Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1275/2021 24.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli, 2(039)- 1276/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşağı- 17.08.2009-cu il təvəllüdlü X4 ilə birlikdə Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli, 2(039)-1276/2020 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı uşağı-17.08.2009-cu il təvəllüdlü X4 ilə birlikdə Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 apellyasiya şikayəti vermişlər. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 keçmiş qaynanası və Cavabdeh2 ilə keçmiş həyat yoldaşıdır. Cavabdeh2la aralarında olan 22 noyabr 2008-ci il tarixli nikahları Yevlax rayon Məhkəməsinin 28 mart 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları 17.08.2009-cu il təvəllüdlü X2 onun yanında qalması qət edilmişdir. O, Cavabdeh2la 2008-ci ilin noyabr ayının 22-də ailə həyatı quraraq həmin vaxt cavabdehin yaşadığı və qohumlarına məxsus Yevlax şəhəri ünvan 1 ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. 2010-cu ilin əvvəllərində onlar həmin evdə yaşayan zaman mübahisəli ev alqı-satqı yolu ilə alınaraq cavabdeh Cavabdeh1 adına rəsmiləşdirilmişdir. O, məcburiyyət qarşısında qalıb mübahisəli evdən 2017-ci ilin əvvəllərində azyaşlı uşağı ilə birlikdə çıxmış və hal hazırda başqa ünvanda yaşayır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı 2016-cı ildə onlara qarşı evdən istifadə hüququnun tanınmasına dair iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra o cehizləri ilə birlikdə evi tərk etmişdir. Hesab edirlər ki, məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-in) 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsi ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu baxımdan tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Mülki işin materialları (doğum haqqında şəhadətnamə, DƏDRX-in 17 saylı Ərazi İdarəsindən tələb olunan sənədlər, çıxarış) və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə 2008-ci ilin noyabr ayının 22-də nikahlarını rəsmiləşdirmiş, 2008-ci ildən mübahisəli evə köçərək orada yaşamağa başlamış, 17.08.2009-cu ildə oğlanları Bahadur anadan olmuş, Yevlax Rayon Məhkəməsinin 2(039)- 42/11 saylı, 28 mart 2011-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və Bahadurun anasının yanında qalması qərara alınmışdır, 2017-ci ilin əvvəllərindən iddiaçı həmin evdə yaşamır. ƏMDK yanında DƏDRX-in 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Yevlax şəhəri Nizami prospekti 19 nömrəli evin 26 saylı mənzili(mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin 04 aprel 2008-ci il tarixli, 29 nömrəli orderi ilə Cavabdeh1nın(hazırkı iş üzrə cavabdeh) və onun ailə üzvləri Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh), X3 istifadəsinə verilmişdir. Cavabdeh2 05.01.2010cu il tarixdə mübahisəli evin digər Cavabdeh1nın adına özəlləşdirilməsinə razılıq vermişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin 14 mart 2016-cı il tarixli qətnaməsindən, eləcədə Yevlax Rayon Məhkəməsinin Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı məktubdan (mülki iş materialları səhifə 70-74, 104) görünür ki, iddiaçı X1 evdən istifadə hüququnun tanınmasına dair iddiası əsassız olduğundan rədd edilmiş və həmin qətnamə hazırda qüvvədədir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən yuxarıda qeyd halları araşdırmadan iddianı təmin etməkdə səhvə yol vermişdir. Çünki, iddiaçı X1 mübahisəli evdən istifadə hüququnun tanınmasına dair iddiası əsassız olduğundan rədd edilməsi və həmin qətnamənin hazırda qüvvədə olması, iddiaçının hazırkı iddia tələbinin təmin edilməsini istina edir. Həmçinin, sözügedən qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyır. Oxşar münasibətləri nizama salan MPM-in 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı Pərvanə Hüseynovanın mübahisəli fərdi yaşayış evinə dair istifadə hüququ əmələ gəlməmişdir. Ona görə də, onun mübahisəli evə köçürülməsi tələbi əsassızdır. MPM-in 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və MPM-in 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1 Məhəmməd qızı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 11 sentyabr 2021-ci il tarixli, 2(039)-1276/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 Məhəmməd qızına və Cavabdeh2 qarşı evə köçürülmə barədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1275/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1275/2021
24.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver