Məhkəmə qərarları › İş №2(107)-1274/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1274/2024

04.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1274/2024 04.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: icraatın dayandırılması, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X3 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatında dayandırılması barədə Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)- 31/2024 nömrəli qərаrdаdındаn iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 29 may 2015-ci il tarixli çıxarışa əsasən mülkiyyətində olan 1.2499 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikilinin onun öz hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X5 məhkəməyə vəsatətlə müraciət edərək, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1481/2023 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)- 1127/2023 saylı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 2(039)-1127/2023 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X4 qarşı «qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1481/2023 saylı mülki işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək icraat dayandırılmışdır. Məhkəmə sorğusunun cavabdında Şəki İnzibati Məhkəməsinin icraatında olan 2- 1(116)-1481/2023 saylı işi üzrə icraata xitam verilməsi və qərardan apelyasiya şikayəti verilməməsi məhkəməyə bildirilmişdir. Yevlax rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2(039)-31/2024 saylı qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Cavabdeh X5 məhkəməyə vəsatətlə müraciət edərək, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1367/2024 saylı inzibati iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)- 31/2024 saylı mülki işin icraatının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərardadı ilə mülki iş üzrə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1367/2024 saylı işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək icraatın dayandırılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 şikаyət verərək qərardadın ləğv edilməsini və icraatın davam etdirilməsini xahiş etmişlər. Yevlax Rayon Məhkəməsinin 1 oktyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2-1(116)-1367/2024 saylı sərəncamından məlum olur ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “İddiaçı1 Yevlax rayonu Aran qəsəbəsində 1.07 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit etdiyi **********58 reyestr nömrəli çıxarışın ləğv edilməsi və JN 0298 saylı 90100016 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında oan və ailə üzvlərinə verilmiş 5.58 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair faktiki istifadəsində olan sahə hüdudlarında (plan-cizgi ənədində faktiki isitfadəsində olan sahə göstərilməklə) hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair inzibati iş Şəki İnzibati Məhkəməsinin icraatındandır. İddiaçılar həmin dövlət aktını əsas tutaraq hazırki iddianı qaldırmışlar. Həmin dövlət aktı isə hazırda mübahisələndirilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, artıq bir ildir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu müddət ərzində əsassız olaraq cavabdeh tərəfindən verilən vəsatətlər təmin edilərək iki dəfə məhkəmə tərəfindən icraat dayandırılmışdır. Bu isə mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olur. İddiaçı öz əmlakını geri qaytararaq mülkiyyət hüququnu həyata keçirə bilmir. Məhkəmə nəzərə almalıdır ki, cavabdehin əsas məqsədi işə baxılmasına mane olmaqdır. Bütün bunlara baxmayaraq məhkəmə vəsatəti təmin edərək hər dəfə əsassız olaraq işə baxılmasını dayandırır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi Yevlax rayonu Aran qəsəbəsində yerləşən 1.2499 ha torpaq sahəsi ilə bağlı 29 may 2015-ci il tarixli çıxarışa əsaslanır ki, cavabdeh Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq həmin Çıxarışın ləğv edilməsini tələb etmişdir. Ona görə də, Şəki İnzibati Məhkəməsində qaldırılmış iddiaya mahiyyəti üzrə baxılaraq qərar qəbul olunana və həmin qərar qanuni qüvvəsini alana qədər hazırki tələbə baxılması mümkün deyildir. Çünki, iddiaçının hazırki tələblə müraciət etməyə hüququnun olub-olmaması həmin Çıxarışın qüvvədə olması və ya ləğv olmasından birbaşa asılıdır. Belə olan halda, iş üzrə icraat ikinci dəfə dayandırılmış olsa belə, məhkəmə həmin tələbə baxılmasının nəticəsini gözləmədən qərar qəbul edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 5 sentyabr 2024-cü il tаrixli, 2(039)-31/2024 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar