Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-124/2022 25.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili X6, Cavabdeh iştirakları ilə, İddiaçı Aqbdurəhman oğlunun Cavabdeh qarşı mülkiyyətində olan 0.12 ha həyətyani torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)-209/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən iddiaçının qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsinin naturada ölçülərək iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)-209/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. işin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi anında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş indində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Lakin sözügedən torpaq sahəsinin bir hissəsi qanunsuz əsaslarla Qax rayonunun Qaxbaş kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Bununla da o, qanuni mülkiyyətinin bir hissəsindən məhrum edilmişdir. Dəfələrlə cavabdehə tərəfindən qanuni mülkiyyəti olan torpaq sahəsindən çıxmasını tələb etsə də, o buna məhəl qoymamışdır. Cavabdeh ona məxsus olan torpaq sahəsini boşaltmalı, onun dövlət tərəfindən müdafiə olunan və qorunan mülkiyyət hüquqları bərpa olunmalıdır. iş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)- 22/2022 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)-209/2019 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən onun qanuni mülkiyyəti olan, Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılmasına dair iddia ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 20201-ci il tarixli, 2(107)- 22/2021 nömrəli qərardadı ilə iddia tələbinin Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin ölçülərək iddiaçıya təhvil verilməsi hissəsi üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)- 22/2021 nömrəli qətnaməsindən iddiaçının hüquqi varisi X8 və onun nümayəndəsi və vəkili X10 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-4437/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-22/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Deməli onun həmin torpaq sahəsini zəbt etməsi sübuta yetirilmir. Lakin birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə almamışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tаrixli, 2(024)- 209/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında apellyasiya şikayətini müdafiə etdiyini bildərək göstərdi ki, 2010-cu ildə qardaşımla torpaq şöbəsində araşdırma aparanda qardaşının adına 3 dənə sənəd aşkar etmişlər. Akt, arayış və çıxarış. Akt torpaq şöbəsinin müdiri Seyfullah Ramazanov tərəfindən imzalanıb. Torpaq şöbəsi tərəfindən təsdiq edilməyib. Həmin möhürün üzərində qələmlə imza atılıb. Qax rayonunda Nizami adına Kolxoz olub. Seyidov Qax rayonu, İnqiloy kənd sakinidir. 21.02.1997-ci ildə qərarla X9 X2 evinin arxasından .0.06 ha torpaq verib. Həmin torpaq sahəsi Əhmədov Nadirin torpaq sahəsindən kəsilib verilmişdir. Arayış verilib. X1 məxsus 0.12 ha torpaq sahəsi olması göstərilir. İnzibati ərazi nümayəndəliyi torpaqla bağlı arayış verə bilməz. 2004-cü ildə bu şəxsə gizli texniki pasport verilib. 2004-cü ildə olan sənəddə evin sxemi göstərilir. Həmin ərazi yolun kənarından 50 metr məsafədə yerləşir. 40 metr yazılıb. 50*17 0.085 ha torpaq sahəsi edir. Elenaya torpaq veriləndə evin arxasında 2 metr qoyub ölçdülər. Bu isə 0.095 ha torpaq sahəsi edir. Amma 2019-cu ildə texniki pasport veriləndə 17 metr sürüşdürmə ediblər. Bələdiyyə qurumu yaranandan sonra əvvəla zəbt olmamışdır. 17 metr sürüşdürmə ediblər. Ev gəlib zəbtin içinə düşüb. Məhkəmə kollegiyası həmin əraziyə baxış keçirmişdir. 30 il ərzində qardaşına yol açdıra bilməmişdir. Onun xahişi odur ki, onun uşağı torpaq payı ilə təmin edilsin. ona görə də ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili X10 izahatında göstərdi ki, ekspert rəyi ilə tanış olmuşlar. Əvvəl də ekspert rəyində qeyd olunmuşdur ki, zəbt yoxdur. Ancaq onların çıxarışı var. Şəxs onların çıxarışlarına əsasən şəxsin istifadə etdiyi ərazi onların torpaq sahəsi ilə üst-üstə düşür. Hal-hazırda şəxs həmin torpaq sahəsindən istifadə edir. Evin arxasında olan torpaq sahəsi hansı ki, ekspert dəmir setka olduğunu qeyd edir. Cavabdeh həmin setkanı söküb və həmin torpaq sahəsindən istifadə edir. Onların iddia tələbində o məsələ də olmuşdur ki, sərhədlər dəqiqləşdirilsin. Hər iki tərəf ərazi sərhədlərini bilsinlər. Xahişləri odur ki, çıxarışları əsasında onlara məxsus ərazinin sərhədləri dəqiqləşdirilsin və cavabdeh həmin ərazidən çıxarılsın. Çünki faktiki olaraq cavabdeh həmin ərazidən istifadə edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 avqust 2021-ci il tarixli, 2(102)-4437/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(107)-22/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, apelyasiya kollegiyası iddianın rədd edilməsi qənaətinə gələrkən əldə etmiş olduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 27.10.2020-ci il tarixli mütəxəssis rəyinə və həmin rəy əsasında verilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 01.02.2021-ci il tarixli ekspert rəyinə istinad etmişdir ki, həmin mütəxəssis və eksert rəyində konkret olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, yəni istifadə edilibedilməməsi göstərilməmişdir. Həmin rəylərdə göstərilmişdir ki, ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il qeydiyyat tarixli ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığına görə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etmək mümkün olmamışdır. Apellyasiya kollegiyası bu cür natamam rəylərə sübut kimi qiymət verib istinad etməklə prosessual pozuntuya yol vermişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102.1-ci maddəsinə əsasən ekspert rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Ekspert rəyinin natamamlığı onda ifadə olunur ki, ekspert və ekspert rəyinə əsas olmuş mütəxəssi rəyində İddiaçı mülkiyyətində olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə hər hansı bir mərz nişanı və ya fiziki sərhədi mövcud olmadığı əsası ilə həmin torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini müəyyən etməyin mümkün olmaması göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçının torpaq sahəsindən istifadə edilməsinin müəyyən edilməməsinin səbəbi kimi göstərilmiş hal o demək deyildir ki, iddiaçının torpaq sahəsindən cavabdeh istifadə etmir. Belə olan halda, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iş materiallarında olan iddiaçı və cavabdehə məxsus, yəni onların xüsusi mülkiyyətlərində olan torpaq sahələri ilə bağlı çıxarışın olmasını nəzərə almamış, yəni həmin çıxarış əsasında məhkəmə araşdırmasını tam olaraq həyata keçirməmişdir. Çünki hər hansı şəxsə torpaq sahəsi ilə bağlı çıxarış verilərkən şəxsin mülkiyyətinə verilən torpaq sahəsinin sərhədləri və hüdudları müəyyən edilir. Bu hal da həmin hüdudlar əsasında, həmin hüdudlara istinadən ədalətli məhkəmə araşdırmasının aparılmasının zəruriliyini ifadə edir ki, məhkəmə bu hala əhəmiyyət verməmiş, yəni tərəflərə məxsus torpaq sahələrinin dəqiq koordinatları üzrə (çıxarışa əsasən) rəy əldə edə bilmədiyi halda, natamam rəyə istinad etməklə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə nəzərə almamışdır ki, bu kateqoriya işlər üzrə tam məhkəmə araşdırmasının həyata keçirilməməsi tərəflərdən birinin mülkiyyət hüquqlarının pozuntusuna rəvac verə bilər. Bununla bağlı olaraq Şəki Apellyasiya məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(107)-124/2022 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 04 may 2022-ci il tarixli 10/1119 nömrəli ekspert rəyində qeyd edilmişdir ki: Mülki iş materiallarında olan DƏDRX-nin Şəki Ərazi İdarəsinin Qax rayon şəbəsi tərəfindən tərtib edilmiş 29.12.2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 11.01.2019-cu il tarixli **********96-10301 reyestr saylı fərdi yaşayış evinin Texniki pasportunda qeyd edilən cizgilərə əsasən İddiaçı məxsus torpaq sahəsinin naturada ölçüləri ümumilikdə 0.32 hektardır. Bunun 0.12 ha hisssi sənəd üzrə olan, 0.20 ha hissəsi isə zəbt torpaq sahəsidir. Naturada ölçmə işləri apararkən məlum oldu ki, həmin ölçülər hüquqmüəyyənedici sənədlə üst-üstə düşür. Mülki iş materiallarında olan DƏDRX-nin Şəki Ərazi İdarəsinin Qax rayon tərəfindən tərtib edilmiş 29.12.2021 -ci il tarixli mütəxəssis rəyinə əsasən Azərt Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli, 11.01.2019cu il tarixli **********96-10301 reyes fərdi yaşayış evinin Texniki pasportunda qeyd edilən cizgilərə əsasən iddiaçı Xürrəm Abdurəhman oğluna məxsus torpaq sahəsi Cavabdeh Seyidov Abdurəhman oğlu tərəfindən zəbt edilməmişdir. Tərəflər arasında 22 metrlik müt sərhədd var. Sərhəd şərtidir. Yəni həmin xətt boyu daş hasar, metal tor kimi ortaq sərhəd yoxdur. Sənədə görə sərhədd öncədən çəkilmiş metal torun davamı olaraq uzanır cavabdeh həmin xəttin 3.5 metr iddiaçı tərəfindən keçməsini istəyir. Mübahisəli sahəsi 0.0035 hektardır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus olan Qax rayonunun Qaxbaş kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması sübut olunmur. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onlarınç səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, işin baxılması ilə əlaqədar məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində aparılan tikililərin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(024)-209/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Aqbdurəhman oğlunun Cavabdeh qarşı mülkiyyətində olan 0.12 ha həyətyani torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbi təmin edilməməli, iş üzrə keçirilmiş eksperti xərci iddiaçıya aid edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(024)-209/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Aqbdurəhman oğlunun Cavabdeh qarşı mülkiyyətində olan 0.12 ha həyətyani torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri- 50(əlli) manat məbləğində pul iddiaçının hüquqi varisi X4 tutularaq, Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış mütəxəssiz tədqiqatlarının dəyəri-80.40 (səksən manat qırx qəpik) manat məbləğində pul iddiaçının hüquqi varisi X4 tutularaq, Az.MEM, VÖEN ********** , AZ23AİİB********************, Kapital Bank ASC Xətai filiallı, KOD 200071, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri–50 (əlli) manat məbləğində pul iddiaçının hüquqi varisi X4 tutularaq, Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-124/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-124/2022
25.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver