Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1270/2021 06.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasına qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)-341/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)-341/2021 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasına qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbi təmin edilməmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasının onunla bağlanmış 01 iyul 2019 saylı əmrin etibarsız hesab edilməsi, barəsində çıxarılmış 21.09.2020-ci il tarixli 11 saylı əmrin etibarsız hesab edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və vəkil tutmağı ilə əlaqədar çəkdiyi 400 manat pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, 01 mart 2010-cu ildə 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçasında müddətli əmək müqaviləsi əsasında tərbiyəçi vəzifəsinə təyin edilmişdir. 21 sentyabr 2020-ci il tarixədək həmin baxçada əvəzedici tərbiyəçi müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 21 sentyabr 2020-ci ildə cavabdehin eyni tarixli 11 saylı əmri ilə Azərbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. Hazırkı müddətə qədər o işdən çıxma barədə əmrin surətini və əmək kitabçasını almamışdır. Bu səbəbdən Azərbaycan Respublikasının Prezidentinə və aidiyyatı üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 müraciət etmişdir. X1 ünvanlanmış 27 noyabr 2020-ci il tarixli məktubla işdən çıxarılmağı barədə məlumat almışdır. Həmçinin ona məlum olmuşdur ki, 01 iyul 2019-cu il tarixdə onunla işə götürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. Onun həmin müddətli müqavilədən xəbəri olmamışdır. X14 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçasının müdirinin onu işdən azad olunması barədə əmrini qanunsuz hesab etmiş və əmrin etibarsız hesab edilməsi barədə cavabdehə 13.11.2020-ci ildə xəbərdarlıq ünvanlanmış, onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi səbəbindən işəgötürən barəsində inzibati xəta haqqında işüzrə icraat başlanılsa da hazırki müddətə qədər cavabdeh törətdiyi pozuntunu aradan qaldırmamışdır. Bir şəxsin yerinə deyil, ümumiyyətlə əvəzedici tərbiyəçi vəzifəsinə işə qəbul olunduğundan 2010-cu ildən işdən çıxarılana qədər bir əmrlə eyni vəzifəni yerinə yetirmişdir. Bu müddət ərzində işə götürən yeni vakant vəzifələr yarandıqda onu həmin vəzifəyə təyin etdiyini bildirsə də əksinə bunu etməmiş, 2010-cu ildən onun əvəzedici tərbiyəçi vəzifəsində işləməyinə baxmayaraq ondan sonra 3 yeni işçini işə götürməklə onlarla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Onunla bağlanmış müddətli əmək müqaviləsinə isə 10 ildən sonra müddətli olması səbəbindən xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Ancaq ona məlum olmayan hallardan belə məlum olur ki, cavabdehlə onun arasında 01 iyul 2019-ci ildə müddətli əmək müqaviləsi bağlanmışdır. Onunla yalnız bir dəfə müddətsiz əmək müqaviləsi bağlanmış, bu məqsədlə iki müqaviləyə imza atmışdır. Ona görə də, Mingəçevir şəhər 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçasının 01 iyul 2019 saylıəmrinin etibarsız hesab edilməsi, 21 sentyabr 2020-ci il tarixli 11 saylı əmrinin etibarsız hesab edilməsi, baxçaya tərbiyəçi vəzifəsinə müddətsiz əmək müqaviləsi ilə işə bərpa edilməsi, məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməsi, vəkil tutması ilə əlaqədar çəkdiyi 400 manat pul xərcinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı vəkili X10 iddiaçı Ş.Məmədovanın izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Mingəçevir şəhər 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçasının müdiri X11 birinci instansiya məhkəməsinin iclasında iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı ilə Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri X13 01 mart 2008-ci il tarixdə müddətli tərbiyəçi kimi müqavilə bağlamışdır. Daha sonra İddiaçı 01 mart 2010-cu il tarixdə analıq məzuniyyətində olan Mahmudova Səbinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi təyin edilmiş vəonunla müqavilə bağlanmışdır. Daha sonra 01 may 2012-ci il tarixdə həmin bağçada məzuniyyət yerlərində işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. 02 oktyabr 2015-ci il tarixdən 05 fevral 2016-cı il tarixədək İ uşağına görə “Hamiləliyə və doğuşa görə sosial məzuniyyət”əçıxmışdır. Daha sonra 05 fevral 2016-cı il tarixdən uşağın 3 yaşı tamam olana kimi 25 noyabr 2019-cu il tarixədək ödənişli sosial məzuniyyət verilmişdir. Qismən ödənişli sosial məzuniyyətdən qayıdaraq İİ uşağa görə 15 dekabr 2016-cı“Hamiləliyə və doğuşa görə sosial məzuniyyət”ə çıxmışdır. 20.04.2017-ci ildə isə uşağın 3 yaşı tamam olana qədər ona qulluq etmək üçün sosial məzuniyyət verilmişdir. 01.04.2019-cu ildə uşağa qulluq etmək üçün götürdüyü sosial məzuniyyətdən vaxtı bitməmişdən qabaq işdə hesab edilmişdir. İddiaçı məzuniyyətdə olan tərbiyəçi Əhmədova Nüşabəİlham qızının yerinə müvəqqəti tərbiyəçi vəzifəsinə təyin edilmişdir. Daha sonra isə 01.07.2019-cu ildə məzuniyyətdə olan tərbiyyəçi X6 yerinə o analıq məzuniyyətdən geri dönənədək təyin edilmişdir.Əlavə olaraq bildirmişdir ki, Ş.Ağakişiyevanın baxçada müvəqqəti tərbiyəçi işləməsinə baxmayaraq, ondan sonra 3 yeni işçinin işə götürülməklə onlarla müddətsiz əmək müqaviləsinin bağlamasına səbəb həmin yeni işçilərin ixtisaslarının qeyd olunan vəzifəyə uyğun gəlməsi olmuşdur. Belə ki, Ş.Ağakişiyevaya Humanitar kollecin ibtidai sinif müəllimi ixtisası üzrə diplom verilmişdir. Eyni zamanda Ş.Ağakişiyevanın müvəqqəti tərbiyəçi işləməsi onun özünün qrupunun olmaması ilədə təsdiq olunur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi- uşaq baxçasının müdiri Dürdanə Əhmədli onunla olan əmək müqaviləsinin pozulması zamanı inzibati pozuntulara yol verdiyindən X14 Xidmətinin 27 noyabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat cərimə edilmişdir. Həmin qərar hazırda onun iddiasına baxmış hakim Ələkbər Hüseynov tərəfindən ləğv edilmiş, Şəki Apellyasiya Məhkəməsi tərəfindən sonuncu qərar qanuni qüvvədə saxlanılmışdır. Həmin qərar onun hüquqlarının pozulması ilə bağlı olsa da nə Mingəçevir şəhər məhkəməsi, nə də Şəki Apellyasiya Məhkəməsi həmin inzibati işə baxarkən onu həmin işə hüquqlarına toxunulan şəxs kimi cəlb etmədiyindən mövcud həmin qərarlar ona münasibətdə pryedusial sayıla bilməz. Bundan əlavə cavabdeh barəsində həmin inzibati işə Ələkbər Hüseynov tərəfindən baxıldığından, hakimin mövqeyi ona aşkar olduğundan və o əvvəlki qərarın ləğv olunmaması üçün onun iddiasına obyektiv baxmayacağı qənaətinə gəldiyindən hakim Ələkbər Hüseynovun sədrliyi ilə bu işə baxılmasına etiraz etsə də etirazı baxılmamış saxlanılmışdır. İşin halları bundan ibarətdir ki, o, 01 mart 2008-ci ildən tərbiyəçi, 01 mart 2010-cu ildə 19 saylı «Nərgiz» körpələr evi-uşaq baxçasında müddətli əmək müqaviləsi əsasında tərbiyəçi vəzifəsinə təyin edilmişdir. 21 sentyabr 2020-ci il tarixədək həmin baxçada əvəzedici tərbiyəçi müəllim kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. 21 sentyabr 2020-ci ildə cavabdehin eyni tarixli 11 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən azad olunmuşdur. Bundan başqa onun barəsində hər hansı əmrin olmasından xəbərsiz olmuşdur. İşdən çıxarılma barədə əmrin və əmək kitabçasının surətini almadığından müxtəlif orqanlara şikayət vermişdir. X4 27 noyabr 2020-ci il tarixli məktubdan sonra işdən çıxarılmağı barədə məlumat almışdır. Həmçinin ona məlum olmuşdur ki, 01 iyul 2019 cu il tarixdə onunla işəgötürən arasında 01 iyul 2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanmışdır. 07 dekabr 2021-ci il tarixdə isə cavabdehə rəsmi məktubla 01 mart 2010-cu il tarixli işə girmə barədə, 01 iyul 2019-cu il tarixli müddətli əmək müqaviləsi bağlanması barədə, 21 sentyabr 2020-ci il tarixli işdən azad olunmağı barədə əmrlərin surətini, əmək kitabçasının əslinin, o cümlədən 01 iyul 2019-cu il tarixli əmrin verilməsinə əsas göstərilmiş əmək müqaviləsinin surətinin rəsmi qaydada verilməsi üçün müraciət etmişdir. Həmçinin göstərmişdir ki, o, müddətli əmək müqaviləsi bağlamamışdır və belə bir əmək müqaviləsi elektron portala yerləşdirilməmişdir. Bu barədə məhkəməyə əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişini təqdim etmişdir və həmin bildirişdən görünür ki, 15 may 2020-ci il tarixə onun barəsində olan məlumatlar bundan ibarətdir ki, əsas iş yeri Mingəçevir şəhər 19 saylı Nərgiz körpələr evi-uşaq baxçası olan İddiaçı ilə 01 mart 2010-cu ildə tərbiyəçi kimi müddətli əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 01 iyul 2021-ci ildə qurtaracaqdır. Cavabdehin məhkəməyə verdiyi izahatdan görünür ki, o, 01 mart 2010-cu ildə analıq məzuniyyətində olan Şəbinə Mahmudovanın yerinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi təyin edilmişdir. 01 may 2012-ci ildən həmin bağçada məzuniyyət yerində işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. 01 iyul 2019-cu il tarixli əmrdən isə məlumatsızdır və belə bir əmək müqaviləsi onun tərəfindən imzalanmamışdır. Baxmayaraq ki, 01 mart 2010-cu ildən bağçada müəllimə işləyir, ondan sonra 3 nəfər müddətsiz əmək müqaviləsi ilə işçi götürülmüş və o, müdiriyyətdən onun daimi işə qəbuluyla bağlı müraciət etdikdə artıq daimi işçi olduğu ona bildirilmişdir. Hesab edir ki, cavabdehin onun barəsində olan müddətli əmək müqaviləsinin bağlanması barədə 01 iyul 2019 saylı əmri və işdən azad edilməyi barədə 21 sentyabr 2020-ci il tarixli 11 saylı əmri etibarsız hesab edilməlidir. O, bir şəxsin yerinə deyil, ümumiyyətlə əvəzedici tərbiyəçi vəzifəsinə işəqəbul olunduğundan 2010-cu ildən işdən çıxarılana qədər bir əmrlə eyni vəzifəni yerinə yetirmişdir. Onunla bağlanmış müddətli əmək müqaviləsinə isə 10 ildən sonra müddətli olması səbəbindən xitam vermişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Ancaq ona məlum olmayan hallardan belə məlum olur ki, cavabdeh 01 iyul 2019-cu ildə onunla müddətli əmək müqaviləsi bağlamışdır. Bir daha qeyd edir ki, o, belə bir müqavilə bağlamamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bildirişindəki məlumatlarda isə onunla bağlanmış müqavilənin 01 mart 2010-cu ildən olması, müqavilənin 01 iyul 2021-ci ildə qurtaracağı qeyd olunmuşdur. Hətta işdən azad olunmağı belə elektron informasiya sisteminə daxil edilməmişdir. 01 iyun 2019-cu il tarixli müddətli müqavilə elektron informasiya sisteminə daxil edilməmişdir. Çünki belə bir müqavilə mövcud olmamışdır. Cavabdeh onu işdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndi ilə işdən azad etmişdir. Həmin maddədə göstərilir; 1. əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. İddia tələbini təmin etməyən məhkəmə isə göstərmişdir ki, «Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri tərəflərin qarşılıqlı münasibətləri müddətli əmək müqaviləsi üzrə yaranan əmək mübahisəsidir və həmin mübahisə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinin müdəalarına əsasən həll edilməlidir». Bununla əlaqədar məhkəmə maddi hüquq normalarını səhv təfsir edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinə istinad etmişdir. Nəzərə almamışdır ki, o, belə bir əmək müqaviləsi bağlamadığını göstərmişdir. Daha sonra məhkəmə onun 01 mart 2008-ci ildən müddətli əmək müqaviləsi üzrə tərbiyəçi müəllim kimi əmək fəaliyyətinə başladığını göstərsə də onun fasiləsiz 5 ildən artıq müddətə işləməyini təsdiq edən sübut təqdim etmədiyini göstərmişdir. (Qətnamənin 4-cü səhifəsi 5-ci abzası). Halbuki, 01 mart 2008-ci ildən nəzərə alındıqda 12 il 6 ay, 01 mart 2010-cu ildən nəzərə alındıqda 10 il 6 aydan artıq fasiləsiz əmək fəaliyyəti, eyni bağçada olması müəyyən edilmişdir. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh onu Əmək Məcəlləsinin 68 «b» bəndi ilə deyil, «e» bəndi ilə işdən çıxarmalı imiş, ancaq maddənin düzgün tətbiq edilməməsi onun haqlı olmağı əsasını vermir, sadəcə əmək qanunvericiliyinin tətbiqinə işəgötürən tərəfindən düzgün riayət edilməməsini göstərir.(Qətnamənin 4-cü səhifəsi 6-cı abzası). Halbuki, cavabdehin barəsində tərtib olunan inzibati protokola məhkəmədə baxarkən işəgötürənin əməlində inzibati xəta olmadığı qənaətinə gəlmişdi. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)- 341/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı vəkili X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasının nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasına qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar xərc çəkdiyi 400 manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Mülki işə əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, X2 01 mart 2010cu il tarixdə Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının tərbiyəçisi M.Səbinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi işə təyin edilmişdir. 01may 2012-ci il tarixdə həmin baxçaya məzuniyyətlər yerinə işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. Məhkəməyə təqdim olunmuş 21 sentyabr 2020-ci il tarixli, 11 saylı əmrin çıxarışından və əmək kitabçasının surətindən görünür ki, X2 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən 21 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının 01 iyul 2019-cu il tarixli əmrindən görünür ki, analıq məzuniyyətində olan tərbiyəçi Əliyeva Nəzrin qızı analıq məzuniyyətindən geri dönənədək onun yerinə X2 ilə əmək müqaviləsi bağlanmışdır. İşə əlavə olunmuş Mingəçevir şəhər 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçasının 01 sentyabr 2020-ci il tarixli, 11 saylı əmrin çıxarışından görünür ki, Ş.İsmayılovanın Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı tutduğu vəzifədən azad edilməsi məqsədə uyğun hesab edilmişdir. İşə əlavə olunmuş 01 iyul 2019-ci ilin əmrindən görünür ki, Şəlalə Ağakişiyeva ilə əmək müqaviləsi müvəqqəti yəni, Nəzrin Əliyeva analıq məzuniyyətindən qayıdana kimi bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edib iddianı rədd edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42 və 47-ci maddələrinə istinad etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə görə əmək müqaviləsi işə götürənlə işçinin hüquq və vəzifələrini müəyyən edən əsas sənəddir. Həmin Məcəlləsinin 42-ci maddəsində göstərilmişdir ki, əmək müqaviləsi sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilmişdir ki, işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda əmək müqaviləsi müddətli bağlana bilər. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab etmişdir ki, iddiaçı Ş.Ağakişiyeva tələbini Əmək Məcəlləsinin 45.5-ci maddəsi ilə əsaslandırsa da bunu sübut edəcək hər hansı bir əsas məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, Əmək Məcəlləsinin 45.5- ci maddəsində göstərilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri X13 ilə Ş.Ağakişiyeva arasında 01 mart 2008-ci il tarixdə müddətli tərbiyəçi kimi müqavilə bağlanılmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunan sənədlərdə onun müddətli əmək müqaviləsi ilə fasiləsiz olaraq 5 ildən artıq müddətə işləməsini təsdiq edən heç bir mötəbər sübut olmamış və bu cür sübutlar məhkəməyə təqdim olunmamışdır. Əksinə cavabdeh tərəfindən təqdim olunan sübutlar iddiaçının təqdim etdiyi sübutların əsassız olması qənaətinə gəlməyə əsas vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddianın təmin olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlar isə iddiaçının tutduğu vəzifədən azad olunmasına əsas olmaqla iddianın təmin olunmamasına əsas vermişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı Ş.Ağakişiyevanın işdən çıxarılma qaydalarına tam əməl olunmamışdır. Belə ki, Mingəçevir şəhər 19 saylı“Nərgiz” körpələr evi-uşaq baxçası ilə Ş.Ağakişiyeva ilə bağlamışəmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndi yəni, əmək müqaviləsinin müddətinin qurtarmasıilə deyil, həmin maddənin “e” bəndi iləyəni, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilməli idi. Həmin hal isə analıq məzuniyyətində olan Nəzrin Əliyevanın geri qayıtması ilə baş vermişdir. Maddənin düzgün tətbiq edilməməsi iddiaçının tələbinin haqlı olmasına əsas vermir, sadəcəəmək qanunvericiliyinin tətbiqinə işəgötürən tərəfindən düzgün riayət edilməməsini göstərir. Bu səbəbdən də işəgötürən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verdiyinə görə cərimə edilir. İşəgötürənin cəzalandırılması işçinin hazırkı vəziyyətdə vəziyyətinə təsir göstərmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 avqust 2021-ci il tarixli 4/1132 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş, 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinin “11.2’ bəndində “İmzası:” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinin “11.2” bəndində “İmzası:” qrafasındakı imzanın İddiaçı imzasına oxşadılmaqla icra olunma əlamətlər müəyyən edildi. Ekspertizaya təqdim olunmuş, 01 iyul 2019-cu il tarixli əmək müqaviləsinin “8.3”- cü bəndində “İşçi” qrafasındakı imza tədqiqi hissənin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddələrinə əsasən bildiririk ki, həmin imzanın X5 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçının adına açılmış əmək kitabçasının surətindən görünür ki, X2 01 mart 2010-cu il tarixdə Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının tərbiyəçisi M.Səbinə məzuniyyətdən qayıdana kimi müvəqqəti tərbiyəçi kimi işə təyin edilmişdir. 01 may 2012-ci il tarixdə həmin baxçaya məzuniyyətlər yerinə işləmək üçün müvəqqəti tərbiyəçi kimi saxlanılmışdır. O, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə əsasən 21 sentyabr 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Mingəçevir şəhər 19 saylı “Nərgiz” körpələr evi-uşaq baxçasının 01 iyul 2019-cu il tarixli əmrindən görünür ki, analıq məzuniyyətində olan tərbiyəçi Əliyeva Nəzrin qızı analıq məzuniyyətindən geri dönənədək onun yerinə X2 ilə əmək müqaviləsi bağlanmışdır. Həmin baxçanın 01 sentyabr 2020-ci il tarixli, 11 saylı əmri ilə Ş.İsmayılovanın Əmək Məcəlləsinin 68-ci maddəsinin “B” bəndinə uyğun olaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı tutduğu vəzifədən azad edilməsi məqsədə uyğun hesab edilmişdir. 01 iyul 2019-ci ilin əmri ilə Şəlalə Ağakişiyeva ilə əmək müqaviləsi müvəqqəti yəni, Nəzrin Əliyeva analıq məzuniyyətindən qayıdana kimi bağlanmışdır. Əvvəla, işdən görünür ki, iddiaçı faisiləsiz və etirazsız olaraq son 8 ildən artıq müddət ərzində cavabdeh təşkilatda tərbiyəçi işində işləmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Maddənin 4-cü bəndində göstərilir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Eyni zamanda həmin Məcəllənin 47-ci maddəsində göstərilir ki, təbii və iqlim şəraitində və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı və sair hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddənin mənasına görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə əsasən işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işçi ilə əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi Əmək Məcəlləsində bu hal imperativ qaydada müəyyən edilib və bu, işəgötürənin hüququ deyil, vəzifəsi kimi nəzərdə tutulub. Qeyd olunan maddələrin tələblərinə görə, yalnız Əmək Məcəlləsinin 47-ci maddəsinin a)- g) bəndlərində nəzərdə tutulan hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Mülki Məcəllənin 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsində göstərilir ki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Birinci instansiya məhkəməsi, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının yerinə yetirdiyi - tərbiyəçi işinin daimi xarakterə malik olmaqla qabaqcadan bəlli olması halına diqqət yetirmədən, onun gördüyü işin əmək müqaviləsinin müəyyən müddətə bağlana bilməsini ehtiva edən Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan halların dairəsinə aid olmamasını nəzərə almadan, eyni zamanda iddiaçının, işəgötürən tərəfindən məlumatlandırılmadan müddətli əmək müqaviləsi bağlamağa dair irəli sürdüyü arqumentlər üzrə heç bir araşdırma aparmadan, əmək müqaviləsinin 8 ildən sonra yenidən müddətli əmək müqaviləsi kimi bağlanmasının səbəblərini aydınlaşdırmadan, müddətli əmək müqaviləsinin qeyd olunan normalarda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanıb-bağlanmamasını araşdırmadan, yalnız tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin bitməsini əsas tutub, hazırki iddia tələblərinin əsassız olması qənaətinə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 12-ci maddəsinin b) və c) bəndlərinin mənasına görə, Əmək Məcəlləsinin və əmək qanunverciliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; habelə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sayılır. Digər tərəfdən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda, öz iradəsini ifadə edərək son 8 ildən artıq müddət ərzində işlədiyi məktəblə bağladığı əmək müqaviləsinin yenidən müddətli əmək müqaviləsi ilə əvəz edilməsinə razılıq verməsi ağlabatan görünmür. İddiaçı özü də apellyasiya şikayətində bu faktla bağlı onun razılığı alınıb-alınmamasından asılı olmayaraq məlumatı olmadığını bildirmişdir. Daha sonra, Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə görə, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddənin mənasına görə, əgər müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, həmin müqavilə müddətli əmək müqaviləsi hesab edilə bilməz. Hazırki halda, iddiaçının 01 may 2012-ci ildən 21 sentyabr 2020-ci il tarixədək fasiləsiz və etirazsız olaraq azı son 8 il müddət ərzində cavabdeh təşkilatda tərbiyəçi işində işləməsi, hər ay əmək haqqı alması işin mübahisə olunmayan halıdır və cavabdeh tərəf özü də bu halı inkar etmir. Göründüyü kimi birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunan maddələrin təfsirində səhvə yol vermişdir. Belə ki, əmək qanunverciliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsiz) bağlanmalıdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndində müəyyən edimiş məhdudiyyətlər işçini işəgötürəndən asılı edən, işə qəbul zamanı müddətli əmək müqaviləsindən istifadəni məhdudlaşdıran təminatları təsbit edən BƏT-nin 1982-ci il tarixli “İşəgötürənin təşəbbüsü ilə əmək münasibətlərinin xitam edilməsi haqqında” 166 saylı tövsiyyəsinə də tam uyğundur. Əmək Məcəllənin 300-cü maddəsinin 1-ci bəndində göstərilir ki, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək münasibətlərini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Eyni zamanda məhkəmə vəkillə bağlanan müqavilə üzrə 400 manat pulun cavabdehdən tutularaq ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən sübut qismində 03.12.2020-ci il tarixli mədaxil qəbzi məhkəməyə təqdim edilmişdir ki, həmin qəbzdən görünür ki, iddiaçı 03 dekabr 2020-ci il tarixdə hüquqi yardım üçün 400 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən vəkilə ödənilməsi iddia edilən 400 manat məbləğində vəsaitin ödənilməsi realdır və həmin məbləğ vəkilin göstərdiyi xidmətlə bağlı çəkilən xərc qismində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etdiyindən onun göstərdikləri əsaslı hesab edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsini qət etməklə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr eviuşaq baxçasına qarşı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərc olan 400 manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(051)-341/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasına qarşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və vəkil tutmağı ilə əlaqədar çəkdiyi xərc olan 400 manat pulun ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasının 01 iyul 2019 tarixli 17 saylı və 21.09.2020-ci il tarixli 11 saylı əmrləri etibarsız hesab edilsin. Məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilsin. Vəkilin göstərdiyi xidmətlə bağlı ödənilmiş 400 manat pul cavabdeh Mingəçevir şəhər 19 saylı Nərgiz Körpələr evi-uşaq baxçasından tutularaq İddiaçı ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1270/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1270/2021
06.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver