Məhkəmə qərarları › İş №2(107)-128/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-128/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-128/2024 28.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı və Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Göyçay rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı miras payının tanınması tələbinə dair iddiası üzrə mülki iş üzrə (Açar sözlər: mirasdan payı) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı və Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Göyçay rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı miras payının tanınması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)-127/2023 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. X4 adına Göyçay rayonu, Qarabağlar kəndində keçmiş DTİMHQİ-nin xx.xx.1988-ci il tarixli, 137 saylı qeydiyyat vəsiqəsinə və 352 inventar nömrəli texniki pasporta əsasən fərdi yaşayış evi və 2006-cı il tarixli, JN-184A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu, Qarabağlar kəndində ümumibirgə mülkiyyətində (5 nəfər) 0.30 ha həyətyanı torpaq sahəsi olmuşdur. X7 01 oktyabr 2021-ci il tarixdə ölmüşdür. Sonuncunun ölümündən sonra 6 vərəsəsi - arvadı hazırki iş üzrə Cavabdeh1 və uşaqları hazırki iş üzrə İddiaçı, hazırki iş üzrə cavabdehlər Cavabdeh2, Şəfiyeva (Babayeva) Durna Rafiq qızı, Məlikova (Babayeva) Sumayə Rafiq qızı və Cavabdeh4 qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı və Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs: Göyçay rayon notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum X2ndan miras qalmış, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********61-10301 nömrə ilə qeydə alınmış ümumi sahəsi 168.9 kvm olan miras evdə və cavabdehlərlə ümumi-bırgə mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin miras hissəsində, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-656 saylı dövlət aktında göstərilən 1.05 ha torpaq sahəsinə miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxx 1972-ci il tarixdə X7 ilə Cavabdeh1 nikahından anadan olmuşdur. X2 01 oktyabr 2021- ci il tarixdə vəfat etmişdir. Ondan başqa valideynlərinin Cavabdeh2, Şəfiyeva (Babayeva) Durna Rafiq qızı, Məlikova (Babayeva) Sumayə Rafiq qızı və Cavabdeh4 vardır. Mərhum atasından Göyçay rayonunun Qarabağlar kəndində fərdi yaşayış evi, cavabdehlərlə ümumi-birgə mülkiyyətində olan 0,30 ha həyətyanı torpaq sahəsinin (torpağın mülkiyyətə verilməsinə dair JN-184 A saylı şəhadətnamə) və Göyçay rayonunun Mirzəhüseynli kəndində cavabdehlərlə ümumi-birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (torpağa mülkiyyət hüququna dair JN-656 saylı dövlət aktı) 1/6 hissəsi miras qalmışdır. Mərhum atasının vəfatından sonra ondan qalan mirası Göyçay rayon notariat ofisinə 30 dekabr 2021-ci il tarixdə poçt vasitəsi ilə ərizə göndərməklə (ərizəsi notarius xəbərnaməyə imza etməklə 30 dekabr 2021-ci il tarixdə qəbul etmişdir) qəbul etmişdir. Digər qanun üzrə birinci növbə vərəsələrlə miras əmlakın bölüşdürülməsinə dair ixtilaf olduğu üçün miras əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Buna görə də, iddianın təmin edilməsini xahiş edir.

4. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-656 saylı dövlət aktında göstərilən 1.05 ha torpaq sahəsinin 17 yanvar 2017-ci ildə satıldığını bildirməklə, X3 miras qalmış, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində **********61-10301 nömrə ilə qeydə alınmış ümumi sahəsi 168.9 kvm olan miras evdə və cavabdehlərlə ümumi-bırgə mülkiyyətində olan 0,30 ha torpaq sahəsinin miras hissəsində miras payının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, miras qoyan X7 ilə Cavabdeh1 12 sentyabr 1969-cu il tarixdə nikah qeyd etdirməklə ailə qurmuşlar. Onların birgə nikahından 04 mart 1971-ci il tarixdə Cavabdeh2, xx xxxx 1972-ci il tarixdə İddiaçı, xx xxxx 1974-cü il tarixdə X11, xx xxxxxx 1975-ci il tarixdə X8, 13 avqust 1977-ci il tarixdə Cavabdeh4 doğulmuşdur. Cavabdeh2 24 sentyabr 1971-ci il tarixdə X13 ilə, X8 01 mart 2006-cı il tarixdə X6 ilə, X11 03 noyabr 2011-ci il tarixdə X9 ilə nikah qeyd etdirməklə ailə qurmuş və ayrı təsərrüfatda yaşamağa başlamışlar.

6. X7 01 oktyabr 2021-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh4 miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmiş, fərdi yaşayış evinin yaşayış üçün yararlı halda qalması üçün zəruri işləri görmüşlər. Qanun üzrə birinci növbə vərəsə olan İddiaçı Notariat ofisinə 30 dekabr 2021-ci il tarixdə rəsmi şəkildə ərizə göndərərək 01 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X2ndan qalmış mirası qəbul etdiyini bildirmişdir. Digər qanun üzrə birinci növbə vərəsə olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 həmin fərdi yaşayış evini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişlər. İddiaçı Notariat ofisinə ərizə verməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 bu günədək miras evdə yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi həmin əmlaka sahiblik edirlər.

7. İşə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, miras fərdi yaşayış evi 1977-ci ildə, yəni mərhum miras qoyanla Cavabdeh1 birgə nikah dövründə inşa edilmişdir və həmin evin ½ hissəsi miras kütləsinə daxildir.

8. Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)-127/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin edilmiş, mərhum X3 miras qalmış Göyçay rayonunun Qarabağlar kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi birgə mülkiyyətdə olan 0,30 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinin 0,06 ha hissəsində İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 hər birinin 1/3 hissə, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə Cavabdeh4, 4/6 hissəsinə Cavabdeh1 paylarının tanınması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225, 1133 və 1243-cü maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: X16 X12 X10 X21 Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktub Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış Göyçay rayon Notariat ofisinə təqdim edilmiş ərizə Göyçay rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 403 saylı məktubu

11. Qətnamədən Cavabdeh4 apelyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh4 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, fərdi yaşayış evinin 1/6 hissəsinə iddiaçının, 1/6 hissəsinə Cavabdeh4 4/6 hissəsinə Cavabdeh1 payına verilməsi ilə anaya aid 50% və digər bacılar Tahirə, Durna və Sumayəyə payları verilməməklə qanuni hüquqları pozularaq qətnamə qəbul ounmuşdur. Ümumi mirasın yarsının anaya digər yerdə qalan payın 1/6 hissəyə bölünməli olduğu halda məhkəmə anaya düşəcək 50%-i ayırmadan və bacılara pay ayırmamaqla qanunsuz qərar qəbul etmişdir.

13. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)- 127/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və miras şəriklərinin hər birinə düşən payın dəqiq göstərilməklə bölünərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 miras əmlakdan onlara düşən payın müəyyən edilməsini xahiş etdilər.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1301-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. 1301.3-ci maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

18. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)- 127/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin miras əmlakdan payları müəyyən edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olubolmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297- 1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarı hazırki iş apellyasiya icraatında olduğu vaxt çıxarıldığından hazırki işə tətbiq edilməlidir.

24. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisəsiz hallarıdır. Birinci instansiya məhkəməsi mirasqoyan X4 ölümündən sonra qalan 6 vərəsəsindən 3-ü, yəni Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 miras əmlakı nə faktiki, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməklə qəbul etmədiyi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.... Mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir... Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür... Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Ona görə də, kollegiya hesab edir ki, hazırki halda vərəsələrdən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Mülki Məcəllənin 1256-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirasdan imtina etmədiklərindən mirası qəbul etmiş vərəsə hesab edilməli və onların da miras əmlakdan payı nəzərə alınmalıdır. Həmin üç vərəsənin mirasda payının müəyyən edilməsi digər vərəsələrin paylarının həcmini dəyişdirdiyindən iş üzrə qətnamə tamamilə ləğv edilməlidir.

25. Miras əmlakdan payların müəyyənləşdirilməsinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, mirasqoyan X4 2006-cı il tarixli, JN-184A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Göyçay rayonu, Qarabağlar kəndində 0.30 ha həyətyanı torpaq sahəsinin 1/5 hissəsinə, yəni 0.06 ha hissəsinə mülkiyyət hüququ olduğundan, həmin hissə miras əmlak olaraq qəbul edilməklə, həmin 0.06 ha torpaq sahəsində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin 1/6 hissə payı müəyyən edilməlidir. İşə əlavə edilmiş fərdi yaşayış evinin texniki pasportundan görünür ki, miras fərdi yaşayış evi 1977-ci ildə, yəni mərhum miras qoyanla Cavabdeh1 birgə nikah dövründə inşa edilmişdir və həmin evin ½ hissəsi miras kütləsinə daxildir. Digər ½ hissə isə cavabdehlər Cavabdeh1 mülkiyyətinə aiddir və miras əmlaka aid edilmir. Kollegiya apellyasiya şikayətinin müvafiq dəlili ilə bağlı qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən miras əmlak olan fərdi yaşayış evinə münasibətdə həmin evin Cavabdeh1 ilə mirasqoyanın birgə mülkiyyəti olduğu nəzərə alınmaqla, paylar müəyyən edilərkən həmin cavabdehə birgə mülkiyyət olaraq aid olan 1/2 hissə də əlavə edilməklə Cavabdeh1 həmin evdən ümumi payı 4/6 olaraq müəyyən edilmişdir. Kollegiya hazırki halda hesab edir ki, Cavabdeh1 məxsus olan ½ hissəyə vərəsəlik açılmadığına görə mirasdan paylar müəyyən edilərkən həmin hissə miras əmlak olaraq qəbul edilməməli və miras paylarına aid edilməməlidir. Göyçay rayonunun Qarabağlar kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin 1/6 hissə payı müəyyən edilməlidir.

26. Kollegiya əlavə olaraq onu da qeyd edir ki, vərəsəlik açılan vaxt, 1 oktyabr 2021ci ildə ümumi sahəsi 168.9 m2 olan fərdi yaşayış evi keçmiş DTİMHQİ-nin xx.xx.1988-ci il tarixli, 137 saylı qeydiyyat vəsiqəsinə və 352 inventar nömrəli texniki pasporta əsasən, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsi (1/5 hissədə) isə JN-184A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X4 mülkiyyətində olmuş, sonuncu öldükdən 3 ay sonra 25 yanvar 2022-ci ildə həmin əmlaklara Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Kollegiya hesab edir ki, hal-hazırda miras əmlakların ölçü və koordinatları həmin Çıxarışın verildiyi dövlət reyestri qeydində dəqiq göstərildiyindən, miras açılan vaxt Çıxarışın mövcud olmamasına baxmayaraq, həmin Çıxarışa əsasən X5 məxsus olan miras əmlaklarda payın müəyyən edilməsi məqsədəuyğundur.

27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)-127/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 mülkiyyətində olan Göyçay rayonu, Qarabağlar kəndində 0.30 ha həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin payı 1/6 hissə müəyyən edilməli, Göyçay rayonunun Qarabağlar kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 mülkiyyətində olan ümumi sahəsi 168.9 m2 olan fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin payı 1/6 hissə müəyyən edilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli 2(046)-127/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 mülkiyyətində olan Göyçay rayonu, Qarabağlar kəndində 0.30 ha həyətyanı torpaq sahəsinin 0.06 ha hissəsində İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin payı 1/6 hissə müəyyən edilsin. Göyçay rayonunun Qarabağlar kəndində yerləşən Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********61-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X4 mülkiyyətində olan ümumi sahəsi 168.9 m2 olan fərdi yaşayış evinin ½ hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 hər birinin payı 1/6 hissə müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar