Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-126/2020 08.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və iddiaçının nümayədəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyətə verilmiş torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 48/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-48/2019 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin edilmiş, JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,41 ha torpaq sahəsinə Cavabdeh5 istifadəsində olan torpaq sahəsindən ekspertin rəyi ilə müəyyən olunmuş həddə 8,0 metr enində və 97 metr uzunluğunda yol verilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pulun İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mülkiyyətə verilmiş torpaq sahəsinə gedən yolun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli qərarına əsasən JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,08 ha və JN-029İ (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,41 ha torpaq sahələri verilmişdir. Cavabdehlər heç bir əsas olmadan həmin torpaq sahələrinə gedən yolu çəpərləmiş və kəsmişlər. Dəfələrlə müraciət edərək yolun açılmasını cavabdehlərdən tələb etməsinə baxmayaraq onlar həmin tələbə məhəl qoymamış və yolu açmamışlar. Bu barədə Zarağan kəndinin bələdiyyə sədri Cavabdeh4 rəsmi qaydada ərizə ilə müraciət etmiş, bələdiyyə tərəfindən xx xxx 2018-ci il tarixli 10 nömrəli məktubla ona həmin vətəndaşlara xəbərdarlıq məktubu göndərilməsi barədə cavab verilmişdir. Lakin bələdiyyənin cavabdehlərə xəbərdarlıq məktubuna da onlar əhəmiyyət verməmiş və yolun açılmasını təmin etməmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Səfəralıyeva (Rzayeva) Bahar Tahir qızı qeyd olunanlara uyğun izahat vermiş və çıxışında göstərmişdir ki, əvvəllər Cavabdeh5 bağından istifadə etsə də, sonradan cavabdeh yolu bağlamışdır. Buna görə də mülkiyyətində olan torpaqdan istifadə edə bilmir. Torpaq sahasinə başqa yerdən yol yoxdur. Buna görə də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ərazi üzrə tərtib olunmuş xəritədə göstərilən yolun açılmasını istəyir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə və iş üzrə qanuni, ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, o, iddiaçının həyətinə gedən gediş-gəliş yolunu bağlamamışdır. İddiaçının yol yeri kimi açılmasını istədiyi torpaq sahəsi ona məxsus olmaqla, həmişə onun istifadəsində və sahibliyində olmuşdur. Buna görə də iddianı əsassız hesab etməklə iş üzrə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh4 iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, o, iddiaçının mülkiyyətinə gedən gediş-gəliş yolunu bağlamamışdır. İddianı əsassız hesab etməklə iş üzrə ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, iddiaçıya əvvəllər qonşu olduğunu nəzərə alaraq yol vermişdir. Buna görə də iddiaçı bir müddət həmin yoldan istifadə etmişdir. Lakin sonradan onun yolla bağlı iddialarının əsassız olduğunu dərk edərək verdiyi yoldan istifadəsinə yalnız kompensasiya ödənilməsi şərti ilə yol yerinin açılmasına razılıq vermişdir. İddiaçı isə onun bu təklifini qəbul etməmişdir. Hazırda özünün təklif etdiyi bu varianta da razılıq vermək fikrində deyildir. Təyin olunmuş ekspertiza üzrə verilən ekspert rəyi ilə razılışmır. Buna görə də iddianı əsassız hesab etməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 xx xxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, o, ekspertin verdiyi rəylə razı deyildir. Çünki, ekspertin rəyində mübahisəli torpaq sahəsinin cənub tərəfindən nəzərdə tutulmuş 5,0 metr enində, 45,0 metr uzunluqda yol yerinin onun tərəfindən tutulduğu qeyd edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, həmin sahədən heç bir vaxt yol olmamışdır. Yol kimi göstərilən torpaq sahəsi də onun mülkiyyətində və istifadəsindədir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 Əlfsər oğlu xx xxxx 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddianı etiraf etməyərək çıxışında göstərmişdir ki, ekspertin rəyi ilə razılışmadığından iddianı əsassız hesab etmişdir. İddia tələbinin təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh5 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri Cavabdeh5 apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmənin qətnaməsindən narazıdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş və nəticədə obyektivlikdən kənar olan qətnamə qəbul etmişdir. Məhkəmə ancaq iddiaçının iddia ərizəsində qeyd etdiyi ifadələrə və məhkəmə prosesində verdiyi ifadəsinə əsaslanaraq nəticəyə gəlmişdir. İş üzrə mühəndis-texniki ekspertizası keçirilmiş və onlar ekspertin rəyinə etiraz etmişlər. Etirazın səbəbi o idi ki, ekspert Ələsgər Mirzəyev baxış keçirən zaman xəritədə gediş-gəliş yeri kimi göstərilən ərazinin faktiki vəziyyətini-yəni iki qonşunun mülkiyyətinin arasındakı sel sularının axıdılması məqsədi ilə su kanalı kimi saxlandığını və həmin su kanalının bir qisminin onun istifadəsində, digər qisminin Cavabdeh2 istifadəsində olduğunu, 3-cü qisminin isə X19 mülkiyyətində olduğunu, həmin ərazilərin sərhəddinin tanınması məqsədi ilə çəpərlənmiş vəziyyətini qeyd etməmişdir.(Çəpərləmə 1972-ci ildə baş tutmuşdur.) X2 və X19 həmsərhədi kimi X20 göstərilmişdir. JN-31 F nömrəli şəhadətnamə 0.05 ha torpaq sahəsi X5 mülkiyyətidir, həmin nömrədən sonra JN-30F nömrəli şəhadətnamədə 0.20 ha torpaq sahəsi gəlir ki, bu sənəd isə Cavabdeh5 mülkiyyətidir. Yuxarıda göstərilənləri Zarağan Bələdiyyəsinin sədri Cavabdeh4 də, məhkəməyə də bildirmişlər. Açıq-aydın məlumdur ki, bu məsələ düzgün araşdırılmamışdır. Ancaq bu etirazı məhkəmə nəzərə almamış, hətta onları heç dinləməmişdir. Ekspertin rəyi ilə onlar razılaşmamışlar və etiraz etmişlər. Lakin, məhkəmə onların etirazını nəzərə almamışdır. Ekspert qarşısına qoyulmuş ikinci və üçüncü suallar üzrə məhkəmə yerli baxış keçirmiş və səhv nəticə çıxararaq qanunun tələbini pozmuşdur. Ekspertin rəyində qeyd olunur ki, aqrar islahatı zamanı yol yeri nəzərdə tutulmuş yerlər faktiki olaraq hazırda tutulmuşdur. Ekspertin rəyində nəzərdə tutulan yol yerindən “hazırda istifadə olunur” ifadəsi ilə qətiyyən razılaşmır. Çünki, həmin “istifadə olunan” yol yeri onların mülkiyyətinə verilmişdir və mülkiyyət hüququ qanunla qorunur. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)- 48/2019 nömrəli qətnaməsini ləğv edib iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayədəsi X25 apelyasiya şikayətinin dəlilləri ilə qismən razı olduqlarını bildirərək iddianın hal-hazırda verilmiş rəydə göstərilən qaydada təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh5 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlər Cavabdeh2 və onun nümayəndəsi X11 izahat verərək qanuni qərar qəbul edilməsini, yəni İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında mütəxəssis qismində dindirilmiş X55 izahat verərək göstərmişdir ki, Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 324 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyində göstərilən cənub tərəfdən nəzərdə tutulan yolun cəmi uzunluğunun düz xətt boyunca 105 metr olmasına baxmayaraq həmin istiqamətdə yolun 508 m2 hissəsini Cavabdeh2, 155 m2 hissəsini isə cavabdeh X32 faktiki olaraq istifadə edir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh5 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(025)-48/2019 nömrəliqətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan JN-029İ, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X38, X6 və X7 mülkiyyətinə həyətyanı olaraq 0,41 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-029G, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X38, X6 və X7 mülkiyyətinə həyətyanı olaraq 0,08 ha torpaq sahəsi verilmişdir. İşdə olan Qəbələ rayonu Zarağan X1 xx xxx 2018-ci il tarixdə ünvanladığı iddiaçının xx xxx 2018-ci il tarixdə bələdiyyəyə yazdığı ərizəyə 10 nömrəli cavab məktubdan görünür ki, həmin müraciətə əsasən yerində baxış keçirilmiş və yol yerinin açılması barədə Cavabdeh1, Cavabdeh2 və X21 gediş-gəliş yeri üçün nəzərdə tutulmuş və hazırda çəpərlənmiş ərazinin buraxılması barədə məlumat (tələb) verilmişdir. Lakin, həmin şəxslər nəzərlərinə çatdırılmış məsələ ilə razılaşmamışlar. Buna görə də məsələnin həlli ilə bağlı iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 7785 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin «Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi»nin Şəki LTİ mütəxəssis rəyinə əsasən, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli qərar ilə JN-029G (kod 40608028) nömrəli və JN-029İ (kod 40608028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr ilə Qəbələ rayonu Daşca kəndində Səfəralıyeva (Rzayeva) Bahar Tahir qızı, X22, X8 mülkiyyətində olan müvafiq olaraq 0,08 ha və 0,41 ha torpaq sahələrinə keçmiş T.İsmayılov adına təsərrüfat ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində cənub istiqamətindən JN-17İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X14 mülkiyyətinə verilmiş 0,38 ha torpaq sahəsi ilə, JN-33İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X15 mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin aralığından 5,0 metr enində, 45,0 metr uzunluqda, şimal istiqamətdən JN-28İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,38 ha, JN-032F (kod 40608028) nömrəli şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahələri JN- 31A, JN-31F, JN-031E (kod 40608028) nömrəli şəhadətnamələr ilə X5 mülkiyyətinə verilmiş müvafiq olaraq 0,11 ha, 0,05 ha, 0,07 ha torpaq sahələrinin aralığından 8,0 metr enində, 97,0 metr uzunluqda gediş-gəliş yolunun nəzərdə tutulduğu müəyyən edilir. Keçmiş T.İsmayılov adına təsərrüfat islahat xəritəsinə əsasən həm şimal istiqamətdə, həm də cənub istiqamətdə nəzərdə tutulmuş yollar real olaraq mövcud deyildir. Şimal tərəfdə nəzərdə tutulmuş 8,0 metr enində və 97 metr uzunluqda yol Cavabdeh5 tərəfindən, cənub tərəfdən nəzərdə tutulmuş 5,0 metr enində və 45,0 metr uzunlunda yol Cavabdeh2 tərəfindən istifadə olunur. Lakin qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçının yol yeri tələb etdiyi ərazilərin verilməsinin hansı qonşuya münasibətdə daha yolverilən və daha az zərər vuran olması məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli, **********52 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində qeyd olunmuşdur ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli qərar ilə JN-029G (kod 40608028) nömrəli və JN-029İ (kod 40608028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr ilə Qəbələ rayonu Daşca kəndində Səfəralıyeva (Rzayeva) Bahar Tahir qızı, X22, X8 mülkiyyətində olan müvafiq olaraq 0,08 ha və 0,41 ha torpaq sahələrinə keçmiş T.İsmayılov adına təsərrüfat ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində cənub istiqamətindən JN-17İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X14 mülkiyyətinə verilmiş 0,38 ha torpaq sahəsi ilə, JN-33İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X15 mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin aralığından 5,0 metr enində 45,0 metr uzunluqda, şimal istiqamətdən JN-28İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,38 ha, JN-032F (kod 40608028) nömrəli şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahələri JN- 31A, JN-31F, JN-031E (kod 40608028) nömrəli şəhadətnamələr ilə X5 mülkiyyətinə verilmiş müvafiq olaraq 0,11 ha, 0,05 ha, 0,07 ha torpaq sahələrinin aralığından 8,0 metr enində, 97,0 metr uzunluqda gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Keçmiş T.İsmayılov adına təsərrüfat islahat xəritəsinə əsasən həm şimal istiqamətdə, həm də cənub istiqamətdə nəzərdə tutulmuş yollar real olaraq mövcud deyildir. Şimal tərəfdə nəzərdə tutulmuş 8,0 metr enində və 97 metr uzunluqda yol Cavabdeh5 tərəfindən, cənub tərəfdən nəzərdə tutulmuş 5,0 metr enində və 45,0 metr uzunlunda yol Cavabdeh2 tərəfindən istifadə olunur. İşdə olan JN-033İ, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli, 26 saylı qərarı ilə X12, X26, X16, X27, X33, X28 və X23 mülkiyyətinə həyətyanı olaraq 0,30 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-031E, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə X5 mülkiyyətinə həyətyanı olaraq 0,07 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-032F, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə X4 mülkiyyətinə həyətyanı olaraq 0,21 ha torpaq sahəsi verilmişdir. İşdə olan JN-030F, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»nin surətindən görünür ki, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə Cavabdeh5, X17 və X34 mülkiyyətinə həyətyanı olaraq 0,20 ha torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət edərkən Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2 və 175.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir.Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN- 029İ və JN-029G, kod 40608028 saylı «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə»lərlə, Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli 26 saylı qərarı ilə Səfərəliyeva (Rzayeva) Bahar Tahir qızının, X6 və X7 mülkiyyətinə həyətyanı torpaq sahəsi olaraq müvafiq qaydada 0,41 ha və 0,08 ha torpaq sahələri verilmişdir. Lakin o, həmin torpaq sahələrindən 0.41 ha torpağa gedən yolun cavabdehlər tərəfindən tutulması nəticəsində lazımi qaydada istifadə edə, mülkiyyət üzərində hüquqlarını həyata keçirə və reallaşdıra bilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 7785 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində isə Qəbələ rayon X35 xx xxxxxx 1997-ci il tarixli qərar ilə JN-029G (kod 40608028) nömrəli və JN-029İ (kod 40608028) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamələr ilə Qəbələ rayonu Daşca kəndində Səfəralıyeva (Rzayeva) Bahar Tahir qızı, X22, X8 mülkiyyətində olan müvafiq olaraq 0,08 ha və 0,41 ha torpaq sahələrinə keçmiş T.İsmayılov adına təsərrüfat ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində cənub istiqamətindən JN-17İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X14 mülkiyyətinə verilmiş 0,38 ha torpaq sahəsi ilə, JN-33İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X15 mülkiyyətinə verilmiş 0,09 ha torpaq sahəsinin aralığından 5,0 metr enində 45,0 metr uzunluqda, şimal istiqamətdən JN-28İ (kod 40608028) nömrəli şəhadətnamə ilə X19 mülkiyyətinə verilmiş 0,38 ha, JN-032F (kod 40608028) nömrəli şəhadətnamə ilə X3 mülkiyyətinə verilmiş 0,21 ha torpaq sahələri JN- 31A, JN-31F, JN-031E (kod 40608028) nömrəli şəhadətnamələr ilə X5 mülkiyyətinə verilmiş müvafiq olaraq 0,11 ha, 0,05 ha, 0,07 ha torpaq sahələrinin aralığından 8,0 metr enində, 97,0 metr uzunluqda gediş-gəliş yolunun nəzərdə tutulduğunun müəyyən edildiyi qeyd edilmişdir. Rəydə həmçinin keçmiş T.İsmayılov adına təsərrüfat islahat xəritəsinə əsasən həm şimal istiqamətdə, həm də cənub istiqamətdə nəzərdə tutulmuş yolların real olaraq mövcud olmadığı, şimal tərəfdə nəzərdə tutulmuş 8,0 metr enində və 97 metr uzunluqda yolun Cavabdeh5 tərəfindən, cənub tərəfdən nəzərdə tutulmuş 5,0 metr enində və 45,0 metr uzunlunda yolun Cavabdeh2 tərəfindən istifadə olunduğu, qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçının yol yeri tələb etdiyi ərazilərin verilməsinin hansı qonşuya münasibətdə daha yolverilən və daha az zərər vuran olması məsələsi məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından və hüquqi xarakter daşıdığından, ekspertizanın təyin olunmasına dair qərardadın ikinci və üçüncü sualları üzrə tədqiqat aparılmadığı göstərilmişdir. Birinci instansiya məhkəməsi rəydə göstərilən bu xüsusatları nəzərə alaraq mübahisəli ərazidə ekspert rəyində qeyd olunmuş 8,0 metr enində 97 metr uzunluqda Cavabdeh5, cənub tərəfdən nəzərdə tutulmuş 5,0 metr enində 45,0 metr uzunluqda Cavabdeh2 tərəfindən istifadə olunan yol yerlərinə xx xxxx 2019-cu il tarixdə tərəflərin iştirakı ilə yerli baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Cavabdeh5 istifadə etdiyi 8,0 metr enində, 97 metr uzunluqda yol yerindən təxminən 10 metr istifadə edilməklə (həmin texnikanın da hərəkət edə bildiyi geniş yol yeridir) iddiaçının mülkiyyətinə keçid daha məqsədəuyğundur. Yəni bu halda tərəflərin qarşılıqlı mənafelər nəzərə alınmaqla, iddiaçıya həmin yerdən yolun verilməsi digər qonşularla münasibətdə daha yolverilən, məqsədəmüvafiq və daha az zərər vurandır. Mübahisəli ərazinin cənub tərəfindən nəzərdə tutulmuş 5,0 metr enində 45,0 metr uzunluqda Cavabdeh2 tərəfindən istifadə olunan yolun hər iki tərəfindən xüsusi mülkiyyətdə olan torpaq sahələri yerləşdiyindən və yol həmin torpaq sahələrinin arasından keçdiyi üçün iddiaçıya həmin yerdən yolun verilməsi ərazidə yerləşən qonşuların mülkiyyətlərinə münasibətdə mənafelərinin qorunması baxımından məqsədəuyğun deyildir. Bir sözlə iddiaçı X18 mülkiyyətindəki torpaq sahəsinə Cavabdeh5 istifadəsindəki yol yerindən keçid daha optimal və məqsədə uyğundur. Birinci instansiya məhkəməsi tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,41 ha torpaq sahəsinə Cavabdeh5 istifadəsində olan torpaq sahəsindən ekspertin rəyi ilə müəyyən olunmuş həddə 8,0 metr enində və 97 metr uzunluğunda yol verilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Buna görə də iddia verilən zaman ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası iddianın Cavabdeh5 münasibətdə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı hazırki həcmdə təmin etməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətə verilmiş torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə qətnaməsində iddianın təmin edilməsini qeyd etsə də, yekunda iddianı yalnız Cavabdeh5 münasibətdə təmin etmiş, digər cavabdehlərə aid hissədə iddia tələbinə münasibət bildirməmişdir. Həmçinin İddiaçı JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,08 ha və JN-029İ (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,41 ha torpaq sahələrinə gedən yolun açılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi yalnız 0,41 ha torpaq sahəsinə gedən yolun açılmasını qət etmişdir. Məhkəmə kollegiyasının xx xxxxxx 2019-cu il tаrixli, 2(107)-2961/2019 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilərək ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş və ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin eksperti Teymur Məmmədovun Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq mütəxəssis rəyinin təqdim olunmaması səbəbindən məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə xx xxxx 2020-ci il tarixli, 31164 nömrəli məlumatı Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tаrixli, 2(107)- 126/2020 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə həvаlə edilmiş, rəy аlınаnаdək işin icrааtı dаyаndırılmışdır. Məhkəmə kollegiyasının qərardadına müvafiq olaraq xx xxxxxxxx 2020-ci ildə Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 324 nömrəli, xx xxxxxxxx 2020-ci il tarixli ekspert rəyi Şəki Apelyasiya Məhkəməsinə daxil olmuşdur. İş üzrə icraat təzələnmişdir. Həmin rəydə göstərilmişdir ki, X37 materiallarına və hüquq müəyyənedici sənədlərə əsasən ərazinin ümumi xəritəsində İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 0.08 ha və 0.41 ha torpaq sahələrinə cənub, cənub-qərb tərəfdən nəzərdə tutulan 5 metr enində, 105 metr uzunluğunda və şimal, şimal-qərb tərəfdən nəzərdə tutulan 8 metr enində, 96.5 metr uzunluğunda yolların ölçüləri Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli 155-İQ saylı “Torpaq İslahatı haqqında” qanun əsasında aparılan Torpaq islahatı zamanı Yerquruluşu qaydaları çərçivəsində təyin olunub və ərazinin ümumi xəritəsində öz əksini tapmışdır. Cənub tərəfdən nəzərdə tutulan yolun 508 m2 hissəsini Cavabdeh2, 155 m2 hissəsini isə cavabdeh X32 faktiki olaraq istifadə edir. Şimal tərəfdən nəzərdə tutulan yolun 405 m2 hissəsi X29 343 m2 hissəsi isə Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə edilir. Nəzərdə tutulan mübahisəli yol ərazisinin ölçüləri və sahəsi Autocad proqramı vasitəsilə tərtib edilən plan-sxemdə izahlı şəkildə gösterilmişdir. Cavabdehlər tərəfindən istifadə edilən yol ərazisi cavabdeh şəxslərin mülkiyyətində yox, faktiki istifadələrindədir. Pian-sxemdə ölçüləri və sahəsi göstərilən, iddia predmeti olan yol ərazisi cavabdehlər Cavabdeh2, X32 və X29 faktiki istifadə etdikləri torpaq sahələrinin çəpərlənmiş hüdudları daxilindədir. Həmin yol ərazisi iki qonşu təsərrüfatlar arası ümumi yol kimi nəzərdə tutulmuşdur. İddia predmeti olan, ərazinin ümumi xəritəsində ümumi yol kimi gösterilən ərazi gələcəkdə açılarsa cavabdehlərin mülkiyyətinfə olan torpaq sahələri azalmır, yalnız onların çəpər daxilində faktiki istifadə etdikləri torpaq sahəsi azalacaqdır. Lakin nəzərinizə çatdırım ki, şimal, şimal-qərb tərəfdən nəzərdə tutulan yol ərazisi Qaraçay çayının məcrasına çıxır və məsafə cəhətdən iddiaçının torpaq sahələrinə uzaq istiqamətlidir. (Aparılmış tədqiqatın dəyəri 300 manatdır) Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Səfərəliyeva (Rzayeva) Bahar Tahir qızının, X6 və X7 mülkiyyətinə xx xxxxxx 1997-ci il tarixli qərarına əsasən JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,08 ha və JN-029İ (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə 0,41 ha torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə cənub, cənub-qərb tərəfdən nəzərdə tutulan 5 metr enində, 105 metr uzunluğunda və şimal, şimal-qərb tərəfdən nəzərdə tutulan 8 metr enində, 96.5 metr uzunluğunda yolların ölçüləri Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli 155-İQ saylı “Torpaq İslahatı haqqında” qanun əsasında aparılan Torpaq islahatı zamanı Yerquruluşu qaydaları çərçivəsində təyin olunub və ərazinin ümumi xəritəsində öz əksini tapmışdır. Həmin torpaq sahələrinə cənub tərəfdən nəzərdə tutulan yolun 508 m2 hissəsini Cavabdeh2, 155 m2 hissəsini isə cavabdeh X32 faktiki olaraq istifadə edir. Şimal tərəfdən nəzərdə tutulan yolun 405 m2 hissəsi X29 343 m2 hissəsi isə Cavabdeh2 tərəfindən faktiki olaraq istifadə edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının torpaq sahələrinə şimal, şimal-qərb tərəfdən nəzərdə tutulan yol ərazisi Qaraçay çayının məcrasına çıxdığından və məsafə cəhətdən iddiaçının torpaq sahələrinə uzaq istiqamətli olduğundan həmin hissədən yolun açılması məqsədəmüvafiq hesab edilmir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquqnormаlаrı ilə əlаqəli şəkildətədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddia tələbini hazırki həcmdə Cavabdeh5 münasibətdə təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindənvə işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan Cavabdeh5tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətə verilmiş torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı torpaq sahələrinə gedən cənub, cənub-qərb tərəfdən nəzərdə tutulan 5 metr enində, 105 metr uzunluğunda, 508 m2 hissəsinin Cavabdeh2, 155 m2 hissəsinin isə cavabdeh X32 tərəfindən zəbt edilməsi göstərilən yol, yolun bağlanması üçün istifadə edilmiş çəpər sökülmək yolu ilə məcburi qaydada açılmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X13 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(025)-20/2020 nömrəliqətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülkiyyətə verilmiş torpaq sahəsinə gedən yolun açılması tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə JN-029G (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,08 ha, JN-029İ (Kod: 40608028) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə mülkiyyətlərinə verilmiş 0,41 ha torpaq sahələrinə gedən cənub, cənub-qərb tərəfdən nəzərdə tutulan 5 metr enində, 105 metr uzunluğunda, 508 m2 hissəsinin Cavabdeh2, 155 m2 hissəsinin isə cavabdeh X32 tərəfindən zəbt edilməsi göstərilən yol, yolun bağlanması üçün istifadə edilmiş çəpər sökülmək yolu ilə məcburi qaydada açılsın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 300 (üç yüz) manat Cavabdeh2 alınıb Azərbаycаn Respublikаsı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına ödənilsin. (“xxxxxxxxxxxx” ASC Gənclik Mall filialı, Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h AZ37NABZ013501**********1944, VÖEN **********, Hesab AZ53AİİB********************) Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-126/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-126/2020
08.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver