Məhkəmə qərarları › İş №2(107)-1239/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1239/2022

24.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1239/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Zaqatala X9 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-666/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh Zaqatala X9 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı barəsində əmək müqaviləsinin ləğv olunması haqqında 15 iyul 2021-ci il tarixli əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2014-cü il tarixdə "X6"nin Zaqatala X9 İdarəsində anbardar vəzifəsinə işə qəbul olunmuşdur. 15 iyul 2021-ci il tarixdə "X6"nin Zaqatala X9 idarəsi onunla bağlanmış əmək müqaviləsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə əmək müqaviləsini ləğv etmişdir. İş ilə bağlı onu qeyd edir ki, "X6" nin Zaqatala X9 idarəsinə tərəfindən hər hansı bir maddi ziyan vurulmamışdır. Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv olunmasını əsassız hesab edərək məhkəməyə müraciət edir. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-666/2022 saylı (T.Həsənov) qətnaməsi ilə İddiaçı Cavabdeh Zaqatala X9 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddiasının iddia müddəti tətbiq edilməklə rədd edilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə X6 X10 İtismar İdarəsinin rəisi X1 arasında bağlanmış 163 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Zaqatala X9 İdarəsininin Zaqatala rayon üzrə Kargüzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı peşəsi üzrə işə qəbul edilmişdir. Zaqatala X9 İdarəsinin xx.xx.2014-ci il tarixli 163 saylı əmr ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı ilə Azəriqaz İB-in Zaqatala X9ı İdarəsinin məsul şəxsi arasında 05 yanvar 2015-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqaviləyə əsasən İddiaçı əşyaların, məhsulun və xam malın boşaldılması, yüklənməsi, anbarda saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Zaqatala RQİİ-nin rəisi 09 iyul 2021-ci il tarixli təqdimatla Zaqatala RQİİ-nin Həmkarlar Təşkilatına müraciət edərək, Zaqatala xidmət sahəsinin Kərguzarlıq və İnzibati təsərrüfat xidmətinin anbardarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə münasibət bildirilməsini xahiş edilmişdir. İddiaçı Zaqatala RQİİ tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli təqdimatının müzakirəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə saat 10:00-da Zaqatala RQİİ-nin inzibati binasında keçiriləcək Zaqatala RQİİ Həmkarlar Təşkilatının iclasına xx.xx.2021-ci il tarixli iclasa dəvət barədə bildirişlə dəvət edilmişdir. Zaqatala X9 İdarəsinin Həmkarlar X4 12 iyul 2021- ci il tarixdə keçirilmiş iclasında iddiaçı Zaqatala X9ı İdarəsinin Zaqatala xidmət sahəsinin Karguzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. 15 iyul 2021-ci il tarixli SOCAR**********0040020A00165 nömrəli əmrlə Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Kərgüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Qanunvericiliyin tələbindən göründüyü kimi, iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Əmək münasibətlərindən irəli gələn iddia müddəti isə bir ay təşkil edir. İddiaçı qanunvericilikdə qeyd edilən iddia müddətini üzrsüz səbəbdən ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh Zaqatala X9 İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi bir aylıq iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 377.1, 379.1.6, 379.4-1, 381.1-ci maddələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70, 76, 294.1, 294.2, 296.1, 296.2, 296.3cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 217.3, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-3-cü hissələrinə və məcəllənin 294-cü maddəsinin ikinci hissəsinə istinad edərək qeyd edir ki, işçi fərdi əmək mübahisələrinə baxan orqana, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı xx.xx.2021-ci ildən işdən azad edildiyindən və ona əmr elan olunduğundan, həmçinin həmin əmri və digər sənədləri götürdüyündən onun hüququnun pozulduğu gün məhz xx.xx.2021-ci il tarixdir və o iddia müddətini ötürməklə 9 ay 10 gün sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qeyd olunan mövqeyi ilə razı deyil. Qeyd edir ki, məhkəməyə müraciət etmək üçün tərəfindən iddia müddəti ötürülməmişdir. Çünki məhkəmənin icraatında cavabdehə qarşı eyni tələbə dair iddia qaldırmış, məhkəmə icraatı dövründə ərizə ilə məhkəməyə müraciət edərək baxılmamış saxlanmasına dair ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən baxılmamış saxlanılmasına dair qərardad 2(033)- 1018/2021 qəbul edilmişdir. Belə olan təqdirdə tərəfindən məhkəməyə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Məhkəmə iddia tələbi üçün 1 ay müddəti tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Maddədə məhkəmənin üzərinə bir çox vəzifələrin qoyulduğu göstərilir. Lakin bu işdə məhkəmə həmin vəzifələri yalnız cavabdehin mövqeyinə münasibətdə icra etmişdir. Sözügedən maddənin tələbləridə məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırki işdə bu tələblərə əməl olunmamışdır. Məhkəmə iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirməmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirməmişdir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunan maddənin məzmunundan da aydın olaraq göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir. Qeyd edir ki, “X6”nin Zaqatala X9 idarəsinə tərəfimdən hər hansı bir maddi ziyan vurulmamışdır. Anbarda aşkar edilən kəsr qismində qeyd olunmuş qaz tənzimləyicilərin təhvil-təslim aktındakı imzaların ona məxsus olmadığını məhkəmədə bildirsədə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin tənzimləyicilərin saxlanmasına hər hanı bir maddi məsuliyyəti yoxdur. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasına dair əmr verilərkən yuxarıda qedy olunan maddələrin tələbləri pozulmuş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Qeyd edilənləri nəzərə alaraq Zaqatala rayon Məhkəməsinin 2(033)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə bağlanılmış xx.xx.2014-cü il tarixli 163 saylı əmək müqaviləsinə Həmkarlar təşkilatının xx.xx.2021-ci il tarixli 02 saylı rəyi nəzərə alınmaqla Zaqatala RQİİ-nin xx.xx.2021-ci il tarixli SOCAR2**********0070020B00132 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında xitam verilmişdir. Zaqatala RQİİ-nin sözügedən əmri həmin gün iddiaçıya elan edilmiş, xx.xx.2021-ci il tarixdə əmrin surəti və digər sənədlər iddiaçıya verilmiş və iddiaçı da öz növbəsində “əmək kitabçası və onun içliyinin hərəkətinin uçotu” jurnalına imza etməklə götürmüşdür. Deməli İddiaçı iddia etdiyi hüququnun pozulduğu gün xx.xx.2021-ci il tarixdir və müddət axımı həmin gün başlamışdır . İddiaçı xx.xx.2021-ci il tarixdə poçt vasitəsilə mediasiya prossesinin tətbiqi barədə təkliflə (d/o: xx.xx.2021, 33B01260) Zaqatala RQİİ-yə müraciət etmişdir. Bu səbəbdən müddət axımı xx.xx.2022-ci il tarixdə dayanmışdır. Birinci dəfə müddət axımının dövrü xx.xx.2021ci ildən xx.xx.2021-ci il tarixədək 28 gün əhatə etmişdir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Beləliklə, müddət axımı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 10 gün ərzində dayanmış və Arayışın verildiyi xx.xx.2021-ci il tarixdən müddət axımı yenidən başlamışdır. İddiaçı birinci dəfə müraciəti əsasında Zaqatala Rayon Məhkəməsinin icraatında olmuş 2(033)- 1018/2021 nömrəli mülki işin elektron uçot qeydiyyat kartoçkasından görünür ki, iş xx.xx.2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi növböti dəfə müddət axımının dövrü xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 10 gün əhatə etmişdir. Nəticə etibarilə İddiaçı işə bərpa tələbinə dair birinci dəfə məhkəməyə müraciət edənə kimi belə məhkəməyə müraciət etməklə bağlı bir aylıq iddia müddətini ötürmüşdür. Müddət axımının əhatə etdiyi dövr xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 28 gün və xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 10 gün olmaqla, cəmi 38 gün əhatə edir ki, bu da məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan bir aylıq müddətin 8 gün ötürülməsi deməkdir. Bundan əlavə İddiaçı işə bərpa tələbi ilə bağlı Zaqatala Rayon Məhkəməsində 2(033)-1018/2021 saylı mülki iş xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək icraatda olmuş və xx.xx.2021-ci il tarixə iddiaçının ərizəsi ilə baxılmamış saxlanılmışdır, sözügedən qərardad xx.xx.2021-ci il tarixdə tərəflərə çatdırılmış, qərardad xx.xx.2022-ci il tarixdə qüvvəsini almışdır və xx.xx.2022-ci il tarixdən müddət axımı yenə də bərpa olmuşdur. İddiaçı ikinci dəfə yeni iddia ərizəsi ilə Zaqataıa Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir və xx.xx.2022-ci il tarixdən xx.xx.2022- ci il tarixədək 5 ay müddət axımı işləmişdir. Göründüyü kimi hazırkı vəziyyətdə belə bir aylıq müddət yenə də ötürülmüşdür.Odur ki, göstərilənlri nəzərə alaraq, İddiaçı “Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 15 iyul 2021-ci il tarixli əmrinin ləğv edilərək, onun işinə bərpa olunmaqla məcburi proqula görə əmək haqqının ödənilməsi barədə” iddia ərizəsi üzrə Zaqatala Rayon Məhkəməsinin çıxardığı e-2(033)-666/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala rayon Məhkəməsinin 2(033)-666/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 76-cı maddəsinin 1-ci hissəsinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zaqatala rayon Məhkəməsinin 2(033)- 666/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv olunması, iddiasının təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı qətnamə ilə işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-666/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə X6 X10 İtismar İdarəsinin rəisi X1 arasında bağlanmış 163 nömrəli xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə Zaqatala X9 İdarəsininin Zaqatala rayon üzrə Kargüzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı peşəsi üzrə işə qəbul edilmişdir. Zaqatala X9 İdarəsinin xx.xx.2014-ci il tarixli 163 saylı əmr ilə xx.xx.2014-cü il tarixli əmək müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı ilə Azəriqaz İB-in Zaqatala X9ı İdarəsinin məsul şəxsi arasında 05 yanvar 2015-ci il tarixdə bağlanmış tam maddi məsuliyyət haqqında nümunəvi fərdi müqaviləyə əsasən İddiaçı əşyaların, məhsulun və xam malın boşaldılması, yüklənməsi, anbarda saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Zaqatala RQİİ-nin rəisi 09 iyul 2021-ci il tarixli təqdimatla Zaqatala RQİİ-nin Həmkarlar Təşkilatına müraciət edərək, Zaqatala xidmət sahəsinin Kərguzarlıq və İnzibati təsərrüfat xidmətinin anbardarı İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqavilələrinin ləğv edilməsinə münasibət bildirilməsini xahiş edilmişdir. İddiaçı Zaqatala RQİİ tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli təqdimatının müzakirəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə saat 10:00-da Zaqatala RQİİ-nin inzibati binasında keçiriləcək Zaqatala RQİİ Həmkarlar Təşkilatının iclasına xx.xx.2021-ci il tarixli iclasa dəvət barədə bildirişlə dəvət edilmişdir. Zaqatala X9 İdarəsinin Həmkarlar X4 12 iyul 2021ci il tarixdə keçirilmiş iclasında iddiaçı Zaqatala X9ı İdarəsinin Zaqatala xidmət sahəsinin Karguzarlıq və İnzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsi qərara alınmışdır. 15 iyul 2021-ci il tarixli SOCAR**********0040020A00165 nömrəli əmrlə Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Kərgüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsi əmr edilmişdir. Apellyator apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-3-cü hissələrinə və məcəllənin 294cü maddəsinin ikinci hissəsinə istinad edərək qeyd edir ki, işçi fərdi əmək mübahisələrinə baxan orqana, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Şikayətdə əlavə olaraq qeyd edilir ki, məhkəməyə müraciət etmək üçün tərəfindən iddia müddəti ötürülməmişdir. Çünki məhkəmənin icraatında cavabdehə qarşı eyni tələbə dair iddia qaldırmış, məhkəmə icraatı dövründə ərizə ilə məhkəməyə müraciət edərək baxılmamış saxlanmasına dair ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən baxılmamış saxlanılmasına dair qərardad 2(033)-1018/2021 qəbul edilmişdir. Belə olan təqdirdə tərəfindən məhkəməyə iddia qaldırmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi İddiaçı öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət etsə də, qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Şikayətin dəlilləri ilə razılaşmayan, məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin predmeti olan Zaqatala RQİİ-nin Zaqatala rayonu üzrə Kargüzarlıq və inzibati təsərrüfat xidmətinin 5-ci dərəcəli anbardarı İddiaçı ilə bağlanmış 163 saylı xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən ləğv edilməsinə dair əmr 15 iyul 2021-ci il tarixdə verilmiş və iddiaçı ilk öncə mübahisənin məhkəməyədək həlli üçün mediatora müraciət etmişdir. 23 avqust 2022-ci il tarixdə iddiaçıya ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış təqdim edilmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayış təqdim edildikdən 10 gün sonra, yəni 02 sentyabr 2021-ci il tarixdə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək 15 iyul 2021-ci il tarixli əmri mübahisələndirmiş və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-1018/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdeh X2rşı işə bərpa və məcburi iş buraxma üçün orta əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi iddiaçının özünün ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Qərardaddan şikayət verilməmiş və qanuni qüvvəsini almışdır. Qeyd edilən qərardad qəbul edildikdən 7 aydan artıq müddət keçdikdən sonra 27 may 2022-ci il tarixdə iddiaçı təkrar eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan kollegiya aşağıdakıları qeyd edir: Əmək mübahisələrində iddia müddətinin keçməsi faktı iddianın rədd edilməsi üçün kifayətdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin maddədə işlədilən “mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi məhkəmənin səlahiyyətini, “bərpa edərək” ifadəsi isə bu səlahiyyətini yaranmasının əsasını bildirir. Ona görə də məhkəmə əmək mübahisəsinə mahiyyəti üzrə o halda baxa bilər ki, iddia müddətini bərpa etsin. Səlahiyyətin əksi qadağadır. Ona görə də həmin ifadənin əksi, yəni “mübahisəyə mahiyyəti üzrə baxa bilməz” ifadəsi o mənanı verir ki, iddia müddəti keçdikdə məhkəmə yalnız bu fakta əsaslanaraq iddianı rədd etməlidir. İddia müddəti keçdiyi halda məhkəmənin etməli olduğu hərəkətlər barədə mülki hüquqa aid qaydalar (məhkəmənin qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırması) əmək münasibətlərində tətbiq edilməli deyil. Çünki, Mülki Məcəllənin 2.3-cü maddəsinə görə əmək münasibətləri, əgər əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulmayıbsa mülki qanunvericiliklə tənzimlənir. Hazırkı işə münasibətdə əmək qanunvericiliyində ayrı qayda nəzərdə tutulub: iddia müddəti bərpa olunmursa məhkəmə mübahisəyə mahiyyəti üzrə baxa bilməz. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olub olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də məhkəmə əmək mübahisəsini həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulubpozulmadığını araşdırmalı deyil, Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır. Belə ki, Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən mülki qanunvericilikdən fərqli olaraq konkret gün müəyyən edib. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün. Bundan başqa, iddia müddətinin məqsədi həm də ondan ibarətdir ki, bu müddət məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir, bununla da məhkəmələrə mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək mübahisələrinin həll zamanı Əmək Məcəlləsində göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığı və həmin hüququn cavabdeh tərəfindən pozulub pozulmadığının araşdırılması iddia müddətinin özünün məqsədinə ziddir. Çünki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı sübutlar toplanmadan və qiymətləndirilmədən müəyyən edilə bilməz. Əks təqdirdə, belə nəticə hasil olur ki, subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi üçün cavabdeh tərəfindən ərizə verilir. Belə ərizələri tərəflər öz iradələrini ifadə etmək üçün verir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir: bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur: iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qətnamə ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələni həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması mülki prosesin dispozitivlik prinsipinə ziddir. Hazırki işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Kollegiya hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddianın verilməsi, daha sonra onun baxılmamış saxlanılması iddia müddətinin axımına təsir etmir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə iddia müddətinin axımı kəsilir. Mülki Məcəllənin 381.1-ci maddəsinə görə əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia olmayıb. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur. 1-cisi, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: ərizənin imzalanmadığına görə, ərizənin məzmununa əməl edilmədiyinə görə, ərizə verən şəxsin davranışına görə: məs, məhkəməyə gəlməməsinə və digər səbəblərə görə. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki ifadə edilmiş iradə (məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə) etibarlı sayılmır. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia verən şəxsin sonrakı davranışı (məhkəmə iclasına gəlməsi, gəlmədiyi təqdirə işə onun iştirakı olmadan baxılmasını xahiş etməsi və s.) şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. Həmçinin qeyd olunmalıdır ki, Ali Məhkəmə Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 1.1-ci bəndində qeyd olunub ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. Buradakı “hüquqi şərait imkan vermədiyi üçün” ifadəsi onu təsdiq edir ki, məhkəmə müdafiə üçün iradə ifadəsi etibarlı sayılmadığına görə müdafiə aktı (qətnamə) qəbul edilmədən məhkəmə baxışı başa çatır. 2-cisi, Mülki Məcəllənin 381.1 və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəyidi, qanunverici buna da xüsusi qeyd edərdi. Lakin qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-666/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(033)-666/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar