Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-126/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 11.02.2020-ci il tаrixli, 2(033)-222/2020 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 may 1971-ci ildə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş və 28.09.1992-ci ildə Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olaraq şəhid olmuş X1 vərəsələrinə ölkə Prezidentinin imzaladığı 19 aprel 2019-cu il tarixli “Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşdüyünə görə ölmüş elan edilmiş, hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə müəyyənləşdirilmiş 11000 (on bir min) manat məbləğində birdəfəlik ödəməni almaq üçün qanun üzrə vərəsəlik hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 11.02.2020-ci il tаrixli, 2(033)-222/2020 saylı qətnaməsi ilə ərizə qismən təmin edilmiş, Ərizəçi mərhum qardaşı 1971-ci ildə anadan olmuş, 28.09.1992-ci ildə Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş mərhum X1 qanun üzrə vərəsəsi kimi tanınması qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Ərizəçi apellyаsiyа şikаyəti vermişdir. Ərizəçi məhkəmə kollegiyasına ərizə təqdim edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İşə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər tərəf heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, ərizə təmin edilməli və iş üzrə apellyasiya icraatına Ərizəçi münasibətdə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 369, 384.0.4 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 11.02.2020-ci il tаrixli, 2(033)-222/2020 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına Ərizəçi münasibətdə xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-126/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-126/2021
05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver