Məhkəmə qərarları › İş №2(107)-1280/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1280/2020

17.06.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1280/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, İddiaçı, onun vəkili-fərdi qaydadan fəaliyyət göstərən vəkil X3, cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi X4, üçüncü şəxs-AR Əmək və Əhalini sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti Mingəçevir regional Ərazi Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ələmdar Quliyev adına Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbinin təmin olunması, Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi qət edilmişdir. işin halları: İddiaçı cavabdeh Ələmdar Quliyev adına Cavabdehnə qarşıəmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, X6 Texnikomunun Elektrik stansiyaları Şəbəkələri və sistemləri ixtisası üzrə həmin texnikomun məzunudur. xx.xx.1984-cü il tarixdən Cavabdehnə istehsalat təlimçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə əmək vəzifələrini layiqincə yerinə yetirmiş, müəssisə daxili nizam-intizam qaydalarına əməl etmişdir. xx.xx.1995-ci ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.2001-ci ildən yenidən həmin məktəbə istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə razılaşmaya görə xx.xx.2019-cu il tarixdən onunla məktəbin direktoru arasında 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. O, əmək müqaviləsinin yuxarıda qeyd edilən müddətdə bağlanılmasına etiraz etmişdir. Məktəbin direktoru bildirmişdir ki, «bu o demək deyildir ki, siz işdən azad olunursunuz, yenidən sizinlə müqavilə bağlanacaqdır». xx.xx.2019-cu il tarixədək o, əmək vəzifələrini yerinə yetirmiş, iş vaxtının sonunadək işdə olmuşdur. İş gününün sonunda məktəbin direktoru onun işdən azad olunduğunu bildirmiş və ona xx.xx.2019-cu il tarixli 166 nömrəli əmr təqdim etmişdir. O, isə buə mrə iradını bildirmiş və onunla yenidən müqavilə bağlanmasını tələb etmişdir. Lakin, məktəbin direktoru imtina etmişdir. Hesab edir ki, həmin əmr qanunsuzdur. Hesab edir ki, məktəbin direktorunun onunla qərəzli münasibətinin səbəbi onun məktəbin direktorundan Əmək Müfəttişliyinə şikayət etməsi olmuşdur. Belə ki, 2018-ci ilin yay məzuniyyət pulunu məktəbin direktoru vermədiyi üçün ondan digər işçi Gülüstan Kərimova ilə birlikdə şikayət etmişlər. Sonradan qeyd edilən pulu almışdır. Əmək Müfətişliyi tərəfindən İ.İlyasov inzibati qaydada tənbeh edilmişdir. Qeyd edir ki, o, ailədə yeganə qazanc gətirəndir. Himayəsində ağır şəkər xəstəsi olan arvadı vardır. O, işdən çıxarılması barədə əmri qanunsuz vəəsassız olmaqla yanaşı, eyni zamanda ədalətsizlik kimi hesab edir. Odur ki, iddianın təmin olunmasını, Cavabdeh direktorunun 166 № li, xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, onun müddətli əmək müqaviləsi ilə işə bərpa olunması və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında iddiaçının vəkili X9 da əmr qanunsuz olduğuna görə iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında cavabdeh Ə. Quliyev adına Cavabdeh direktoru X10 iddianı qəbul etməyərək izahatlnda bildirmişdir ki, İddiaçı xx xxxxxxxx 2018-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilmişdir. İşin daimi xarakterə malik olması qabaqcadan bəlli olmaması halı nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığına əsasən iddiaçı ilə xx xxxxxxxx 2018-ci ildə bir il müddətinə əmək müqaviləsi bağlanmışdır. Müqaviləsinin müddəti bitdiyinə görə iddiaçı ilə xx.xx.2019-cu il tarixli 166 №li əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də iddianın təmin olunmamasını xahiş edir. Birinci instansiya məhkəməsi iclasında cavabdehin vəkili Ömərov Cianşa İlyas oğlu da iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında üçüncü şəxs-AR Əmək və Əhalini sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti Mingəçevir regional Ərazi Şöbəsinin nümayəndəsi X7 izahatlnda bildirmişdir ki, İddiaçı və X5 Ə.Quliyev adına Cavabdehndə əmək hüquqlarının pozulması barədə Dövlət Əmək Müfəttişliyinə müraciət etmişlər. Müəssisənin təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, xx.xx.2018-ci il tarixli 43 nömrəli əmrləİddiaçı və G.Kərimovaya 2017-2018-ci iş ili üzrə əmək məzuniyyəti verilmiş, lakin işə götürən müəssisənin büdcəsində vəsaitinin olmadığı səbəbindən məzuniyyət haqqlarını və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş günlərinə görəəmək haqqlarınıödəməmişdir. İddiaçı işçilərin əmək və məzuniyyət haqqlarını ödəməməklə qanun pozuntularına yol vermiş və bununla əlaqədar X10 AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsindən narazı qalan cavabdeh X10 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellysiya şikayəti onunla əsaslandırılmışdır ki, Beləki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından eləcə də məhkəmə qətnaməsinin təsviri hissəsindən da görünür ki, İddiaçı xx.xx.1984-cü ildən Cavabdehndə istehsalat təlimçisi kimi işə başlamış, xx.xx.1995-ci ildə öz xahişi ilə işdəa azad edilmiş, xx.xx.2001-ci ildə həmin məktəbdə İ istehsalat təlimi ustası vəzifəsinə qəbul edilmiş və xx.xx.2018-ci il tarixdə kimi müddətsiz əmək müqaviləsi üzrə çalışmış, dır. Onun xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən işdən azad edilmiş və həmin tarixdən bir illik müddətinə müddətli əmək müqaviləsi bağlamaqla təkrar işləməyə • başlamışdır. Bu müddət bitdikdən sonra müddətli müqavilənin müddəti 3 aya uzadılmış və bu müddət qurtardıqdan sonra Cavabdeh xx.xx.2019eu il tarixli 166 saylı əmri ilə onun əmək münasibətlərinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə istinad etməklə Cavabdeh xx.xx.2019-cu il tarixli 166 saylı əmrinin qanunsuz olması qənaətinə gələrək iddianı təmin edir. Diqqət yetirin məlikəmə qətnamədə qənaətini əsaslandırarkən maddi normanın köhnə redaksiyada olan mətninə istinad edir və qeyd edir ki, müddətli əmək müqaviləsi 5 ilədək müddətə bağlana bilər. Məhkəmə nəzərə almamışdır ki, Əmək Məcəlləsinin 45.1-ci maddəsimin mətni xx.xx.2017- ci il tarixli 675 saylı Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir. Həmin maddənin birinci hissəsi yeni redaksiyada aşağıdakı kimi verilmişdir: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddənin mətni əsas götürüldükdə və iddiaçının cavabdehlə qarşılıqlı razılığı nəzərə alınsa idi məlikəmə yanlışlığa yol verməzdi və nəticədə qanunsuz qətnamə qəbul etməzdi. Məhkəmə ƏM- nin 45.1-ci və 47-ci maddəsinin tələblərini yanlış təfsir etməklə Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq subyektlərinin bərabərliyi prinsipini pozmuş, yəni iddiaçının tələblərini daha üstün tutaraq hüquqi tarazlığı pozmuşdur. Tərəflərin ƏM- nin 47-ci maddənin f bəndində nəzərdə tutulan tərəflərin hüquqi bərabərliyi prinsiplərinə əməl etməklə onların qarşılıqlı razılığı ilə müddətli mək müqaviləsinin bağlaması əsasını məhkəmə nəzərə almamışdır. İş materiallarından da görünür ki, iddiaçı cavabdehlə razılaşaraq 18.09. 2019- cu ildə müddətli əmək müqaviləsi bağlamış və ondan sonra bir il müddətində məktəbdə çalışmış və qarşı tərəfə heç bir etiraz bildirməmişdir. Göründüyü kimi müddətli müqavilənin müddəti bitdikdən sonra iddiaçıda narazılıq yaranmış və iddia ilə məhkəməyə müraciət etmişdir. Onun müddətli əmək müqaviləsinin bağlanmasına məcbur edilməsi, ona təzyiq və təhsir göstəriməsinə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qətnamənin nəticə hissəsində İddiaçı Cavabdehndə istehsalat ustası işinə bərpa olunmasını qət edir. Bununlada məhkəmə tərəflər arasında qeyri müəyyənlik yaradır. Beləki, iddiaçı işə bərpa olunursa onun müddətli və ya müddətsiz işləməsi konkret göstərilməlidir. İddiaçı işə müddətsiz bərpa edilirsə, məhkəmə bu halda əmək mülki və mülki prosessual qanunvericiliyin tələblərini pozmuş olur. Müddətsiz əmək müqaviləsinə xx.xx.2018-ci il rarixdə (iddiaçının ərizəsi əsasında) xitam verilmiş və bu haldan iddiaçı şikayət etməmiş və şikayət etmə müddəti buraxılmışdır. Məhkəmə qətnaməsində bu hala hüquqi qiymət verilməmişdir. Digər tərəfdən ƏM-nin 42.1-ci maddəsinin tələblərin görə Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Qanunvericinin bu yanaşmasını nəzər alsaq məhkəmə əmək qanunvericiliyin ümumi prinsiplərinə və tələblərinə əməl etmir və öz qənaətini mülahizə yürütməklə əsaslandırır. Bu isə MPM-nin 217- 220-ci maddələrin tələblərinin pozulması ilə nəticələnir. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar əsasında təmin edilir. Hakimlər öz funksiyalarını qanuna uyğun, dəqiq, ağlabatan müddətlərdə, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən həyata keçirməklə tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli və sübutlar əsasında baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİİJMKnın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və onu vəkili X9 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs-AR Əmək və Əhalini sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək müfəttişliyi Xidməti Mingəçevir regional Ərazi Şöbəsinin nümayəndəsi X7 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, cavabdeh Ələmdar Quliyev adına Cavabdeh nümayəndəsi X10 tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-332/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə olunmuş Mingəçevir şəhər Peşə məktəbi ilə İddiaçı arasında bağlanmış 12 №li əmək müqaviləsindən görünür ki, Əliyev X8 Quliyev adına Cavabdehnə istehsalat təlimi ustası vəzifəsinə işə qəbul edilməsi ilə bağlıəmək müqaviləsi 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə 1 (bir) il müddətinə, xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək müddətinə bağlanmışdır. İşə əlavə olunmuş Ələmdar Quliyev adına Cavabdeh üzrə 166 №li xx xxxxxx 2019-cu il tarxili əmrdən görünür ki, məktəbin istehsalat təlimi ustası Əliyev İlyas Həsrət oğlu ilə bağlanmış əməmk müqaviləsinə 17.12. 2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı texnikumu bitirdikdən sonra 1984-cü ilin oktyabr ayında Cavabdehndə istehsalat təlim ustası işinə təyin edilmişdi. 2018-ci ilin sentyabr ayına kimi həmin məktəbdə işləmişdir. 2018-ci ilin sentyabr ayında, onunla müddətli, 1 il müddətinə əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti qurtaran kimi, xx xxxxxx 2019-cu ildə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, iddianı təmin etməkdə haqlı olmamışdır. Belə ki, Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X2 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 2-ci mаddəsinin 3-cü hisəsinə görə Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsаsən əmək müqаviləsi üzrə öhdəliklərin icrаsınа hüquqi təminаt yаrаdılmаsı prinsipinə əsаslаnır. Əmək Məcəlləsinin 14-cü maddəsinə əsasən əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində; qanununverciliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını, işçilərin və işə götürənlərin hüquqlarının pozulmasının qarçısının alınmasını, işçilərin və işəgötürünlərin pozulmuş hüquqlarının bərpa olunmasını, əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları pronsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin edilməlidilər. Аzərbаycаn Respublikаsı Əmək Məcəlləsinin (bundаn sоnrа Əmək Məcəlləsinin) 68-ci mаddəsinin İ hissəsinə əsаsən əmək müqаviləsinə yаlnız bu Məcəllə ilə müəyyən edilmiş əsаslаrlа və qаydаdа xitаm verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsində əmək müqavilələrinə xitam verilməsinin əsasları 68-ci maddədə tənzimlənir. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda; Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilməklə (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq işdən çıxarılma barədə əmrin ləğv edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq tərəflərin mübahisələndirmədikləri tələb üzrə, yəni iddiaçının müddətsiz əmək müqaviləsi ilə işə bərpa olunması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı işdə isə belə müstəsna hal müəyyən edilməmişdir. Bundan başqa Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi; müqavilələr azadlığı hüququ vardır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. İşin hallarından məlum olur ki, tərəflər sözügedən müddətli əmək müqaviləsini sərbəst şəkildə bağlamışlar. Həmçinin iddiaçı həmin müqavilənin müddətli bağlamağa məcbur edildiyini təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-332/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə şərh edilənlərə hüquqi qiymət verərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-332/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Ələmdar Quliyev adına Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(051)-332/2020 saylı qətnаməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. Cavabdeh direktorunun 166 №li xx xxxxxx 2019-cu il tarixli əmrinin ləğv edilməsi, İddiaçı müddətsiz əmək müqaviləsi ilə Cavabdehnə istehsalat təlimi ustası işinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün İddiaçı əmək haqqı ödənilməsi tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar