Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1260/2024 04.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, qüvvə, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən üçüncü şəxs X6 tərəfindən verilmiş şikayətin geri qaytarılması barədə Qəbələ Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadından üçüncü şəxs X6 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138788,45 (bir yüz otuz səkkiz min yeddi yüz səksən səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılması, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satılsın və ondan əldə ediləcək vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməsi, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 376 (üç yüz yetmiş altı) manat məbləğində pulun Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı ASC və Cavabdeh tərəfindən аpellyаsiyа şikаyətləri verilmiş və apellyasiya şikayətləri baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətləri mümkün hesab edilmiş və məhkəmə baxışı 17 sentyabr 2024-cü il tarixdə, saat 12:00-a Şəki Apellyasiya Məhkəməsinin binasına təyin edilmişdir. Mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmin iş üzrə Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən 13 sentyabr 2024-cü il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(107)-1083/2024 nömrəli qərardadı ilə mülki işin apellyasiya baxışından çıxarılması, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 şikayətinin MPM-nin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Üçüncü şəxs X6 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən arvadı X4 çatdırılmaq üçün “Poçt göndərişinin verilməsi haqqında” xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Sözügedən qətnamədən isə üçüncü şəxs X6 tərəfindən apellyasiya şikayəti 13 sentyabr 2024-cü il tarixdə məhkəməyə “Elektron məhkəmə” vasitəsilə daxil olmuş, nəticədə prosessual baxımdan müddət ötürülmüşdür. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və tərəfindən şikayət vermə müddətinin bərpa edilməsi barədə ərizə verilmədiyindən şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya onu da qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri baxılmadan apellyasiya baxışından çıxarıldığından hazırki halda həmin apellyasiya şikayətləri baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı, Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəbələ Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(025)-22/2024 nömrəli qətnaməsindən İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1260/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1260/2024
04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver