Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1244/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti həm işəgötürən, həm də işçi tərəfindən imzalanmaqla bilavasitə əmək müqaviləsinə daxil edilməklə və Əlavə Razılaşmalar tərtib edilməklə uzadılmışdır. Müqavilənin son müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. İddiaçı həmin müddətli əmək müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti başa çatdığı üçün Mərkəzin direktorunun MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmri ilə həmin müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mərkəzin direktoru Nazim Hüseynovun MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmrinin ləğv edilməsi, Cavabdeh heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən müddətli əmək müqaviləsinə əsasən Cavabdeh heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Hər il aralarında bağlanmış əlavə razılaşmaya əsasən həmin müddətli əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən həmin müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. Bundan sonra həmin müddətli əmək müqaviləsinin müddəti uzadılmamış və MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təxminən bir ay öncə əmək müqaviləsinin müddətinin başa çatacağı barədə ona bildiriş (yazılı məlumat) təqdim olunsa da, həmin sənədi imzalamamışdır. Əmr barədə ona heç bir məlumat verilməmiş, xx.xx.2022-ci il tarixə kimi iş yerinə gedib-gəlmiş, davamiyyət jurnalına imza etmişdir. Bu səbəbdən hesab edir ki, onunla bağlanmış müddətli əmək müqaviləsi əvvəlki müddətə uzadılmışdır. Sözügedən əmr ona xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş və ertəsi gün almışdır. Əmrin məzmunu ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, sözügedən əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Mərkəzin direktoru onu qanunsuz olaraq işdən azad etmiş və ona qarşı qərəzli olmuşdur. Belə ki, onun kimi digər 7-8 nəfər işçilər də müddətli əmək müqaviləsinə əsasən işləmişlər. Lakin, onların hamısı ilə yenidən müddətli əmək müqaviləsi bağlanmışdır. Hesab edir ki, sözügedən əmr qanunsuzdur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi X5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən müddətli əmək müqaviləsinə əsasən Cavabdeh heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Hər il onunla işə götürən arasında bağlanmış əlavə razılaşmaya əsasən həmin müddətli əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə arlarında bağlanmış xx.xx.2021-ci il tarixli əlavə razılaşmaya əsasən müddətli əmək müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. Bundan sonra həmin müddətli əmək müqaviləsinin müddəti uzadılmamış və MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmrlə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının davamiyyət jurnalına imza etməsinə gəlincə hesab edir ki, həmin hal heç bir hüquqi əhəmiyyət kəsb etmir. Ona görə ki, davamiyyət jurnalı ciddi hesabat sənədi olmamaqla həmişə müəsissənin girişinə mühafizəçinin yanına qoyulur. Həm də artıq həmin vaxt cavabdeh işəgötürən olaraq iddiaçı ilə əmək münasibətlərinə davam etməmək barədə qərara gələrək, əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermiş, bu barədə əmək müqaviləsi bildirişi işəgötürənin gücləndirilmiş elektron imzası vasitəsi ilə elektron informasiya sisteminə daxil edilmişdir. Bundan başqa həmin müddətdə cavabdeh (işəgötürən) tərəfindən iddiaçıyahər hansı bir tapşırıq verilməmişdir. Digər işçilərlə yenidən müddətli əmək müqaviləsinin bağlanmasına gəlincə qeyd etməyi lazım bilir ki, müqavilənin yenidən bağlanıb-bağlanmaması işəgötürənin səlahiyyətinə aid olan məsələdir. Həm də iddiaçının ixtisası yerinə yetirdiyi əmək funksiyasına uyğun olmamışdır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə bağlanmış müqavilənin müddəti başa çatdığı üçün və işəgötürən iddiaçı ilə əmək münasibətini davam etdirmək istəmədiyi üçün onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam vermişdir. Hesab edir ki, sözügedən əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi və 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri baxımından tamamilə qanunidir. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti həm işəgötürən, həm də işçi tərəfindən imzalanmaqla bilavasitə əmək müqaviləsinə daxil edilməklə və Əlavə Razılaşmalar tərtib edilməklə uzadılmışdır. Müqavilənin son müddəti xx.xx.2022-ci il tarix müəyyən edilmişdir. İddiaçı həmin müddətli əmək müqaviləsi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehndə heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti başa çatdığı üçün Mərkəzin direktorunun MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmri ilə həmin müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı məsələ ilə bağlı mediasiyaya müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir.
6. İddiaçı Cavabdeh direktoru tərəfindən verilmiş MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmrini qanunsuz hesab edərək ləğv edilməsi barədə məhkəməyə iddia versə də, həmin əmrin qanunsuz olmasını sübut edə bilməmişdir.
7. İddiaçının sözügedən əmrin qanunsuz hesab edilməsi barədə iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında göstərdiyi dəlillər Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatı və məhkəmə iclasında tədqiq edilən yuxarıda adıçəkilən iş materialları ilə tam təkzib olunmuşdur.
8. Məhkəmə İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdehnə gedib-gəlməsi, davamiyyət jurnalına imza etməsi və buna görə onunla bağlanmış müddətli əmək müqaviləsinin uzadılmış hesab olunması ilə bağlı dəlillərinə tənqidi yanaşaraq qeyd etməyi lazım bilir ki, həmin hal haqqında mübahisə qaldırılan əmrin qanunsuz hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla ona görə ki, iddiaçı həmin müddətdə işəgötürən tərəfindən ona hər hansı bir əmək tapşırığının verilməsi və onun tərəfindən əmək funksiyasının yerinə yetirilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçının istinad etdiyi əmək qanunvericiliyinin “müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəasına gəlincə məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh işəgötürən olaraq artıq müqavilə müddətinin bitdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. Bununla da cavabdeh işəgötürən olaraq iddiaçı ilə əmək münasibətlərinə davam etməmək barədə iradəsini elə həmin gün ifadə etmişdir. Belə olan təqdirdə əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması üçün heç bir əsas qalmamışdır. Ona görə də iddiaçının həmin dəlilləri əsaslı deyildir.
9. İşin yuxarıda müəyyən olunmuş hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh direktorunun MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmri tamamilə qanuni olmuşdur.
10. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında bağlanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla müəyyən müddətə bağlandığından, həmin müqavilənin müddəti xx.xx.2022-ciil tarixdə qurtardığından və Cavabdeh direktoru İddiaçı ilə əmək münasibətlərini davam etdirmək istəmədiyindən onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdeh direktorunun MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi və 73-cü maddəsinin 1-ci hissəsinin tələbləri baxımından tamamilə qanunidir.
11. Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilməli olan dövlət rüsumunun dövlət hesabına aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46, 47, 68 və 73-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
13. İş materiallarında olan xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 3 həftə sınaq müddəti müəyyən edilməklə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və o, Cavabdeh heyvandarlıq şöbəsinin baş məsləhətçisi vəzifəsinə qəbul edilmişdir.
14. Həmin müqavilənin 8.2-ci bəndinə uyğun olaraq hər iki tərəfin razılığı ilə müqavilənin müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək uzadılmış, bu barədə müqavilənin mətnində müvafiq qeydlər (dəyişikliklər) edilərək, müqavilənin 8.3-cü bəndinə uyğun olaraq həm işəgötürən, həm də işçi tərəfindən imzaları ilə təsdiq edilməklə, həmin dəyişikliyin bu əmək müqaviləsinin tərkib hissəsini təşkil etdiyi təsdiq olunmuşdur.
15. İş materiallarında olan həm işəgötürən, həm də işçi (İddiaçı) tərəfindən imzalananxx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə 1№-li Əlavə Razılaşmanın təsdiq olunmuş surətindəngörünür ki, həmin müqavilənin müddəti hər iki tərəfin razılığı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
16. İş materiallarında olan həm işəgötürən, həm də işçi (İddiaçı) tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə 2№-li Əlavə Razılaşmanın təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin müddəti hər iki tərəfin razılığı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
17. İş materiallarında olan həm işəgötürən, həm də işçi (İddiaçı) tərəfindən imzalanan xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə 3№-li Əlavə Razılaşmanın təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin müddəti hər iki tərəfin razılığı ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
18. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh MİHO/1.2.75-3.1-2022-19 saylı, 06 may 2022-ci il tarixli əmrin təsdiq olunmuş surətindən görünür ki, Mərkəzinin heyvandarlıq şöbəsinin baş məsləhətçisi İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə müddətin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 06 may 2022-ci il tarixdən xitam verilmişdir. Əsas: İddiaçıla bağlanmış müddətli əmək müqaviləsi.
19. İş materiallarında olan elektron informasiya sistemindən çap edilərək çıxarılmış əmək müqaviləsi bildirişlərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müddətli əmək müqaviləsinə dəyişiklik edilməsi və xitam verilməsi barədə əmək müqaviləsi bildirişi işəgötürənin gücləndirilmiş elektron imzası vasitəsi ilə elektron informasiya sisteminə daxil edilmiş və həmin əmək müqaviləsi bildirişləri həmin elektron informasiya sistemində qeydiyyata alınmışdır.
20. İş materiallarında olan mediator Z.Abdullayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, №MŞİH-18750 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir.
21. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlə əmək müqaviləsi 01 noyabr 2018-ci il tarixdə 3 aylıq sınaq müddəti ilə bağlanıb, sınaq müddəti bitdikdən sonra daha 6 ay müddətinə uzadılıb, bundan sonra əmək müqaviləsi müddətsiz olub. Cavabdeh işçilərin əmək hüquqlarını pozaraq hər il onları müddətli əmək müqaviləsi bağlamağa məcbur edir, o da mübahisə yaratmamaq üçün 2021-ci ilin may ayının 05-də müqavilə imzalamışdır. Cavabdehlə münasibətlərini məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Cavabdeh mediasiya icraatı ilə mübahisənin həllindən imtina etmişdir, barəsində şikayət verilən məhkəmə aktı ilə iddiası rədd edilmişdir.
23. Onunla əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan əsaslardan heç biri olmadığından bağlanmış əmək müqaviləsi daimi hesab edilməlidir. Hətta onunla bağlanmış müqavilə müddətli olsa idi belə həmin müqavilənin ləğvində barəsində ayrı seçkiliyyə yol verilməməli idi. Bekə ki, cavabdeh təşkilatda çalışanların bir çoxu müddətli müqavilə ilə işləyirlər, lakin həmin şəxslərin hamısı ilə müqavilə müddəti uzadılıb. O, cavabdeh təşkilatın rəhbərliyini qanuni üsul və vasitələrlə tənqid edtiyinə görə ayrı seçkiliyə məruz qalmışdır.
24. Bundan başqa o, 2022-ci ilin may ayının 13-nə qədər işdə olmuşdur, əmək vəzifələrinin icrası ilə bağlı cavabdeh tərəfindən hər hansı etirazla qarşılaşmamışdır. Bu səbəbdən də cavabdeh onu müddətin başa çatması əsası ilə işdən azad edə bilməzdi. Barəsində şikayət verdiyi məhkəmə aktının 3-cü səhifəsinin 7-ci abzasında göstərildiyinə görə guya o xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş tabel kitabı üzrə aparılmış araşdırma məhkəmə qətnaməsində əksini tapmamışdır. Cavabdehin nümayəndəsi may ayının 13-ü də daxil olmaqla tabel kitabını şəxsən imzalayaraq işə çıxmağını, əmək vəzifələrini icra etməyini inkar etməmişdir. Tədqiq olunmuş tabel kitabından göründüyü kimi ad və soyadının qarşısından 14 may 2022-ci il tarixdən qırmızı xətt çəkilmişdir və məhkəmədə iştirak edən nümayəndə bu xüsusatı həqiqətən həmin tarixə qədər işdə olmağıyla, işdən azad edilməyinə dair bildiriş almamağı ilə izah etmişdir.
25. Nümayəndənin etibarnaməsi ümumiyyətlə saxta olmuşdur, çünki cavabdeh təşkilatın rəhbəri xəstə olduğundan işə çıxmır və onun adından etibarnaməni müavin imzalamışdır. Bu barədə məhkəmədə göstərdikləri qətnamədə əksini tapmamışdır.
26. Barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi hətta məhkəmə müqavilənin müddətli bağlandığı qənaətinə gəlsə belə onun müddət başa çatandan sonra davam etdiyini, onunla eyni vəziyyətdə olan şəxslərin heç birinin həmin əsasla işdən azad edilmədiyini, beləliklə tənqidə görə təqib olunduğunu, ayrı-seçkiliyə məruz qaldığını düzgün qiymətləndirərək iddianı təmin etməli idi.
27. Müddətin başa çatması əsası ilə müqaviləyə xitam verilməsi barədə məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmədə tədqiq olunmuş tabel kitabından da göründüyü kimi o, 13 may 2022-ci il tarixi də daxil olmaqla işdə olmuş, əmək vəzifələrini icra etmişdir. Qətnamədə isə xx.xx.2022-ci il tarixədək işdə olmağı göstərilib.
28. Ona görə də, Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)- 518/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinə qarşı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 46-cı maddəsinin 6-cı hissəsinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. 47-ci maddəsinin f) bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 2-ci hissəsininb) bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci hissəsinə görə işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işəçıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işəçıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. İddiaçı Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 22-ci bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı həmin abzasda öncə sınaq müddəti bitdikdən sonra, əmək müqaviləsinin müddətsiz olduğunu desə də, eyni abzasda həmçinin 2021-ci ilin may ayının 05-də cavabdeh təşkilatla 1 il müddətinə müddətli əmək müqaviləsi imzaladığını göstərməklə aralarındakı əmək müqaviləsinin müddətsiz olduğu barədə arqumentini özü inkar etmişdir.
38. İddiaçı apellyasiya şikayətində bu qətnamənin 23-cü bəndində göstərilmiş arqumnetlərini təsdiq edəcək heç bir sübut və ya dəlili məhkəməyə təqdim edə bilməmişdir.
39. İddiaçının apellyasiya şikayətində bu qətnamənin 24, 26-27-ci bəndlərində göstərilən arqumentlərinə gəlincə isə, məhkəmə kollegiyası qeyd edir ki, həmin bənddə göstərilənlər iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin uzadılmış hesab olunması üçün əsas deyildir. Ona görə ki, əmək qanunvericiliyinin “müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası hazırkı hala tətbiq oluna bilməz. Belə ki, cavabdeh işəgötürən olaraq artıq müqavilə müddətinin bitdiyi gün, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam vermişdir. Bununla da cavabdeh işəgötürən olaraq iddiaçı ilə əmək münasibətlərinə davam etməmək barədə iradəsini elə həmin gün ifadə etmişdir. Belə olan təqdirdə əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunması üçün heç bir əsas qalmamışdır. Ona görə də iddiaçının həmin dəlilləri əsaslı deyildir.
40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 25-ci bəndində göstərilən arqumentlərinə münasibət bildirərək qeyd edir ki, sözü gedən – mülki işin 46-47-ci vərəqlərində olan etibarnamə rəsmi olaraq direktor müavini X6 tərəfindən imzalanmışdır ki, həmin vaxt təşkilatın direktoru işdə olmadığından onu rəsmi olaraq müavini əvəz etmiş və təşkilatın adından verilən sənədləri imzalamağa səlahiyyətli olmuşdur.
41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli 2(035)-518/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Ayaz Mahmudov