Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1230/2024 05.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evə köçürülmə, evdən istifadə hüququ) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, İddiaçı nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(039)- 1715/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 10 yanvar 2020-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından 02 dekabr 2021ci il tarixdə Amil adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə cavabdeh 27 sentyabr 2023-cü ildə onu evdən qovmuşdur. Yaşamağa yeri olmadığından azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşamaq məcburiyyətində qalmış və hazırda da atası evində yaşayır. Azayaşlı uşağı ilə birlikdə qayıdıb gəlin köçdüyü evdə yaşamaq istəsə də, cavabdeh buna mane olmuşdur. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbəri barədə məhkəməyə məlumat verməmişdir.
5. Birinci instansiya məhkəməsi işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(039)-1715/2024 nömrəli qətnaməsi ilə (hakim Q.Paşayev), İddiaçı Cavabdeh qarşı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər 10 yanvar 2020-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və iddiaçı cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından 02 dekabr 2021-ci il tarixdə Amil adlı uşaqları doğulmuşdur. Aralarında olan narazılıqlara görə tərəflər ayrılmışlar və cavabdeh gəlin köçdüyü evdən çıxmışdır. İddiaçı yaşamağa yeri olmadığından azyaşlı uşağı ilə birlikdə atasına məxsus evdə yaşamaq məcburiyyətində qaldığını, hazırda da atası evində yaşadığını, azayşlı uşağı ilə birlikdə qayıdıb gəlin köçdüyü evdə yaşamaq istəsə də, cavabdehin buna mane olduğunu göstərərək, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə iclasında iddiaçı gəlin köçdüyü evdən cavabdeh tərəfindən qovulduğunu göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, 2-ci hal, yəni mərhumetmə mövcud olmadığından, 3cü halın, yəni mərhumetmənin qanuniliyi və qanunsuzluğu məsələsinin də müzakirə edilməsinə zərurət yoxdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmamışlar.
9. İddiaçının tələbinin əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə onun həmin evə dair istifadə hüququnun yaranıb-yaranmaması məsələsinə qiymət verilməlidir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər hansı bir əmlak üzərində mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Mövcud qanunvericiliyə görə də daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı təqdirdə yaranır, əks halda həmin əmlak özbaşına tikili kimi qəbul edilməklə həmin əmlaka hər hansı bir hüquq tanına bilinməz. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.
11. Hazırkı işdən göründüyü kimi mübahisəli fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2017-ci ildə qeydiyyata alınmış və tərəflər nikaha daxil olan zaman yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh ilə İddiaçı arasında hər hansı bir yazılı razılaşma olmamışdır. Hazırda iddiaçı mübahisəli fərdi yaşayış evinə köçürülməsini tələb edir, mülkiyyətçi isə iddiaçının köçməsini qəbul etmir.
12. Əlavə olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 ekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İddiaçı isə qeyd edilən şəxslərin dairəsinə aid deyildir.
13. Belə ki, iddiaçının keçmiş əri Cavabdeh ilə ailə münasibətlərinə xitam verildiyindən, cavabdehə münasibətdə nə əri (arvadı), nə qohumu, nə himayəsində olan əmək qabiliyyəti olmayan şəxs, nə də ki, Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərin siyahısına aiddir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının mübahisəli evə münasibətdə istifadə hüququ mövcud olmadığından iddia tələbi əsassızdır və onun həmin evə köçürülməsi tələbi təmin edilə bilməz.
14. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində olan uşaq 14 yaşına çatmamış fiziki şəxsdir. Mülki qanunvericilyin yuxarıda qeyd olumuş normasına əsasən həmin şəxsin yaşayış yeri hazırda sağ olan valideynlərinin yanıdır. Lakin qeyd olunmalıdır ki, iddiaçının 1 nəfər azyaşlı uşağı nikah pozularkən onun yanında saxlanılmışdır. Odur ki,iddiaçı (uşağın anası) mübahisəli evə köçürülmədiyindən, onun yanında yaşayan bir nəfər azyaşlı uşağının da həmin evə köçürülməsi təmin edilə bilməz.
15. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələri, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2 və 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 ekabr 2014-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində onun Cavabdeh tərəfindən mübahisələndirilən mənzildən qovulmağı və bu qovulmanın qanunsuz olması aşkar bir faktdır. Belə ki, Cavabdeh ondan mütamadi olaraq tələb edirdi ki, atası ona pul versin. Əslində bir neçə dəfə də atası ona pul vermişdi (təxminən 3000 manat civarında). Sonuncu dəfə 2023-cü ilin sentyabr ayının sonlarında o, yenə də ondan tələb etdi ki, atası ona pul versin. Lakin o, atasının özünün borclarının - kreditlərinin olduğunu bildirmişdir. Bununla bağlı olaraq aralarında söz-söhbətlər başladı, və Cavabdeh onu ağladaraq - zorla uşağı ilə birlikdə evdən qovmuşdur. Bu hala bütün qonşular, ailəsi və qohumları da şahiddirlər.
19. O, cavabdehlə rəsmi nikah bağlayıb onun arvadı olduğu andan mübahisəli mənzildən istifadə hüququ yaranmışdır. Hesab edir ki, sonradan aralarında olan nikahın pozulması bu hüququn itirilməsi üçün əsas ola bilməz. Çünki bu hüquq yaranmış və o da bu hüquqdan istifadə edərək bir neçə il həmin mənzildə yaşamışdır. Bundan başqa onun və cavabdehin birgə nikahından olan uşağı - 02 dekabr 2021-ci il təvəllüdlü X6 Cavabdeh oğlu olmaqla onun ailə üzvüdür. Və oğlunun da həmin evdə istifadə hüququ vardır ki, bu hüququn da təmin olunması mütləqdir. Məhkəmə qərarına əsasən də oğlu Amilin onun himayəsində saxlanılması qərara alınmışdır. Yəni ən azından bu hal nəzərə alınaraq onları həmin evə köçürülməyi təmin edilməlidir.
20. Birinci instansiya məhkəməsinin qənaətinə görə o, cavabdehin keçmiş ailə üzvü olmuşdur. Belə olan halda Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tətbiq edilməsinə dair mülki işlərdə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla onun mübahisəli mənzildən ən azı 2 il müddətinə istifadə hüququm təmin edilməli - saxlanılmalı idi. Düzdür, onun əsas tələbi həmin evə istifadə hüququnun tam tanınması və evə köçürülməyi ilə bağlıdır. O, hazırda da bunu tələb edir. Lakin bir halda ki, məhkəmə onun istifadə hüququnu təmin etmədi, ən azından 2 illik hüququn saxlanılmasını qət etməli idi.
21. Məhkəmə araşdırma zamanı nəzərə almamışdır ki, onun gəlin köçdüyü zaman valideynləri tərəfindən alınaraq ona hədiyyə olunan bütün cehiz əşyaları bu gün də ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindədir.
22. Həmçinin mübahisəli fərdi yaşayış evi 2 mərtəbəlidir. Ev 8 otaqlıdır. Cavabdeh isə həmin evdə tək yaşayır. Evdə onun və uşağının yaşaması üşün hər cür şərait vardır. Yəni 8 otaqlı evin heç olmasa 1 otağı onun və uşağının istifadəsinə verilməlidir.
23. O, hazırda 1 ilə yaxındır ki, atasına məxsus olan evdə yaşayır. Həmin ev isə cəmi 2 otaqdan ibarətdir. Orada isə atası, anası, bacısı, o və uşağı yaşayırlar. Ev yaşayış üçün yararsız və əlverişsizdir.
24. Həmçinin bu gün də həm o, həm də uşağı həmin evdə, yəni ünvan 1 evdə rəsmi pasport qeydiyyatındadırlar. O təkbaşına, başsız qadın kimi bir oğul-gələcəyin əsgərini böyüdür.
25. Onun oğlunun atasının 8 otaqlı evi olduğu halda, o niyə babasına məxsus olan 2 otaqlı darısqal evdə yaşamalıdır? Bu kimi hallar məhkəmə tərəfindən araşdırılmayaraq qiymət verilməmişdir.
26. Odur ki, apellyаsiyа şikаyətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(039)-1715/2024 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul olunaraq iddia tələbi əsaslı olduğu üçün təmin edilməsi, onun, yəni İddiaçı qıznın Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(039)-1715/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(039)-1715/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 2(039)-1715/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir.
32. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Qərarlar:
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarı.
Apellyasiya baxışının hədləri
39. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Apellyator Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(039)- 1715/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı azyaşlı uşağı ilə birlikdə istifadə hüququnun tanınması və köçürülmələrini xahiş etdiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 22 aprel 2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh tam mülkiyyəti kimi adına qeydiyyata alınmışdır. İddiaçı isə 10 yanvar 2020-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə Cavabdeh ilə ailə qurmuş və Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. Onların birgə nikahlarından 02 dekabr 2021-ci il tarixdə Amil adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pisləşmiş, İddiaçı 2023-cü ilin sentyabr ayından azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus evi tərk etmişdir. Tərəflərin ailə münasibətləri kəsildiyindən onların arasında bağlanmış nikah Yevlax Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
46. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun cavabdehlə rəsmi nikah bağladığı andan mübahisəli mənzildən istifadə hüququ yaranması, sonradan aralarında olan nikahın pozulmasının bu hüququn itirilməsi üçün əsas ola bilməməsi, 8 otaqlı evin heç olmasa 1 otağının onun və uşağının istifadəsinə verilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, hazırkı işdə tərəflər arasında mübahisəli hüquq münasibətləri 01 oktyabr 2009-cu ildən sonra yarandığından onlar arasındakı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi baxımından hüquqi qiymət verilməlidir.
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
48. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
49. Hazırkı iş üzrə mübahisələndirilən fərdi yaşayış evi 2017-ci ildən Cavabdeh mülkiyyəti kimi adına qeydiyyatda olduğundan, həmçinin tərəflər arasında ailə münasibətlərinə xitam verildiyindən iddiaçı, Cavabdeh özünün saxlanılmasını tələb etmək hüququna malik olan şəxslər kateqoriyasına aid deyildir. Bu səbəbdən iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etmək səlahiyyəti yoxdur.
50. Kollegiya hesab edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evindən istifadə hüququnun tanınmasını və həmin evə köçürülməsini tələb etmək səlahiyyəti olmadığından onun apellyasiya şikayətinin bir neçə il həmin mənzildə yaşaması, bütün cehiz əşyalarının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində olmasına dair dəlilləri də iddiasının təmin edilməsi üçün əsas hesab edilə bilməzlər.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birgə nikahlarından olan uşaqları 02 dekabr 2021-ci il təvəllüdlü X3 da həmin evdə istifadə hüququnun olması, bu hal nəzərə alınaraq onları həmin evə köçürülmələrinin təmin edilməli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri, onun yaşayış yeri isə valideyni İddiaçı yaşayış yeri hesab edildiyindən iddia 02 dekabr 2021-ci il təvəllüdlü X4 münasibətdə də təmin edilə bilməz.
52. Apellyatorun apellyasiya şikayətində göstərdiyi həm onun, həm də uşağının həmin evdə, yəni ünvan 1 evdə rəsmi pasport qeydiyyatında olmalarına dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlilləri də əsassızdır.
53. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
54. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə görə vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür.
55. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir.
56. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
57. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər.
58. Beləliklə kollegiya hesab edir ki, iddiaçının uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evində qeydiyyatda olması onun uşağı ilə birlikdə mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun yaranması və həmin evə köçürülməsi üçün əsas deyildir.
59. Apellyatorun apellyasiya şikayətində göstərdiyi onun mübahisəli mənzildən ən azı 2 il müddətinə istifadə hüququnun saxlanılmalı olmasına dair dəlilini də əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
60. Kollegiya qeyd edir ki, iş materiallarından iddiaçının mübahisəli fərdi yaşayış evindən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas verəcək halların olması müəyyən edilməmişdir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
62. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(039)-1715/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2(039)-1715/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.