Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-125/2022 18.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və və İddiaçı iştirakı ilə Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)-9/2020 nömrəli qətnaməsindən Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Şəki Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlak hesab edilən 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyriyaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərclərin cəmi məbləği kimi 57000 (əlli yeddi min) manat və Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılması və dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, mərhum X2 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyriyaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcərin cəmi məbləği kimi 57 000 (əlli yeddi min) manatın və Şəki rayonu Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 25 iyun 2020-ci il tarixli 2(075)- 9/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş cəmin 25039,95 (iyirmi beş min otuz doqquz manat, 95 qəpik) manat məbləğində xərcinin tutularaq İddiaçı verilməsi, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatının iddiaçıya aid edilməsi, 20 manatının isə cavabdehdən alınaraq iddiaçıya verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 400 manatın 300 manatının Cavabdeh3, 100 manatının isə İddiaçı alınıb dövlət büdcəsinə (Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 nümayəndəsi (vəkil) Vəkil və iddiaçı apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.İ.Məlikov və İ.H.Şükürov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmiş və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı təmir-tikinti işlərinə çəkilmiş xərcə görə cəmi 42.400 manatın tutularaq iddiaçıya verilməsi qət edilmiş, qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Cavabdeh3 qətnamədən kassasiya şikayəti verərək iddiaçının iddia ərizəsində qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə və orada təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərci tələb etdiyi halda, apellyasiya instansiyası məhkəməsinin iddia tələbindən kənara çıxaraq obyektin bazar qiymətinin ondan tutulması barədə qətnamə qəbul etməklə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbini pozmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(107)-88/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(102)-4239/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 nömrəli iş üzrə 09 mart 2021ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X2 miras qalan 0,0102 hektar torpaq sahəsində yerləşən, 99,0 kv metr ümumi sahəsi olan, Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsi və orada aparılan əsaslı tikinti-təmir işlərinə çəkilmiş xərcərin cəmi məbləği kimi 57 000 (əlli yeddi min) manatın və Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki, ümumi sahəsi 153,2 kv metr olan “Qarabulaq” yeməkxanasının özəlləşdirilməsi üçün verdiyi 8000 manat pulun Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmalıdır. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Natiq Səmədlinin nümayəndəsi Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsində vəkilim iddianı ikinci muhasibatlıq ekspertizası həddində qismən, yəni 10.470,07 manat məbləğində qəbul etmişdir. O, həqiqətən də iddiaçının sözügedən Şəki şəhəri, S.Mümtaz küçəsi, 35B ünvanında yerləşən və onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinə (pavilyon tipli mağaza) xərc çəkdiyini etiraf etmişdir. Məhkəmənin 10.12.2018-ci il tarixli qərardadı ilə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəşünaslıq eskpertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixil, 34035 nömrəli ekspert rəyi ilə ünvan 1 ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin (pavilyon tipli mağaza) ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti quraşdırma işlərinin təqribi dəyərinin (xidmət haqqı və materiallar daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq 5012,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Bundan sonra birinci instansiya məhkəməsi məhkəmə muhasibatlıq ekspertizası təyin etmiş və eksper qarşısında aşağıdakı sual qoyulmuşdur -Azərbaycan Respublikasında 2003-cü ildən iddia ərizəsinin verildiyi 20 iyul 2018-ci il tarixədək olan infılyasiya səviyyəsi nəzərə alınmaqla 5012.0 manat pulun 2003-cü ildən 20 iyul 2018-ci il tarixədək indeksasiya neçə manat təşkil edir? Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2013-cü ildən 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymtləri indeksi faizi ilə hesablamalar 14569,88 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspertin qarşısında 2003-cü ildən 20 iyul 2018-ci il tarixədək olan indeksasiyanın müəyyən edilməsi sualını qoysa da, ekspert düzgün rəy verməyərək 2013cü ildən 2019-cu ilin iyul ayına qədər olan indeksasiyanı müəyyənləşdirmişdir. Göründüyü kimi, həmin ekspert rəyində qoyulan suala düzgün cavab verilməmiş və məhkəmə tərəfindən 21.02.2020-ci il tarixli qərardadla əlavə məhkəmə muhasibatlıq ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2020-ci il tarixli 09/348 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2003-cü ildən 2013-cu ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymtləri indeksi faizi ilə hesablamalar aparılaraq 10470,07 manat məbləği müəyyən edilmişdir. Həmçinin rəyə qeyd əlavə edilərək hazırkı əlavə ekspertiza rəyindən əvvəl, ilkin ekspertiza zamanı verilmiş rəydə göstərilən infilyasiya faizi (yəni 290,7 %) dərəcəsi 2003cü ildən 20 iyul 2018-ci il tarixədək olan dövrə aid olması qeyd edilmişdir. Bununla da məhkəmə yekun qəraında hər iki ekspert rəylərində göstərilən rəqəmləri toplayaraq həmin miqdarda pulun alınıb verilməsi barədə qətnamə qəbul etmişdir. Göründüyü kimi, hər iki ekspert rəyində natamamlıqlar mövcuddur və əlavə ekspertiza rəyindəki qeydi nəzərə almamışdır. Bütün bu çatışmamazlıqları aydınlaşdırmaq üçün məhkəmə təkrar məhkəmə muhasibatlıq ekspertizası təyin etməli olduğu halda bunu etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinə şifahi vəsatətlər verilərək, rəylər arasında olan ziddiyətin aradan qaldırlması üçün rəy vermiş ekspertlərin məhkəmə iclasına dəvət edilib dindirilmələri və təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi xahiş edilmiş, ancaq vəsatətləri təmin edilməmişdir. Hesab edir ki, apellyasiya instansiyası tərəfindən təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Ona görə də Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli qətnaməsi iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilərək iddianın 10.470,07 manat həcmində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İddiaçı isə apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmə vəsatətimizi təmin etsə də, sonradan təyin etdiyi məhkəmə tikinti-texniki ekspertizasına daxil edilən suallarda nə səbəbdənsə tikintinin hazırda dəyərinin nə qədər olması ilə bağlı sualları daxil etməyi unutmuş, yalnız tikintinin təmirinə çəkilən xərclərin nə qədər olması ilə bağlı məsələləri dəqiq müəyyən etməyi ekspertlərə həvalə etmişdir. Bu səbəbdən də verilən Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli 34035 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 3 ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin təqribi dəyəri, mövcud bazar qiymətlərinə uyğun olaraq 5012 manat təşkil etmişdir. Daha sonra məhkəmə bu məbləğin hazırki bazar qiymətlərinə indeksasiyasını həyata keçirmək üçün ekspert rəyinə müraciət etmiş və MEM-nin 27 yanvar 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyi ilə 2013-cü ildən, 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14.569,88 manat məbləğində müəyyən edilmişdir. MEM-nin 14 may 2020- ci il tarixli 09/348 nömrəli ekspert rəyi ilə 2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən, göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar aparılaraq, 10.470,07 manat məbləğində təmirə görə ödənən vəsaitin indeksasiyası göstərilmişdir. Həmin ekspertiza rəylərindən görünür ki, iddia tələblərinin ikinci hissəsi üzrə məhkəmə səthi də olsa araşdırma aparsa da, nə səbəbdənsə birinci hissəsi ilə heç bir araşdırma aparmamışdır. Apellyasiya şikayətinə surəti əlavə edilən Azərbaycan Respublikası "xxxx" MMC-nin 25.06.2020-ci il tarixli 26 nömrəli Qiymətləndirmə hesabatından da görünür ki, mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahəsinin dəyəri 45.000 manat təşkil edir. Bu isə onu deməyə əsas verir ki, məhkəmə iddia tələbləri üzrə dəqiq və düzgün araşdırma aparmış olsa idi onda qətnamədə olduğu kimi 25.039,95 manat deyil, 70.039,95 (25.039,95+45.000) manat pulun cavabdehdən tutulmasına dair qətnam çıxarmalı idi. Lakin hakimin tələsik araşdırması sonda belə bir ədalətsiz qətnamənin çıxarılması ilə nəticələnmişdir. Məhkəmə qətnaməsindən narazı qaldığı növbəti məqam isə onun məhkəmə iclasında iştirakı üçün lazımi şəraitin yaradılmaması və sübutların təqdim edilməsi üçün vaxtın verilməməsi ilə əlaqədardır. Belə ki, məhkəmənin 25 iyun 2020-ci il tarixə təyin edilən iclası karantin tədbirləri ərəfəsinə düşdüyündən o, məhkəmə iclasında iştirak edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə teleqram ünvanlayaraq və məhkəmənin elektron poçtuna rəsmi ərizə ilə müraciət edərək, karantinlə əlaqədar şəhərlər arası nəqliyyatın dayandırılması səbəbindən gedə bilməyəcəyimi, həmçinin sübutların təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, lakin bu halla əlaqədar təxir istəməyinə baxmayaraq, öz qətnaməsində iştirak onun məhkəmə iclasında iştirak etmədiyini göstərmişdir. Məhkəmə qətnaməsində narazı qaldığı üçüncü hal isə yenə də məhkəmənin iddia tələblərini natamam araşdırması ilə əlaqədardır. Belə ki, iddia tələbində Şəki rayonu, Qoxmuq kəndinin ərazisində “Qarabulaq” adlanan yerdə yerləşən ümumi sahəsi 153,2 kv m sahəsi olan eyni adlı yeməkxananın özəlləşdirilməsi və təmirinə çəkilən xərclərin cavabdehdən tutulması da göstərilsə də, qətnamədə iddia tələbinin bu hissəsi ilə bağlı bir kəlmə də olsun göstərilmir və həmin hissədə araşdırma ümumiyyətlə aparılmamışdır. Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən sahəsi 99 kv m olan pavilyonla əlaqədar qeyd etmək zəruridir ki, 06 sentyabr 2012-ci il tarixdə Natiq Səmədov 50 illik baş etibarnamə vermiş, hətta sonuncunun həyat yoldaşı Cavabdeh1 bu qeyri-yaşayış sahəsinin satılması üçün notarial razılıq ərizəsini də vermişdir. Verilən etibarnamənin 50 illik müddətə verilməsi onu deməyə əsas verir ki, iddia tələblərində göstərilənlər tam olaraq həqiqətdir. Mübahisə predmetini təşkil edən qeyriyaşayış sahəsi həqiqətən də iddiaçının vəsaiti hesabına əldə edilmiş, lakin cavabdehin atasının adına rəsmiləşdirilmişdir. Hətta həmin qeyri-yaşayış sahəsini bundan əvvəl ələ keçirən Sahib Kərimov və ətrafında olan şəxslər digər mülki iş üzrə bildirmişlər ki, həqiqətən də qeyri-yaşayış sahəsi Natiq Səmədovun adına rəsmiləşdirilsə də, buranın faktiki sahibi hazırki iş üzrə İddiaçıdur. Buradan o nəticəyə gəlmək olar ki, məhkəmə ədalətli qətnamə xatirinə qeyri-yaşayış sahəsini cavabdehin mülkiyyətinə verəcəkdisə, ən azından onun dəyərinin də iddiaçıya ödənilməsini təmin etməli idi. Təəssüflər olsun ki, məhkəmə bu qeyd edilənləri etməmiş, heç bir sübuta söykənməyən yalnız hakimin daxili inamına əsaslanan ədalətsiz qətnamə çıxarmışdır. Nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunan hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli 2(075)-9/2020 saylı qətnaməsi qismən, təmin olunmayan hissədə ləğv edilərək, iddianın təmin olunmayan hissəsində də təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasya şikayətinə isə etiraz edərək bildirmişdir ki, mübahisəsi gedən əmlak cavabdehin atası Natiqin adına qeydiyyata alınmasına baxmayaraq, əmlak ona məxsusdur, bu binanı o özəlləşdirmiş, arxasını əlavə olaraq tikdirmişdir. Bu gün həmin obyektdən cavabdeh tərəf istifadə edir. Cavabdehin atası Natiq sağlığında ona 50 illik etibarnamə vermiş, arvadı isə razılıq ərizəsi vermişdir. Lakin sonradan vəziyyət dəyişdiyindən cavabdeh tərəf ona məxsus olan əmlaklara sahib çıxmağa başlamışdır. Ona görə də Mahmuda demişdir ki, əgər belədirsə o, buranı özəlləşdirmiş, mağazanı almış, sonra 35 kv. m yer tikmişdir, onların dəyərini versin. Ancaq cavabdeh tərəf bununla da razılaşmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsinin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, həm tikintiyə, həm də binanın özəlləşdirilməsinə çəkdiyi obyektin real bazar qiyməti olan 57.000 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. (cavabdeh həmçinin məhkəmənin email poçtuna vəsatət ünvanlayaraq 2013-2018-ci illər ərzində infilyasiya faizi (yəni 290.7 faiz) dərəcəsinə nisbətinin hesablanaraq qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 aprel 2021-ci il tarixli, 2(102)-1826/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-88/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 04 aprel 2005-ci il tarixli 27 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu, Qoxmuq kəndi, Qarabulaq sahəsində yerləşən yeməkxana X6 adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 04 aprel 2005-ci il tarixli İNV 52 nömrəli qeyri-yaşayış binasının texniki pasportundan görünür ki, Şəki rayonu, Qoxmuq kəndində yerləşən “Qarabulaq” yeməkxanasının sahibkarı X7r. 30 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu X13 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, 03.12.2017-ci il tarixdə ölmüş X3 vərəsəsi Cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki Şəhər Ərazi İdarəsi tərəfindən 19/12/2014 tarixdə X8 verilmiş **********03-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən 0,0554 ha dövlət istifadəsində olan torpaq sahəsi və onun üzərində tikilmiş, ümumi sahəsi 357,2 kv m olan daşınmaz əmlak qeyri-yaşayış binasından və Azərbaycan Respublikası DİN BDYPİ Şəki 8 saylı RQİB tərəfindən verilmiş 25/08/2008 tarixli AB 229202 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNDJA236W5564460 və buraxılış ili 1998 olan KİA SPORTAGE minik markalı 55-BX522 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi mərhuma məxsus avtomobildən ibarətdir. 03 dekabr 2017-ci il tarixdə verilmiş 899513 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 03 dekabr 2017-ci il tarixdə ölmüşdür. DƏDRX-nin tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 357,2 m2 olan qeyri-yaşayış binası X6 xüsusi mülkiyyətindədir. 03 sentyabr 1990-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 02 avqust 1990-cı il tarixdə anadan olmuş, atası X14, anası isə Cavabdeh1dır. Cavabdeh2, X10 və Cavabdeh1 tərəfindən kotariat kontoruna təqdim edilmiş 28.03.2018-ci və 29.03.2018-ci il tarixli ərizələrdən görünür ki, onlar 03.12.2017-ci il tarixdə vəfat etmiş X2 miras qalmış daşınar və daşınmaz əmlakdan onlara çatası paydan Cavabdeh3 xeyrinə imtina etmişlər və gələcəkdə bununla bağlı heç bir iddialarının olmayacağını bildirmişlər. DƏDRX tərəfindən verimiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən, qeyri-yaşayış binası X6 xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş rəyə əsasən, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən 135 kv m sahəsi olan qeyriyaşayış obyektinin dəyəri 47984.0 manatdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2019-cu il tarixli 34035 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən dəmir konstruksiyadan quraşdırılmış mövcud qeyri-yaşayış sahəsinin (pavilyon tipli mağaza) ətrafında mağaza və ona bitişik vəziyyətdə yerinə yetirilmiş müxtəlif növ tikinti-quraşdırma işlərinin təqribi dəyərinin (xidmət haqqı və materiallar daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq 5012,0 manat məbləğində olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Həmin Mərkəzinin 27 yanvar 2020-ci il tarixli 14441 nömrəli ekspert rəyindən görünür ki, 2013-cü ildən 2019-cu ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasan) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14569,88 manat məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Həmin Mərkəzinin 14 may 2020-ci il tarixli 09/348 nömrəli ekspert rəyində isə göstərilir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, 2003-cü ildən 2013-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin (stat. gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar aparılaraq 10470,07 manat məbləği müəyyən edilir. Qeyd: hazırki əlavə ekspertiza rəyindən əvvəl, ilkin ekspertiza zamanı verilmiş rəydə göstərilən infilyasiya faizi (yəni 290,7 %) dərəcəsi 2003-cü ildən 20 iyul 2018-ci il tarixədək olan dövrə aiddir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Apellyasiya icraatı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli, 9/7995 nömrəli ekspert rəyindən görünür ki, 2003-cü ildən 2018-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14.569,88 (on dörd min beş yüz altmış doqquz manat, səksən səkkiz qəpik) müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bunlardan başqa, birinci instansiya məhkəməsində izahat vermiş cavabdeh X15 göstərmişdir ki, İddiaçı atası ilə dostluğu və işgüzar münasibətləri olmuşdur. Lakin mübahisəli tikililərə aid onun heç bir hüquqi sənədi yoxdur. Həmin qeyri-yaşayış binalarının hər ikisi mərhum atası X6 adınadır. Atası vəfat etdikdən sonra onun bütün mirasları ona qalmış, faktiki olaraq onun sahibliyindədir və o, həmin mirasları faktiki qəbul etmişdir. Şəki rayonunun Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki ümumi sahəsi 153.2 kv m olan “Qarabulaq” yeməkxanasında İddiaçı tərəfindən hər hansı tikinti, quraşdırma, əsaslı təmir, abadlaşdırma işləri aparılmamışdır. Həmin yeməkxana əvvəldən atasının adına özəlləşdirilmiş, yeməkxana binası bərbad vəziyyətdədir. Belə ki, həmin binanın dam örtüyü, tavanı, döşəməsi, qapısı və pəncərəsi yoxdur. Qeyd etmişdir ki, həmin bina sanki xarabazarlığı xatırladır. Göstərmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyriyaşayış binası isə Ülfət tərəfindən deyil, əsasən Nəriman tərəfindən tikilmişdir. Belə ki, həmin qeyri-yaşayış sahəsi əvvəllər yan divarları və üstü də daxil olmaqla dəmirdən konstruksiyadan ibarət pavlion olmuşdur. Lakin İddiaçı sonralar həmin qeyri-yaşayış binasının onun olduğunu iddia etmiş və ona sahiblik edərək həmin mağazanı uzun müddət anbar kimi icarəyə verərək aylıq 130 manat icarə haqqı almışdır. Bununla da o, cinayət əməlinə yol vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş; X4 ifadəsində göstərmişdir ki, onun Ürfət İbrahimovla uzun müddətdir ki, yaxın ailəvi münasibəti vardır. O, uzun müddət Şəkidə İstehlak Cəmiyyətində satış bazasının müdiri işləmişdir. Ürfət müəllimi təxminən 20 ilə yaxındır ki, tanıyır. Təxminən 10 ilə yaxındır ki, Ürfət müəllimin Şəki şəhərindəki işlərinin icrasına köməklik göstərir. Təxminən 2001-ci illərdən başlayaraq Ürfət müəllim Şəkidə bazar ətrafında bir çox ticarət binaları tikdirməyə başlamışdır. Həmçinin, o, Şəkidə yeni bazar inşa etdirmiş, lakin sonradan həbs olunduğuna görə bazarı vaxtında aça bilməmişdir. Hazırda mübahisəli olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki göstərilən obyektin Ürfət tərəfindən tikildiyini bildirdi. Həmin obyekt əvvəllər dülgər sexi, sonradan sement satış məntəqəsi kimi fəaliyyət göstərmişdir. Sonradan Ürfət müəllim həmin obyekti mərhum Natiq Səmədovun adına rəsmiləşdirmiş, həmin obyektdə əsaslı tikinti işləri aparmışdır. Ürfəti tanıdığı kimi Natiqi də uzun müddət olmaqla yaxşı tanımışdır. Ürfətlə Natiqin yaxın dostluq münasibətləri, həmçinin ailəvi gediş-gəlişləri olmuşdur. Təsadüfi deyildir ki, Ürfət yeni tikdirdiyi Şəkidəki təzə bazarın yerləşdiyi 2 ha torpaq sahəsini də N.Səmədovun qızı Firuzənin adına qeydiyyata aldırmışdır. Hazırda mübahisəli olan Şəki şəhəri, S.Mümtaz küçəsindəki göstərilən obyektin tikinti-təmir prosesinə şəxsən o nəzarət etmişdir. Ustalara və materiallara çəkilən xərcləri Ürfət müəllim ona vermiş və həmin işləri o icra etdirmişdir. Bundan başqa o, Ürfət müəllimlə yaxın olduğu üçün onun Şəki rayonu, Qoxmuq kəndində Qarabulaq adlanan yerdə yeməkxananın özəlləşdirməsindən onun şəxsən xəbəri olmuşdur. X18 ifadəsində göstərmişdir ki, Ürfət İbrahimovu təxminən 15 ildir ki, tanıyır. Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının Ürfət İbrahimov tərəfindən təmirtikinti işlərini aparılmasının şahidi olmuşdur. Çünki, bir neçə dəfə tikintinin gedişində Ürfət müəllimin şəxsən özünün də nəzarəti altında aparılmasının şahidi olmuşdur. Şəki şəhərində tək o deyil, hamıya məlumdur ki, təzə bazar və onun ətrafındakı bəzi qeyriyaşayış binaları, eləcə də Şəki şəhəri, S.Mümtaz küçəsindəki hazırki tikili Ürfət müəllimə məxsusdur. Lakin onun Ürfət müəllimin “Qarabulaq” yeməkxanasının və Şəki şəhəri, S.Mümtaz küçəsindəki qeyri-yaşayış binasının özəlləşdirilməsinə çəkilmiş xərclərdən məlumatı yoxdur. X16 ifadəsində göstərmişdir ki, Şəki şəhəri, S.Mümtaz küçəsindəki dükana nəzarəti əvvəl Natiq etsə də, həmin dükanın faktiki olaraq Ürfət müəllimə məxsus olmasını bilmişdir. Belə ki, qeyd edilən obyekt Ürfət tərəfindən tikdirilmişdir. Ürfət müəllim tutulandan sonra həmin tikili baxımsız qalaraq ayaqyolu kimi istifadə olunmağa başlamışdır. Tikilinin açarları Natiqdə olmuşdur. Bundan sonra o, açarları Natiqdən alıb Ürfət müəllimin tanışları Nəriman və Sahibin köməkliyi ilə tikilinin qapısını bağlamışdır. Bir müddət sonra Sahiblə Nəriman tikilinin açarlarını ondan istəsələr də tikilinin açarlarını onlara verməyərək açarları Ürfət müəllimin özünə verəcəyini bildirmişdir. O, Şəki şəhəri, S.Mümtaz küçəsindəki mağazanın Ürfət müəllimə məxsus olmasını bilsə də Şəki rayonunun Qoxmuq kənd ərazisindəki “Qarabulaq” yeməkxanasının ona məxsus olması barədə heç bir məlumatı olmamışdır. X19 ifadəsində göstərmişdir ki, o, fəhlə kimi tikinti işləri ilə məşğul olur. Göstərilən obyekt yəni, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası əvvəl povilion olmuş, tarixini xatırlamasa da, Ürfət müəllimin yaxın tanışı olan Rəhim müəllimin göstərişinə əsasən o və Əliyar adlı usta həmin mağazada tikinti işləri aparmışlar. Belə ki, o, fəhləlik etmiş, palçıq qarışdıraraq daş qaldırmış, Əliyar isə hörgü işini görmüşdür. Onlara əmək haqqı Rəhim (X4) müəllim tərəfindən verilsə də, həmin pulun onlara Ürfət müəllim tərəfindən ödənilməsindən xəbərləri olmuşdur. X11 ifadəsində göstərmişdir ki, o, fərdi əməklə məşğul olmaqla fəhləlik edir. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binasının uzun müddətdir Ürfət müəllimə məxsus olmasından məlumatı olmuşdur. Həmin obyekt bir müddət istifadəyə yararsız vəziyyətdə olmuşdur. O, həmin obyektin təmizlənərək yararlı vəziyyətə salınmasında iştirak etmişdir. Həmin işlərin görülməsinə görə o məvacib almışdır. Həmin məvacibi ona Rəhim (X4) müəllim versə də, həmin pulun Ürfət müəllim tərəfindən ödənilməsindən xəbəri olmuşdur. X9 ifadəsində göstərmişdir ki, o, bazarda nəzarətçi vəzifəsində işləmişdir. Ürfət İbrahimovu 2001-ci ildən tanıyır. Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası əvvəl pavilion olmuşdur. Ürfət müəllim həmin obyektin özəlləşdirilməsi üçün müxtəlif orqanlara sənəd işləri ilə bağlı müraciət etmişdir. Həmin vaxt Ürfət müəllimə yaxın bir şəxs olduğu üçün həmin sənədləşmələrdə o da, Ürfət müəllimlə birlikdə iştirak etmişdir. Həmin obyekt Natiq Səmədovun adına özəlləşdirilsə də, həmin obyektin faktiki olaraq Ürfət müəllimə məxsus olmasını bilimişdir. X12 ifadəsində göstərmişdir ki, o, fərdi sahibkarlıqla məşğul olur. Mübahisəli obyekt, yəni Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası onun mağazasının anbarıdır. Təxminən 20-25 ildir ki, həmin tikilinin qonşuluğundaki obyekti işlədir. Hələ onun 10-12 yaşı olarkən, yəni 2003-2006-cı illərdə həmin obyekt dəmir povilion şəklində olmuşdur. O, Ürfət İbrahimovun arabir həmin obyektə gəlib-getməsinin şahidi olmuşdur. Həmin mağazaya hər ay 130 manat olmaqla, icarə haqqı verməklə anbar kimi istifadə etmişdir. Son 4 ayda isə icarə haqqını Ürfətə verir. O, Ürfət müəllimin həmin obtyektdə hər hansı tikinti işləri aparmasının şahidi olmamışdır. Cavabdeh Natiq Mahmudovu isə bir neçə dəfə həmin obyektdə görmüşdür. Göstərilənlərlə yanaşı, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti olan hər iki qeyri-yaşayış binasına tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Şəki şəhəri, S.Mümtaz küçəsində yerləşən qeyri-yaşayış binası istismara yararlı vəziyyətdə olmaqla baxış keçirilən zaman ticarət obyekti kimi fəaliyyət göstərir. Həmin qeyr-yaşayış binası S.Mumtaz küçəsindən yeni açılan bazar istiqamətində tində yerləşir. Bina ticarət obyekti baxımından S.Mumtaz küçəsində olan yerləşməsinə görə ən əlverişli ticarət obyektlərindən sayılır. Digər mübahisəli obyekt olan Şəki rayonu, Qoxmuq kəndinin “Qarabulaq” ərazisindəki ümumi sahəsi 153.2 kv m olan “Qarabulaq” yeməkxanası Qoxmuq kəndindən üzü Qax rayonu istiqamətində kəndin qurtaracağında yerləşir. Həmin binaya baxiş zamanı müəyyən edilmişdir ki, bina sovet dövründə inşa edilmiş yeməkxana olmuş, lakin hal-hazırda həmin bina tam yararsız vəziyyətdədir və həmin binada yeni hər hansı tikinti-təmir işləri aparılmamışdır. Belə ki, həmin binanın dam örtüyü, tavanı, döşəməsi, qapısı və pəncərələri yoxdur. Həmçinin bina baxış zamanı onun uzun müddət ticarət obyekti kimi fəaliyyət göstərməməsi anlaşılmışdır. Müəyyən olunmuşdur ki, həmin yer bir növ zibil tullantısı yeri kimi istifadə edilir. Göstərilənlərlə yanaşı, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, çəkdiyi xərclərin və qeyd edilən obyektin real bazar qiymətini təşkil edən pulun ona ödənilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi yuxarıda göstərilən hallarla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də Ali Məhkəmənin yuxarıda göstərilən tövsiyyə və göstərişlərini nəzərə alan apellyasiya məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçıla mərhum N.Səmədovun mübahisəli obyektlə bağlı hansı münasibətdə olmaları (icarə, borc və s.) dəqiqləşdirilməmiş və məhz həmin münasibətləri tənzimləyən maddi hüquq normasının tələbləri baxımından mübahisənin həlli imkanı müzakirə olunmamışdır. Apellyаsiyа instansiyası məhkəməsi yenidən işə baxarkən hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cavabdehin əsassız varlanması barədə nəticəyə gəlib mübahisəni Azərbaycan Respublikası Mülki Mücəlləsinin 1091-ci maddəsinin qüvvəsini tətbiq etməklə həll edərkən gəldiyi nəticəni də tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Mücəlləsinin; 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.(1091.2.) Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər (mad. 1093). Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir (mad. 1093.2). İşin faktiki hallarından göründüyü kimi sözügedən mübahisəli əmlak cavabdehin atası Natiq Səmədovun qanuni istifadəsində olmaqla onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında keçmişdir. Göründüyü kimi göstərilən vəziyyətdə cavabdehin hüquqi əsas olmadan başqa şəxsin hesabına varlanması baş verməmişdir Apellyasiya icraatının yeni araşdırması zamanı cavabdeh məhkəmənin elektron poçtuna vəsatət ünvanlayaraq uzun surən məhkəmə çəkişmələrindən qurtarmaq üçün 2013-2018-ci illər ərzində infilyasiya faizi (yəni 290.7 faiz) dərəcəsinə nisbətinin hesablanaraq qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Kollegiya işin bu halını dəqiqləşdirmək üçün yenidən məhkəmə mühasibatlıq ekspertizası keçirmişdir. Çünki iş materiallarına əlavə edilmiş əvvəlki ekspert rəylərində natamamlıq olmuş, işə baxan birinci instansiya məhkəməsi də eskpert rəyləri üzrə müəyyən edilmiş məbləğləri heç bir əsaslandırma aparmadan toplamışdır. Apellyasiya icraatı zamanı yenidən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2021-ci il tarixli, 9/7995 nömrəli ekspert rəyinə əsasən 2003-cü ildən 2018-ci ilin iyul ayına qədər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən göstərilmiş istehlak qiymətləri indeksi faizi ilə hesablamalar 14.569,88 (on dörd min beş yüz altmış doqquz manat, səksən səkkiz qəpik) müəyyən edilmişdir. Kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir, ona görə ki, yuxarıda qeyd olunduğu kimi sözügedən mübahisəli əmlak cavabdehin atası Natiq Səmədovun qanuni istifadəsində olmaqla onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmış və cavabdehin mülkiyyətinə vərəsəlik qaydasında keçmiş, cavabdehin hüquqi əsas olmadan başqa şəxsin hesabına varlanması baş verməmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddia tələbi yalnız cavabdehin özünün etirafı həddində təmin edilməli, iş üzrə keçirilmiş ekspertiza xərcləri və ödənilmiş dövlət rüsumu tərəflər arsında mütənasib qaydada bölünməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 25 iyun 2020-ci il tarixli, 2(075)-9/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh3 ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasında aparılan əsaslı tikintitəmir işlərinə çəkilmiş xərcə görə 14.569,88 (on dörd min beş yüz altmış doqquz manat, səksən səkkiz qəpik) manat, 7.66 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə keçirilmiş ekspertiza xərclərinin 102.23 manat, 76.68 manat və 25.55 manatı Cavabdeh3; qalan 297.77 manat, 253.32 manat və 74.45 manatı İddiaçı alınaraq dövlət büdcəsinə (Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba) ödənilsin.. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-125/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-125/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver