Məhkəmə qərarları › İş №2(107)-1240/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1240/2023

07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1240/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, Cavabdeh1 “İddiaçı Əlisurət qızının mərhum əri X1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan hesab olunması tələbinə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tаrixli, 2(046)- 1708/2023 sаylı “qarşılıqlı iddia ərizəsinin geri qaytarılması” barədə qərаrdаdındаn Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Göyçay Rayon Məhkəməsinə müraciət edərək onun və azyaşlı övladları 2013-cü il təvəllüdlü X2 və 2015-ci il təvəllüdlü X4 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qohumları X7 ilə 2012-ci ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra ünvan 2 ünvanda yerləşən fərdi evə köçmüşdür. Birgə nikah dövründə iki övladı anadan olmuşdur. 2012-ci ildən övladları ilə birlikdə həmin fərdi evdə yaşayır və qeydiyyatdadır. Fərdi evdə 01 iyul 2023-cü il tarixədək yaşamışdır. Fərdi yaşayış evi mərhum həyat yoldaşı X1, mərhum qayınatası X5, Cavabdeh2 ümumi birgə mülkiyyətində olmuşdur. Həyat yoldaşı ilə və cavabdehlər uzun müddət həmin evdə yaşamaqla orada ümumi təsərrüfatı idarə etmişdir. 05 iyul 2023-cü il tarixdə həyat yoldaşı X7 ağır cinayət törətməkdə təqsirləndirilərək həbs edilmişdir. Həyat yoldaşı həbs edildikdən sonra cavabdehlər ona orada yaşamağa imkan vermədilər. Məcbur olub uşaqları ilə birlikdə həmin evi tərk etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 fərdi yaşayış evinə daxil olmağa icazə vermirlər. Onun və uşaqlarının hal-hazırda başqa yerdə yaşamağa imkanı yoxdur. Müvəqqəti olaraq bacısının yanında yaşayır. Bacısının ailə üzvləri bacısıgildə qalmağına etiraz edir. Hazırda bütün əşyaları yaşadığı H.Z.Tağıyev küçəsi 1 15 saylı ünvanda yerləşir. İddiaçı Cavabdeh1 İsmayil qızı və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün hesab edilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək İddiaçı Əlisurət qızının iddiasının təmin edilməməsi və İddiaçı Əlisurət qızının mərhum əri X1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmaması barədə qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) 31 avqust 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadı ilə Cavabdeh1 İddiaçı Əlisurət qızının mərhum əri X1 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququ olmayan hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsi geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh1 qaytarılması, Cavabdeh1 iddiaya hüquqi müdafiə vasitəsini təmin məqsədi ilə qarşılıqlı iddia ərizəsində göstərdiyi dəlilləri iddiaya etiraz etmə kimi qəbul edilməsi qərara alınmışdır. Cavabdeh1 Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tаrixli, 2(046)- 1708/2023 sаylı qərardadından şikayət verərək, qərardadını ləğv edib qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum əri X1 mülkiyyətində olmuş, onun vəfatından sonra isə vərəsəlik işinin açılması üçün Göyçay rayon Notariat Ofisinə müraciət etmişdir. Yəni gözlənilən mülkiyyət hüququ yaranıb. Cavabdeh İddiaçı Əlisurət qızı və onun övladları şifahi razılıq əsasında ərinin mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata salınıblar. Mərhum ərinin mülkiyyətində olan fərdi yaşayış evində yaşamaları üçün nə əri ilə, nə də onunla müqavilə bağlamayıblar. Göyçay Rayon Məhkəməsinin icraatında olan 2(046)-1708/2023 saylı iş üzrə baxılan, İddiaçı Əlisurət qızının verdiyi iddia ərizəsində onun özü qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə ərinin mülkiyyətində olan fərdi yaşayış evindən könüllü şəkildə çıxmış və hazırda həmin evdə yaşamır. X7 isə xx.xx.2023-cü il tarixdən ağır cinayət törətdiyi üçün cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1708/2023 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsi tərəfindən verdiyi qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasını qanunsuz hesab edir. Ona görə qanunsuz hesab edir ki, qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə uyğun olaraq verilmişdir. Qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin qəbul edilməsi şərtlərinə uyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsində qeyd olunan iddia ərizəsinin geri qaytarılması üçün əsaslardan heç biri mövcud deyil. Göyçay Rayon Məhkəməsinin 27 sentyabr 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Qeyd olunmalıdır ki, cavabdeh ona qarşı qaldırılmış iddiadan öz mənafeyini müxtəlif vasitələrlə müdafiə etmək hüququna malikdir. Cavabdeh iddiaya etiraz etməklə yanaşı iddiaçıya qarşı iddia tələbi irəli sürə bilər. İddiaya qarşı etiraz dedikdə, iddia tələbinin əsassız olması barədə mütləq dəlillər başa düşülür. Məsələn, iddiaçı cavabdehdən yaşayış sahəsinin boşaldılmasını tələb edir, cavabdeh etiraz edərək bildirir ki, yaşayış sahəsindən istifadə hüququna malik olduğuna görə iddiaçının tələbi əsassızdır. Yaxud iddiaçı tələb edir ki, cavabdehə məxsus olan yaşayış evinə köçürülsün, cavabdeh etiraz edir ki, iddiaçının onun yaşayış evindən istifadə hüququ olmadığından iddiaçının tələbi əsassızdır. Birinci insntasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia özözlüyündə müstəqil maddi-hüquqi tələb və müdafiə vasitəsidir. Yəni bu o deməkdir ki, iddia irəli sürülməsəydi qarşılıqlı iddianın müstəqil qaldırıla bilməsi mümkün olsun, məsələn iddiaçı iddiadan imtina etdikdə cavabdeh qarşılıqlı iddianın baxılmasını tələb edə bilsin. Qarşılıqlı iddia ümumi iddia icraatı qaydasında verilməli olan iddialara qarşılıqlı olaraq qaldırıla bilər. İddia ümumi iddia icraatı qaydasında verildikdə, qarşılıqlı iddia xüsusi icraat qaydasında verilməli olan işlərə aid olmamalıdır. İddiaçı tələblərini heç bir hüquq normasına istinad etmədən əsaslandırdığı zaman isə məhkəmə mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir və məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun hesab edilməlidir. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı Cavabdeh1 İsmayil qızı və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Cavabdeh1 yaşayış sahəsindən istifadə hüququ olmayan hesab olunması tələbinə dair qarşılıqlı iddiası müstəqil maddi-hüquqi tələbi olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi 31 avqust 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadı ilə Cavabdeh1 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də cavabdehin Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tаrixli, 2(046)-1708/2023 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar