Məhkəmə qərarları › İş №2(107)-1245/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1245/2022

13.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1245/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadından cavabdehlər X1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)-720/2021 nömrəli qərardadı ilə İddiaçı1 və İddiaçı2 X4ma və Cavabdeh2 qarşı “JN 026F, KOD 40309088 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən onlara məxsus olan 0.29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və cavabdehlərin həmin torpaq sahəsindən məcburi çıxarılmal tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi çıxarılıb qanuni qüvvəyə minənədək mübahisə olunan fındıq bağının məhsulunun yığılmasına cavabdehlər Nürəddinova Səhər Musa qızma və Cavabdeh2 qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehlər X3 və Kulaşvili Zardo İqnatoviç 09 avqust 2022-ci il tarixdə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadına əsasən Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)- 720/2021 nömrəli qərardadından cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayət üzrə icraat mümkün hesab edilməməsi və şikayətin geri qaytarılması qərara alınmışdır. Cavabdehlər X3 və Cavabdeh2 Qax Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadından şikayət vermişlər. Qax Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ilə cavabdehlər X3 və Cavabdeh2 Qax Rayon Məhkəməsinin Qax Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli 2(024)- 720/2021 saylı qərardadından verdiyi apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehlər Səhər Nürəddinovaya və Cavabdeh2 geri qaytarılması qərara alınmış və həmin qərardadla onlara qərardadda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət etmək hüququ olduğu izah edilmişdir. Cavabdehlər X3 və Cavabdeh2 Qax Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadından şikayət vermişlər. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Jaroyeviçin onlara qarşı 0,29 ha torpaq sahəsinin istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və onların həmin torpaq sahəsindən məcburi çıxarılmaları tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək mübahisə olunan fındıq bağının məhsulunun yığılmasının cavabdehlərə qadağan edilməsi və fındıq bağının məhsulunun yığılması üçün onlara şərait yaradılması barədə qərardad çıxarılmasını xahiş etmişlər. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2 (024)-720/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, 0.29 ha torpaq sahəsinə istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması və fındıq bağınm məhsulunun yığılmasının onlara qadağan edilməsi barədə qərardad qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadı qəbul edildiyi zaman müəyyən olunan hallar aradan qalxdığından və hazırda mübahisələn sahənin onların istifadələrində olduğu müəyyən edildiyindən və şəhadətnamənin koordinatları və əsaslarına şübhə əmələ 1 gəldiyindən sözügedən qərardadın ləğvi ilə bağlı Qax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək xahiş etmişlər ki, Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilsin. Qax Rayon Məhkəməsi (hakim Tural Həsənov) xx.xx.2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ilə ərizəsinə apellyasiya şikayəti kimi qiymət verərək apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmiş və ümumi qaydada yenidən apellyasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir. Qərardaddan narazıdırlar, qərardad qanunvericiliyin kobud şəkildə pozulması və səhv yorumlanması ilə qəbul edilmişdir. Qax Rayon Məhkəməsinə ərizə verərək bildirmişlər ki, təmin tədbiri ərizəsində “fındıq bağının məhsulunun yığılmasının cavabdehlərə qadağan edilməsi və fındıq bağınm məhsulunun yığılması üçün onlara şərait yaradılması barədə” tələb qoyulmuş, məhkəmə isə 0,29 ha torpaq sahəsinə istifadəsi üçün yaradılan maneələrin aradan qaldırılması ilə yanaşı əlavə olaraq iddiaçıların tələb etmədiyi halda “fındıq bağının məhsulunun yığılmasının bizə qadağan edilməsi barədə” qərardad qəbul etmişdir. Bundan başqa Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixdə 2-l(107)-208/2022 saylı qərardadı ilə Şəki inzibati Məhkəməsinin hazırki işlə əlaqədar qəbul etdiyi xx.xx.2022-ci il tarixli 2- 1(116)-91/2022 saylı qərardad ləğv edilərək iddia tələbi mümkün hesab edilmiş və həmin qərardadda qeyd edilmişdir ki, ekspert rəyi əsasında hazırki işdə Papiaşvili Jenya Mirvanovna və İddiaçı2 Jaroyeviçə məxsus şəhadətnamədə qeyd edilən 0,29 ha torpaq sahəsinin onların istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilərək qanuni qərar çıxarılmalıdır. 2(024)-720/2021 (2(024)- 34/2022) saylı ış materiallarına da əlavə edilmiş Qax Rayon Məhkəməsinin təyin etdiyi ekspert rəyi və həmin rəyə əlavə edilmiş Ortofotoplandan çıxarışlarla sübut olunur ki, iddiaçılara verilən torpaq sahəsi ilə istifadələrində və sahibliyində olan torpaq sahələri arasında fərq vardır və həmin torpaqlar üst üstə düşmür. Deməli şəhadətnamənin koordinatları səhv vurulub və iddiaçıların onları çıxartmaq istədikləri torpaq sahəsi həqiqətən də onların mülkiyyətinə verilən torpaq sahəsi yox, onların istifadələrində olan torpaq sahəsidir. Qax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(024)-720/2021 saylı qərardadı onların hüquqlarının pozulması ilə nəticələnmişdir, hazırda fındıq bağında məhsul yığımıdır, onlara həmin torpağa girməyə həbs qoyulması məhsulun zay olmasına və ya digər şəxslərin onu yığmasına gətirib çıxaracaqdır. Bu səbəbdən də xx.xx.2021 -ci il tarixli qərardadının ləğvi zəruridir. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hüquqları pozulmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadının ləğv edilməsi və ərizələrinə baxılmasına davam edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2(024)-34/2022 saylı qərardadı ləğv edilməli və Qax Rayon Məhkəməsinin 19 avqust 2022 tarixli 2(024)-34/2022 saylı qərardadından cavabdehlər X1 və Cavabdeh2 verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, X3 və Cavabdeh2 şikayət verən zaman qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qərardaddan verilmiş şikayətin geri qaytarılmasına dair münasibətləri tənzimləyən norma yoxdur. Yenə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində 13.4-cü maddəsində müəyyən edilmişdir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı münasibətlərə apellyasiya şikayətinin qaytarılmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin normaları tətbiq edilməlidir. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Qax Rayon Məhkəməsinin 19 avqust 2022 tarixli 2(024)-34/2022 saylı qərardadından cavabdehlər Səhər Nürəddinovaya və Cavabdeh2 tərəfindən verilən şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, X3 və Cavabdeh2 qanunvericiliyin müəyyən etdiyi tələblərinə əməl etmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayət əsaslıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Qax Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilməli və Qax Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadından cavabdehlər X1 və Cavabdeh2 verdiyi şikayət baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər X3 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)-34/2022 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Qax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(024)- 34/2022 saylı qərardadından verdikləri şikayətə baxılması üçün mülki iş Qax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar