Məhkəmə qərarları › İş №2(107)-1233/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1233/2025

24.12.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1233/2025 24.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) X6 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəsi üzrə Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2(025)-413/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan JN 1244 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən planda sərhədləri və ölçüləri göstərilən Qəbələ rayonu, Bum qəsəbəsində yerləşən 0.0150 ha sahibkarlıq (tikinti) məqsədi təyinatlı torpaq sahəsi Cavabdeh1 qanunsuz sahibliyindən geri alınıb onun özünə qaytarılmalıdır. İş üzrə Cavabdeh1 xx.xx.2025-ci il tarixdə yenidən apellyasiya şikayəti vermiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə edib Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli 2(025)-413/2025 saylı qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2(025)-413/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermə müddəti bərpa edilməyərək apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 şikayət edib Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli 2(025)-413/2025 saylı qərardadının ləğv edilməsini və Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilib mülki iş materiallarının baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli, e-2(025)-413/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e- 2(025)-413/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnamənin surəti 28 iyul 2025-ci il tarixli, 2(025)-413/2025 saylı məktubla tərəflərə göndərilmiş və xx.xx.2025-ci il tarixdə Cavabdeh1 poçt vasitəsilə təqdim edilmişdir; xx.xx.2025-ci il tarixdə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, qanunla müəyyən edilmiş müddət ötürüldüyündən şikayət geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə Cavabdeh1 yenidən apellyasiya şikayətini məhkəməyə təqdim etmiş və şikayətə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə əlavə etmişdir. Məhkəmə hesab etmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)- 413/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş əvvəlki apellyasiya şikayəti geri qaytarıldıqdan sonra Cavabdeh1 qərardaddan şikayət etməmiş və şikayət üçün müəyyən edilmiş müddətdə apellyasiya şikayəti vermə müddətinin bərpası barədə vəsatət qaldırmamışdır. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 16 iyul 2025-ci il tarixli 2(025)-413/2025 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməli və apellyasiya şikayəti əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2(025)-413/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2(025)-413/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli, e-2(025)-413/2025 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar