Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1287/2024 14.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair (Açar sözlər: iddia ərizəsi geri qaytarıldı, ləğv) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Ərizəçi cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tаrixli, 2(075)- 2535/2024 nömrəli qərаrdаdındаn iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (Ərizəçi) Ərizəçi cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi (ərizə) ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Şəki şəhəri, 123-cü kvartalda yerləşən torpaq sahəsindən ibarət mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tаrixli, 2(075)-2535/2024 nömrəli qərardadı ilə Ərizəçi Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktı” tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun dövlət büdcəsindən Ərizəçi geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı (ərizəçi) Ərizəçi şikаyət vermişdir. Şəki Rayon Məhkəməsinin 21 oktyabr 2024-cü il tаrixli, 2(075)-2535/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadən əsaslandırmaqla göstərmişdir ki, iddiaçı Ərizəçi mərhum anası X1 miras qalmış Şəki şəhəri, 123-cü kvartalda yerləşən torpaq sahəsindən ibarət mirasın qəbul edilmə faktının müəyyən edilməsi xahişi ilə Şəki Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və ona həmin şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Notariat Ofisi imtinaya səbəb kimi miras açıldığı andan nə ərizə nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür yəni buraxılmışdır. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünü) və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığını qeyd etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən də, hazırki tələb üzrə məhkəməyə “miras payının müəyyən edilməsi” tələbi ilə müraciət edilməli olduğu halda “mirasın qəbul edilməsi” faktı tələbi ilə müraciət edilmişdir. Hazırkı əsaslarla bu iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya “miras payının müəyyən edilməsi” tələbi ilə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tаrixli, 2(075)-2535/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsi (ərizə) və ona əlavə edilmiş sənədlərdən görünür ki, mirasqoyan X3 13 yanvar 2022-ci ildə ölmüşdür. İddia ərizəsi (ərizə) isə məhkəməyə 7 oktyabr 2024-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, bu qərar mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Göründüyü kimi, həmin qərar hazırki işə tətbiq edilə bilməzdi. Ona görə də, məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tаrixli, 2(075)-2535/2024 nömrəli qərardadı ləğv edilməli, mülki işin materialları ərizənin mümkünlüyü məsələsinin yoxlanılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qərardadın əsaslandırıcı hissəsində iddia tələbinə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli olduğu nəticəsinə gəlmiş, nəticə hissəsində isə iddia ərizəsinin geri qaytarılmasını qərara almışdır. Bundan başqa, iş materiallarından görünür ki, iddia ərizəsinin elektron imza ilə imzalanmış variantı “iddia ərizəsi” olaraq verilmiş və icraatın növü iddia icraatı qeyd olunmuşdur. Ərizənin məzmununda və “pdf” olaraq sistemə yerləşdirilmiş variantında isə ərizəçi və maraqlı şəxs göstərilməklə “ərizə” verildiyi görünür. Elektron məhkəmə informasiya sistemində işə xüsusi icraat qaydasında baxıldığı görünür. Nəzərə alınmalıdır ki, hüquq barəsində mübahisə olduğu hallarda MPM-in 307-ci maddəsində sadalanan hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə tələblər iddia icraatı qaydasında ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Belə olan hallarda iddiaçı hüquq barədə mübahisə edən tərəfə qarşı əldə etmək istədiyi hüquqi nəticənin (məsələn miras payın tanınması, vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin qoyulması, əmlakın bölünməsi, ziyanın ödənilməsi və s) əldə olunması ilə bağlı iddia irəli sürməli və iddiasının əsası kimi yuxarıda qeyd olunan hüquqi faktların mövcud olduğunu (baş verdiyini) sübuta yetirilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə verilmiş ərizənin iddia icraatı qaydasında iddia ərizəsi, yoxsa xüsusi icraat qaydasında ərizə olduğunu aydınlaşdırmalı, daha sonra bu qərardadda ifadə edilmiş yanaşmalar nəzərə alınmaqla, ərizə və ya iddia ərizəsinin mümkünlüyü məsələsini yoxlamalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 9 oktyabr 2024-cü il tаrixli, 2(075)-2535/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki işin materialları iddia ərizəsinin (ərizə) mümkünlüyü məsələsinin yoxlanılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1287/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1287/2024
14.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver