Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1263/2023 07.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Zərdab Rayon Məhkəməsinin 2(035)-602/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29 sentyabr 2023-cü il tarixli qərardadından, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri, 32 hektar yaşayış sahəsində yerləşən 4 otaqlı evdən istifadəsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, buraxılmış prosessual müddətinj üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “ərizənin təmin edilməməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ərizədə üzrlü səbəbdən, yəni səhhətindəki problemlərlə əlaqədar vaxtında apellyasiya şikayəti vermədiyini göstərsə də, ərizəyə ya stasionar, ya ambulator şəraitdə müalicə alması barədə tibbi arayış təqdim etməmişdir. Məhkəmə bu halı üzrlü hal hesab etmir. Belə ki, həmin hal şikayət vermə müddəti başa çatmasından sonra baş vermiş hal olmaqla mahiyyət etibarı ilə Maraqlı şəxs vaxtında apellyasiya şikayəti verməsini istisna etmir. Maraqlı şəxs həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Maraqlı şəxs şikayətini onunla əsaslandırmışdır ki, səhhəti ilə əlaqədar xəstə olduğu üçün prosessual müddəti üzrlü səbəbdən buraxmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, mülki işin 53-cü vərəqəsində olan məhkəmə qəbzindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi 04 avqust 2023-cü ildə Maraqlı şəxs rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 13 sentyabr 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 04 sentyabr 2023-cü il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Maraqlı şəxs şikayətə Zərdab rayon Mərkəzi Xəstəxanasının arayışını(nömrəsiz və tarixsiz) əlavə etmişdir. Həmin arayışda Maraqlı şəxs xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə mərkəzi xəstəxananın Təcili yardım şöbəsinə müraciət etdiyi göstərilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan arayış buraxılmış prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq etmir. Belə ki, Maraqlı şəxs təcili tibbi yardıma müraciət etməsi onun xəstə olmasını və ya stasionar müalicə almasını təsdiq etmir. Eyni zamanda mübahisələndirilən qətnaməni aldıqdan sonra Maraqlı şəxs 16 avqust 2023-cü ildə təcili tibbi yardıma müraciət etmiş və bundan sonra prosessual müddətin bitməsinə 15 gündən çox müddət qalmışdır. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan Maraqlı şəxs verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Zərdab Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 sentyabr 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1263/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1263/2023
07.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver