Məhkəmə qərarları › İş №2(107)-1258/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1258/2025

17.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1258/2025 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı işdən azad edilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: işdən azad edilmə, son haqq-hesabın ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nə qarşı işdən azad edilməsi və son haqq-hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2(046)-1929/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Teymur Əhmədov adına "xxxx" QSC-in “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqqhesabın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin baş direktorunun 23 iyun 2023-cü il tarixli qərarı ilə o, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialına rəhbər, yəni direktor təyin edilmişdir. Həmin tarixdən hazıradək həmin vəzifədə işləyir. Bu barədə məlumat Kommersiya qurumlarının dövlət reyestrində də qeyd edilmişdir. O, xx.xx.2025-ci il tarixdə ərizə ilə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək, xx.xx.2025-ci il tarixdən işdən azad olunmağını xahiş etmişdir. X8 adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti onun müraciətinə hər hansı bir cavab verməmiş və işdən azad etməmişdir. Eyni zamanda onun rəhbərlik etdiyi dövrdə yaranmayan vergi borcuna görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-5716/2023 nömrəli qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-in nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahatında göstərmişdir ki, iş materiallarında olan qərara nəzər yetirilsə görünər ki, iddiaçıya müəyyən səlahiyyətlər qərar əsasında verilmiş, onun işə qəbulu ilə bağlı əmr yoxdur. Bu səbəbdən iddiaçı Vergi orqanları məhkəməyə verməlidir ki, sistemdən onun barəsində məlumatlar silinsin, çünki şəxs ancaq əmək müqaviləsi bağlandıqdan və əmr ilə rəsmiləşdirildikdən sonra hər hansı bir idarədə əmək fəaliyyətinə başlaya bilər. İş materiallarında olan qərarla iddiaçıya müəyyən səlahiyyətlərin həyata keçirilməsi həvalə edilmiş, o qərar onunla hər hansı əmək münasibətlərin yaranmasını təsbit edən sənəd deyildir. Hesab edir ki, qərar müvafiq inzibati orqana müraciət olunmaqla mübahisələndirilməlidir. Həmçinin təmsil etdiyi şirkətin digər şirkətlərlə əməkdaşlığı nəticəsində onların QSC-nə borcları yaranmış, bununla bağlı audit yoxlanışları keçiriləcəkdir daha sonra digər məsələlərə hüquqi qiymət veriləcəkdir. Məhkəmədən üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Göyçay Rayon Məhkəməsinin (hakim Gülnaz Qurbanova) 23 sentyabr 2025-ci il tarixli, e-2(046)-1929/2025 nömrəli qətnaməsi ilə İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilmişdir.

6. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əmək müqaviləsi bağlayaraq sürücü vəzifəsində çalışmışdır. Daha sonra Teymur Əhmədov adına "xxxx" QSC-in Baş direktorunun xx.xx.2023-cü il tarixli qərarı ilə o, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının qanuni təmsilçisi vəzifəsinə təyin edilmiş, lakin tərəflər arasında əmək qanunvericiliyin tələblərinə uyğun olaraq əmək münasibətlərini tənzimləyən əmək müqaviləsi bağlanmamış, müvafiq əmr verilməmişdir. Qeyd olunan qərar əsasında İddiaçı Hüquqi şəxslərin vahid dövlət reyestrində Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının qanuni təmsilçi kimi qeydiyyata alınmışdır.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. Məhkəmə hesab etmişdir ki, hal-hazırda İddiaçı qanuni təmsilçi vəzifəsinə təyin edilməsi haqqında yalnız qərarın olması, onunla hüquqi şəxs arasında əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin, müvafiq əmrin mövcüd olmaması onun həmin vəzifədən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən Teymur Əhmədov adına "xxxx" QSCin üzərinə qoyulmasını mümkünsüz edir. Belə ki, sözügedən qərarda iddiaçının hüquq və vəzifələri, əmək münasibətlərinin əsas şərtləri əks olunmamış, həmçinin işçiyə son haqq-hesab ödənilməsi əmək müqaviləsinə xitam verilən zaman ödənilir ki, tərəflər arasında əmək müqaviləsinin mövcüd olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa Elektron Məhkəmə İnformasiya Sisteminə inteqarasiya olunmuş “Əmək və Məşğuluq” altsistemindən alınmış arayışa əsasən İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialında işləməsinə və əmək haqqısına dair məlumat aşkar olunmamışdır.

8. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə qoyulması tələbinə dair iddia tələbi rədd edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 35-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2, 3.5, 9, 12.1, 42.1, 45.1, 68.2, 69.1, 69.2, 83.1, 68, 69, 70, 73, 74, 75, 83.2, 288, 292.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77, 217.2, 217.3, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a)Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun 23 iyun 2023-cü il tarixli qərarından görünür ki, İddiaçı, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsinə təyin edilmişdir. Belə olan halda yuxarıda istinad olunan normanın tələblərinə əsasən tərəflər arasında olan münasibətlər əmək münasibətləri hesab olunur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Göründüyü kimi Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3 və 2-4-cü hissələri tərəflər arasında münasibətlərin müvafiq vəzifəyə təyin edilmə ilə bağlı olduğu halda əmək müqaviləsinin bağlanmasının imperativliyini nəzərdə tutmuşdur. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi isə işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı).

12. Lakin birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd olaraq tərəflər arasındakı münasibətləri əmək münasibətləri hesab etməmiş, hətta əmək müqaviləsinin bağlanılmamasını və müvafiq əmrin olmamasını dolayı olaraq iddiaçının təqsiri hesab etmişdir. Halbuki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun 23 iyun 2023-cü il tarixli qərarı ilə İddiaçı, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsinə təyin edilmiş, bu günə qədər həmin vəzifədə işləyir, həmçinin onun rəhbərliyi dövründə yaranmamış “Grante Trading” filialının vergi borcuna görə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5716/2023 nömrəli qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır ki, bununla da iddiaçı Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş azadlıq hüququndan məhrum olmuşdur.

13. Eyni zamanda İddiaçı Hüquqi şəxslərin vahid dövlət reyestrində Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının qanuni təmsilçi kimi qeydiyyata alınmış və hazırda da həmin reyestrdə “Grante Trading” filialının qanuni təmsilçisi kimi görünür.

14. Bu faktlar iddiaçının Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri kimi işləməsini təsdiq etdiyi, hətta Qanunvericilik hazırki mübahisə üzrə tərəflər arasında olan münasibətlərin əmək münasibətləri olmasını və bu halda əmək müqaviləsi bağlanmasının məcburiliyinin imperativ olmasını, habelə bu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin işəgötürənin üzərinə qoyulmuş öhdəlik olduğunu müəyyən etdiyi halda, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə tamamilə zidd olaraq əmək müqaviləsinin bağlanmamasına və müvafiq əmrin verilməməsinə istinad edərək iddianı rədd etməklə absurd nəticəyə gəlmişdir.

15. Yuxarıda qeyd olunanlardan göründüyü kimi tərəflər arasında olan münasibətlər əmək münasibətləridir, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi isə işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir. Bu halda əmək müqaviləsinin mövcud olmasına dair sübutun iddiaçıdan tələb olunması isə absurddur. Son haqq-hesabın ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı ilə hüquqi şəxs arasında əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin, müvafiq əmrin mövcüd olmaması onun həmin vəzifədən azad olunması və son haqq-hesabın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən Teymur Əhmədov adına "xxxx" QSC in üzərinə qoyulmasını mümkünsüz edir.

16. Hesab edirlər ki, birinci instansiya məhkəməsi göstərilən hal üzrə də əsassız nəticəyə gəlmişdir. Belə ki, son haqq-hesabın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən Teymur Əhmədov adına "xxxx" QSC-nin üzərinə qoyulmasını mümkünsüz edən heç bir hal yoxdur. Çünki yuxarıda göstərilənlərdən göründüyü kimi tərəflər arasındakı münasibətlər əmək münasibətləridir, əmək müqaviləsinin və müvafiq əmrin mövcüd olmaması iddiaçının deyil, cavabdehin təqsiridir və məhz cavabdeh qanunvericiliyin tələblərini pozaraq iddiaçı ilə vaxtında əmək müqaviləsi bağlamamış və müvafiq əmri verməmişdir ki, bu halda iddiaçı hüquqlarından məhrum ola bilməz. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticə ilə cavabdehin təqsirini iddiaçının təqsiri hesab etmiş və məhkəmə ədalətini kobud surətdə pozmaqla iddiaçını hüquqlarından məhrum etmişdir.

17. Son haqq-hesabın müəyyən edilməsinə gəldikdə isə bunun müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi ən azından iddiaçıdan əvvəl işləmiş şəxsin əmək haqqı məlumatlarını cavabdehdən tələb edə bilərdi və ona uyğun olaraq son haqq-hesabı müəyyən edə bilərdi. Məlumdur ki, həmin məlumatlar kommersiya sirri sayıldığından iddiaçı tərəf olaraq onları cavabdehdən almaq imkanı yoxdur və bu məlumatlar yalnız məhkəmə tərəfindən əldə oluna bilərdi. Lakin birinci instansiya məhkəməsi işə üzdən yanaşmış, işin obyektiv, hərtərəfli və qərəzsiz araşdırılması üçün heç nə etməmişdir.

18. Bundan başqa, iddiaçı tələbində işdən azad olunmasını tələb edir ki, cavabdeh qərarla vəzifəyə təyin etdiyi halda, həmin vəzifədən, yəni işdən azad etməlidir. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Baş direktorunun 23 iyun 2023-cü il tarixli qərarı, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5716/2023 nömrəli qətnaməsi və Hüquqi şəxslərin vahid dövlət reyestri məlumatları iddiaçının Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsinə təyin olunmasını və həmin vəzifədə işləməsini təsdiq edir.

19. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticə ilə iddiaçının işdən azad olunmaqla sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan məhrum etmişdir.

20. Odur ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(046)-1929/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının vəkili Vəkil, cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyası Maddə 12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Maddə 35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 35.İİİ. Heç kəs zorla işlədilə bilməz. Maddə 35.İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 7-ci maddəsinin 2-3.3-cü bəndinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. 7-ci maddəsinin 2-4-cü bəndinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin a) yarımbəndinə əsasən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) yarımbəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) yarımbəndinə əsasən əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada xitam vermək; e) yarımbəndinə əsasən işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; k) yarımbəndinə əsasən elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək işəgötürənin əsas vəzifələrindəndirlər. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinin a) yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər. 83-cü maddəsinin 1-ci bəndinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. 83-cü maddəsinin 3-cü bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyator Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(046)- 1929/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə nəzərə almamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

34. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı cavabdeh Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətində sürücü vəzifəsinə işə qəbul edilmişdir. Teymur Əhmədov adına "xxxx" QSC-in Baş direktorunun xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri (direktoru) vəzifəsinə təyin edilmişdir. Lakin İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsinə işə qəbulu ilə bağlı tərəflər arasında hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad edilməsi ilə bağlı cavabdeh təşkilata xx.xx.2025-ci il tarixli müraciət ünvanlamış, müraciəti diqqətə alınmadığından məhkəmədə iddia qaldırmışdır.

35. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə və hüquqi əsaslandırma isə əsasssız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir. Belə ki, cavabdeh təşkilat tərəfindən iddiaçının işdən azad edilməsi barədə müraciəti təmin edilməməklə Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV bəndlərinin tələbləri diqqətə alınmamışdır.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında olan münasibətlərin əmək münasibətləri olması və bu halda əmək müqaviləsi bağlanmasının məcburiliyinin imperativ olması, bu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin işəgötürənin üzərinə qoyulmuş öhdəlik olduğu halda, birinci instansiya məhkəməsinin qanunvericiliyin tələblərinə zidd olaraq əmək müqaviləsinin bağlanmamasına və müvafiq əmrin verilməməsinə istinad edərək iddianı rədd etməklə yanlış nəticəyə gəlməsinə dair dəlilləri ilə razılaşaraq, birinci instansiya məhkəməsinin isə İddiaçı qanuni təmsilçi vəzifəsinə təyin edilməsi haqqında yalnız qərarın olması, onunla hüquqi şəxs arasında əmək qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin, müvafiq əmrin mövcüd olmaması, tərəflər arasında əmək müqaviləsinin mövcüd olmasına dair hər hansı sübutun məhkəməyə təqdim edilməməsi, İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialında işləməsinə və əmək haqqısına dair məlumatın aşkar olunmaması səbəbləri ilə iddianın rədd edilməli olmasına dair apardığı əsaslandırma və gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd etmişdir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür.

38. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir.

39. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur.

40. Kollegiya qeyd edir ki, iddiaçının Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri təyin edilməsinə dair əmr cavabdeh təşkilat tərəfindən verildiyindən, təyin etdiyi vəzifə üzrə iddiaçı ilə aralarındakı əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirməsi cavabdehin vəzifəsi olmuşdur. Cavabdehin öz öhdəliyini icra etməməsi səbəbli iddiaçının cavabdehlə aralarındakı əmək münasibətinə dair sübutu, yəni əmək müqaviləsini təqdim edə bilməməsi iddiaçının ziyanına şərh edilə bilməz.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə iddiaçının işdən azad olunmaqla sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququndan məhrum etməsinə dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV bəndlərnə əsasən heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir.

43. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 17-ci maddəsinin 1-ci bəndinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi, əmək müqaviləsində və ya kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

44. İşdə olan İddiaçı Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı 10 fevral 2025-ci il tarixli ərizədən görünür ki, iddiaçı cavabdeh təşkilatdan mümkün qədər tez vaxt ərzində, hər bir halda xx.xx.2025-ci il tarixdən gec olmamaq şərti ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad edilməsini xahiş etmişdir.

45. Kollegiya qeyd etməyi vacib hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə aralarındakı əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirilməməsi, iddiaçının işdən azad edilməsinin istisna edən hal kimi şərh edilə bilməz.

46. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 20 oktyabr 2023-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır.

47. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur.

48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin son haqq-hesabın ödənilməsi öhdəliyinin məhkəmə tərəfindən Teymur Əhmədov adına "xxxx" QSC-nin üzərinə qoyulmasını mümkünsüz edən heç bir halın olmamasına dair dəlili ilə də razılaşaraq qeyd edir ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Grante Trading” filialının rəhbəri olması işin mübahisəsiz halı olduğundan, işdən azad edilən şəxsə son haqq hesabın ödənilməsi isə işəgötürənin vəzifəsini təşkil etdiyindən iddiaçı "xxxx" QSC-in “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması ilə yanaşı cavabdeh təşkilatdan son haqq-hesabın ödənilməsini də tələb etməkdə haqlıdır və cavabdehin təqsirindən əmək müqaviləsinin rəsmiləşdirilməməsi tələbin təmin edilməsini istisna etmir.

49. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı).

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir.

51. Ona görə də məhkəmə kollegiyаsı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2(046)-1929/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin üzərinə İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və İddiaçı son haqq-hesabın ödənilməsi öhdəliyi qoyulmalıdır.

52. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli, e-2(046)-1929/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Teymur Əhmədov adına "xxxx" QSC-nin üzərinə İddiaçı Teymur Əhmədov adına "xxxx" QSC-nin “Grante Trading” filialının rəhbəri vəzifəsindən azad olunması və İddiaçı son haqq-hesabın ödənilməsi öhdəliyi qoyulsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar