Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1239/2025 27.01.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: “pul” tələbi Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr; İşçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) – Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Sadiqov Zülfüqar Əhməd oğlu və X4 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçının nümayəndəsi - X3, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə təyin olunmuşdur.
2. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müaqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
3. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 6.075,62 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 10 yanvar 2022-ci il tarixindən İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 6.075,62 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh çıxış edərək bildirmişdir ki, o, İddiaçı MMC-də satış təmsilçisi işləmişdir. İşdən çıxarkən müddəti bitən mallar olmuşdur. Onun orda yeyintisi olmayıb. Şahidi də var. O, işdən çıxanda da onlara müraciət etmişdir. Gəlib onu təhvil-təslim edəndə heç bir əskiyi olmayıb. İşdən çıxan zaman onu işini yoxlamağa auditor gəlmişdi. İşdən çıxandan sonra ona məktub gəlib ki, sənin yeyintin olub. İddia tələbinin rədd olunmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-nin Göyçay filialı üzrə aparıcı auditi işləmişdir. Elvin həmin vaxt İddiaçı MMC-də satış təmsilçisi işləyib. Onun təhvil-təslimini o aparmışdır. Həmin vaxt Elşənin əskiyi olmayıb. Şirkət Elvini əsassız günahlandırır. Belə ki, hansısa obyektə rəhbərliyin təkidi ilə mallar verilib. Daha sonra həmin mağaza bağlanıb. Burda Elvinin günahı yoxdur. Şirkətin problemli işlərlə bağlı şöbəsi var. O, bununla məşğul olub, həmin mağazalardan pulu almalıdır. Elvin şirkətin adından həmin malları mağazalara paylayıb. MMC Bizon içkisi istehsal edir. Vaxtı keçmiş malları mağaza şirkətə geri qaytarır. Lakin vaxtı keçmiş malları şirkət Elvindən qəbul etmir. Həmin malları Elvin həyətində aparıb saxlamışdır. O, özü də müddəti keçmiş mallara baxmışdır. Müddəti keçmiş mallara dair akt tərtib etmişdir. O, öz hesabatında göstərmişdir ki, Cavabdeh yeyintisi yoxdur. Onun günahı olsaydı, həmin vaxt ondan izahat alardı. Lakin günahı olmadığı üçün ondan izahat alınmamışdır.
9. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 21 fevral 2024-cü il tarixli, e- 2(016)-80/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. İddia ərizəsinin tələbinə görə cavabdeh MMC-də satış təmsilçisi kimi işləyən zaman onun MMC-dən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır, belə ki, cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu MMC-nin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 6075,62 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində Şahid ifadəsindən görünmüşdür ki, cavabdeh işdən çıxarılan zaman malların təhvil-təslimi aparılmış, həmin vaxt Elşənin əskiyi olmamış, bu səbəbdən, ondan bununla bağlı izahat alınmamışdır. Bundan əlavə, mağaza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş mallar da MMC tərəfindən qəbul edilməmişdir. Göründüyü kimi, MMC cavabdehdən 6075,62 manat pul tələb etsə də, həmin məbləğdə ziyanın cavabdeh tərəfindən dəyməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 78.1, 80, 81-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
12. İddiaçı Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.
Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(107)-54/2025 saylı qətnaməsi ilə İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsi, 6.075,62 manat məbləğində pul, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə öz mövgeyini belə əsaslandırmışdır ki, mülki işin 7-13-cü vərəqlərində yerləşən xx.xx.2022-xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktdan görünmüşdür ki, İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi cavabdehə təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2022-ci il tarixli 210 nömrəli əmrə əsasən təhkim edilmiş müştərilərin faktiki borc qalıqları yoxlanılmışdır ki, həmin Aktda “komissiyanın aktı ilə tanış oldum, heç bir etirazım yoxdur, kənarlaşmanı təsdiq edirəm” sözlərinin altında “təhvil verdi: MMC-nin satış nümayəndəsi: sözlərinin qarşısında cavabdehin əl yazısı ilə adını yazmış və qarşısında imza etmişdir.
15. Həmçinin, iddiaçı MMC tərəfindən məhkəmə kollegiyasına elektron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş mülki işin 130-161-ci vərəqlərində olan “qarşılıqlı borc üzləşmə akt”-larından görünmüşdür ki, hər bir alıcı ilə ayrı-ayrılıqda üzləşmə aktları tərtib edilməklə qalıq borclar müəyyən edilmişdir ki, hər bir aktda MMC-nin satış nümayəndəsi olaraq cavabdeh qeyd edilmiş və hər bir akta cavabdeh öz adının qarşısından imza etmişdir.
16. Mülki işin 7-13-cü vərəqlərində yerləşən xx.xx.2022-xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktın 3-8, 11, 14-18, 22-24, 27, 33, 42-43 və 48-ci sıralarında müştərinin adı və “kənarlaşma əskik” sütunlarında qeyd olunmuş məlumatlarla mülki işin 130-161-ci vərəqlərində olan iddiaçı MMC-nin nümayəndəsi olaraq Şahid digər tərəfdən ayrılıqda hər bir alıcı tərəfindən tərtib olunmuş və digər şəxslərlə birlikdə cavabdeh tərəfindən imzalanmış qarşılıqlı borc vəziyyətini göstərən “qarşılıqlı borc üzləşmə akt”larında əskik sütununda qeyd olunan məbləğlərin qarşılıqlı müqayisəsi nəticəsində həmin məlumatların üst-üstə düşdüyü müəyyən edilmişdir.
17. Kollegiya qeyd etmişdir ki, xx.xx.2022-xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş akta digər şəxslər – iddiaçı MMC-nin Audit şöbəsinin baş auditoru X10, bölgə müdiri X5 və satış əməliyyatları üzrə mühasib X6 ilə birlikdə İddiaçı firmasının Audit şöbəsinin auditi olaraq Şahid imza etmişdir. Həmçinin, “qarşılıqlı borc üzləşmə akt”ları iddiaçı MMC-nin nümayəndəsi olaraq Şahid digər tərəfdən ayrılıqda hər bir alıcı tərəfindən tərtib olunmuş və “bölgə müdiri” X5, təhvil alan X2 ilə yanaşı, Şahid, cavabdeh və alıcı tərəfindən imzalanmışdır.
18. Sözügedən “qarşılıqlı borc üzləşmə akt”ları xx.xx.2022-ci ildə tərtib olunmuşdur. İddiaçının cavabdehlə olan əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verilmişdir. Göründüyü kimi, “cavabdeh işdən çıxarıldığı vaxt əskiyinin olduğunu” təsdiqləyən aktlar mövcuddur ki, həmin aktlar məhkəmədə bunun əksinə ifadə verən şahid tərəfindən imza edilmişdir.
19. Göstərilənlərə əsasən, kollegiya həmin şahidin ifadələrini sübut qismində qəbul etməmişdir.
20. “Mağaza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş malların da MMC tərəfindən qəbul edilməməsi” məsələsinə gəldikdə isə, cavabdeh belə bir halın mövcudluğu ilə bağlı məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir.
21. Bundan başqa, Şahid birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bildirmişdir ki, o, özü də vaxtı keçmiş mallara baxmışdır. Müddəti keçmiş mallara dair akt tərtib etmişlər. O, öz hesabatında göstərmişdir ki, cavabdehin yeyintisi yoxdur.
22. Kollegiya qeyd etmişdir ki, məhkəməyə nə vaxtı keçmiş mallara baxış barədə akt, nə də cavabdehin yeyintisinin olmaması barədə hesabat təqdim edilməmişdir. Əksinə, bunun əksini təsdiq edən sübutlar mövcuddur.
23. xx.xx.2022-xx.xx.2022-ci il ərzində aparılmış yoxlama üzrə gəlinmiş nəticələrin həqiqəti əks etdirib-etdirməməsi; cavabdehin İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi işlədiyi 10 yanvar 2022-ci ildən yoxlamanın başa çatdığı xx.xx.2022-ci ilədək fəaliyyəti nəticəsində məhsulların əskikliyi ilə bağlı borcun yaranıb-yaranmaması; yarandığı halda cavabdehin yaranmış borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün Kollegiya tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin iddiaçı tərəfindən “qaimə-fakturalar” təqdim edilmədiyi üçün ekspert rəyi verilməsindən imtina edilmişdir.
24. Kollegiya iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, bu qətnamənin 2223-cü bəndlərində göstərilmiş dəlillər cavabdehin İddiaçı firmasının satış şöbəsinin satış təmsilçisi işlədiyi 10 yanvar 2022-ci ildən yoxlamanın başa çatdığı xx.xx.2022-ci ilədək fəaliyyəti nəticəsində məhsulların əskikliyi ilə bağlı borcun yaranmasını sübut edir. Qaiməfakturaların təqdim edilməməsinə gəldikdə isə, cavabdehin iddiaya etirazının dəlilləri borcun olmamasına deyil, vaxtı keçmiş malların MMC tərəfindən qəbul edilməməsinə əsaslanmışdır ki, həmin məsələyə də bu qətnamənin 24-cü bəndində qiymət verilmişdir. Ona görə də, qaimə-fakturaların mövcud olmaması iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
25. Borc məbləğinin nə qədər təşkil etməsinin müəyyən edilməsi üçün isə kollegiya tərəfindən cəlb edilmiş mütəxəssisin iştirakı ilə məhkəmə kollegiyasının iclasında “qarşılıqlı borc üzləşmə akt”ları və xx.xx.2022-xx.xx.2022-ci il ərzində aparılmış yoxlamanın nəticəsi ilə bağlı tərtib edilmiş aktın qarşılıqlı müqayisəsi əsasında borcun məbləği hesablanmış və 6075,62 manat borcun olduğu öz təsdiqini tapmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsi 191.1, 191.2, 192.1, 194.2, 199.1, 200.1, 202.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1, 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
27. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(107)-54/2025 saylı qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən kassasiya şikayəti verilmişdir.
Kassasiya instansiya məhkəməsində icraat
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 27 oktyabr 2025-ci il tarixli, 2(102)-2448/2025 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2(107)-54/2025 saylı qətnaməsinin ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
29. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ...birinci instansiya məhkəməsi Şahid ifadəsində göstərdiyi məlumatların işin faktiki halları ilə uyğunluğunu aydınlaşdırmamışdır. Əgər məhkəmə Şahid ifadəsinə tənqidi yanaşmağa cəhd göstərsəydi, onun həqiqətən də məhkəməyə yalan ifadə verdiyini müəyyənləşdirərdi. Çünki, Şahid ifadəsində göstərilənlərin həqiqəti əks etdirdiyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Şahid qismində dindirilmiş Şahid əvvəllər İddiaçı MMC-də satış auditi üzrə təftişçi vəzifəsində çalışmışdır və Cavabdeh ərazisinin təhvil-təslimini şəxsən o aparmışdır. İş materiallarına əlavə edilmiş və Cavabdeh İddiaçı MMC-yə maddi zərər vurduğunu təsdiq edən akt da məhz Şahid tərəfindən tərtib edilib və iştirakçılara imzalatdırılıb. Aktı Şahid özü şəxsən imzalamış və Cavabdeh əskik gəlməsini təsdiqləmişdir. Lakin halhazırda o, İddiaçı MMC-də işdən azad olunduğuna və Cavabdehlə şəxsi münasibətlərinin yaxşı olmasına görə məhkəmədə cavabdehin xeyrinə və həqiqətə uyğun olmayan izahat verməkdən çəkinməmişdir. Şahid verdiyi ifadəsində göstərilən məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil. Onun ifadəsində göstərilənləri təsdiqləyən hər hansı bir sübut mövcud deyil və ola da bilməz. Qeyd olunanlara əsasən Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e- 2(016)-80/2024 saylı qətnaməsinin ləğv olunmasını və iddianın tam həcmdə təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,38 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
31. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e- 2(016)-80/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
36. İddiaçı qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi:
37. Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
38. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
39. Maddə 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
40. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
41. Maddə 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə;
42. Maddə 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
43. Maddə 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir.
48. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
V. Apellyasiya məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
59. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
60. Müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. xx.xx.2022-ci ildə İddiaçı MMC ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı cavabdeh müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini müəssisənin kassasına ödəmədiyini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə mahiyyəti üzrə baxan Ağsu Rayon Məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.
61. Tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilənin 5-ci bəndində göstərilir ki, vurulmuş ziyan işçinin təqsiri üzündən vurulmamışdırsa, o, maddi məsuliyyət daşımır.
62. Həmçinin, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, Cavabdeh işdən çıxarılan zaman malların təhviltəslimi aparılmış, həmin vaxt Elşənin əskiyi olmamış, bu səbəbdən, ondan bununla bağlı izahat alınmamışdır. Bundan əlavə, mağ İddia ərizəsinin tələbinə görə cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmış, belə ki, cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 6.075,62 manat məbləğində aza sahibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş mallar da, İddiaçı MMC tərəfindən qəbul edilməmişdir.
63. Digər tərəfdən, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverici tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur.
64. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.
65. Normanın mənasından da göründüyü kimi, işçinin maddi məsuliyyətinin yaranması üçün ilk növbədə bu maddədə sadalanan halları qanuna zidd şəkildə törədilməsi müəyyən edilməlidir.
66. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yoxlama aktının, habelə həmin aktda adları keçən bəzi mağaza sahibləri ilə iddiaçının tərtib etdikləri qarşılıqlı borc üzrə üzləşmə aktlarının məzmunundan görünür ki, onların hamısı MMC ilə satış təmsilçisi Cavabdeh təhkim edilmiş müştərilərin borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi ilə bağlı tərtib edilməklə, müştərilərin faktiki borc qalıqlarını əks etdirir.
67. Başqa sözlə, həmin sənədlər Cavabdeh göstərilən pul vəsaitlərini qanuna zidd şəkildə mənimsəməsinin təsbit edilməsi üçün deyil, ona təhkim edilmiş müştərilərlə (mağaza sahibləri ilə) İddiaçı MMC arasında həyata keçirilən nisyə alğı-satqı müqavilələri üzrə pul ödənişlərinin mövcud vəziyyəti ilə bağlı tərtib edilmişdir.
68. Cavabdeh özü də həmin sənədləri göstərilən müştərilərlə bilavasitə işləyən satış təmsilçisi kimi imzalamışdır. O, məhkəmə mübahisəsi zamanı göstərilən məbləğləri mübahisələndirməmiş, bunların mağazalara verilmiş vaxtı keçən mallara görə ödənilməyən məbləğlər olduğunu bildirmişdir.
69. Həmçinin, məhkəmədə ifadə vermiş şahid də eyni fikri təkrar etməklə, cavabdehin təqdim edilmiş aktlardakı kənarlaşmaya görə məsuliyyət daşımadığını bildirmişdir.
70. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim edilmiş aktlar özü-özlüyündə cavabdehin orada göstərilmiş məbləğlərə görə məsuliyyət daşımasını birmənalı şəkildə müəyyən edən mötəbər sübutlar olmamışdır.
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hazırkı iş üzrə 27 oktyabr 2025-ci il tarixli, 2(102)-2448/2025 saylı qərarında göstərmişdir ki, ....Apellyasiya instansiyası məhkəməsi daha sonra mağaza sahibləri tərəfindən vaxtı keçmiş malların MMC tərəfindən geri qəbul edilməməsi ilə bağlı cavabdehin məhkəməyə heç bir sübut təqdim etməməsini göstərərək onun bu dəlilini qəbul etməmişdir. Bununla bağlı şahidin müddəti keçmiş mallarla bağlı akt tərtib etməsi və öz hesabatında Cavabdeh yeyintisinin olmadığını göstərməsi ilə bağlı ifadəsini də sübutlar olmaması əsası ilə qəbul etməmişdir. Lakin mə
72. Qeyd edilməlidir ki, iş materiallarından cavabdehin əmək funksiyalarının icrası ilə bağlı yol verdiyi pozuntuya görə işdən azad edilməsi müəyyən edilmir. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verildiyi göstərilmişdir.
73. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçının sübut qismində istinad etdiyi aktlar cavabdeh işdən çıxmazdan təxminən bir ay əvvəl tərtib edilmiş və orada əksini tapmış faktlar ona həmin vaxtdan məlum olmuşdur.
74. Lakin cavabdehlə əmək müqaviləsinə xitam verilərkən bununla bağlı iddiaçının hər hansı tədbir görməsi, cavabdehin maddi məsuliyyəti ilə bağlı ona bildirməsi və ondan bu məbləği tələb etməsi iş materiallarından müəyyən edilmir. Halbuki, cavabdehlə tam maddi məsuliyyətlə bağlı müqavilə onun işə başladığı ilk gündə bağlanmışdır.
75. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi verilmiş suallara cavabında cavabdehin özünün ərizəsi əsasında işdən azad olunduğunu, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı pul çatışmazlığı ilə bağlı sonuncudan heç bir izahat alınmadığını, həmin öhdəliklə bağlı heç bir sənədin tərtib edilmədiyini bildirdi.
76. İddiaçının nümayəndəsi cavabdehlə bağlanmış əmək müqaviləsinə “malların pulunun əskikliyinə” dair aktlar tərtib edildiyi vaxt deyil, bundan bir aydan da artıq müddət keçdikdən sonra xitam verilməsinin, həm də cavabdehin malların pulunu ödəməyərək mülkiyyətçiyə maddi ziyan vurduğu təqdirdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi ilə deyil, 68-ci maddəsinin “a” bəndi ilə xitam verilməsinin ağlabatan, inandırıcı və məntiqi izahını verə bilmədi.
77. Kollegiyanın iclasında cavabdeh göstərdi ki, üzləşmə aktlarında geri qaytarılmış məhsullar, onların dəyəri heç göstərilməmişdir. İddiaçı həmin aktlarda qeyd etməmişdir ki, hansı məbləğ geri qaytarılmış məhsullara aiddir, hansı əskik hissəni təşkil edir. Müddəti keçmiş məhsullardan savayı, digər məbləğ də bir qapalı mağaza ilə bağlı idi, onların məsələsini də şirkətin problemli şöbəsi gedib araşdırmalı idi, onlar da getməmişlər. İşdən çıxanda hazırkı mübahisəli borcla bağlı ondan heç bir izahat alınmayıb və o, izahat verməkdən imtina etməmişdir, çünki onun əskikliyi olmayıb.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
79. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
80. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
81. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
82. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
83. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
84. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, e-2(016)-80/2024 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov