Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1233/2021 14.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X14 iştirakı ilə İlk İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair ilk, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İddiaçı və X10, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiaları üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(051)-152/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İlk İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh İddiaçı və X10, İddiaçı, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisi və DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsnin etibarsız hesab edilməsi və ********** nömrə ilə qeydə alınmış çıxarışın ləğv edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim N.Paşayev) 16 mart 2021-ci il tarixli, 2(051)- 152/2021 nömrəli qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Qətnamədən narazı qalan ilk İddiaçı apellyasiya şikayəti vermişdir. İşin faktiki halları: İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanda yerləşən 0.03 hektar torpaq sahəsini, X4 2019-cu ilin sentyabr ayında almışdır. Həmin torpaq sahəsini 2020-ci ilin iyun ayının 16 da qanuni yolla rəsmiləşdirmişdir. Həmin torpaq sahəsi DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** saylı çıxarış əsasında onun tam mülkiyyətinə verilmiş, lakin o, mülkiyyətində olan mübahisəli torpaq sahəsinə istifadə etmək hüququndan məhrum olunmuşdur. Belə ki, Cavabdeh onun torpaq sahəsinə qanunsuz olaraq girərək həmin torpaq sahəsində sənədsiz evdə yaşayır. O, dəfələrlə Cavabdeh mübahisənin könüllü həlli-üçün müraciətlər etmişdir. Lakin Cavabdeh onunla heç cür razılaşmayaraq həmin qeyd etdiyi mülkiyyətində olan torpaq sahəsinə qeyri qanuni olaraq Bərdə rayon Asan Xidmət mərkəzində alqı-satqı etməsi barədə sənədinin olmasını bildirib torpaq sahəsindən çıxmaq istəmir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, , o, 11.05.2012-ci il tarixdə Bərdə ASAN xidmətinin mərkəzi notariat kontorunda AN-1 saylı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında tam mülkiyyət hüququ ilə X10 məxsus olan, ünvan 2 ünvanda yerləşən 0,03 hektar torpaq sahəsini almışdır. Alqı-satqı müqaviləsinə mülkiyyətçinin əvəzinə etibarnamə üzrə nümayəndəsi X19 imza etmişdir. Pandemiya dövrü olduğundan o, sənədləri təqdim edə bilmədiyinə görə çıxarış ala bilməmişdir. Lakin mübahisəli torpaq sahəsi faktiki onun istifadəsinə verildiyindən, o, 10.06.2020-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə köçmüşdür. İyul ayının əvvəlində 3 (üç) nəfər tanımadığı şəxslər evə daxil olmuşlar. Bildirmişlər ki, bu evə dair DƏDRX-dən çıxarışı var və nəvələrinə görə onlara möhlət qoyub evdən çıxartmır. Bu evi almışlar və bura dair alqı-satqı müqaviləsini və çıxarışı göstərmişdir. Məhəmməd adlı şəxs bildirdi ki, onlar notariusa gedəndə məlum oldu ki, doğurdan da 10.06.2020-ci il tarixdə evin mülkiyyətçisi X17 onlara alqı-satqı ilə satdığı evi təkrarən Mingəçevir şəhər Asan xidmət mərkəzinin notariat ofisində İddiaçı satmışdır. Halbuki, onda olan alqı-satqı müqaviləsinin 17-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və müddəalar tərəflər üçün məcburidir. Həmin müqavilənin 18-ci maddəsinin müqaviləyə dəyişiklik və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. X2 müqavilənin ləğvi haqda ona nə yazılı, nə şifahi məlumat verməmişdir. Cavabdeh Asan xidmətdə bu məlumatı yoxlatmış və görmüş ki, həqiqətən bu Asan xidmətdə 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsi rəsmləşdirilib. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə işə baxarkən ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbini isə təmin etməkdə haqlı olmamışdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən onun Azərbaycan Respublikasının Konstitusiyası və Qanunla ilə qorunan mülkiyyət hüquqlarımın kobud şəkildə pozmuşdur. Prosessual hüquq normalarına görə iddia ərizəsində göstərilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu və bu torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsində olduğunu sübuta yetirmə yükü iddiaçının üzərinə düşür. Bununla bağlı onlar məhkəməyə X6 haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışı təqdim etməklə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olduğunu tam sübuta yetirmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən 0.03 ha torpaq sahəsi onun mülkiyyətindədir. O, Qanunvericiliyə uyğun qaydada qeyd olunan torpaq sahəsini adına sənədləşdirmiş və bu barədə ona Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış verilmişdir. Bir torpaq sahəsinin 2 nəfər şəxsə satılması onun təqsiri ucbatından baş verməmişdir. Bunu edən şəxslər isə hələ də azadlıqda gəzir. Bu isə onun hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxartmışdır. Bu da bir daha onu göstərir ki, məhkəmə işə baxarkən ona qarşı qərəzli mövqe tutmuşdur. Qeyd edilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(051)- 152/2021 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq istifadələrində (iddia ərizəsində qeyd olunmuş) olan *** *** ** **, 050 555 11 19 və 050 672 74 47 ********** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(051)-152/2021 nömrəli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 26.09.2019-cu il tarixdə verilmiş **********906 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə X7 adına qeydiyyata alınmışdır. Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, 01.05.2020-ci il tarixə olan məlumata əsasən, X7 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, 10.05.2020- ci il tarixdə 8İ-3155 nömrəli reyestrdə qeydə alınmış ərizədən görünür ki, X15 əri-X10 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş mədaxil orderindən görünür ki, Cavabdeh 10.000 (on min) manat məbləğində pulu notariusun depozit hesabına köçürmüşdür. İşdə olan Bərdə regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-762 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, 11.05.2020- ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh X7 mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsini onun nümayəndəsi X8 10.000 manata satın almışdır. Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş 10.06.2020- ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Əliyev X5 Elgün Salah oğlunun mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsini onun nümayəndəsi X3 4.000 manata satın almışdır. Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, 09.06.2020-ci il tarixdə 8İ-3962 nömrəli reyestrdə qeydə alınmış ərizədən görünür ki, X15 əri-X10 məxsus Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Mingəçevir regional “ASAN” xidmət mərkəzinin notariat ofisində 4Ə-833 nömrəli reyestrdə qeydə alınmış, notariat işinin kserosurətinə əlavə edilmiş, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, 10.06.2020-ci il tarixə olan məlumata əsasən, X7 tam mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən 16.06.2020-ci il tarixdə verilmiş, **********06 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti, 2-ci dalan, 9 ünvanda yerləşən, yaşayış məntəqələrinə aid 0,03 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli AA seriyalı 509394 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 ünvanda yerləşən 0,03 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi X11 tərəfindən 26.12.2020-ci il tarixdə verilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Nümayəndə Bəykəs oğlunun, X7 və İddiaçı əməllərində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, X12 göstərmişdir ki, Mingəçevir şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerləşən 6 sot torpaq sahəsini təxminən 2016-cı ildə 25.000 manata oğlu Elgünün adına almışdır. Həmin torpaq sahəsi ilə bağlı 02.06.2019-cu ildə oğlu ona etibarnamə vermişdir. 2019-u ilin fevral ayında o, həmin torpaq sahəsini Yavər Qasımova 26.000 manata satmaq barədə onunla şifahi razılığa gəlmişlər. 10.02.2019-cu il tarixdə Yavər ona 4.000 manat, 03.04.2019-cu il tarixdə isə 6.000 manat olmaqla 10.000 manat pul vermiş və Yavərin ona 16.000 manat borcu qalmış, qalan pulu isə tezliklə verəcəyini söz vermişdir. Yavərdən pulunu tələb etdikdə isə o, torpaq sahəsini 3 sotluq torpaq sahələri olmaqla iki hissəyə ayırıb ev tikdirdiyini, onları satıb sonra pulunu verəcəyini demişdir. Bundan təxminən 8-9 ay sonra Məhəmməd adlı tanışı Yavərin ondan tikinti materialları aldığını ona 21.000 manat borcu olduğunu və ona görə də həmin torpaq sahələrindən birinə etibarnamə verməsini və həmin torpaq sahəsini sataraq Yavərin ona olan 16.000 manat borcunu verəcəyini, Yavərin də özünə olan 21.000 manat borcunu götürəcəyini demişdir. O da Yavərə bu barədə dedikdə, Yavər razılıq vermişdir. O da həmin torpaq sahəsi ilə bağlı Məhəmmədin oğlu Elxanın adına etibarnamə vermişdir. Bundan bir neçə müddət sonra Məhəmməd Yavərin ona olan 16.000 manat borcunu vermiş, lakin Məhəmmədin həmin evi hansı qiymətə satması, Yavərə nə qədər pul verməsi ilə bağlı məlumatı olmamışdır. 2020-ci ilin aprel ayında Məhəmmədin oğlu Elxan Yavər ilə razılaşdıqlarını və ikinci ev ilə bağlı etibarnamə istədiyini demişdir. O da evi Yavərə satdığını ona görə heç bir sənəd verə bilməyəcəyini demişdir. Bundan sonra oğlu Elgün ona zəng edərək Məhəmmədin ondan etibarnamə və arvadından razılıq ərizəsi istədiyini demiş, o isə Məhəmmədə heç bir sənəd verməməsini demişdir. 2020-ci ilin may ayında Yavər oğlu Elgündən etibarnamə və gəlininin adına razılıq ərizəsi aldığını və evi satacağını demiş, o isə evin Yavərin olduğunu, kimə istəyir satmasını demişdir. Bundan sonra həmin torpaq sahəsi ilə bağlı şikayət olmasını eşitdikdən sonra oğlundan həmin torpaq sahəsi ilə bağlı Məhəmmədə hər hansı sənəd verib-verməməsini soruşduqda o, Məhəmmədin onun müdir müavininə tanış adam tapdığını və onu işdən çıxaracaqlarını, ona görə də məcbur olub sənədləri verdiyini demişdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır və qarşılıqlı iddia üzrə birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmayaraq aşağıdakıları qed edir. 1.İşin faktiki halından görünür ki, qarşılıqlı iddia üzrə cavabdeh X1 şəhəri, H.Əliyev prospekti 2-ci dalanda yerlşən mübahisəli torpaq sahəsi üzərində təxminən 2016-cı ildə mülkiyyət hüququ əldə etmişdir.
2. Qeyd olunan mübahisəli torpaq sahəsi Bərdə regional “ASAN” Xidmət mərkəzində notariat ofiasi tərəfindən rəsmiləşdirilmiş 11.05.2020-ci il tarixli, 4Ə-762 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh (satıcının adından etibarnamə əsasında X19 imza etmişdir), Mingəçevir regional “ASAN” Xidmət mərkəzində notariat ofiasi tərəfindən rəsmiləşdirilmiş 10.06.2020-ci il tarixli, 4Ə-833 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında isə İddiaçı (satıcının adından etibarnamə əsasında X16 imza etmişdir) satılmışdır.
3. İş materiallarında olan notariat işlərindən müəyyən edilir ki, hər iki alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən mübahisəli torpaq sahəsi X7 mülkiyyətində olmaqla, əmlak üzərində hər hansı yüklülük (o cümlədən digər şəxsə satılması, həbs, qadağa və s.) olmamışdır.
4. Məhkəmə kollegiyası hüquqi müəyyənlik prinsipi baxımından mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutaraq alqı-satqı müqavilələləri bağlanılarkən iş üzrə tərəflər arasındakı münasibətə, onlar aarasında hər hansı ziddiyətin olub-olmamasına, eləcə də cavabdehin həmin torpaq sahəsini əldə edərkən ondan əvvəl torpaq sahəsinin kiməsə satılıb-satılmamasını və sonda vicdanlı alıcı olub-olmamasına da xüsusi diqqət yetirmişdir. 5.Qeyd olunan məsələlər məhkəmə kollegiyasının iclasında aydınlaşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh torpaq sahəsinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirdikdən sonra, qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq müəyyənedici sənəd (çıxarış) almamış, bununla bağlı ya notarius, ya da ki, sonuncu tərəfindən aidiyyəti DƏDRX orqanına məlumat verilməmişdir. Bununla da əmlak reyestr orqanında ilkin mülkiyyətçinin adına qeydiyyatda qalmışdır. İkinci alıcı, yəni İddiaçı isə mübahisəli torpaq sahəsini rəsmi qaydada aldıqdan sonra qanunvericiliklə müəyyən olunmuş qaydada öz adına hüquq müəyyənedici sənəd, yəni çıxarış almış və mülkiyyət hüququnun bütün elementləri üzrə (sahiblik, istifadə və sərəncam) mülkiyyət hüququ qazanmışdır.
6. Kollegiya qarşılıqlı iddianın və apellyasiya şikayətinin dəlilləri üzrə bildirir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllənin 338-ci maddəsi həmin Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır”.
7. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd olunan alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə əməl olunmaqla rəsmiləşdirilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə olunmuş 10.06.2020-ci il tarixli, 4Ə-833 reyestr nömrəli alqı-satqı müqaviləsindən və bununla bağlı iş üzrə digər sənədlərdən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqavilələri qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə rəsmiləşdirilmişdir.
8. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçının mübahisələndirdiyi çıxarışın əsassız və qanunsuz əldə edilməsinə də münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstərilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir.
9. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhkəmə kollegiyası daşınmaz əmlak barədə reyestrin məzmununun qeyridəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirir. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır.
10. Kollegiya bildirir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi mübahisəli əmlakı əldə edən İddiaçı belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlakla bağlı notariat və dövlət reyestrini aparan orqanlarda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahəsini əldə edən İddiaçı də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir. Beləliklə də məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, alqı-satqı predmeti olmuş mübahisəli torpaq sahəsi cavabdeh İddiaçı satılarkən dövlət reyestrində satıcının (Elgün Məmmədovun) adına qeydə alınaraq onun adına çıxarış verilmişdir, həmin torpaq sahəsinin üzərində hər hansı yüklülük və ya qadağa qeydə alınmamışdır, onda həmin vəziyyətdə qeyd olunan sənədə münasibətdə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş olur. Eyni zamanda, İddiaçı adına tərtib edilmiş dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilmədiyindən qeyd olunan hüquq müəyyənedici sənədlərin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Kollegiya göstərilənlərə istinadən hansı müqavilənin nə vaxt rəsmiləşdirilməsindən asılı olmayaraq, daşınmaz əmlakın dövlət reyestrinə daha üstün əhəmiyyət verir, reyestr qeydiyyatının həqiqiliyi və tamamlığı prezumpsiyasına güvənərək mötəbər sübut kimi qəbul edir . Beləliklə kollegiya belə qənaətə gəlir ki, göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, İddiaçı göstərilən torpaq sahəsinə mülkiyyət hüquqna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı təmin etməməkdə, qarşılıqlı iddianı isə təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlməmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kollegiya sonda qeyd edir ki, hazırki iş üzrə qarşılıqlı iddianın təmin edilməsi, ilk iddiaçı Cavabdeh heç də aidiyyəti şəxslərə qarşı vurulmuş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilməmişdir və məhkəmənin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.2-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(051)-152/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbi təmin edilsin. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Mingəçevir şəhəri H.Əliyev prospekti 2-ci dalan, 9 saylı ərazidə yerləşən 0,03 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılsın. Yeni qətnamə ilə “Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı, X10, Mingəçevir şəhər ASAN xidməti Mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı 4Ə-833 reyestr nömrəsi ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov