Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-126/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Rayon Məhkəməsi Xəstəxanası PHŞ-nə qarşı əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə barpa) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və cavabdeh Şəki Rayon Məhkəməsi Xəstəxanası PHŞ-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şəki Rayon Məhkəməsi Xəstəxanası PHŞ-nə qarşı əmrin ləğv edilməsi, işə barpa və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı 1988-ci ildə təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloq-reanimotoloq vəzifəsinə təyin edilmişdir. Şəki rayon X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-722/2024 nömrəli Əmri ilə iddiaçının yaşının 65-ə çatdığı səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə, yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdıqda” əsası ilə idiaçının əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma ilə əlaqədar işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1988-ci ildə, Azərbaycan Tibb Universitetini bitirərək, təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloq-reanimotoloq vəzifəsinə təyin edilmiş, işlədiyi bu uzun müddət ərzində (35 il), kollektiv arasında dərin hörmət qazanmış, həmişə şərəflə işləyərək işində nöqsana yol verməmiş, heç bir xəbərdarlıq və töhmət almadan bu vəzifədə, xx.xx.2024-cü il tarixinə qədər, Hippokrat andına sadiq, vicdanla çalışmışdır. xx.xx.2024-cü il tarixində yaşının 65ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə işinə xitam vermiş və o, iş üzrə cavabdehin bu addımını, aşağıda qeyd edilənlərlə əsassız hesab edir. Ölkənin bütün mətbuat orqanlarında, yəni rəsmi və ya qeyri rəsmi, bütün kütləvi informasiya vasitələrində TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-da həkim çatışmazlığı ilə bağlı rəsmi məlumatlar verilir və həqiqətən də, vakansiya üzrə Şəki RMX PHŞ-da, hazırda da, ən azından 35-40 həkim yeri boşdur. Əlavə, Şəki RMX PHŞ-da hal-hazırda yaşı 65-dən yuxarı işləyən həkimlərin sayı 10-dan (Fövqiyyə Əlişanova, Arif Səmədov, Emin Mustafayev, Məhəbbət Əliyeva, Təranə Əhmədova, Məlahət Hüseynova, Kübra Rəsulova və s.), yaşı 70-dən yuxarı həkimlərinsə sayı 15-dən (Nemət Musayev, Hikmət Əliyev, Vidadi Süleymanov, Gülnar Cəfərova, Təranə Vahidova, Ziyafət Hacıyeva, Əlyəsər Məmmədov, Əyyub Əsgərov, Cuma Əlişanov və s.) çoxdur. Bütün qeyd edilənlərlə aydın olur ki, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ ona qarşı, düzgün olmayan mövqe sərgiləyir. Belə ki, qanunvericilik birmənalı şəkildə yaşı 70-dən yuxarı şəxslərin əmək fəaliyyətinə xitam verilməli olduğunu tələb etməsinə baxmayaraq Şəki RMX PHŞ, yuxarıda da qeyd edildiyi kimi, qanunvericiliyin bu tələbini pozmaqla, onları işdə saxlayır. Şəki RMX PHŞ-da həkim çatışmazlığı mövcuddur və o, həkimlərin əmək fəaliyyəti ilə məşğul olmalarının əleyhinə deyil.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı 1988-ci ildə, Azərbaycan Tibb Universitetini bitirərək, təyinatla Şəki rayon Doğum evinə (Şəki Perinatal mərkəz) anestezioloq-reanimotoloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatdıqda” əsası ilə işinə xitam vermişdir.
5. İddiaçı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığı üçün əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, iddiaçı onun işdən çıxarılmasını qanunsuz hesab etsə də, qanunvericiliyin normasından da göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 olmaqla, işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən 5 ildən artıq olmayan müddətə ildə bir dəfə 1 ildən artıq olmayan müddətə uzadıldığından cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanladığı məktubla 65 yaşının tamam olması ilə əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı məlumat vermiş və xx.xx.2024-cü il tarixli əmri ilə də, yaşı altmış beşə çatdığından əmək müqaviləsinə xitam vermişdir. Hazırki tələblə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilməsi işçinin dövlət müəsisəsində çalışmanın son yaş həddinə çatması ilə bağlı olması və bu işəgötürənin səlahiyyətinə aid olduğundan, hazırda dövlət orqanının rəhbərinin üzərinə dövlət müəssisəsində çalışmanın son yaş həddinə çatmış və pensiya təminatı yaranmış şəxsin işə bərpa edilməsi ilə bağlı öhdəliyin qoyulması qanuni hesab edilə bilməz. Lakin iddiaçı iddianı müdafiə edir. Cavabdehin nümayəndəsi isə iddianı qəbul etmir.
6. Məhkəmə hesab edir ki, TƏBİB PHŞ-nin Şəki RMX PHŞ rəhbəri tərəfindən İddiaçı dövlət orqanında çalışmanın son yaş həddinə çatması səbəbindən əmək müqaviləsinə haqlı olaraq xitam verilib. Məhkəmə əmək məcəlləsinin 84-cü maddəsinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə X8 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1-71/3-1-722/2024 nömrəli əmrinin məzmununda da pozuntuya yol verilməmiş və əmrdə əks olunan məlumatlar 70-ci maddənin tələblərinə uyğun əmrdə əks etdirilmişdir.
7. Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd olunmuş, İddiaçı cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞnə qarşı xx.xx.2024-cü il tarixində yaşının 65-ə çatdığını əldə rəhbər tutaraq, iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ birtərəfli qaydada, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi yəni “dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda” əsası ilə, işinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, 1 il müddətinə əvvəlki vəzifəsinə bərpa edilməyi və məcburi işburaxma ilə əlaqədar işburaxma müddəti üçün əmək haqqının tam ödənilməsi öhdəliyinin iş üzrə cavabdeh TƏBİB PHŞ-nin Şəki RMX PHŞ-nin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 65, 70, 71, 83, 84, 192, 194 və 300-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin İddiaçı göndərdiyi xx.xx.2024-cü il tarixli 18-1-71/2-R-121-xx-xx/2024 nömrəli məktubu Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X8 Şəxs Şəki rayon X4 Hüquqi Şəxsinin xx.xx.2024-cü il tarixli 18-1- 71/3-1-722/2024 nömrəli Əmri xx.xx.2024-cü il tarixli xxxxxxx0001X0 nömrəli Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi
10. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, ona qarşı qulluq mövqeyindən sui-istifadə etməklə, Şəki RMX PHŞ-nin rəhbərinin, şəxsi qərəzlik zəminində, onunla yaşı 65-dən yuxarı olan və hazırda işləyən həkimlər arasında ayrı-seçkiliyə yol verməsi faktı danılmazdır ki, bu fakt ilə onun hüquqları, qanunun tələbləri üzrə ciddi şəkildə pozulmuşdur. Şəki RMX PHŞ-nin rəhbərinin ona qarşı hüquqlarından sui-istifadə etməklə, müəssisədə həkim çatışmazlığının olmasına baxmayaraq, əmək fəaliyyətinə birtərəfli qaydada xitam verməsi, onun qanunvericiliyin göstərilən tələblərini pozması deməkdir. Şəki RMX PHŞ-də hal-hazırda, rəsmi olaraq elan edilmiş vakansiya üzrə ən azından 40 həkim yerinin (onun iş yeri daxil) boş olması və xəstəxananın həkim qıtlığı ilə üz-üzə qalması faktının əksi sübut edilməmişdir.
12. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)- 1688/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şəki Rayon Məhkəməsi Xəstəxanası PHŞ-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 10-1.1-ci maddəsin əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.4-cü maddəsinə əsasən bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz. 10-1.5-ci maddəsinə əsasən müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “e” bəndinə görə, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunundan bəhs edilir. 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. İddiaçı Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)- 1688/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hazırki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli Əmr Əmək Məcəlləsinin normalarının tələblərini pozmamışdır. İddiaçı cavabdeh müəssisədə 65 yaşından artıq işləyən başqa işçilər olduğu halda ayrı-seçkilik edilməklə onun çalışma müddətinin uzadılmamasını qanun pozuntusu hesab etməklə apellyasiya şikayətini bu istiqamətdə əsaslandırmışdır. Kollegiya bu barədə qeyd edir ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinin tələblərindən görünür ki, 65 yaşına çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq dövlət orqanının rəhbərinin diskresion səlahiyyətidir. Qanun dövlət orqanın rəhbərinin hər hansı işçinin çalışma müddətini uzatması ilə bağlı məcburedici norma nəzərdə tutmamışdır. Həmçinin, qanunla dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmuşdur. (bax bənd 16) Belə ki, hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda isə, çalışma müddəti uzadılmış işçilərin sayı iki nəfərdən artıq ola bilməz.
22. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
23. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(075)-1688/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.