Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1233/2022 23.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və əmək haqqının ödənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X7 və cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsindən cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X23 X4 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixli, 60/K nömrəli əmrlə X23 X15 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinə qarşı “işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 xx.xx.2022-ci il tarixli 033/K saylı əmrinin ləğv edilərək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 X5 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə bağlanılan əmək müqaviləsi əsasında, cavabdehin tabeçiliyində olan Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında meşə gözətçisi işləmişdir. 11 mart 2022-ci il tarixində onunla cavabdeh arasında olan əmək müqaviləsinə cavabdehin 11 mart 2022-ci il tarixli 033/K saylı Əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə bəndinə əsasən qanuna zidd olaraq xitam verilmişdir. Bildirmək istəyir ki, onun işdən çıxarılmağı tamamilə qanuna ziddir və bütün bunların cavabdehin rəhbərliyi də bilir, sadəcə olaraq onlar ondan xilas olmaq üçün bu yola əlatıblar. Belə ki, meşəbəyliyini elədiyi 08a dolayında dəfələrlə qanunsuz qırıntı hallarını aşkar edib bu barədə həm cavabdehin rəhbərliyinə, həm də müvafiq hüquq mühafizə orqanlarına bildirmişdir. Lakin hər dəfəsində müxtəlif yollar ilə həmin şəxslər məsuliyyətdən xilas ola biliblər. Hətta meşəbəyliyini elədiyi 08a dolayında qanunsuz qırıntı edən şəxslərin cavabdeh ilə əmək müqaviləsi olan şəxslər olduğunu təsbit edib, cavabdehin rəhbərliyinə demişdir. Onlar hal hazırda orada çalışdığı zaman cavabdehin rəhbəri onun əmək müqaviləsinə xitam vermişdir. Bu durum həmin rəhbərin də bu şəxslər ilə birlikdə əlbir olduğunu təsdiq edir. Əmrin məzmunda deyilir ki, onun meşəbəyi olduğu 8a dolayıda 10 fevral 2022-i il tarixində qəfildən yoxlama aparılıb və məlum olub ki, 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkar edilib. Yenə əmrdə deyilir ki, 24 fevral 2022-ci il tarixində Mahmudov Eldar tərəfindən aparılan təkrar yoxlama zamanı 8a dolayının ərazisində 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağac kəsilməsi faktı aşkarlanıb. Guya bu kəsilən ağaclar barəsində o, cavabdehin rəhbərliyinə heç bir məlumat verməmişdir”. Cavabdehin rəhbərliyi onun həm onlara, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə verdiyi yazılı məlumatları (şikayət ərizələrini) görməzdən gələrək, açıq aydın yanlış məlumatı Əmri daxil edərək öz niyyətini biruzə vermişdir. Məhz işə əlavə edilmiş sənədlərdən (ərizələrdən) məlum olur ki, həmin qanunsuz ağac qırıntısı və onların kimlər tərəfindən edildiyi barədə həm cavabdehə, həm hüquq mühafizə orqanlarına, həm də Nazirliyə tərəfindən yazılı məlumat verilmişdir. Bu durum onun göstərir ki, cavabdehin rəhbəri də həmin qanunsuz ağac qıran digər işçilər ilə əlbir olub bu qanunsuz hərəkəti icra edirlər. Ondan xilas olmaq və öz işlərini daha da rahat icra edə bilmək üçün onun əmək müqaviləsinə qanuna zidd olaraq xitam vermişlər. Hətta əmrdə yazılır ki, “22 fevral 2022-ci il tarixində keçirilən iclasda “qeyri etik davrandığını da” bildirir. O, həmin iclasda bütün bu qanunsuzluqlara hamının cavab verməli olduğunu bildirmişdir. Cavabdehin rəhbəri isə demək ki, bu tələbindən (haqq arama istəyindən) çəkinib ki, onu bu şəkildə də qaralamağa çalışmışdır. Cavabdehin əmrində deyilir ki, “guya o öz vəzifəsini lazımı qaydada icra etməmişdir”. Lakin bu lazımı qaydada icra etmək üçün nə etməli olduğumu demir. Onlar hər halda onların qanunsuz əməllərinə göz yummalı olduğunu deyir, bunun isə mümkün omadığını özləri də bilir. Cavabdehin rəhbərliyi bilir ki, o, öz vəzifəsini həmişə yüksək peşəkarlıq ilə icra etmiş, uzun müddətdir ki, bu işdə çalışır və bu işin mütəxəssisidir, heç kimə qanunsuz meşə qırmağa imkan vermir, meşəni qıran cavabdehin rəhbərliyi olsa belə. Çünki meşələrin ona X20 Əliyevin əmanət etdiyini hesab etmişdir. Özü 44 günlük Vətən Müharibəsində iştirak edib mənfur düşmənlərimiz ermənilər ilə savaşmışdır. İndi də Cənab Prezident, Müzəffər Ali Baş Komandanın əmanət etdiyi meşələri qanunsuz olaraq qıran şəxslərlə (kimliyindən, vəzifəsindən asılı olmayaraq) mübarizəyə ömrümü həsr eləmişdir. Hesab edir ki, cavabdehin onu işdən azad etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Onu heç bir əsas olmadan, tamamilə keyfi olaraq, öz qanunsuz əməllərinə daha rahat nail olmaq üçün işdən azad ediblər. Ona gərə də işə bərpa olunması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş edir. Bunun üçün ilk öncə Mediasiya Prosesinə marciət etmişdir. 13 may 2022-ci il tarixində keçirilən mediasiya iclasında bu mübahisə cavabdehin rəhbərliyinin dekonstruktiv yanaşması səbəbi həll olunmamış və bu səbəblə məhkəməyə müraciət etmək zərurəti əmələ gəlmişdir.
4. Məhkəmə iclasında İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər.
5. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 vəkili və nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmri Əmək Qanunverciliyinin tələblərinə uyğun tərtib edilmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri isə həqiqəti əks etdirmir. Belə ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022ci il tarixdən X23 X4 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Şəki Regional ərazi şöbəsinin nümayəndəsi X9 müvafiq qərar verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X23 X4 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X23 X15 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi göstərilmişdir ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir.
8. Məhkəmə qeyd edir ki, iddia tələbi ilk növbədə işə bərpa barədədir. İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmiş və tələbinin əsası kimi ona istinad etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə qərəzli olaraq xitam verilib. Cavabdeh buna etiraz olaraq iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozmasını 2 halla əsaslandırılmışdır. 1-ci olaraq onu göstərmişdir ki, iddiaçının nəzarət etdiyi 08a saylı meşə dolayısında qanunsuz kəsilmiş ağaclar aşkar edilmiş və iddiaçı tərəfindən bu barədə mərkəzə heç bir məlumat verilməmişdir. 2-ci olaraq isə onu göstərmişdir ki, iddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmiş, bununla da iddiaçının mərkəzin normal fəaliyyətini pozmasına istinad etmişdir.
9. Məhkəmə birinci olaraq onu qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzi iddiaçını işdən azad etdiyi xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrdə göstərmişdir ki,
10. Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. Göstərilən halları nəzərə alaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Məhkəmə araşdırması zamanı isə İddiaçı tərəfindən Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qanunsuz ağac kəsilmələri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 direktoruna, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, o cümlədən Oğuz rayon Polis şöbəsinə məlumat verməsi iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə o halı da nəzərə alır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 direktorunun Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən qəfləti yoxlama aparılması nəzərdə tutulsa da, qəfləti yoxlama həmin tarixdə deyil, 10 fevral 2022-ci il tarixdə aparılmışdır. Bundan başqa, məhkəmə o halı da nəzərə alır ki, İddiaçı işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X17 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır.
11. Məhkəmə ikinci olaraq onu qeyd edir ki, İddiaçı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq, hədə qorxu gəlib iclas otağını tərk etməsi hərəkəti əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə görə Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə iddiaçının işdən azad edilə bilməsi üçün olan hallar cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə isə hesab edir ki, əmrdə göstərilən hallar (meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etməsi) iddiaçının əmək vəzifəsinin kobud surətdə pozulması və müəssisənin iş ahənginin pozulması kimi qiymətləndirilə bilməz.
12. Məhkəmə üçüncü olaraq onu qeyd edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinin nə üçün zəruri olduğunu əsaslandırmamışdır.
13. Eyni zamanda iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı 2018-ci ildən cavabdeh təşkilatda işləmiş və bu müddət ərzində hər hansı bir xətaya yol verməmiş və buna görə onun barəsində intizam tənbeh tədbiri tətbiq edilməmişdir.
14. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmri əmək qanunvericiliyinin tələbinə uyğun olmadığından, yəni həmin əmr etibarsız olduğundan ləğv edilməlidir. Belə olduğu halda iddiaçının “işə bərpa tələbinə dair” iddiası da əsaslı sayılmaqla təmin edilməlidir.
15. Bundan başqa, məhkəmə iddia tələbinin məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməlidir.
16. Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsi ilə (hakim Elman İsayev) iddia təmin olunmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 X2 Kənan Yoməddin oğlunun işdən azad olunması barədə 11 mart 2022-ci il tarixli, 033/K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 X5 meşəbəyliyinin 8a meşə dolayında meşə gözətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin X23 Təsərrüfatı Mərkəzindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44, 68, 70, 71, 72, 83, 84, 87, 186 və 300-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı oğu xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli, 91/K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci bəndinə əsasən 3 ay sınaq müddəti müəyyən edilməklə X23 X4 meşəbəyliyinin 09 saylı dolayısına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixli, 60/K əmrlə X23 X15 meşəbəyliyinin 09 saylı dolayından azad edilərək Oğuz meşəbəyliyinin 8a saylı dolayına meşə gözətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2022-ci il tarixli, 033/K nömrəli əmrlə isə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.
19. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 direktoru Alim Əlizadənin 11 mart 2022-ci il tarixli, 033/K nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrinin surətindən görünür ki, Qəbələ RMTM-nin direktoru Mərkəzin xidməti ərazilərində əkilmiş meşə əkinlərinin və meşə dolaylarının mühafizə vəziyyətinin araşdırılması barədə 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrinə əsasən 10 fevral 2022-ci il tarixində Oğuz meşəbəyliyinin 08a saylı meşə dolayısında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı dolayının ərazisindən 20,631 m3 həcmində 769,93 manat nırx və ziyan dəyərində 23 ədəd müxtəlif cins və diametrli ağacların kəsilməsi aşkarlanmışdır. Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsini müvəqqəti icra edən X8 tərəfindən 24 fevral 2022-ci il tarixdə qeyd olunan meşə dolayısında təkrar qəfləti yoxlama aparılmış və yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Dolayının ərazisində aşkarlanmış qanunsuz kəsilmiş ağaclarla bağlı meşə gözətçisi İddiaçı tərəfindən mərkəzə heç bir məlumat verilməmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixdə mərkəzdə əvvəlki işlərdən qalmış debitor borclarla və 2022-ci ilin plan-proqnoz göstəricilərinin icrası ilə bağlı meşəbəyliklərlə keçirilən iclas zamanı iclasda iştirak edən bəzi meşə gözətçiləri ilə mübahisə edərək qeyri etik davranışı ilə iclasın gedişatına maneəçilik yaradaraq hədə qorxu gəlib iclas otağını tərk etmişdir. İddiaçı bu hərəkəti ilə bağlı iclas iştirakçılarının iştirakı ilə akt tərtib edilmişdir. Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında fərdi müqavilə üzrə öhdəliklərini, öz vəzifə borcunu lazımı qaydada icra etməmiş, meşə dolayının mühafizəsini lazımı səviyyədə təşkil etməmişdir. xx.xx.2022-ci il tarixdən X23 X4 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.
20. İş materiallarında olan Qəbələ RMTM-nin X1 05 mart 2022-ci il tarixli, 02 nömrəli Protokolundan görünür ki, iclas çıxışları və 05 mart 2022-ci il tarixli 27/2/08 saylı təqdimatda qeyd olunanları nəzərə alaraq Qəbələ RMTM-nin Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının meşə gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi qərara alınmışdır.
21. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000968 nömrəli Aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X8, 08a saylı dolayın meşə gözətçisi İddiaçı və 08a saylı dolayın meşə gözətçisi X10 iştirakı ilə akt tərtib edilmiş və Yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Aktın doğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şirinov.A və meşə gözətçisi Əliyev.T öz imzası ilə təsdiq etmişlər.
22. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 000797 nömrəli Aktdan görünür ki, Oğuz meşəbəyliyinin meşəbəyi vəzifəsini müvəqqəti icra edən Daşağıl meşəbəyliyinin meşəbəyisi X8, qonşu 04 saylı dolayın meşə gözətçisi X18, Daşağıl meşəbəyliyinin yanğın keşikçisi X3 iştirakı ilə akt tərtib edilmiş və yoxlama zamanı 20,63 m3 həcmində 769,93 manat nırx dəyərində 23 ədəd ağac kəsilməsi faktı aşkar edilmişdir. saylı dolayın meşə gözətçisi İddiaçı qəfləti yoxlamada iştirak etməkdən imtina etmişdir. Yoxlama zamanı dolayının ərazisindən 41,83 m3 həcmində 1419,27 manat nırx və ziyan dəyərində 19 ağacın kəsilməsi faktı aşkarlanmışdır. Aktındoğruluğunu Qəbələ RMTM-nin meşəbəyisi Mahmudov E, meşə gözətçisi Şəfiyev.V və meşə keşikçisi Salahov.İ öz imzası ilə təsdiq etmişlər
23. İş materiallarında olan 22 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Qəbələ RMTM-nin direktorunun xidməti otağında 22 fevral 2022-ci il tarixində 2022-ci ilin plan proqnoz göstəricilərinin icrası və yaranmış debitor borclarla bağlı keçirilən iclas zamanı Oğuz meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisi İddiaçı Oğuz meşəbəyliyinin meşə gözətçilərini hədələyərək onların mühafizə etdiyi 08a saylı meşə dolayının ərazisinə girmələrinə qadağa qoymuş və bəzi meşə gözətçiləri ilə mübahisə edərək iclasın gedişatını pozmuşdur. Mərkəzin direktoru bununla bağlı ona xəbərdarlıq etməsinə baxmayaraq hədə qorxu gəlmiş və otağın qapısını çırparaq getmişdir.
24. İş materiallarında olan Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli Məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının Xalxal kəndinə yaxın ərazisində kənd sakini Baxışov Daşqın tərəfindən qanunsuz şəkildə ağaclar və ağacların qol qanadının kəsilməsi tərəfindən aşkar edilmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir.
25. İş materiallarında olan Qəbələ RMTM-nin direktoru A.Əlizadəyə Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayının gözətçisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli Məlumatda göstərilmişdir ki, mühafizə etdiyi meşə dolayının Xalxal kəndinə yaxın ərazisində kənd sakini Lətifov Murad tərəfindən qanunsuz şəkildə meşə ərazisində kök üsdə yaş ağacları kəsməsi aşkar edilmiş, bu qanunsuzluğun araşdırılması və həmin şəxs haqqında tədbir görülməsi xahiş edilmişdir.
26. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin Qəbələ Regional X6 direktoru Alim Əlizadənin 14 yanvar 2022-ci il tarixli, 12/KM nömrəli “əmrinin surətindən görünür ki, X23 X4 meşəbəyliyinin 08a saylı dolayının meşə gözətçisinə xx.xx.2020-xx.xx.2021-ci il iş dövrü hesabına 14 yanvar 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək 21 təqvim günü müddətinə əmək məzuniyyəti verilməsi, İddiaçı məzuniyyətdə olduğu müddətdə meşə dolayının mühafizəsi müvəqqəti qonşu 04 saylı dolayın meşə gözətçisi X12 həvalə edilməsi əmr edilmişdir.
27. İş materiallarında olan Oğuz rayon Polis Şöbəsi tərəfindən İddiaçı İmaməddin oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 177-3735-322 nömrəli məktubda göstərilmişdir ki, müraciətdə göstərilən xüsusatlar məhkəmə səlahiyyətinə aid olması müəyyən edilmədiyindən mülki və xüsusi ittiham qaydasında məhkəmə orqanlarına müraciət etmək tövsiyyə olunmuşdur.
28. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron poçt ünvanına daxil olmuş “mühafizəsini təşkil etdiyiniz meşə dolayında Qəbələ RMTM-nin direktoru və Mərkəzin digər əməkdaşı tərəfindən qanunsuz qırıntıya şərait yaradılması, qanunsuz kəsilmiş ağacların damğalandığını, lakin idarədə müvafiq sənədləşmə işlərinin aparılmadığı” barədə 2022-ci il tarixli müraciəti araşdırılmışdır. Araşdırma zamanı Qəbələ RMTM-nin Oğuz meşəbəyliyinin 8a saylı meşə dolayında meşə qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. Bununla əlaqədar cavabdeh məsul şəxslər barəsində qanunamüvafiq tədbirər görüləcəkdir
29. Məhkəmə araşdırması zamanı X17 tərəfindən məhkəməyə ünvanlanmış və iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Teleqramda göstərilmişdir ki, “meşə gözətçisi İddiaçı meşə dolayısında yoxlama zamanı mən iştirak etməmişəm və protokoldakı imza mənə məxsus deyil”.
30. İş materiallarında olan “X11 Verilməsi Barədə” 12 may 2022-ci il tarixli, 17738 nömrəli protokoldan görünür ki, tərəflər arasında olan əmək mübahisəsinin həllinin mediasiyada mümkünsüzlüyü müəyyən edildiyinə görə mediatorun təşəbbüsü ilə mediasiya prosesisinə xitam verilmişdir.
31. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
32. Cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə iddiaçının Qəbələ Regional X6 direktoruna, Ekologiya və Təbii Sərvətlə Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Oğuz Rayon Polis Şöbəsinə məlumat verməsinin iş materiallarına əlavə edilmiş məktublarla sübuta yetirildiyini qeyd etsə də, həmin məktubların tarixi, məzmunu və nəticələri barədə yazmır.
33. Məhkəmə iddiaçının guya meşəni qoruyan yeganə gözətçi olduğu və ona qarşı cavabdeh tərəfindən qərəzli münasibət göstərildiyi barədə iddia ərizəsində yazdıqlarını və məhkəmə iclasında dediklərini sübut kimi qəbul etmişdir. Hətta məhkəmə X10 adından məhkəməyə göndərilmiş teleqrama əsaslanaraq “Bu da həmin aktların doğruluğunu şübhə altına alır və həqiqətən də iddiaçının qeyd etdiyi kimi onun işdən qərəzli çıxarılmasına əsas yaradır” kimi səhv nəticəyə gəlmişdir. X10 Qəbələ RMTM-in direktoru Ramin Lətifova yazdığı izahat da məhkəmənin səhv nəticəyə gəldiyinə sübutdur.
34. Məhkəmə meşə qanunvericiliyinə uyğun olmayan ifadələrlə səhv izahlar vermiş və düzgün olmayan əsaslandırmalar etmişdir. Əvvəla məhkəmə qətnamədə cavabdehin nümayəndəsi və vəkilinin izahatını təhrif olunmuş formada qeyd etmiş, qətnamənin məhkəmənin mövqeyi hissəsində də Qəbələ RMTM-in 21 yanvar 2022-ci il tarixli 15/ü nömrəli əmrini təhrif etmişdir. Həmin əmrdə bir kəlmə də qəfləti sözü yoxdur və əmrin icra müddəti 01 (bir) aydır. 10 fevral 2022-ci il tarixli 000968 nömrəli akt həmin əmrə əsasən keçirilmiş yoxlamanın nəticəsində tərtib olunmuşdur. Həmin yoxlama qəfləti yoxlama deyil. 24 fevral 2022-ci il tarixli akt isə qəfləti yoxlama nəticəsində tərtib olunmuşdur.
35. X10 adından məhkəməyə göndərilmiş teleqramın həqiqiliyi sübuta yetirilmir. xx.xx.2022-ci il tarixli əmrin qəfləti yoxlama üçün verildiyi sübuta yetirilməmişdir. xx.xx.2022-ci il tarixli yoxlamanın guya həmin vaxtda keçirilməli olmadığı da sübuta yetirilməmişdir.
36. İddiaçı özünü meşələrin qırılmasının qarşısını alan şəxs kimi göstərməyə çalışsa da, hal-hazırda onun meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurduğunu təsdiq edən və qüvvədə olan aktlar mövcuddur.
37. Hazırda İddiaçı Qəbələ RMTM-nə 20972,35 manat borcı var. İddiaçı barədə CMnin 259.1-ci maddəsi ilə cinayət işi başlanması barədə məlumat bizə məhkəmədən sonra verilmişdir. Əliyev Tacirin adından teleqram məhkəməyə sonuncu məhkəmə iclası günü göndərilmiş, izahatı isə o, xx.xx.2022-ci il tarixdə yazmışdır.
38. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)- 904/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
39. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək ümumilikdə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
40. Məhkəmə kollegiyasının iclasında cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
41. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
42. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respubliksının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X16 izahat verərək iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68-ci mаddəsinin 1-ci bəndinə əsаsən, əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin e bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən, istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 84-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il,işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmasının əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 186-cı maddəsinə əsasən əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri 1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
45. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
46. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)- 904/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
48. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 33-cü bəndində göstərilmiş arqumentinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfə istinad etdikləri mülki işin 130-cu vərəqində olan 6 sentyabr 2022-ci il tarixli X10 izahatında yazılanların təsdiq edilməsi məqsədilə sonuncunun məhkəmə iclasına gətirilməsi təklif edilməsinə və məhkəmə iclası bu məqsədlə təxirə alınmasına baxmayaraq, cavabdeh tərəf sonuncunun məhkəməyə gətirilməsini təmin edə bilməmiş, cavabdehin vəkili sonuncunun məhkəməyə gəlməkdən imtina etdiyini, həmçinin onun məhkəməyə ünvanladığı mülki işin 87-ci vərəqində olan 9 avqust 2022-ci il tarixli teleqramda yazılanları təsdiq edən məzmunda məhkəməyə yeni teleqram ünvanlayacağını dediyini bildirmişdir.
49. İddiaçı işdən çıxarılması barədə əmrdə 10 fevral 2022-ci il tarixli və 24 fevral 2022-ci il tarixli yoxlama barədə aktlara istinad edilsə də, 10 fevral 2022-ci il tarixdə keçirilmiş 000968 nömrəli aktın doğruluğunu “imzası ilə təsdiq etmiş” X17 məhkəməyə göndərdiyi teleqramda imzanın onun tərəfindən imzalanmadığını və yoxlama zamanı iştirak etmədiyini bildirmişdir. Cavabdeh tərəf apellyasiya şikayətinə əlavə etdiyi T.Əliyevin izahatını apellyasiya qaydasında məhkəmə iclasında təsdiq edəcəyini bildirsə də, bunu təmin edə bilməmişdir. Əksinə, T.Əliyevin məhkəməyə ünvanlanmış teleqramı təsdiqləmək niyyətində olduğunu bildirmişdir.
50. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 37-ci bəndində göstərilmiş arqumentinə münasibət bildirərək qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən Oğuz Rayon Polis Şöbəsinə sorğu verilmiş və Oğuz Rayon Polis Şöbəsi tərənidən məhkəməyə göndərilmiş 17 noyabr 2022-ci il tarixli 177-15/55-222 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən X23 X4 meşəbəyliyinin 8 a saylı dolayında yaş köküstə bialoji inkişafda olan müxtılif cinsli və diametrli 11 ədəd fısdıq cinsindən olan ağacların qanunsuz kəsilməsinə görə meşə fonduna 4620,59 manat (dörd min altı yüz iyirmi manat əlli doqquz qəpik ) məbləğində xeyli miqdarda ziyan vurulması ilə bağlı fakta görə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq istintaqının davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Oğuz RPŞ-yə göndərilmiş, 22 avqust 2022-ci il tarixdə Oğuz RPŞ-nin İQ-nun baş müstəntiqi, polis mayoru Elçin İsmayılovun icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işinin 2 aylıq istintaq müddəti 10 noyabr 2022-ci il tarixdə başa çatmasına baxmayaraq təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-in 53.3.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat dayandırılmışdır.
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 36-cı bəndində göstərilmiş arqumentinə münasibət bildirərək qeyd edir ki, meşə fonduna 20000 (iyirmi min) manatdan çox ziyan vurulduğu barədə cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktlar mövcud olsa da, həmin ziyanla bağlı İddiaçı pulun alınması barədə məhkəmə qərarı və ya İddiaçı həmni ziyanın vurulmasında təqsirkar olduğunu sübut edəcək hər hansı başqa sənədlər məhkəməyə təqdim edilməmişdir. Bu qətnamənin 49-cu bəndində qeyd olunmuş sorğuya cavabdan da göründüyü kimi, meşə fonduna vurulan zərərlə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs(lər) müəyyən olunmamışdır.
52. Göründüyü kimi, apellyatorun apellyasiya şikayətində göstərdiyi dəlillər heç biri iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməzdi.
53. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Qəbələ Regional X6 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 08 avqust 2022-ci il tarixli 2(025)-904/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov