Məhkəmə qərarları › İş №2(107)-1282/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1282/2022

27.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1282/2022 27.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Şəki Rаyоn Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 nömrəli qərаrdаdındаn İddiaçı şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, X4 Açıq Səhmdar Cəmiyyətinin direktoru Vüqar Musayevin 06 aprel 2022-ci il tarixi, 09 K nömrəli əmrini ləğv edib, onun X4 ASC-nin Abonentlərlə iş şöbəsinin fakturalama qrupu üzrə Mühəndis qrup rəhbəri vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 11 avqust 2022-ci il tarixdə İddiaçı məhkəməyə “buraxılmış iddia müddətinin bərpa edilməsinə” dair elektron ərizə ünvanlayaraq, iddia müddətinin məhkəməyə qədər əmək və mübahisələrinə baxan orqanlara müraciət etməyi və müvafiq qərar qəbul edəcəklərini gözləməyi səbəbindən ötürülməsini nəzərə alaraq ötürülmüş iddia müddətinin bərpa edilməsi və əmək mübahisəsinə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 Törəmə ASC-nə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə “buraxılmış iddia müddətinin bərpa edilməsinə” dair İddiaçı ərizəsi təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadıdan iş üzrə İddiaçı şikаyəti 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, həmin qətnamədə ƏM nin 294 cü maddəsinin və Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 28 ci 35 ci maddələrinin tələblərinə riayət olunmamışdır. Qanunvericiliyin tələblərinə uyğunsuzluq olaraq bütün hallarda məhkəməyə qədər müraciət üçün iddia müddətinin 1 (ay) təşkil etdiyi göstərilərək müddətin 1 ay 23 gün ötürüldüyü bildirilmişdir. Lakin məhkəmə tərəfindən ötürülmüş hesab edilən 1 ay 23 gün müddət bütövlükdə əmək mübahisələrinə baxan orqana sərf olunmuşdur. Əmək mübahisələrinə baxan orqanlara müraciət etdikdə qanunla nəzərdə tutulan 1 aylıq iddia müddətinin dayandırıldığını və həmin orqanların müvafiq qərar qəbul etdikdən sonra həmin iddia müddətinin başlandığı haqqında qanunauyğunluqlara düzgün riayət olunmamışdır. Məhkəməyə qədər əmək mübahisələrinə müraciətlə bağlı sərf etdiyi vaxtı üzürsüz səbəbdən ötürüldüyü kimi qəbul edərək xx.xx.2022 ci il tarixində təqdim etdiyi “İddia müddətinin bərpasına” dair ərizəsi nəzərə alınmamışdır. Əsassız oluğu göstərilmişdir. Halbuki baxış iclasında ərizəsinə əsasən iddia müddətinin hansı səbəblərdən ötürüldüyü müzakirə olunmamışdır. Qətnamə müzakirəsiz imzalanmışdır. Ola bilər ki, o sadə vətəndaş kimi hüquqlarını tam bilməyə bilər. Amma onun hüquqları məhkəmə orqanları tərəfindən müdafiə olunmalıdır. xx.xx.2022 ci il tarixli baxış iclasında çıxışında əmək müqaviləsinə xitam zamanı cavabdeh tərəfindən Əmək Məcəlləsinin və X1 tələblərinin ciddi şəkildə pozulması haqqında və onun qanunsuz əsassız işdən azad olunmağı haqqında sübütlarla ifadələrini aydın şəkidə məhkəməyə bildirmişdir. Belə ki, əmək müqaviləsinin ləğv olunmasında tərtib olunmuş 06 aprel 2022 ci il tarixli 09 K saylı əmrdə ƏM nin 84 cü maddəsinin 1 ci hissəsində tələb olunan “Əmək müqaviləsinin ləğv edilməsinin əsası” hissəsi qeyd olunmamışdır. İşəgötürən xitam zamanı ƏM nin 165 ci maddəsinin tələblərini ciddi şəkildə pozaraq son haqq hesab olaraq əlavə işlədiyi 11 saatlıq əmək haqqını düzgün hesablayıb kart hesabına köçürməmişdir. D.Ə.M.X nin 05 May 2022 ci il tarixli məktubuna əsasən işə götürən Vüqar Musayevə MN ******* saylı protokol tərtib olunub inzibati cərimə edilmişdir. O məsuliyyətli, öz vəzifə borcuna, qanunlara hörmətlə yanaşan işçi olmuşdur. Heç bir qanunsuzluq etməmişdir. Öz mühəndislik vəzifə borcundan əlavə nəzarətçi kimi ərazidə Qeyri Əhali abonentlərinin də oxunmasını etmişdir. Səhlənkarlıq etməmişdir. İşəgötürənə heç bir ziyan zərər vurmamışdır. Cavabdeh Məhkəməyə idarə daxili məlumatları əsk etdirən “Xidməti Məlumat” tipli sənədləri təqdim etmişdir. Həmin sənədləri elə qaydada hazırlamışdır ki onu işdən rahatlıqla azad edə bilsin. Bu sənədlərin əsassız və böhtan xarakterli olmasını bildirir. Çünki yoxlama zamanı işəgötürən Komissiya yaradaraq qeydə alınmış bütün nöqsanları araşdırıb AKT sənədləri imzalamalı idi. Həmin AKT sənədləri 5-7 komissiya üzvünün iştirakı və imzaları ilə tərtib olunub qeydiyyat jurnalında əks olunmalı idi. Bunların heç biri işəgötrən tərəfindən həyata keçirilməyib. Sadaladığı əsaslar da işəgötürənin onu qanunsuz əsassız işdən azad olunmağını açıq şəkildə bildirir. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. İşəgötürən tərəfindən yuxarıda sadaladığı qeyri qanuni hallar, sənədlərin tək-tək şaffaf şəkildə müzakirəsi, iddia müddəti ilə bağlı sübüt sənədlərin araşdırılması və qanunvericiliyin tələblərinin pozulub pozulmaması halları baxış iclasında həyata keçirilməmişdir. Məhkəmə öz baxışları ilə onun iştirakı olmadan qanuna uyğunsuzluqla qətnamə qəbul etmişdir. Cəmi 1 (bir ) baxış iclası keçirilmişdir. İclasın dövrü 20 (iyirmi) dəqiqə davam etmişdir. Həmin iclasda heç bir sənədə baxılmamışdır. Yalnız 10 dəqiqəlik çıxışlar olmuşdur. Hansı ki bir neçə baxış iclasları vasitəsiylə onun iştirakı ilə sənədlərə aram-aram dəqiqliklə baxılmalı idi. Məhkəmə tərəfindən obyektiv araşdırma aparılmadan qərar qəbul edilmişdir. Onun iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Hakim sənədlərə ümumiyyətcə baxış iclasında baxmadan qətnamə qəbul etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qətnaməsinin ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı onun işdən çıxarılmasını 04 aprel 2022-ci il tarixdə, ən dəqiqi isə 06 aprel 2022-ci il tarixdə bilməklə əmək hüquqlarının pozulduğunu bilmişdir. Lakin o, hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsinə baxmayaraq öz hüquqlarının bərpa edilməsi tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda o, məhkəməyə xx.xx.2022-ci il tarixədək müraciət etməli olduğu halda həmin 1 aylıq müddəti ötürməklə 1 ay 23 gün sonra, yəni 29 iyun 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin iddiaçı prosessual müddətin ötürülməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə ərizəni (vəsatəti) əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Аzərbаycаn Respublikаsı MPM-nin 268.1-ci mаddəsinə əsаsən şikаyət qərаrdаd tərəfə rəsmi qаydаdа verildikdən sоnrа 10 (on) gün müddətində verilir Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadı dəyişdirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1518/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar