə etməmişlər. Bundan başqa Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş **********250 saylı ərizədən müəyyən edilmişdir ki, xx.xx.1983-cü il tarixdə vəfat etmiş X1 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, mirasın bir hissəsindən imtinanın bütövlüklədə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. Eyni zamanda cavabdeh X10 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş **********251 saylı ərizədən müəyyən edilmişdir ki, xx.xx.1983-cü il tarixdə vəfat etmiş əri X4 miras qalmış ünvan 3 ünvanda yerləşən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaq, mirasın bir hissəsindən imtinanın bütövlüklədə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edilmişdir. Məhkəmə kollegiiyasi qeyd edir ki, Cavabdeh1 qanunvericiliyin tələblərinə əsasən miras payın faktiki qəbul etməsi ilə bağlı hər hansı sübutu təqdim edə bilməmişdir. Onun özünün kollegiyanın iclasında verdiyi izahatdan müəyyən edilir ki, o nikah bağladıqdan sonra mübahisəli evi tərk edərək ər evinə köçmüş, hazırda da həmin evdə yaşayır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində Bu qətnamənin mərhum X7 mülkiyyəti kimi qeydə alınmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması üçün əsas olduğunu və onun icrasının DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə və Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli olduğunu qət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbindən kənara çıxaraq, həmin hissəsə də səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir. Bundan başqa Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun 8.0.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcud olmasıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, hazırda bununla bağlı yekun məhkəmə aktının mövcud olmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd edilən nəticə hissəsinin yanlış olduğunu deməyə əsas verir. Daha sonra kollegiya iddia tələbinin məzmununa diqqət yetirilməsini məqsədəuyğun olması qənaətinə qələrək aşağıdakıları qeyd edir; İddia tələbindən görünür ki, iddiaçı atası X9 məxsus fərdi yaşayış evindən ibarət miras əmlakın tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və həmin miras əmlaka dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya iddia tələbinin miras əmlaka dair vərəsəlik hüququnun tanınması hissəsini, miras əmlakdan payın müəyyən edilməsi kimi qəbul edir. Bu prosessual qənaət prinsipinin tələbləri ilə də uzlaşır. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 2(046)-235/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı mərhum X1 qalmış fərdi yaşayiş evinin ½ hissəsinə münasibətdə miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi miras əmlak kimi onun tərəfindən qəbul edilməsi müəyyən edilməli və fərdi yaşayış evinin ½ hissəsinə miras payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 2(046)-235/2022 saylı, 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə münasibətdə mirası qəbul etməsi müəyyən edilsin. İddiaçı mərhum X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin ½ hissəsinə miras payı müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar