Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1253/2021 09.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras evin və həyətyanı torpaq sahəsinin real bölgüsünə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılmasına dair Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X1, İddiaçı2, İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliyev (Cabbarov) Umudvar Əli oğlundan miras evin və həyətyanı torpaq sahəsinin real bölgüsünə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə 07 may 2004-cu il tarixdə baxılaraq qətnamə çıxarılmışdır. İş üzrə Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 07 may 2004-cu il tarixli, 2-212/2004 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti 20 aprel 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 26 aprel 2021-ci il tarixli, 2(075)- 212/2004 nömrəli qərardadı ilə iddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliyev (Cabbarov) Umudvar Əli oğlundan miras evin və həyətyanı torpaq sahəsinin real bölgüsünə dair mülki iş üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 07 may 2004-cu il tarixli, 2-212/2004 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh2 qərardaddan narazı qalaraq şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, qərardad maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Həmin qərardadı qanunsuz və əsassız hesab edir. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə dəftərxanasından əldə edilərək işə əlavə edilmiş saxlanılmalı olmayan işlərin məhv edilməsinə dair 19 dekabr 2018-ci il tarixli akta əlavə edilmiş Şəki Rayon Məhkəməsinin daimi xarakterli işlərinin siyahısının 34-cü bəndindən görünür ki, 2-212 saylı iş materialı məhv edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Quliyev (Cabbarov) Umudvar Əli oğlundan miras evin və həyətyanı torpaq sahəsinin real bölgüsünə dair mülki iş üzrə toplanılmış 2-212/2004 nömrəli mülki iş materialı arxivə təhvil verilməklə məhv edilmiş və Şəki Rayon Məhkəməsində yalnız həmin mülki iş üzrə çıxarılmış qətnamə saxlanılmışdır. Bundan başqa apellyasiya şikayətini nəzərdən keçirdikdə aydın oldu ki, Şəki Rayon Məhkəməsinin 07 may 2004-cu il tarixli, 2-212/2004 nömrəli qətnaməsində məhkəmə qətnaməsinin surəti rəsmi qaydada verildikdən sonra 1 ay müddətində qətnamədən apellyasiya şikayəti vermək hüququ izah olunmasına baxmayaraq, məhkəmə qətnaməsinin qəbul edilməsindən 16 ildən artıq müddət keçdikdən sonra Cavabdeh2 apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Bununla da qeyd edilən qətnamədən apellyasiya şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Bu səbəbdən də Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 07 may 2004-cu il tarixli, 2- 212/2004 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır, Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə İddiaçılar X1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras evin və həyətyanı torpaq sahəsinin real bölgüsünə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə olan Şəki Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(075)-212/2004 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1253/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1253/2021
09.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver