Məhkəmə qərarları › İş №2(107)-1255/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1255/2020

29.07.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1255/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, X1, cavabdeh X3 iştirakıilə, X1 cavabdeh X4 qarşı nişan və cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş аpelyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia qismən təmin edilərək, X4 məxsus əmlaklar X7 İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. işin halları: İddiaçı məhkəməyə müraciət edərək cavabdeh X4 məxsus cehiz əmlaklarının İsmayıllı rayonu Mücühəftəran və Qalınçaq kəndində yerləşən fərdi yaşayış evlərindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsi iclasnda iddia tələbini müdafiə etdiyini bildirmiş və həmin tələbin məzmununa uyğun izahat verərək göstərmişdir ki, cavabdeh ilə mərhum oğlu rəsmi nikah münasibətlərinə girərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları doğulmuşdur. Cavabdeh evə gəlin köçdükdən sonra Mücühəftərandakı evinin bir otağına öz cehiz əmlaklarını yerləşdirmiş və onlarla birlikdə həmin evdə yaşamışdır. Cavabdehlə mərhum oğlunun münasibətləri pisləşdiyindən onlar İsmayıllı rayonu Qalınçaq kənində yerləşən ona məxsus evə köçərək orda yaşamışlar. Birgə nikah münasibətləri pozulduqdan sonra cavabdeh İsmayıllı rayonu keçmiş Mican kəndində atasına məxsus evə qayıtmışdır. Oğlu xx xxxx 2019-cu ildə İsmayıllı rayonu keçmiş Mican kəndində cavabdehin atasına məxsus evə uşaqlarını görmək üçün gələrkən aralarında mübahisə yaranmış və mübahisə zamanı oğlu yanıq xəsarətləri almış və aldığı xəsarətlər nəticəsində xx xxxx 2019-cu il tarixdə vəfat etmişdir. Artıq cavabdeh nə Mücühəftəran, nə də Qalınçaq kəndindəki fərdi yaşayış evlərində yaşamamasına baxmayaraq ona məxsus cehiz əmlakları həmin evlərdə qalmaqdadır. Cavabdehə məxsus cehiz əmlaklarının yerləşdiyi fərdi yaşayış evləri ona məxsusdur. Dəfələrlə cavabdehə əşyalarını götürməsini bildirsə də, o buna əhəmiyyət verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin cehiz əmlaklarının ona məxsus fərdi yaşayış evlərində qalması onun sahiblik hüquqlarını məhdudlaşdırır. O, cavabdehə məxsus cehiz əmlaklarının İsmayıllı rayonu Mücühəftəran və Qalınçaq kəndində yerləşən fərdi yaşayış evlərindən çıxarılmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh birinci instansiya məhkəməsi iclasnda iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, o, iddiaçının oğlu mərhum Ramil Rəcəbalıyev ilə 2010-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Ailə qurduqdan sonra Ramil Rəcəbalıyevin ailəsi ilə birlikdə İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən fərdi yaşayış evində yaşamış və cehiz əmlaklarını da həmin evdə yerləşdirmişdir. Birgə nikahlarından 2012-ci ildə Uğur və 2013-cü ildə Kənan adlı uşaqları doğulmuşdur. Daha sonra mərhum əri ilə birlikdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evinə köçmüşlər. O, əri ilə birgə təsərrüfat aparmış, yaşadıqları evin təmir-bərpa işlərində ərinə yaxından köməklik etmişdir. Mərhum əri ilə birlikdə Qalınçaq kəndindəki evə köçdükdən sonra cehiz əmlaklarının bir hissəsini də Qalınçaq kəndində yerləşən fərdi yaşayış evinə gətirmişdir. Həmin evdə onun və uşaqlarının da payı var. Ona görə də hazırda cehiz əmlaklarını həmin evdən çıxarmaqdan imtina edir. Qeyd etdiyi əsaslara görə iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən narazı qalan X2 apellyаsiyа şikаyəti verərək həmin qətnamənin qismən ləğv edilməsini, cavabdeh X4 məxsus əmlakların İsmayıllı Rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən cehiz əmlakların götürülməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən X2 apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnamənin qismən ləğv edilməsini, cavabdehX4 məxsus əmlakların İsmayıllı Rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən cehiz əmlakların götürülməsi barədə iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh X8 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-98/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya xx xxxxxx 2020-ci il tarixli 03 nömrəli cavab məktubu və ona əlavə olunmuş təsərrüfatbaşına kitablardan çıxarışların təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu 16 nömrəli Dövlət Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Qalınçaq İƏD üzrə nümayəndəliyinin Mücühəftəran kəndi üzrə 2006-2010-cu illərin təsərrüfatbaşına kitabında xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ailə başçısı olmaqla ailə tərkibi kimi xx.xx.1962-ci il təvəllüdlü arvadı X5, xx.xx.1984-cü il təvəllüdlü oğlu Ramil Rəcəbalıyev, xx.xx.1985-ci il təvəllüdlü oğlu Kamil Rəcəbalıyev, xx.xx.1989-cu il təvəllüdlü oğlu Elşən Rəcəbalıyev və xx.xx.1989-cu il təvəllüdlü gəlni Leyla Rəcəbalıyevadan ibarət olmuşdur. Torpaq sahəsi 3.95 hektar, xüsusi mülkiyyətdə olan torpaq sahəsi 0.16 hektar, istifadədə olan torpaq sahəsi 3.79 hektar, tikili altında olan torpaq sahəsi 0.01 hektar qeyd olnumuş, evin tikili tarixi isə qeyd olunmamışdır. xx xxxxxx 2009-cu il tarixdən Ramil Rəcəbalıyev, Kamil Rəcəbalıyev vəLeyla Rəcəbalıyeva ayrı təsərrüfat kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon Dövlət Arxivinə göndərilmiş sorğuya xx xxxxxx 2020-ci il tarixli 05 nömrəli cavab məktubu və ona əlavə olunmuş təsərrüfatbaşına kitablardan çıxarışların təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı rayonu 16 nömrəli Dövlət Arxiv fondunda saxlanan İsmayıllı RİHB-nın Qalınçaq İƏD üzrə nümayəndəliyinin Mücühəftəran kəndi üzrə 2006-2010-cı illərin təsərrüfatbaşına kitablarında xx.xx.1984-cü il təvəllüdlü X9 ailə başçısı kimi təkbaşına təsərrüfatı qeyd olunmuş, xüsusi mülkiyyətdə, istifadədə, tikili altında olan torpaq sahəsi və evin tikili tarixi qeyd olunmamışdır. 2010-cu ildən sonrakı 2011-2015-ci illərin sənədləri Arxiv fonduna təhvil verilmədiyi üçün Elşən Rəcəbalıyevin adının olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Qalınçaq X19 üzrə nümayəndəliyinə göndərilmiş sorğuya xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli cavab məktubu və ona əlavə olunmuş təsərrüfatbaşına kitablardan çıxarışların təsdiq olunmuş surətlərindən görünür ki, İsmayıllı rayonu Mücühəftəran kəndi üzrə 2016-2020-cı illərin təsərrüfatbaşına kitabında İddiaçı ailə başçısı olmaqla ailə tərkibi kimi arvadı Elmira Rəcəbalıyeva və oğlu Elşən Rəcəbalıyev qeyd olunmuş, ümumi torpaq sahəsi 1.58 hektar, fərdi yaşayış evinin ümumi sahəsi 49 m2, evin tikildiyi tarix 1981-ci il qeyd olunmuşdur. İsmayıllı rayonu Qalınçaq kəndi üzrə 20162020-cı illərin təsərrüfatbaşına kitabında xx.xx.1984-cü il təvəllüdlü X12 ailə başçısı olmaqla ailə tərkibi kimi xx.xx.2012-ci il təvəllüdlü oğlu Uğur Rəcəbaliyev və xx.xx.2013-cü il təvəllüdlü oğlu Kənan Rəcəbaliyev qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş, iddiaçıya məxsus olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı İsmayıllı rayonuMücühəftəran kəndində qeydiyyatdadır. Birinci instansiya məhkəməsi də iddianı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdeh iddiaçının mərhum oğlu Ramil Rəcəbalıyev ilə ailə qurduqdan sonra Ramil Rəcəbalıyevin ailəsi ilə birlikdə iddiaçıya məxsus İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən fərdi yaşayış evində yaşamış və özünə məxsus cehiz əmlaklarını həmin evin bir otağına yerləşdirmişdir. Daha sonra cavabdeh mərhum əri ilə birlikdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evinə köçmüş və cehiz əmlaklarının bir hissəsini də həmin evə aparmışdır. Nikahları pozulduqdan sonra cavabdeh uşaqları ilə birlikdə atasına məxsus evə qayıtmış, lakin cehiz əmlaklarını Mücühəftəran və Qalınçaq kəndlərində yerləşən evdən çıxarmamışdır. İddiaçı cavabdehdən cehiz əmlaklarını çıxarmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin cehiz əmlakları iddiaçının yaşadığı İsmayıllı rayonu Mücühəftəran kəndindəki fərdi yaşayış evində yerləşməklə iddiaçının öz evinə istədiyi kimi sahib olmaq və ondan istifadə etmək hüququna maneə yaradır. Ona görə də iddia tələbi Səbinə Rəcəbaliyeva məxsus əmlakların X10 rayonu Mücühəftəran kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin edilməlidir. Məhkəmə Səbinə Rəcəbaliyeva məxsus əmlakların İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmasına münasibət bildirərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışın surətindən göründüyü kimi Ramil Rəcəbalıyev ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşənfərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmış, ailə başçısı olmaqla uşaqları ilə birlikdə Qalınçaq kəndinin təsərrüfatbaşına kitabında uçota alınmışdır. Səbinə Rəcəbaliyeva da mərhum Ramil Rəcəbalıyevin həyat yoldaşı olaraq onun ailə üzvü kimi həmin evdə yaşamış, onunla birgə təsərrüfat aparmış və cehiz əmlaklarının bir hissəsini də həmin evdə yerləşdirmişdir. Ona görə də iddia tələbi Səbinə Rəcəbaliyevaya məxsus əmlakların İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, X1 cavabdeh X4 qarşı “nişan və cehiz əşyalarının yaşayış evindən çıxarılması tələbinə qarşı iddia qismən, yəni X4 məxsus əmlaklar X7 İsmayıllı rayonu Mücühəftəran kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində əsaslı olsa da, iddia tələbi qalan hissədə əsassızdır, ona görə də birinci instansiya məhkəməsi də iddianı qismən təmin etməklə düzgün qərar qəbul etmişdir. Apelyasiya şikayətindən göründüyü kimi, X2 iddia tələbi üzrə cavabdeh X4 məxsus əmlakların İsmayıllı Rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən cehiz əmlakların götürülməsi hissəsində məhkəmənin məlum qətnaməsinin ləğv edilməsini mübahisələndirir. Lakin məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Ona görə ki, iş materiallarına əlavə edilmiş təsərrüfatbaşına kitabdan çıxarışın surətindən göründüyü kimi Ramil Rəcəbalıyev ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu Qalınçaq kəndində yerləşənfərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmış, ailə başçısı olmaqla uşaqları ilə birlikdə Qalınçaq kəndinin təsərrüfatbaşına kitabında uçota alınmışdır. Səbinə Rəcəbaliyeva da mərhum Ramil Rəcəbalıyevin həyat yoldaşı olaraq onun ailə üzvü kimi həmin evdə yaşamış, onunla birgə təsərrüfat aparmış və cehiz əmlaklarının bir hissəsini də həmin evdə yerləşdirmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini Səbinə Rəcəbaliyevaya məxsus əmlakların İsmayıllı rayonu Qalınçaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində rədd etməkdə haqlı olmuşdur. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(037)-98/2020 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətdə münаsibətdə dəyişdirilmədən sаxlаnsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar